Məhkəmə qərarları › İş №1(060)-668/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-668/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-668/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi – Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Masallı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Əhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə, xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Samara vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakını talama məqsədi ilə şəxsiyyəti istintaq orqanına məlum olmayan Pərviz adlı şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində taksi ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Anar Qorçuyev küçəsində yerləşən "xxxx" marketin qarşısına gələrək cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə müştəri qismində marketə daxil olaraq hərəsi bir tərəfə keçib oradan bir ədədinin qiyməti 9.80 manat olmaqla ümumilikdə 88,20 (səksən səkkiz manat iyirmi qəpik) manat dəyərində 09 ədəd 400 ml «head and shoulders» markalı şampunu, bir ədədinin qiyməti 4.20 manat olmaqla ümumilikdə 71,40 (yetmiş bir manat qırx qəpik) manat dəyərində 17 qutu «sobranie kompakt» markalı siqaretləri, bir ədədinin qiyməti 2.10 manat olmaqla ümumilikdə 21 (iyirmi bir) manat dəyərində 10 qutu «arqo» markalı siqaretləri, bir qutusunun qiyməti 2.60 manat olmaqla ümumilikdə 26 (iyirmi altı) manat dəyərində 10 qutu «West» markalı siqaretləri, bir ədədinin qiyməti 2.30 manat olmaqla ümumilikdə 46 (qırx altı) manat dəyərində 20 qutu «maqna» markalı siqaretləri və bir ədədinin qiyməti 4,20 manat olmaqla ümumilikdə 33.60 (otuz üç manat altmış qəpik) manat dəyərində 08 qutu «sobranie blue» markalı siqaretləri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-уə ümumilikdə 286,20 (iki yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını talama məqsədi ilə tanışı, şəxsiyyəti istintaq orqanına məlum olmayan Pərviz adlı şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində taksi ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Anar Qorçuyev küçəsində yerləşən "xxxx" marketin qarşısına gələrək cinayətkar niyyətin həyata keçirilməsi üçün rol bölgüsünə dair aralarında əldə edilmiş razılığa görə müştəri qismində marketə daxil olaraq hərəsi bir tərəfə keçib oradan 01 ədədinin qiyməti 17.90 manat olmaqla ümumilikilə 125,30 (yüz iyirmi beş manat otuz qəpik) manat dəyərində 07 ədəd 1 kq-lıq «west gold» kərə yağını, 01 ədədinin qiyməti 2,30 manat olmaqla ümumilikdə 11,50 (on bir manat əlli qəpik) manat dəyərində 05 ədəd «alpengold» markalı şokoladları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-уэ ümumilikdə 136.80 (bir yüz otuz altı manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,155 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 aprel 2023-cü il tarixdə saat 17:15 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Fəxri market»in yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1.155 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü qismən, CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ittihamda qeyd olunan miqdarda mal oğurlamamışdır. Belə ki, Pərviz və Möhübbətlə birlikdə Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketə getmişlər. Birinci epizod üzrə bildirdi ki, o, Pərvizlə marketə girmiş, Möhübbət isə çöldə gözləmişdir. O, marketə kontur yükləmək üçün girmiş, sonra isə oradan oğurluq etmişdir. Belə ki, o, həmin marketdən 2 ədəd bir kiloqramlıq yağ, 8 ədəd «alpengold» şokoladları götürmüşdür. Səhəri gün isə yenidən həmin marketdən siqaretləri oğurlamışdır. Oğurladığı siqareti 80 manata, yağı 20 manata, şokoladları isə 8 manata satmışdır. Həmin puldan Möhübbətə və Pərvizə heç nə verməmişdir. Narkotiklə bağlı bildirdi ki, onu günün birinci yarısı təxminən saat 12:30 radələrində evdən tutub 5-ci bölməyə gətirmişlər. Üzərində heç bir narkotik vasitə olmamışdır. Onu saxlayan 5 nəfər polis əməkdaşı olmuşdur. Narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün polis bölməsində onu döymüşlər. Narkotik vasitəni Elşad adlı əməliyyatçı onun üzərinə qoymuşdur. Lakin onu döyən polis əməkdaşlarının kim olduğunu xatırlamır. Ona qarşı təzyiq olduğundan narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Döyülmə barədə heç yerə şikayət etməmişdir. İstintaq tərəfindən yazılan ifadə ona məxsus deyildir, o, sadəcə ifadəyə imza etmişdir. Narkotik vasitə istifadəçisidir, “kakos” adlanan narkotik vasitədən istifadə etmişdir. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 elan edilmiş ifadəsindən görünür ki, təxminən 2-3 aydır ki, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yaşayan Pərviz və Bakı şəhərində yaşayan Möhübbət adlı şəxsləri tanıyır. Son vaxtlar onlar üçü hər gün birlikdə olurlar. Maddi vəziyyəti çətin olması və gündəlik pul qazanması üçün bir yol fikirləşmişdir. Əsas olaraq nəzarəti zəif olan marketlər müəyyən edərək oradan müxtəlif məhsullar götürüb ucuz qiymətə satıb pul əldə etməyi fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Möhübbət və Pərvizlə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində söhbət edən zaman onlara Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə nəzarətin zəif olduğunu və iki dəfə həmin marketdən oğurluq etdiyini deyib, onlara da oradan oğurluq etməyi təklif etmişdir. Onlar onunla razılaşmışlar və o, mobil telefonu ilə bir taksi şirkətinə zəng vuraraq taksi sifariş vermişdir. Təxminən saat 11:00 radələrində onlar oraya gələn «Prius» markalı taksi ilə Ceyranbatan bağları ərazisində yerləşən həmin "xxxx" marketə getmişlər. Taksi sürücüsünə onları gözləməsini bildirmişlər və hər üçü taksidən düşərək həmin "xxxx" marketə girmişlər. Onlar satıcıların başlarının qarışıq olmasından istifadə edərək marketdən oğurluq etmişlər. Belə ki, Möhübbət müxtəlif növ siqaretlər, o və Pərviz isə həm siqaretlər, həm də «Head and shoulders» markalı saç şampunlarını oğurlamışlar. Sonra onlar hər üçü marketdən çıxaraq gəldikləri taksiyə əyləşmişlər və oradan Sumqayıt şəhər Mərkəzi bazarına getmişlər. Oğurladıqları malları bazarda yoldan keçən şəxslərə dəyərlərindən aşağı qiymətə satmışlar və əldə etdikləri 80 manata yaxın pulu isə üçü birlikdə xərcləmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında Pərvizlə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində onun yaşadığı evin yaxınlığında olan zaman yenə oğurluq etmək qərara gəlmişlər və o, öz mobil telefonu ilə bir taksi şirkətinə zəng vuraraq taksi sifariş vermişdir. Həmin vaxt oraya gələn qırımızı rəngli «Prius» markalı taksi ilə təxminən saat 11:30 radələrində onlar Ceyranbatan bağları ərazisində yerləşən həmin "xxxx" marketə getmişlər. Taksi sürücüsünə onları gözləməsini bildirmişlər və Pərvizlə o, taksidən düşərək həmin "xxxx" marketə girmişlər. Onlar satıcıların başlarının qarışıq olmasından istifadə edərək marketdən oğurluq etmişlər. Belə ki, onlar marketdən yeddi ədəd bir kiloqramlıq yağ və beş ədəd «alpengold» markalı şokoladları oğurlamışlar. Sonra marketdən çıxaraq gəldikləri taksiyə əyləşmişlər və oradan Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə getmişlər. Onlar oğurladıqları malları Sumqayıt şəhər Mərkəzi bazarında yoldan keçən şəxslərə dəyərlərindən aşağı qiymələ salmışlar və əldə eldikləri 32 manat pulu isə birlikdə xərcləmişlər. Onlar taksi sürücülərinə oğurluq məqsədilə həmin "xxxx" marketə getdiklərini deməmişlər. Sürücülər elə bilmişlər ki, onlar marketdən alışveriş edirlər. Onlar marketdən oğurluq edərkən işçilərin başı qarışıq olmuşdur. Müştərilər isə onların oğurluq etdiklərini bilməmişlər. Onlar marketdən çıxanda da bunu heç kim hiss etməmişdir və onlar onların hərəkətlərinə reaksiya verməmişlər. O, izahat verərkən fikrini düzgün izah edə bilməmişdir, buna görə də təhqiqatçı oğurladığı malların adını səhv yazmışdır. Həqiqət isə ifadəsində göstərdiyi kimidir. O, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, şəxsi işi ilə əlaqədar olaraq Abşeron rayonu, Masazır qəsəbəsində olarkən təsadüfən rastlaşdığını üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 15 manata bir ədəd bükümdə heroin almışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır, xx.xx.2023-cü il tarixdə saal 17:15 dəqiqədə o, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən «Fəxri market»in yaxınlığında olarkən iki neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinir. Bununla bağlı onlar onu 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Yolda o, polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis Bölməsinə çatdıqdan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X8 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 1,26 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olsa da üzərində nömrə olmamışdır, yəni telefon işlək vəziyyətdə deyildir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Pərviz və Sahillə birlikdə Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketə getmişlər. Sahil telefonuna kontur yükləmək üçün marketə girmiş, o da çöldə gözləmişdir. Sahilin gec gəldiyini görüb o da marketə girmiş və marketdən 14 qutu siqaret götürmüşdür. Oğurladığı siqaretləri satmış və özü də istifadə etmişdir. Onun siqaret oğurlamasından Sahilin xəbəri olmamışdır. Dəymiş ziyanı ödəmişdir, əməlindən peşmandır. Himayəsində azyaşlı övladı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan edilmiş ifadəsindən görünür ki, o, heç bir yerdə işləmir. Buna görə də pula ehtiyacı olmuşdur. O, Bakı şəhərində yaşasa da bütün tanışları Sumqayıt şəhərindədir. Buna görə də, demək olar ki, hər gün Sumqayıt şəhərində olur. Təxminən 2-3 aydır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən yataqxanada yaşayan Sahil və yaşadığı ünvanı bilmədiyi Pərviz adlı şəxsləri tanıyır. Son vaxtlar onlar hər gün bir yerdə olurlar. xx.xx.2023-cü il tarixdə o, Sahil və Pərvizlə Sumqayıt şəhəri, 3cü mikrorayon ərazisində görüşüb söhbət edən zaman Sahil bildirmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə nəzarət zəif təşkil olunub və o, oradan iki dəfə oğurluq etmişdir. Sahil onlara da oradan oğurluq etməyi və əldə olunan qazancı birlikdə xərcləməyi təklif etmişdir. O və Pərviz Sahilin təklifi ilə razılaşmış və Sahilin dediyi marketdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra Sahil öz istifadəsində olan mobil telelonla taksi şirkətinə zəng edib olduqları yerə taksi sifariş etmişdir. Bir neçə dəqiqədən sonra nömrəsini xatırlamadığı, qırmızı rəngli «Prius» markalı taksi avtomaşını onların olduqları ünvana gəlmişdir. Onlar taksiyə minmişlər və Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" marketə getmişlər. Taksi sürücüsünə isə onları gözləməsini bildirmişlər. Onlar hər üçü marketə daxil olmuşlar. Onlar satıcıların başının qarışıq olmasından istifadə edərək piştaxtada olan müxtəlif növ siqaretləri və «head and shoulders» markalı şampunları oğurlamışlar. O, özü müxtəlif siqaret qutularını cibinə yığıb marketdən çıxmışdır. Onlar hər üçü marketdən çıxıb taksiyə əyləşmişlər və birbaşa Sumqayıt şəhəri, Mərkəzi bazarın yerləşdiyi ünvana gəlmişlər. Onlar oğurladıqları malları yoldan keçən tanımadıqları şəxslərə aşağı qiymətə satmışlar və əldə etdikləri 100 manat pulu isə bir yerdə xərcləmişlər. xx.xx.2023-cü il tarixdə isə polis əməkdaşları onu Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlayaraq oğurluqda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində o, etdiyi oğurluğu etiraf etmiş və bu barədə izahat yazmışdır. Onların taksi sürücüsünə həmin marketdən oğurluq etmələrini deyib-deməmələri barədə suala cavab verərkən bildirmişdir ki, onlar taksi sürücüsünə marketdən bazarlıq edib qayıdacaqlarını bildirmişlər. Sürücü onların marketdən oğurluq etdiklərini bilməmişdir. Onlar marketdən oğurluq edərkən işçilərin başı qarışıq olmuşdur. Müştərilər isə onların oğurluq etdiklərini bilməmişlər. Onlar marketdən çıxanda da bunu heç kim hiss etməmiş və onların hərəkətlərinə reaksiya verməmişlər. O, xx.xx.2023-cü il tarixdə "xxxx" marketdə oğurluqda iştirak etmişdir. Bundan başqa o, Sahillə və ya Pərvizlə başqa oğurluqda iştirak etməmişdir. O, bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" market MMC-yə ümumilikdə 651,31 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə olan oğurluq epizodu üzrə 280 manat ödəniş etmişdir, ona qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Geridə qalan məbləğin Təqsirləndirilən şəxs1 tutulub MMC-yə ödənilməsi barədə tərəflərindən verilmiş mülki iddianın təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Anar Qorçtıycv küçəsində yerləşən "xxxx" marketi işlədir. Marketdə bəzən onun və işçilərin diqqəti gələn malları qəbul etməyə və ya başqa işləri cəlb olur. Sonradan onlar vitrində müəyyən malların olmadığını, yəni sayının az olduğunu görüb müşahidə kameralarına baxırlar. Hazırki hadisə bağlı qeyd edir ki, naməlum şəxslər mart ayı ərzində marketə dörd dəfə müştəri qismində daxil olaraq oradan müxtəlif məhsulları oğurlamışlar. Belə ki, marketdən 01 ədədinin qiyməti 17 manat olan, 07 ədəd 1 kq-lıq «golden crown» markalı kərə yağı, təkrarən 01 ədədinin qiyməti 17 manat olan, 07 ədəd 1 kq-lıq «golden crown» markalı kərə yağı, ümumilikdə 89,01 manat dəyərində 400 ml «head and shoulders» markalı şampun, 17 qutu ümumilikdə 69,7 manat dəyərində olan «sobranie kompakt» markalı siqaretlər, 10 qutu ümumilikdə 23 manat dəyərində «arqo» markalı siqaretləri, 10 qutu ümumilikdə 26 manat dəyərində «west» markalı siqaretlər, 20 qutu ümumilikdə 46 manat dəyərində «maqna» markalı siqaretləri və 08 qutu ümumilikdə 33,6 manat dəyərində «sobranie blue» markalı siqaretlər oğurlanmışdır. Bundan başqa yenidən 01 ədədinin qiyməti 18 manat olan 07 ədəd 1 kq-lıq «west gold», kərə yağı, 01 ədədinin qiyməti 2 manat olan 05 ədəd «alpengold» markalı şokoladlar oğurlanmışdır. Bununla da "xxxx" marketə ümumilikdə 651,31 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, marketdən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Pərviz adlı şəxslərdir. O, oğurluq hadisəsindən sonra marketdə olan malların hesabatını apardıqda qeyd etdiyi malların çatmadığını aşkar etmişdir. Buna görə də həmin malların qeyd edilən tarixlərdə oğurlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Fəxri marketin yaxınlığında xidmətdə olarkən saat 17:15 dəqiqədə 5-ci PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinən Sahil adlı şəxs onlar tərəfindən saxlanılmış və 5-ci PB-nə dəvət edilmişdir. Sahil heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə avtomobilə əyləşmişlər. Polis Bölməsinə gələrkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin var. Polis Bölməsində xidməti otaqlardan birində kriminalist Fərid Nəsimiyev tərəfindən videokamera işə salmış, vəkil dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığım soruşduqda, o, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1 qramdan bir az artıq olduğu müəyyən olunmuşdur. Sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə saat 17:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs1 PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı, dana sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 təqdim olundu, Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkilə heç bir etiraz etmədi, daha sonra Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs1 özü sağ əli ilə əynində olan açıq rəngdə olan cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükülüsünü təqdim etdi. Həmin sellofan bükülü açılan zaman içərisində qəhvəyi rəngli toz halında spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan “heroin” olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin 1.26 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin kütlə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürləndi. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yacjd maddi sübut aşkar edilmədi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd katel markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək protokola əlavə olundu. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1994 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №242” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,155 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin ümumi təmiz çəkisi 1,155 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,055 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, 05 aprel 2023-cü il tarixdə saat 17:15 dəqiqədə Təqsirləndirilən şəxs1 oğurluqda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-mn əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X9 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirir. Sonra təhqiqatçı Sahil Əhmədova nə üçün saxlanıldığını izah edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxsə hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X8 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü və bir ədəd mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs1 bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu deyir. Həmin bükümə baxarkən büküm içərisində qəhvəyi rəngli spesifıik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Masazır dairəsi adlanan ərazidən tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini deyir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilir və çəkisinin 1,26 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs1 bu çəkiyə etiraz etmir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur. Vəkil Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər-hansı bir zorakılıq olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs1 saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir zorakılıq edilmədiyini bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3763 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hüquqi şəxs – Zərərçəkmiş şəxs MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “video yazı diskinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş video yazı diskində 4 videogörüntü var. Həmin videogörüntülər Sumqayıt Ceyranbatan bağları ərazisində yerləşən "xxxx" marketdə qeydə alınmışdır. Videogörüntülərdən biri 1.15 dəqiqə (bir dəqiqə on beş saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmış və saat 15:04:12-dən 15:07:03-dək olan müddəti əhatə edir və tezləşdirilmiş vəziyyətdə diskə yazıldığı üçün 1.15 dəqiqəlik görüntü olmuşdur. Belə ki, görüntüdə bir nəfər şəxs marketin içərisində olan vitrinlərdən 2 dəfə müxtəlif növ ərzaq məhsullarını götürüb əvvəlcədən marketin içərisində olan “e-manat” ödəmə terminalının yanında gizlətdiyi sellofan torbaya yığaraq kassada ödəniş etmədən marketi tərk etmişdir. Digər görüntü 1.42 dəqiqə (bir dəqiqə qırx iki saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmış və saat 14:34:22-dən 14:36:17-dək olan müddəti əhatə edir və tezləşdirilmiş vəziyyətdə diskə yazıldığı üçün 1.42 dəqiqəlik görüntü olmuşdur. Belə ki, görüntüdə bir nəfər şəxs marketin içərisində olan vitrinlərdən 1 dəfə müxtəlif növ ərzaq məhsullarını götürüb marketin içərisində olan “e-manat” ödəmə terminalının yanında cibindən çıxartdığı torbaya yığaraq kassada ödəniş etmədən marketi tərk etmişdir. Digər görüntü 2.01 dəqiqə (iki dəqiqə bir saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Belə ki, görüntüdə 3 nəfər şəxs (birinin başında papaq var) marketin içərisində olan vitrinlərdən müxtəlif növ ərzaq məhsullarını götürüb marketin içərisində hər biri ayrı-ayrılıqda ciblərindən çıxartdıqları torbalara yığaraq kassada ödəniş etmədən marketi tərk etmişlər. Digər görüntü 1.24 dəqiqə (bir dəqiqə iyirmi dörd saniyə) olmaqla xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Belə ki, görüntüdə digər görüntüdə olan 2 nəfər şəxs marketin içərisində biri əlində torba tutaraq, digəri isə marketin içərisində olan vitrinlərdən ərzaq məhsullarını həmin torbaya yığaraq hər iki şəxs kassada ödəniş etmədən marketi tərk etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18:40 dəqiqədə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəmsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-10/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 08 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-cı il tarixdə cəza müddəti başa çatdığından qeydiyatdan çıxarılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3492 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, qərarda göstərilən malların 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti ayrı-ayrılıqda nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: 14 ədəd - 1 kq-lıq «Golden crown» markalı kərə yağının bir ədədənin qiyməti 16.90 manat, ümumi dəyəri 236,60 manat; 09 ədəd - 400ml «Head and Shoulders» markalı şampunun bir ədədinin qiyməti 9.80 manat, ümumi dəyəri 88,20 manat; 17 qutu - «Sobranie kompakt» markalı siqaretlərin bir ədədinin qiyməti 4,20 manat, ümumi dəyəri 71,40 manat; 10 qutu - «Arqo» markalı siqaretlarin bir ədədinin qiyməti 2,10 manat, ümumi dəyəri 21 manat; 10 qutu - «WEST» markalı siqaretlərin bir ədədinin qiyməti 2,60 manat, ümumi dəyəri 26 manat; 20 qutu - «Maqna» markalı siqaretlərin bir ədədinin qiyməti 2,30 manat, ümumi dəyəri 46 manat; 8 qutu «Sobranie blue» markalı siqaretlərin bir ədədinin qiyməti 4,20 manat, ümumi dəyəri 33,60 manat; 7 ədəd 1 kq-hq «West gold» kərə yağmm bir ədədinin qiyməti 17,90 manat, ümumi dəyəri 125,30 manat; 5 ədəd «Alpengold» markalı şokoladların bir ədədinin qiyməti 2,30 manat, ümumi dəyəri 11,50 manat; Bununla da zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 659.60 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyi 38 saylı MKİS tərfindən verilmiş 38/295 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatdadır, ailə tərkibi anası X4, bacısı X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xaraketrizə olunur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 735 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı rayon, Əhmədli kəndində qeydiyyatdadır, qeydiyyat ünvanı üzrə müsbət xaraketrizə olunur. İş materiallarında olan xx.xx.2023-cü iltarixli “katel markalı mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən «Katel» markalı mobil telefon aparatı sadə tipli, düymə ilə işlək vəziyyətə gətirilən sadə ekranlı mobil telefon aparatıdır. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefonun düyməsi sıxılmaqla işlək vəziyyətə gətirildi. Daha sonra SMS-lər, qaralama yazılar, qeydlər və kontaktlar olan qovluqlar açıldı. Qeyd edilən qovluqlara baxış keçirildi, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya videogörüntü aşkar edilmədi. Eyni zamanda telefonda «kontaktlar» qovluğuna da baxış keçirildi və şübhəli adlar olan telefon nömrəsi aşkar edilmədi. İş materiallarından olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,155 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,055 qram çəkidə narkotik vasitə olan heroin və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmış, Şahid3 təqdim etdiyi 01 ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən 280 manat ödəniş edilmişdir. Odur ki, ona qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs1 barəsində mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etməyinizi xahiş edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-dən oğurluq edən Təqsirləndirilən şəxs1 143 manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun 30 manat ümumilikdə 173 manat məbləğin sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, videogörüntülər, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əsas dəlili onun döyülərək narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və təzyiq nəticəsində razılaşması ilə bağlı qeyd etdiyi hallar təkzib edilmiş, onun hər hansı aidiyyəti qurumlara müraciəti olmamış, barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə məhkəmə iclasında da ona qarşı hər hansı təzyiq olması barədə məlumat verməmiş, buna görə də onun hazırki məhkəmə iclasında göstərilən xüsusatları bildirməsini məhkəmə təqsirləndirilən şəxsin təyin ediləcək cəzadan yayınmaq məqsədi kimi dəyərləndirir. Saxlanılma saatı və ərazi ilə bağlı ittiham və müdafiə tərəfinin hər hansı fikir ayrılığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində narkotik vasitə istifadəçisi olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər talama cinayətinə görə məhkum edilməsinə baxmayaraq yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxslərin törədilmiş əməldə hər birinin rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və dəymiş zərəri ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Bakı şəhərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 06 (altı) ay 19 (on doqquz) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,055 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-668/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 923 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2023-cü il tarixli 924 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 15 saat, Müdafiəçi1 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən Təqsirləndirilən şəxs1 143 manat məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 173 manat məbləğ sonuncudan tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməli nəticəsində Oba market” MMC-yə mülki iddiada qeyd edilən miqdarda, yəni 143 (bir yüz qırx üç) manat maddi ziyan vurulması təsdiq edilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyan 143 (bir yüz qırx üç) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 173 manat tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 06 (altı) ay 19 (on doqquz) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,055 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs1, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar