Məhkəmə qərarları › İş №1(060)-669/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-669/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-669/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, st.Sumqayıtçay ərazisi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 08 may 2022-ci il tarixdə saat 02:30 radələrində etibarnamə əsasında, AE 035649 seriyalı, BC kateqoriyalı sürücülük hüququ olmaqla idarə etdiyi, Zərərçəkmiş şəxs2 MMC-ə məxsus olan "xxxx" minik markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə 90 km/saat surətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyib hərəkətdə olduğu küçə ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində yol şəraitini nəzərə almadan avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirmiş və avtomobil C.Məmmədquluzadə küçəsi boyu yerləşən hasara çırpılmış, nəticədə avtomobildə olan sərinişin Zərərçəkmiş şəxs1 başın küt travması, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, alının sağ hissəsinin, sağ almacıq nahiyyəsinin, döş qəfəsinin sol ön səthinin 3(üç) ədəd, qarnın sağ ön səthinin 5(beş) ədəd sıyrıqları, sol diz oynağının iç səthinin yarası ilə müşaiyət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alması nəticəsində ehtiyatsızlıqdan ölümünə, eləcə də "xxxx" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi Zərərçəkmiş şəxs2 MMC-ə 14000(on dörd min) manat dəyərində maddi ziyan vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 3 ünvanında daimi qeydiyyatda olsa da, Sumqayıt şəhəri Sumqayıt Çay Stansiyası ərazisində fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, heç bir ruhi-əsəb və s. xəstəliyi yoxdur, «BC» kateqoriyalı sürücülük hüququ vardır, etibarnamə əsasında "xxxx" markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomobili 2022-ci ilin mart ayından etibarnamə əsasında idarə etmiş, 08 may 2022-ci il tarixdə mərhum dostu Zərərçəkmiş şəxs1 ona zəng edərək Bakı şəhərinə getməli olduğunu deyib onu Bakı şəhərinə aparmağını xahiş etmiş, avtomobilə də yanacaq tökəcəyini demiş, onunla razılaşmış və Sumqayıt şəhəri X2 yaxınlığında görüşmüşlər. Elxan onun idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşmiş, oradan Sumqayıt şəhəri S.Vurğun küçəsi istiqamətində hərəkətə başlamış, həmin gün hava yağışlı, asvalt yaş olmuş, S.Vurğun küçəsi ilə təxminən 90 km/saat surətlə hərəkətdə olduğu zaman C.Məmmədquluzadə küçəsi ilə kəsişmədə işıqforun yaşıl işığı yandığını görüb hərəkətdə olduğu surətlə yol kəsişməsinə daxil olmuş, həmin zaman avtomobilin yol kəsişməsində olan su gölməçəsinə daxil olmuş, avtomobilin ön alın şüşəsinin su olduğundan qarşını görə bilməmiş, eləcə də avtomobil üzərində idarəetməni itirmiş, avtomobilin ön hissəsi C.Məmmədquluzadə küçəsində küçə boyu olan hasara çırpılmış, nəticədə xəsarət aldığından ətrafa toplaşan şəxslərin köməkliyi ilə avtomobildən Elxan ilə birlikdə çıxarılmış, sonradan vətəndaşların köməkliyi ilə təcili tibbi yardım xəstəxanasına yerləşdirilmiş, orada sərnişini olan dostu Elxanın baş vermiş hadisə nəticəsində öldüyünü öyrənmiş, hadisənin baş verməsinə səbəb avtomobili yüksək surətlə idarə etməsi və avtomobilin gölməçəyə girən zaman idarəetməni itirməsi olmuş, avtomobilində başqa sərnişin və yükü olmamış, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək mülki iddia tələbinin həddən artıq şişirdilmiş məbləğ olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını və mülki iddia tələbinin isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur, mərhum oğlu Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ilə dost olmuşlar. 08 may 2022-ci il tarixdə axşam saatlarında mərhum oğlu Elxan yaşadıqları evdən şəxsi işləri üçün çıxmış, həmin gün gecə saatlarında oğlu Elxan dostu Rövşənin idarə etdiyi Khazar markalı avtomobildə olmuş, Rövşən də Sumqayıt şəhəri S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində oğlu Elxanın vəfat etdiyi barədə məlumat almışdır. Oğlu Elxanın sərnişin olduğu avtomobili dostu Rövşən idarə etmiş, avtomobil Sumqayıt şəhəri S.Vurğun küçəsində divara çırpıldığından oğlu Elxan hadisə yerində vəfat etmiş, Rövşən isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyini sonradan öyrənmişdir. Hadisənin necə baş verməsi barədə dəqiq məlumatı olmamış, danışıqlardan Rövşən avtomobil üzərində idarə etməni itirdiyindən avtomobil divara çırpıldığını öyrənmişdir. Mərhum oğlu Elxanın meyitinin Məhkəmə-tibbi ekspertiza müayinəsindən keçdikdən sonra onlara təhvil verilmiş və Sumqayıt şəhəri Corat qəsəbə qəbirislanlığında dəfn etmişdirlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və onun sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində mülki iddia tələbini müdafiə edərək göstərdi ki, 04 fevral 2022-ci il tarixdən Zərərçəkmiş şəxs2 MMC-nin hüququşünası vəzifəsində işləyir, işlədiyi MMC vətəndaşlara lizinq müqaviləsi ilə avtomobillərin verilməsi fəaliyyəti ilə məşğul olur, Zərərçəkmiş şəxs2 MMC ilə Təqsirləndirilən şəxs arasında 22 fevral 2022-ci il tarixdə MAS4879 saylı daxili lizinq müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs istifadəsinə "xxxx" markalı **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil verilmiş, daxili lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə hər ay sabit məbləğ olaraq 383.64 manat aylıq ödəniş müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin məbləği hər ay ödəməyi öz öhdəsinə götürmüş, 08 may 2022ci il tarixdə sözügedən avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zərər gördüyü MMCə məlum olmuşdur. MMC-ə yol-nəqliyyat hadisəsi nəticəsində 14000 manat maddi zərər dəymişdir. Belə ki, həmin avtomobil tamami ilə yarasız hala düşmüşdür. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs avtomobili idarə edilməsi üçün MMC-tərəfındən verilmiş etibarnaməsi qüvvədə olmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qeyd olunanların nəzərə alınaraq mülki iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2014-cu ildən X4, 2016-cı ildən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 08 may 2022-ci il tarixdə saat 02:30 radələrində Sumqayıt ŞPİ-nin DYPŞ-də növbədə olan vaxtı Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb ekipaj yoldaşı X6 ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə çatanda “Khazar” markalı **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin C.Məmmədquluzadə küçəsində hasara çırpıldığını görmüşlər. Həmin avtomobilin yüksək surətlə hərəkətdə olduğu, idarəetməni itirdiyindən avtomobilin hasara çırpıldığı onlara məlum olmuş, hadisə yerinə çatanda TTY avtomobili də gəlmiş, tibb işçiləri sərinişinin öldüyünü bildirmiş, həmçinin sürücü ağır bədən xəsarətləri aldığından onu xəstəxanaya aparmışlar, bundan sonra müstəntq gəlmiş, müstəntiq və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bununla bağlı da protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmış, hadisə baş verən zaman yol-nəqliyyat hadisəsi törətmiş sürücü onlar və ya digər bir ekipaj tərəfindən təqib edilməmiş, həmin avtomobili hadisədən əvvəl görməmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2022-ci il tarixdə 02:29 radələrində Sumqayıt şəhər S.Vurğun küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində “Təhlükəsiz şəhər” kamerasına həkk olunmuş 03 dəqiqə davam edən görüntünün 35-ci saniyəsində S.Vurğun küçəsindən C.Məmmədquluzadə küçəsi ilə kəsişməyə ağ rəngli avtomobilin daxil olduğu və həmin avtomobilin su gölməçəsindən keçdiyi müəyyən edilir. İkinci fayldakı görüntüyə daxil olduqda görüntünün 34-cü saniyəsində həmin avtomobilin C.Məmmədquluzadə küçəsində yerləşən hasara çırpıldığı müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 51 №-li rəyindən görünür ki, 2000-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə tibbi ekspertizasına, labarator müayinənin cavabına, qərardakı məlumtları nəzərə alıb və qərarda qoyulmuş şullara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması. Sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı. Baş beyinə qansızma, alının sağ hissəsinin, sağ almacıq nahiyyəsinin, döş qəfəsinin sol ön səthinin 3(üç) ədəd, qarnın sağ səthinin 5(beş) ədəd sıyrıqları, sol diz oynağının iç səthinin yarası.

2. Qeyd edilən xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 6-8 saat əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbağa səbəbli əlaqəlidirlər,

3. Ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir.

4. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur.

5. Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində 1.3%0 etil spirtli aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində narkotik maddə aşkar edilməmişdir.(AKT-203/K) Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1666 №-li rəyindən görünür ki, «Khazar» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 911 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Sol bud sümüyünün 1/3-nin qəlpəli yerdəyişən, sol mil sümüyünün tipik yerinin az yerdəyişən sınıqları küy əşya(əşyalar) təsirindən törənmişdirlər, törənmə müddəti xx.xx.2022-ci il tarixdə yol nqəliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığla az ağır zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-cu il tarixli 1924 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2022-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək qüvvədə olan AE035649 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2022-ci il tarixli 302-4177-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan bir ədəd "xxxx" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərmaş MMC-nin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə Azərmaş MMC-nin direktoru R.A.İsmayılov oğlu tərəfindən Təqsirləndirilən şəxs qarşı "xxxx" mülki iddia verilmiş, Azərmaş MMC-nin direktoru R.A.İsmayılov Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində maddi ziyan çəkdiyini iddia edərək, maddi ziyana görə 14000 manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddianın əsaslarına və məbləğinə dair sübutlar təqdim edilmədiyindən mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş hüquqi şəxsə həmin tələbi mülki məhkəmə icraatı qaydasında irəli sürmək hüququnun olduğu izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli (iş № 1(060)-669/2022) qərarını icra edərək, 10 avqust 2022-ci il tarixli 1170 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə hazırlıq iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd "xxxx" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərmaş MMC-nin sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs Azərmaş MMC-nin direktoru R.A.İsmayılov tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi tələbi barədə” mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsə izah olunsun ki, həmin tələbi mülki məhkəmə icraatı qaydasında irəli sürə bilər. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar