Məhkəmə qərarları › İş №1(060)-669/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-669/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-669/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə istintaqla şəxsiyyəti araşdırılan tanışı Ceyhun adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin may ayının axırlarından 2021-ci ilin iyun ayının ortalarınadək olan müddət ərzində vahid qəsdlə bir neçə dəfə X3 məxsus Sumqayıt şəhəri Xəzər bağlar massivində yerləşən fərdi evin həyətində qanunsuz daxil olaraq evin həyətində yerləşən qeyri-yaşayış sahəsi hesab olunan yardımçı otaqlardan cəmi 1000 manata olan 04 ədəd plastik qapını, cəmi 600 manata olan 03 ədəd pəncərəni, cəmi 300 manata olan 01 ədəd 2 ton həcmli su çənini, cəmi 960 manata olan ərazi işıqlanması üçün 3-4 mm-lik ölçüdə 3,2 metr uzunluğunda kabeli, cəmi 250 manata olan 02 ədəd əl-üz yumaq üçün tülpanı, 350 manata olan 01 ədəd aristonu, 110 manata olan 01 ədəd su motorunu (gidrofonu), cəmi 75 manata olan 03 ədəd smistiteli, 440 manata olan 80 kv.metr lambiri, cəmi 360 manata olan kabeli (ana xətti 2x10 mm ölçüdə), cəmi 495 manata olan 300 ədəddən çox vitrin üçün plastik qabını, yaşadığı evdən cəmi 1200 manata olan 06 ədəd seyf qapını, 250 manata olan 01 ədəd plastik pəncərəni, cəmi 1210 manata olan 2x4 mm-lik 550 metr uzunluğunda ölçüdə kabeli, cəmi 56 manata olan 70 metr uzunluğunda televizor kabelini, cəmi 140 manata olan 35 ədəd rozetka (vıklyuçateli), cəmi 1680 manata olan 1-ci mərtəbənin 04 ədəd avropa qapılarını, cəmi 1200 manata olan 01 ədəd giriş seyf qapını, cəmi 1470 manata olan 07 ədəd radiatorları, 250 manata olan 01 ədəd unitazı, 120 manata olan 01 ədəd suşilkanı, 630 manata olan 35 kv.metr ölçüdə padvisnoyu kuxna(hamam), 204 manata olan 34 kv.metr ölçüdə ledi (plafonu), 110 manata olan gizli işığı, cəmi 130 manata olan 02 ədəd kollektoru, cəmi 950 manata olan 01 ədəd kombini, cəmi 1650 manata olan 06 ədəd pəncərəni, cəmi 540 manata olan 06 ədəd reşotka pəncərəni, cəmi 120 manata olan 24 ədəd şit avtomatı, cəmi 1650 manata olan 750 metr uzunluğunda 2x4 mm-lik kabeli, cəmi 140 manata olan 35 ədəd rozetkanı (vıklyuçateli), cəmi 300 manata olan 1,40x2,40 metr ölçülü 02 ədəd plastik pəncərəni, cəmi 1000 manata olan 03 ədəd taxta qapını, 60 manata olan 1 ton həcmli plastmas materialdan hazırlanmış 01 ədəd çəni gizli talayaraq, zərərçəkmiş şəxs Arif Quliyevə ümumilikdə təxminən 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olduğundan, heç bir yerdə işləmədiyi üçün, dolanışığı da çətin olduğuna görə məcbur olub oğurluq etmişdir. 2021-ci ilin may ayının axırlarında Ceyhun adlı tanışı ilə təsadüfən rastlaşarkən söhbət əsnasında Ceyhun ondan nə işlə məşğul olduğunu soruşmuş, o da Ceyhuna demişdir ki, heç bir yerdə işləmir, vəziyyəti yaxşı deyil. Həmin vaxt Ceyhun ona təklif etmişdir ki, Sumqayıt şəhəri Xəzər bağlar massivində bir ev var, öz evləridir, orada işləməyə ona kömək lazımdır, ona hörmət edəcək. O, da onunla razılaşıb həmin evə getmişdir. Onlar həmin evə gedəndə başa düşmüşdür ki, bura Ceyhunun evi deyil, oğurluq etmək üçün gəlmişlər. O, da vəziyyəti ağır olduğu üçün Ceyhuna kömək edərək həmin evdən oğurluq etməyə məcbur olmuşdur. Belə ki, o Ceyhunla birlikdə evin həyətində olan ayaq yolu üçün nəzərdə tutulmuş yerin plastik qapı və pəncərəsini, ayaq yolunda olan unitazı, əl-üz yumaq üçün tülpanı, daha sonra 2 mərətəbəli evə bitişik olan tikilinin qapısını, pəncərələrini, daha sonra evə bitişik yardımçı tikilinin plastik qapı və pənəcərələrini, evin divarına bərkidilmiş «Ariston» markalı su qızdırıcısını, evin həyətində olan 02 ton tutumlu su çənini, su mühərrikini, lambirləri, vitrin üçün plastik qabı, smistiteli, 3x4 mm ölçüdə ərazi işıqlandırma kabelini, evin seyf qapılarını, plastik pəncərəsini, evin divarlarından çıxartdıqları kabelləri, televiziya kabelini, rozetkaları, evin 1-ci mərtəbəsinin avropa qapılarını, dəmir seyf qapısını, radiatorları, hamam otağından unitazı, suşilkanı, eləcə də led plafonları, kollektoru, dəmir barmaqlığı, şit avtomatı, padvisnoyu, 2x4 mm ölçüdə kabelləri, kombi aparatını və digər müxtəlif təyinatlı ev əşyaları sökərək həyətə yığmışlar, onlardan bir qismini isə torbalara yığmışlar. Daha sonra həmin əşyalar ağır olduğu üçün Ceyhunla birlikdə qərara almışlar ki, onları hissə-hissə oradan yük maşınına yükləyib bu evdən çıxardacaqlar. Bu məqsədlə Ceyhunla birlikdə sözügedən evdən çıxaraq həmin əşyaları yükləyəcəkləri yük maşını axtarmağa başlamışlar. Həmin gün günorta saat 14 radələrində onlar piyada Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən «Şəfa» sanatoriyasının inzibati binasının yanına getmişlər, orda bir «Qazel» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini dayandığını görüb ona yaxınlaşmışlar. Ceyhun həmin yük avtomobilinin tanımadığı sürücüsünə demişdir ki, bir az yükləri var onu Sumqayıt şəhəri Xəzər bağlar massivində yerləşən bağ evinə gedib oradan götürüb Abşeron rayonu Saray qəsəbəsinə aparmalıdırlar. Ceyhun ona əvvəlcədən demişdir ki, Saray qəsəbəsində anasıgilin qonşuluğunda yaşayan Əqil adlı qonşusu ondan plastik pənəcərələr, dəmir qapı, çən, taxta qapılar almaq istəyir, həmin oğurladığı əşyalardan qeyd etdiyi əşyalar aparıb ona satacaq və əldə etdiyi pulu aralarında böləcəklər. Həmin sürücü onlardan nə yükün olduğunu soruşduqda, onlar ona demişdir ki, 04 ədəd plastik pəncərələrdir, 01 ədəd dəmir qapıdır, buna görə ona 20 manat verəcəklər. O da onlarla razılaşaraq birlikdə Sumqayıt şəhəri Xəzər bağlar massivinə getmişlər. Ora çatıb evin qarşısında çöldə avtomobili saxlamışlar. Həmin vaxt onlar avtomobildən düşərək evin həyətinə keçib həyətə yığdıqları 04 ədəd plastik pəncərə və 01 ədəd dəmir qapını avtomobilə yükləmişlər və onlar oradan birbaşa Abşeron rayonu Saray qəsəbəsinə getmişlər. Saray qəsəbəsində bir həyət evinin yanında maşını saxlamışlar. Ceyhun həmin əşyaları Əqil adlı tanışına satmışdır. X6 demişdir ki, hazırda həmin əşyaların pulunu verməyə imkanı yoxdur, hissə-hissə pulu verəcək. Ceyhun da razılaşmışdır. Sonra onlar həmin «Qazelə» minib Sumqayıt şəhərinə «Dörd Qardaş» restoranının yanına getmişlər, orada düşüb sürücünün xidmət haqqını verib getmişlər. Təxminən 10 gün sonra, yəni 2021-ci il ilin iyun ayının əvvəlində saat 13 radələrində o Ceyhunla görüşüb yenədə həmin «Qazel» markalı yük avtomobili ilə birlikdə Xəzər bağlar masisivndəki həmin bağ evinə getmişlər. Onlar 02 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd pastmas çəni yükləyib aparıb yenədə Ceyhunun dediyi Saray qəsəbəsində yaşayan Əqil adlı qonşusunun evinə boşaltmışlar. Həmin əşyalara görə Əqil Ceyhuna təxminən 400 manat pul vermiş, onlar həmin pulu öz aralarında bölmüşlər. Bundan sonra, yəni 2021-ci ilin iyun ayının ortalarında günorta saatlarında onlar həmin «Qazel» markalı yük avtomobili ilə həmin bağ evindən 02 ədəd balaca qapı götürüb Ceyhunun dediyi Saray qəsəbəsindəki başqa bir evə aparmışlar, Ceyhun orada həmin qapıları tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış, onlar yenədə pulu öz aralarında bölmüşlər. Bundan başqa, onlar həmin ərəfədə sözügedən «Qazel» markalı yük maşını ilə plastik materialları aparıb Aliminium zavodunun yaxınlığında plastik qəbul edən məntəqəyə satıb, pulunu da öz aralarında bölmüşlər. Həmin evin lambirini, elektrik sistemi, kabelləri, qızdırıcı sistemini və digər əşyaları Ceyhun özü sonradan həmin evdən götürüb aparıb onsuz satmış və əldə etdiyi puldan dəqiq xatırlamadığı məbləği də ona da vermişdir. O həmin oğurluğu Ceyhunla birlikdə etmiş, onlara həmin oğurluğu etməkdə başqa şəxs kömək etməmiş, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Xəzər bağlar massivindən oğurladıqları əşyaları da o Ceyhunla birlikdə 2021-ci ilin may ayının axırlarından 2021-ci ilin iyun ayının ortalarınadək olan müddət ərzində evdən qeyd etdiyi əşyaları «Qazel» markalı yük avtomobilinə yükləyərək aparıb ayrı-ayrı yerlərə satmışlar, əldə etdikləri pulları da öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödəməyə maddi imkanının olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Xəzər bağlar massivində yerləşən 02 mərtəbəli fərdi ev ona məxsus olmaqla, evin 1-ci mərtəbəsi təmirli olsa da, 2-ci mərtəbəsi təmirsiz olmuş, həmin evdə yaşayış olmamış, arada-bir sözügedən evə gedib baş çəkib gəlmişdir. Sonuncu dəfə həmin evə 2021-ci ilin may ayının ortalarında gədib baş çəkmiş, həmin vaxt hər şey qaydasında olmuşdur. 12.07.2021-ci il tarixdə saat 12 radələrində o yenidən baş çəkmək üçün həmin evə getmiş və görmüşdür ki, bağ evinin həyətində yerləşən yardımçı otaqlardan cəmi 1000 manata aldığı 04 ədəd plastik qapı, cəmi 600 manata aldığı 03 ədəd pəncərə, cəmi 300 manata aldığı 01 ədəd 2 ton həcmli su çəni, cəmi 960 manata aldığı ərazi işıqlanması üçün 3-4 mm-lik ölçüdə 3,2 metr uzunluğunda kabeli, cəmi 250 manata alınmış 02 ədəd əl-üz yumaq üçün tülpan, 350 manata aldığı markasını bilmədiyi 01 ədəd ariston, 110 manata aldığı 01 ədəd su motorunu (gidrofonu), cəmi 75 manata aldığı 03 ədəd smistiteli, 440 manata aldığı 80 kv.metr lambiri, cəmi 360 manata aldığı kabeli (ana xətti 2x10 mm ölçüdə), cəmi 495 manata olan 300 ədəddən çox vitrin üçün plastik qabı, yaşadığım evdən isə cəmi 1200 manata aldığı 06 ədəd seyf qapı, 250 manata aldığı 01 ədəd plastik pəncərə, cəmi 1210 manata aldığı 2x4 mm-lik 550 metr uzunluğunda ölçüdə kabeli, cəmi 56 manata aldığı 70 metr uzunluğunda televizor kabelini, cəmi 140 manata aldığı 35 ədəd rozetka (vıklyuçateli), cəmi 1680 manata aldığı 1-ci mərbənin 04 ədəd avropa qapılarını, cəmi 1200 manata aldığı 01 ədəd giriş seyf qapını, cəmi 1470 manata aldığı 07 ədəd radiatorları, 250 manata aldığı 01 ədəd unitazı, 120 manata aldığı 01 ədəd suşilkanı, 630 manata aldığı 35 kv.metr ölçüdə padvisnoyu kuxna(hamam), 204 manata aldığı 34 kv.metr ölçüdə ledi (plafonu), 110 manata aldığı gizli işığı, cəmi 130 manata aldığı 02 ədəd kollektoru, cəmi 950 manata aldığı 01 ədəd kombini, cəmi 1650 manata aldığı 06 ədəd pəncərə, cəmi 540 manata aldığı 06 ədəd reşotka pəncərə, cəmi 120 manata aldığı 24 ədəd şit avtomatı, cəmi 1650 manata aldığı 750 metr uzunluğunda 2x4 mmlik kabeli, cəmi 140 manata aldığı 35 ədəd rozetkanı (vıklyuçateli), cəmi 300 manata olan 02 ədəd plastik pəncərə, cəmi 1000 manata olan 03 ədəd taxta qapı, 60 manata aldığı 01 ədəd plastmas çən yerində yoxdur, oğurlanmışdır. O da hadisə barədə Sumqayıt ŞPİ-nin İŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan qonşuluqda quraşdırılmış videomüşahidə kameralarına baxdıqda müəyyən etmişdir ki, 2021-ci ilin may ayının ortalarından 12.07.2021-ci il tarixdə saat 12 radələrinədək evdə olmadığı müddət ərzində ayrı-ayrı günlərdə 2 nəfər tanımadığı şəxs həmin oğurluğu törətmişlər. Həmin görüntüləri diskə köçürüb istintaqa təqdim etmişdir. Oğurlanmış əşyaların bir çoxunun markasını, istehsal olunan yeri xatırlamadığı üçün ifadəsində qeyd edə bilməmişdir. Beləliklə də həmin oğurluq nəticəsində ona təxminən 20.000 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs X4 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, «Qazel» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. Həmin yük avtomobili ilə yaşadığı evin yanında dayanıb, müştəri olanda onların yüklərini dedikləri yerə aparıb-gətirir və bunun müqabilində çörək pulu qazanır. 2021-ci ilin may aının axırlarında saat 14 radələrində o idarə etdiyi «Qazel» markalı yük avtomobili ilə yaşadığı evin yaxınlığında dayanmış, həmin vaxt 2 nəfər tanımadığı oğlan ona yaxınlaşıb bir az yüklərinin olduğunu, onu Sumqayıt şəhəri Xəzər bağlar massivində yerləşən bağ evinə gedib oradan götürüb Abşeron rayonu Saray qəsəbəsinə aparacaqlarını demişlər. O onlardan nə yükün olduğunu soruşduqda, hər ikisi ona bildirmişlər ki, 04 ədəd plastik pəncərələrdir, 01 ədəd dəmir qapıdır, buna görə ona 20 manat verəcəkdirlər. Həmin şəxslərdən biri, arıq bədən quruluşlu, uzun boylu, əynində qoluqısa köynək, göy rəngli cins şalvar olan təxminən 40 yaşlı olmuş, digəri orta boylu, arıq bədən quruluşlu, əynində qoluqısa köynək, sadə boz rəngli şalvar olan təxminən 50 yaşlı olmuşdur. O da razılaşaraq onlarla birlikdə Sumqayıt şəhəri Xəzər bağlar massivinə getmişdir. Ora çatıb idarə etdiyi avtomobili 2 mərtəbəli evin qarşısında çöldə saxlamışdır. Həmin şəxslərdən 40 yaşı olan oğlan ona demişdir ki, bura onların evidir, atası tikibdir, atası rəhmətə gedibdir, anası da xəstədir. Həmin vaxt onlar evdən onun yük avtomobilinə 04 ədəd plastik pəncərə və 01 ədəd dəmir qapı yükləmişlər və onlar oradan birbaşa onların dedikləri Abşeron rayonu Saray qəsəbəsinə getmişlər. Onlar həmin qapı pəncərələri satmağa aparmışlar. Saray qəsəbəsinə gedib bir həyət evinin yanında maşını saxlamış, onlar yükü kiminsə evinin həyətində boşaldıb tanımadığı şəxsə satmışlar, daha sonra yenidən onun avtomobilinə minib onunla birlikdə Sumqayıt şəhərinə «Dörd Qardaş» restoranının yanına getmişlər, orada onun xidmət haqqını verib, düşüb getmişlər. Təxminən 10 gün sonra, yəni 2021-ci il ilin iyun ayının əvvəlində saat 13 radələrində o yenədə həmin yerdə dayanarkən həmin 2 nəfər şəxs yenədə ona yaxınlaşıb bir az yüklərinin olduğunu demişlər. O da onlarla birlikdə Xəzər bağlar masisivndəki həmin bağ evinə getmişdir. Bu dəfə onlar onun yük maşınına 02 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd pastmas çəni yükləyib Saray qəsəbəsinə həmin evə aparıb boşaltmışlar. Bu dəfə onlar onunla Sumqayıta qayıtmamışlar, o özü tək qayıtmışdır. 2021ci ilin iyun ayının ortalarında günorta saatlarında həmin 2 nəfər şəxslərin xahişi ilə o onların yüklərini həmin bağ evindən Saray qəsəbəsindəki başqa evə aparıb boşaltmışdır. Həmin yüklər də 02 ədəd balaca qapı olmuşdur. Bundan başqa onlar ona müraciət etməmişlər. Hər dəfə də onların yükü dedikləri yerə apararkən o onlardan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, onlar da ona oğurluq olmadığını, özlərinə məxsus olduğunu bildirmişlər. Həmin şəxslərdən uzun borylu 40 yaşlı oğlan ona özünü Ceyhun kimi, 50 yaşlı olan isə ona özünü Alim kimi təqdim etmişdir. Həmin 2 nəfər şəxsin mobil telefon nömrələrini və anket məlumatlarını bilməmiş, onlar ona özlərini Ceyhun və Alim kimi təqdim etmişlər. Ceyhunun deməsinə görə onun anası Saray qəsəbəsində yaşayır. O həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, onlar ona əşyaların özlərinə məxsus olduğunu demişlər. İş materiallarına əlavə olunmuş video görüntü olan 01 (bir) ədəd disklərə məhkəmə iclas zalında komputer vasitəsi ilə baxış keçirilmiş və həmin diskdəki video görüntüdən Təqsirləndirilən şəxs və bir nəfər istintaqla şəxsiyyəti araşdırılan şəxs zərərçəkmiş şəxsə məxus evdə oğurluq etmələri açıq-aydın görsənmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 30.08.2021-ci il tarixli, 9/5519 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istimar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 360 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, hazırlandığı materialı) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. -1,40x2,40 metr ölçülü 02 ədəd pəncərə -300 manat; -1 ton həcmli plastmass materialdan hazırlanmış çən-60 manat. İş materiallıarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 06 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd plastmas çən və 01 ədəd dəmir qapı saxlanılması üçün zərərçəkmiş şəxs Arif Quliyevə təhvil verilmiş və 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 16.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15.07.2021-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonuna kimi, yəni 13.10.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 12.10.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 06 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd plastmas çən və 01 ədəd dəmir qapının zərərçəkmiş şəxs X2 sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli (iş № 1(060)-669/2021) qərarını icra edərək, 08 oktyabr 2021-ci il tarixli 277/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 06 ədəd plastik pəncərə, 03 ədəd taxta qapı, 01 ədəd plastmas çən və 01 ədəd dəmir qapının zərərçəkmiş şəxs X2 sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 saat hüquqi yardıma görə 42 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar