Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-669/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, rəsmi olaraq evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhərində fəaliyyət göstərən “No.1” açar dükanının sahibi və orada usta işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda rəsmi nikahda olsa da, faktiki olaraq birgə yaşamadığı arvadı Zərərçəkmiş şəxs1 kirayədə qaldığı Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 47-ci binanın 5 nömrəli mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs1 razılığı və icazəsi olmadan iradəsi ziddinə mənzildə heç kəsin olmadığı vaxtda daxil olaraq yataq otağında qızdırıcının radiatoruna gizli şəkildə istintaqa markası məlum olmayan kameranı gizlədib yerləşdirməklə 28 fevral 2023-cü il tarixdə saat 08:43-dən saat 10:24-dək Zərərçəkmiş şəxs1 intim həyat yaşadığı Zərərçəkmiş şəxs2 ilə pornoqrafik xarakterli hesab edilməyən cinsi-intim video çəkilişini qeydə alaraq onların şəxsi həyatının sirri olan, kənar şəxslərə yayılmasına razı olmadıqları videoçəkiliş materiallarını qanunsuz toplamış və təkrarən həmin gün istintaqa məlum olmayan vaxtda mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs1 razılığı və icazəsi olmadan iradəsi ziddinə mənzildə heç kəsin olmadığı vaxtda daxil olaraq istintaqa markası məlum olmayan kameranı götürüb mənzili tərk etmiş, qeyd edilən videoçəkiliş materiallarını 5 mart 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon 27 nömrəli binanın qarşısında tanışı Şahid1 şəxsən nümayiş etdirmiş, bundan başqa təkrarən 7 mart 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon 27/17 nömrəli binanın 74-cü mənzilində birgə yaşadığı yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qızı Şahid3 şəxsən nümayiş etdirmiş, bundan başqa təkrarən 13 mart 2023-cü İl tarixdə saat 15 radələrində istifadə etdiyi “Samsung” markalı mobil telefonda ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçirməklə quraşdırdığı “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə azyaşlı xx.xx.2009-cu il təvəllüdlü oğlu Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə göndərməklə qəsdən yaymış, bununla da Zərərçəkmiş şəxs1 şəxsi həyat və mənzil toxunulmazlığı, Zərərçəkmiş şəxs2 isə şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 156.1 və 157.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2006-cı ildə Xaçmaz rayonunda yaşayan Zəminə ilə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci il tarixdə qızı Heyvagül, xx.xx.2009-cu ildə Şahid2 doğulmuşdur. Ailədə münasibəti əvvəllər normal olmuş, 2022-ci ilin fevral ayında arvadı Zərərçəkmiş şəxs1 tez-tez ailədə münaqişələr yaratması, may ayında isə ona xəyanətindən şübhələndiyinə görə münasibətləri pozulmuşdur. 15 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Zəminə yaşadığı evi uşaqları ilə birlikdə tərk edərək ünvan 2 ünvana köçmüşdür. Zəminə həmin ərəfədə boşanmaqla əlaqədar Sumqayıt şəhər Məhkəməsinə müraciət etməsindən xəbər tutmuşdur. 2022-ci ilin oktyabr ayının sonlarında arvadı Zəminə ilə Zərərçəkmiş şəxs2 arasında münasibət olduğunu öyrənmişdir. Mirkamalı uşaqlığından tanıyır, onunla eyni məhəllədə yaşamış, Mirkamalın atası Mehti ilə bir məktəbdə oxumuşdur. Mirkamal arvadı Zəminədən yaşca çox balacadır. O, uşaqların Zəminənin yanında qalmasını istəmir, qızı Heyvagül onun bu fikri ilə razıdır və hazırda onun yanında yaşayır. Oğlu Tunar isə anası Zəminənin təsiri altındadır və onunla birlikdə yaşayır. Zəminənin bu hərəkətlərini uşaqlarına, Zəminənin özünə, Zəminənin valideynlərinə sübut edə bilməmişdir. O, Zəminədən xahiş etmişdir ki, məhkəmə boşanma yekunlaşanadək ata evi olan Xaçmaz şəhərinə köçsün və orada yaşasın, lakin Zəminə onun xahişlərinə məhəl qoymadığına görə onun Mirkamal ilə əxlaqsız hərəkətlərini ifşa etmək qərarına gəlmişdir. 2023-cü ilin fevral ayında internet vasitəsilə öz yaddaşında qeydiyyat aparan, canlı yayım funksiyası olmayan, batareya ilə işləyən “SD” kart yaddaşı olan 1 kamera almışdır. Kameranın markasını xatırlamır. Zəminənin kirayə yaşadığı mənzilin qapısının bir açarının da qızı Heyvagüldə olduğunu bildiyi üçün Heyvagüldən xəbərsiz çantasından açarı götürüb 2023cü ilin fevral ayının 1-də ünvan 4 ünvana getmiş, həmin açarla qapını açaraq mənzilin yataq otağında kombinin radiatorunun arasına qoymuşdur. Bu hərəkətlərində əsas məqsədi Mirkamal və Zəminənin cinsi əlaqədə olmasını qeydə almaq, uşaqlarına, Zəminənin valideynlərinə göstərmək, gələcəkdə məhkəməyə təqdim etmək və Zəminənin əxlaqsızlığını ifşa etmək olmuşdur. Kamera burada 10-15 gün qalmış, 28 fevral 2023-cü il tarixdə yenə Heyvagülün açarı ilə qapını açıb içəri girərək kameranı götürmüşdür. Daha sonra kameradakı videogörüntülərə baxdıqda Zəminə və Mirkamalın cinsi əlaqədə olmasını ifşa etmişdir. Videoçəkilişi telefonuna yükləmiş, təxminən 5-6 mart 2023-cü ildə öz istifadə etdiyi ***-***-**-** mobil nömrəsi, yaxud da ***-***-**-** mobil nömrəsində quraşdırılmış WhatsApp proqramı vasitəsilə Zəminənin istifadə etdiyi ***-***-**-** mobil nömrəsini videonun iki fraqmentini ekran görüntüsü kimi göndərmişdir. Zəminədən Xaçmaz şəhərinə gedərək məhkəmənin sonunadək atasıgildə yaşamasını, hələ ki, onun nikahında olduğuna görə əxlaqsız hərəkətlərini dayandırmağı tələb etmişdir. Zəminə isə buna məhəl qoymamışdır. 7 mart 2023-cü il tarixdə saat 20 radələrində qızı Heyvagülə yaşadığı evdə ünvan 5 ünvanda öz telefonunda nümayiş etdirməklə göstərmiş, Heyvagül də videogörüntünü tamamilə izləmiş, Heyvagül bundan sonra anası Zəminənin əxlaqsızlığını bilmişdir. Bundan sonra təxminən 13 mart 2023-cü il tarixdə saat 15 öz istifadədə etdiyi ***-***-**-** mobil nömrəsi, yaxud da ***-***-**-** mobil nömrəsində quraşdırılmış WhatsApp proqramı vasitəsilə oğlu Tunarın istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə arvadı Zəminə və Mirkamalın intim videosunu göndərmişdir. Videogörüntünü Tunar izlədikdən sonra WhatsApp proqramının funksiyası ilə silmişdir. Tunar da bundan sonra anası Zəminənin əxlaqsızlığını bilmişdir. Videoları hazırda işlətdiyi "Samsung A23” markalı telefonla göndərmişdir. Baldızı Fatimənin əri Şahin ilə eyni məhəllədə böyümüşdür, yaxın münasibətləri var, sonradan onu boşanmaqda səbəbkar saymaması üçün 2023-cü ilin mart ayının 5-də saat 19 radələrində yaşadığı Sumqayıt şəhəri 8-ci mikrorayon 27 nömrəli binanın qarşısında öz telefonunda Şahinə Zəminə və Mirkamalın cinsi əlaqəsinin əks olunduğu intim videogörüntülərindən fraqment göstərmiş, ancaq videogörüntünü tam izlətməmişdir. Başqa heç kimə bu videogörüntüləri göstərməmiş, göndərməmişdir. Videoçəkilişləri kameranın yaddaşından çıxardıqdan sonra hirsindən kameranı sındırıb məhv etmişdir və buna görə də kameranı təqdim edə bilmir. Həmin görüntüləri yaymaq məqsədi olmamış, heç bir sosial şəbəkədə paylaşmamışdır. Hazırda zərərçəkmiş şəxslərin onun barəsində heç bir şikayətləri yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə ailə quraraq Sumqayıt şəhəri 8-ci mikrorayona gəlin köçmüş, bu vaxtdan da əri Sarvan, qaynanası Heyvagül ilə birlikdə yaşamışdır və 16 il ailəli olmuşdur. Birgə nikahdan xx.xx.2007-ci il tarixdə Heyvagül adlı qızı, xx.xx.2009-cu ildə Tunar adlı oğlu doğulmuşdur. 2022-ci ilin oktyabr ayında əri Sarvandan faktiki ayrılmış, uşaqları ilə birlikdə ünvan 2 ünvana kirayə köçərək yaşamışdır. Bundan sonra o, boşanma haqqında Sumqayıt şəhər Məhkəməsinə iddia vermişdir. 28 fevral 2023-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri Kimyaçılar parkında işdən evə gələndə əri Sarvan onun yolunu kəsmiş və kirayə yaşadığı evə gizlincə kamera quraşdırdığını, yataq otağında Mirkamal ilə cinsi əlaqədə olduğu vaxtda videoçəkiliş aparıldığını və həmin intim videoçəkilişi özündə saxladığını demişdir. Lakin kameranı necə quraşdırdığı və videogörüntüləri nə vaxt qeydə alınmasına dair heç nə deməmiş, videoçəkilişi ona göstərməmişdir. Bundan sonra Sarvan elə orada Sumqayıt şəhərini tərk etmək, yaxud da özünü öldürməyi ondan tələb edərək əks halda, bu videoçəkilişi yaymaqla onu hədələmişdir. O, Sarvana inanmamış, sözlərinə əhəmiyyət verməmişdir. Həmin gün evə çatmış, axşam ***-***-**-** mobil nömrəsində quraşdırdığı və istifadə edildiyi WhatsApp proqramı vasitəsilə Sarvan özünə məxsus ***-***-**-** mobil nömrəsindən videoçəkilişi ona göndərmişdir. Videoçəkilişin müddəti yadında deyil, Sarvan videoçəkilişi göndərdikdən təxminən bir neçə dəqiqə sonra silmişdir. Videoçəkiliş WhatsApp proqramının yaddaşına yüklənmişdir, o, videoçəkilişə baxdıqda kirayə qaldığı evin yataq otağıda intim münasibət yaşadığı Mirkamal ilə çarpayıda çılpaq halda cinsi əlaqəsi əks olmasını və hər ikisinin üzünün videoçəkildə açıq-aydın görünməsini, videoçəkilişin otağın kombi radiatoru olan divarında, həmin radiatora bərkidilmiş kamera ilə qeydə alındığını görmüşdür. Videoçəkilişdə əks olunan görüntülər: Mirkamal və onun yataq otağına girməyi, əyninəki paltarları çıxarmağı və cinsi əlaqədə olmağından ibarət olmuşdur. Digər videoçəkiliş isə mənzilin girişindən qeydə alınmış çəkiliş olmuş və Mirkamalın onun mənzilinə daxil olması bu videoçəkilişdə əks olunmuşdur. Bundan başqa Sarvan 2023-cü ilin mart ayının 28-30 tarixlərində WhatsApp proqramı vasitəsilə ***-***-**- ** mobil nömrəsindən eyni intim videoçəkilişi oğlu Turanın istifadə etdiyi ***-***-**-** mobil nömrəsində quraşdırılmış mobil telefonuna göndərmişdir. Eyni zamanda əri Sarvan intim videoçəkilişi 15 yaşlı qızı Heyvagülə də göstərərək ona qarşı nifrətini oyatmaq istəmişdir. Sarvanın videoçəkilişi kimlərə göstərdiyini bilmir, amma Sarvanın özü ona hələ çox adama bu videoçəkilişi nümayiş etdirərək onu biabır etdiyini demişdir. O, intim həyatını heç kimlə, o cümlədən faktiki ayrıldığı və keçmiş hesab etdiyi əri Təqsirləndirilən şəxs ilə bölüşməmişdir. Təqsirləndirilən şəxs mənzilə icazəsi olmadan girməklə, gizlincə kamera yerləşdirməklə onun intim həyatının çəkilişi aparmaq ilə yanaşı azyaşlı oğlu Tunara bu videoçəkilişi göndərmək, qızı Heyvagülə və başqalarına göstərməklə şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Həmin mənzilin üç açarı vardır, açarlardan biri özündə, biri oğlu Tunarda, biri qızı Hüyvagüldə olmuşdur. Mənzildə heç vaxt Təqsirləndirilən şəxs ilə birlikdə yaşamamış, Sarvanın mənzilə girmək ixtiyarı olmamışdır, Sarvandan ayrıldıqdan sonra bu mənzilə köçüb yaşamışdır. Zərərçəkmiş şəxs2 hələ Təqsirləndirilən şəxs ilə faktiki birgə yaşadığı vaxtdan tanıyır. Aralarında əvvəllər tanışlıqdan başqa heç bir münasibəti olmamışdır. O, faktiki olaraq Sarvandan ayrıldıqdan sonra Zərərçəkmiş şəxs2 intim həyat yaşamışdır. Zərərçəkmiş şəxs2 ilə münasibətini oğlu Tunar həmin vaxtı bilməmişdir. X9 Sumqayıt sakini və yaxınlıqda yaşayan qonşu kimi tanımışdır. Sarvan bu videoçəkiliş ilə onu əxlaqsız insan kimi təqdim edərək boşanmaqda haqlı tərəf olduğunu sübut etmək istəyərək bu hərəkətləri etmişdir. Sarvana onun evinə girməyə icazə verməmiş, yalnız bir dəfə qızının kitablarını və yatağını çıxarmaq üçün gəlməsinə icazə vermişdir, Sarvanın onun evinə kamera quraşdırması ağlına gəlməmiş, ona maraqlı olmamışdır. Sarvan özü onu evdən qovmuş, o da öz şəxsi həyatını yaşayır. Buna görə də şəxsi həyatının Sarvana aidiyyatı yoxdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin dekabr ayında ona qızıl satan Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Sonradan aralarında münasibət yaranmış, Zərərçəkmiş şəxs1 ona ərindən ayrıldığını, iki azyaşlı övladı olduğunu və Sumqayıt şəhəri, 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzildə kirayə yaşadığını demiş, onlar 2023-cü ilin fevral ayından intim həyat yaşamağa başlamışdırlar. Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzildə oğlu Tunar ilə yaşamışdır, onun Zəminənin oğlu Tunar ilə ünsiyyəti yoxdur. O, Zərərçəkmiş şəxs1 ilə oğlu Tunarın evdə olmadığı vaxtda kirayə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzildə görüşüb cinsi əlaqədə olmuşdur. 2023-cü ilin mart ayının əvvəlində Zərərçəkmiş şəxs1 ona əri Təqsirləndirilən şəxs mənzilin yataq otağında gizlincə kamera yerləşdirməklə cinsi əlaqədə olmağını videoçəkilişə qeydə alması, həmin videogörüntünü qızı Heyvagülə göstərdiyini demişdir. Həmin ərəfədə Sarvan ilə Zəminə arasında boşanma işi olduğuna görə videoçəkilişi məhkəməyə təqdim edəcəyini düşünmüş, bu məsələnin Zəminə ilə Sarvan arasında həll olunacağını güman etmişdir. Zəminə ilə Sarvan arasında mübahisənin böyüdüyünü Zəminədən xəbər tutmuş, Zəminə ona Sarvanın onların intim videogörüntüsünü oğlu Tunara göndərdiyini, Zəminənin bacısı Fatimənin əri Şahinə göstərdiyini demişdir. Onun intim həyatına dair videogörüntülərin daha da yayılmasını istəmir, bu səbəbdən də prokurorluğa müraciət edərək Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərindən şikayət etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, 2023-cü ilin fevral ayında Zəminə ilə kirayə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzildə cinsi əlaqədə olmuşdur. Dəqiq gün tarixi yadında deyil. Zəminə ona Sarvanın mənzilin yataq otağında quraşdırdığı kamera ilə görüntülərini qeydə aldığını demişdir. Təqsirləndirilən şəxs onun atasının paralel sinif yoldaşı olub, Zəminəni tanıyanda Sarvan ilə ər-arvad olduğunu bilməmiş, sonradan bunu bilmişdir. Heç bir düşmənçilik, ədavəti, qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs onun intim videogörüntülərini Zəminənin qızı Heyvagülə, oğlu Tunar və bacısının əri Şahinə göstərmişdir. Onlardan yalnız Tunara videogörüntünü göndərdiyini bilir. Başqa kimlər arasında yaydığından xəbəri yoxdur. O, Zərərçəkmiş şəxs1 ilə gizli intim münasibət saxlamış, bunu ikisindən başqa heç kim bilməmişdir. Ancaq, Təqsirləndirilən şəxs onun Zəminə ilə intim münasibəti olduğunu videoçəkilişi qeydə almaqla bunu üzə çıxarmışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını və ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmiş, buna görə də cinayət işinin ona aid olan hissəsində xitam edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun baldızıdır, Zərərçəkmiş şəxs1 ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs uşaqlığından tanıyır, Sumqayıt şəhəri, 8-ci mikrorayonda eyni məhəllədə yaşamışdırlar. Zərərçəkmiş şəxs2 isə 8-ci mikrorayonda yaşayır, şəxsi münasibəti olmasa da, kim olduğunu bilir. Sarvan ilə Zəminə evli olublar, onların iki azyaşlı uşaqları vardır. 2022-ci ilin sonlarından ayrı yaşayırlar. Təqsirləndirilən şəxs boşanma ilə əlaqədar mübahisələrdə ailəsini qorumağı tövsiyə etmişdir. Təqsirləndirilən şəxs isə arvadı Zəminəni əxlaqsızlıqla günahlandırmışdır. 2023-cü ilin mart ayının 5-də axşam saat 19 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon 27 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs təsadüfən görüb söhbət etdikdə Təqsirləndirilən şəxs ona öz telefonunda videoçəkiliş göstərmişdir. Bu videoçəkilişdə Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 yataq otağında intim-cinsi münasibətləri əks olunmuşdur. O, videonu başdan bir az izlədikdən sonra artıq videoçəkilişin davamına baxmamışdır. Bu videonu ona izlətdirənə qədər Mirkamal ilə Zəminənin intim münasibətlər saxladığını bilməmişdir. Videoçəkilişi izlətdikdən sonra Sarvan ona demişdir ki, boşanmaqda səbəb Zəminənin xəyanətidir və buna görə də onu günahkar saymasın. Bundan sonra Sarvan və Zəminənin ailə məsələlərinə qatışmamışdır. Sarvanın videoçəkiliş aparmasından əvvəldən xəbəri olmamışdır. Sarvanın kameranı haradan almasını bilmir, o, sadəcə artıq Sarvanın bunları etdikdən sonra apardığı videoçəkilişi görmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs1, atası Təqsirləndirilən şəxsdur. 15 oktyabr 2022-ci ildə valideynləri faktiki ayrılmış və birgə yaşamamışdırlar. Həmin gün ana babası Nurəddin onu, qardaşı Tunarı və anası Zəminəni ünvan 4 ünvana köçürmüşdür. Bundan sonra 2 ay anası ilə qalmışdır, 26 yanvar 2023-cü il tarixdə atası Sarvanın yanına ünvan 7 ünvana gəlmişdir. Buna baxmayaraq qardaşı Tunar ilə birlikdə yaşayan anası Zəminənin yanına gedib-gəlmiş və onların qaldığı Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən mənzilin açarları da onda olmuşdur. 7 mart 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı ünvan 7 ünvanda olarkən atası Sarvan ona anası Zəminənin ona xəyanət etdiyini, Mirkamal adlı biri ilə münasibət saxladığını demişdir. O, atası Sarvana inanmadığını dedikdə atası Sarvan ona çantasından Sumqayıt şəhəri, 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzilin açarını götürüb mənzilə heç kəsin olmadığı vaxtda girərək yataq otağında kamera quraşdıraraq xəyanəti qeydə aldığını demişdir. O, atası Sarvana yenə inanmadığını deyərək videoçəkilişi göstərməsini tələb etmişdir. Atası ona özünə məxsus “Samsung A23” markalı mobil telefonunda nümayiş etdirmişdir. Həmin kadrlarda anası Zəminə və atasgilin qonşuluğunda yaşayan Mirkamal adlı şəxs tanımışdır. Atası Təqsirləndirilən şəxs çantasından Sumqayıt şəhəri, 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzilin açarını nə vaxt götürdüyünü bilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin oktyabr ayından atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs1 ayrılmışdırlar, Sumqayıt şəhər məhkəməsində atası və anasının boşanma işinə baxılır. O, anası Zəminə ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Həmin ev kirayə evidir, bacısı Heyvagül isə atası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Valideynləri faktiki ayrıldıqdan sonra da atası Təqsirləndirilən şəxs ilə normal münasibəti olmuşdur. Bacısı Heyvagül atası Sarvan ilə birlikdə qalsa da, onlar yenə də əlaqə saxlayır, bacısı Heyvagül ilə bir həftə bundan əvvəl əlaqə saxlamışdır. Atası Sarvanın anası Zəminə ilə ayrılması səbəbini bilmir, ancaq, anası Zəminənin boşanmaq üçün məhkəməyə ərizə verdiyini bilir. Birgə yaşadığı vaxtlarda da valideynləri arasında mübahisələrin olduğunu bilir. 2023-cü ilin mart ayının sonunda onun ***-***-**-** mobil nömrəsinin quraşdırıldığı WhatsApp proqramı vasitəsilə atası Sarvanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə videoçəkiliş göndərmişdir. Həmin videoçəkilişin neçə dəqiqə müddətdə çəkməsi yadında deyil. Həmin videofaylı açanda anası Zəminənin və onun tanıdığı Kamal adlı şəxsin kirayə qaldığı evdə anası ilə birlikdə yatdığı yataq otağında çılpaq vəziyyətdə çarpayının üstündə uzandığını görmüşdür. Videoya bir qədər baxdıqdan sonra atası Sarvan göndərdiyi videoçəkilişi ikitərəfli qaydada sildiyinə görə davamına baxmamışdır. Bu videoçəkilişdə anası Zəminə və Kamalın üzü aydın seçilirdi. Videogörüntülərdən gördüyü bu olub ki, anası Zəminə ilə Kamal arasında intim münasibətlər var İdi. Bu vaxta qədər anası Zəminə ilə Kamalın intim həyat yaşadıqlarını bilməmişdir. Atası Sarvan videogörüntüləri göndərdikdə sonra bu barədə anası Zəminənin polisə müraciət etdikdə videoçəkilişi yaymaqla onu hədələmişdir. Atası Sarvan ilə bu videoya baxdıqdan sonra danışığından ona məlum olub ki, bu videoları əvvəlcə anası Zəminəyə göndərmiş, bundan sonra anası Zəminə ilə mübahisəsi düşmüş, videoçəkilişdən ötrü polisə müraciət etməməsi üçün ona da göndərmişdir. Ondan başqa kimin bu videogörüntüiərə baxdığını bilmir. Anası Zəminə ilə bu barədə heç vaxt söhbət etməsə də, anası Zəminəyə atası Sarvanın ona video görüntü göndərdiyini demişdir. Kamalı 5-6 il olar ki, tanıyır, əsl adı Mirkamaldır, məhəllədə ona Kamal deyirlər. Atası Sarvan ilə birlikdə yaşadığı vaxtda eyni məhəllədə qalırdılar. Anası Zəminə ilə həmin Mirkamalın buna qədər tanışlıqlarını bilməmişdir. Videomaterial atası Sarvan tərəfindən ikitərəfli qaydada silindiyinə görə yaddaşa düşməyib, həmin videoçəkilişi heç kəsə də göndərməmişdir. Atası Sarvan evdə olmadıqları vaxtda gələrək yataq otağına gizlincə kamera yerləşdirmiş və videogörüntünü buradan qeydə almış, sonra isə kameranı oradan götürmüşdür. O, heç vaxt mənzilin açarlarını atası Təqsirləndirilən şəxs verməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri əsasında faktla bağlı Azərbaycan Respublikası CM-in 156.1 və 157.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baxış zamanı səsyazısının stenoqramı yazılaraq protokolun məzmununa əlavə edilmiş və müəyyən edilmişdir ki: “2” adlı yazının stenoqramı: “Kimdir *****, sənsən də *******, hə, sübut edəcəm də sənə ******* olduğunu, yavaş-yavaş başlamışam, mən sənə adam balası kimi söz demişəm axı, sabah sübut edəcəm sənə, sənə dedim ki, 8 marta sürprizin pozulmasın, elə et, sən sürpriz hazırla, sabah atana, anana, bütün Xaçmaza sürpriz edəcəm hamısını” Zərərçəkmiş şəxs1 səsyazısının əri Sərvan İsmayılova aid olduğunu, bu səs yazısını WhatsApp proqramı vasitəsilə ***-***-**-** nömrəsindən ona (Z.lsmayılovaya) məxsus 055- ***-**-** mobil nömrəsinə təxminən xx.xx.2023-cü il tarixdə göndərdiyini bildirmişdir. “4” adlı yazının stenoqramı: “Uydururam özümdən, ********* balası *******, ay ********, mən uydururam özümdən, mən gözümlə görmədiyimə inanan adam deyiləm, hər şeyi gözümlə görmüşəm, ******, *******, sən mənim həyatıma girmisən, nə qədər ki, gec deyil, sabahdan şələ-şüləni yığ, çıx get atanın evində məhkəmə qurtanadək, yenə də gec deyil, elə etmə ki, səni biabır edim, onsuz da biabır olmusan, bütün sumqayıt səndən danışır, kül başına” Zərərçəkmiş şəxs1 səsyazısının əri Sərvan İsmayılova aid olduğunu, bu səs yazısını WhatsApp proqramı vasitəsilə ***-***-**-** nömrəsindən ona (Z.lsmayılovaya) məxsus 055- ***-**-** mobil nömrəsinə göndərdiyini, tarixi xatırlamadığını bildirmişdir. “5” adlı yazının stenoqramı: “Tunar. bir dənə telefonu aç, anavın siz məktəbə getdikdən sonra, Gülüşə atmışam, qoy sənə də atım, Kamalı necə salır evə, nə edir, baban deyir ki, mənə sübut göstər, at babana, yaxşı?, sözlərinə görə də nə vaxtsa peşman olacaqsan”. Zərərçəkmiş şəxs1 səsyazısının əri Sərvan İsmayılova aid olduğunu, bu səs yazısını WhatsApp proqramı vasitəsilə ***-***-**-** nömrəsindən oğlu Tunarın mobil nömrəsinə göndərdiyi bildirmişdir. Qeyd: * işarəsi ilə qeyd edilənlər nalayiq ifadələrdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış nəticəsində müəyyən edilmişdir ki, ümumilikdə videomateriallarda 28 fevral 2023-cü il tarixdə saat 08:43-dən saat 10:24-dək Zərərçəkmiş şəxs1 kirayə yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ev 47, 5 nömrəli mənzilin yataq otağında Zərərçəkmiş şəxs2 ilə bir yerdə olması, qucaqlaşıb öpüşməsi, bir-birlərinə toxunmaları, iki dəfə cinsi əlaqədə olmaları, birlikdə çarpayıda uzanıb musiqiyə qulaq asaraq məişət söhbətləri etməsi əks olunmuşdur. Videomateriallarda yalnız bir epozodda, “280856.avi” adlı falyda 49-cu saniyədə Zərərçəkmiş şəxs1 danışıqda Zərərçəkmiş şəxs2 “narkotik çəkmə Kamal” ifadəsini işlətmişdir. Həmin kadrlarda birgə narkotik vasitə istifadə edilməsi, sifariş edilməsinə dair xüsusatlar aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş 475 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşayır, ailə tərkibi anası-1953-cü il təvəllüdlü X4, arvadı-1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, qızı-2007-ci il təvəllüdlü Şahid3, oğlu-2009-cu il təvəllüdlü Şahid2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş 127 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pisixiatriya Xəstəxanasında stasionar müalicədə olmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışlara əsasən Zərərçəkmiş şəxs2 ********** VÖEN nömrəsi, Təqsirləndirilən şəxs ********** VÖEN nömrəsi altında hüquqi şəxs yaratmadan fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 1448 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər X1 yoxdur. İş materiallarında olan məhkəmə portret, məhkəmə-videotexniki, məhkəmə sənətşünaslıq ekspertizalarının 4/652-3/672-11/215 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, " 1.1. Ekspertiza tədqiqatına təqdim olunmuş mübahisəli videofonoqramlarda kadrdaxili və kadrlararası montaj, audioaxının videoaxına sintezi, akustik şəraitin kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli videofonoqramların qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. 1.2. Ekspertiza tədqiqatına təqdim olunmuş fotoşəkildə kadrdaxili montaj əlamətləri müəyyən olunmadı.
3. Təqdim edilən diskdəki videomateriallar və fotoşəkillər pornoqrafik xarakterli deyildir. 3.1. Tədqiqata təqdim edilmiş, DVD-R tipli disklərdə əks olunmuş videogörüntülərdən çıxarılmış qadın cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş Zərərçəkmiş şəxs1 fotoşəkillərində eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş, DVD-R tipli disklərdə əks olunmuş videogörüntülərdən çıxarılmış kişi cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş Zərərçəkmiş şəxs2 fotoşəkillərində eyni bir şəxs əks olunmuşdur.” İş materiallarında olan məhkəmə komputer texniki ekspertizasının 5/542 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1.təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A03” markalı “SM- A035F/DS” modelli –“**********18”, **********87910” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli T'/**********50”, **********65957” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Huawei” markalı arxa məlumat löhvəsinə görə “STK-LX1” modelli, “SİM” kart yerləşən yuvada olan “**********55180” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Təqdim edilmiş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli (halhazırda mövcud olan) və “Samsung Galaxy A03” markalı “SM-A035F/DS” modelli (halhazırda mövcud olan və pozulmuş) mobil smartfonların yaddaşlarından əldə edilməsi mümkün olan məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-542” adlı iş çantasında 06 (altı) ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. 3.Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 4.Təqdim edilmiş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli mobil smartfonun yaddaşında “+994 50 850 75 50” abonent nömrəsi və “Servan” istifadəçi adı qeydiyyatdan keçmiş “WhatsappBusiness” proqram təminatında 30 (otuz) ədəd kontaktla aparılmış məlumat mübadiləsi “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 5-542” adlı qovluğa köçürülərək ekspert rəyinə əlavə olundu. 5.Təqdim edilmiş “Huawei” markalı arxa məlumat löhvəsinə görə “STK-LX1” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. 6.Rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Huawei” markalı arxa məlumat löhvəsinə görə “STK-LX1” modelli mobil smartfona istifadəçi tərəfində tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan şahid X8 oğlu və Şahid3 qanuni nümayəndəsik qismində Zərərçəkmiş şəxs1 təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə apıarmaq haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış aparılamsı haqqında” protokoldan görünür ki, baxış zamanı hadisənin Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 47-ci binanın 5 nömrəli mənzilində yataq otağında baş verdiyi və yataq otağına daxil olduqda qapı ilə üzbəüz divara bərkidilmiş yerdən hündür ağ rəngli dəmir materialdan radiatorun iç tərəfində kameranın bərkidilməsində istifadə edilmiş yapışqan maddənin qalıqları aşkar edilmiş və həmin yeri baxışda iştirak Zərərçəkmiş şəxs1 göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin verdiyi **********15-05101- 093029 reyestr nömrəli texniki pasportdan görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon bina 47, 5 nömrəli mənzil X3 hüquqi sahibliyindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 pornoqrafik xarakterli hesab edilməyən cinsi-intim video çəkilişinin əks olunduğu videomateriallar olan 1 ədəd elektron daşıyıcı disk öz xüsusiyyətinə və Təqsirləndirilən şəxsdan aşkar edildiyinə, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs öz əməllərini etiraf etdiyi səs yazılarının olduğu 1 ədəd disk öz xüsusiyyətinə görə cinayət təqibi üzrə əhəmiyyətli halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci, 182.1-ci, 242-ci, 302-ci maddələri ilə cinayət təqibinin başlanılması əməlində cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair cinayət təqibinin başlanılması cinayət hadisəsi mövcud olmadığından 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 və qeyriləri arasında dava-dalaş olması, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və mobil telefonun talanması faktları üzrə cinayət işindən materiallar ayrılıb istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsindən ötrü Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi səs yazılarında Təqsirləndirilən şəxs tərəfindən təhqir edilməsi xüsusatı üzrə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinin başlanılması Cinayət-Prosessual Məcəllənin 39.1.8-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 videoçəkilişi yaymaqla hədələyərkən Sumqayıt şəhərini tərk etməsinə dair tələb irəli sürməsi və Şahid2 atası Təqsirləndirilən şəxs ona videoçəkilişi göndərməklə anasının hüquq-mühafizə orqanlarına müraciət etməkdən yayındırması məqsədi güddüyünə dair göstərdiyi xüsusatlar üzrə cinayət təqibinin başlanılması cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Maddi sübutlar olan Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 pornoqrafik xarakterli hesab edilməyən cinsi- intim video çəkilişinin əks olunduğu videomateriallar olan 1 ədəd elektron daşıyıcı disk və Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs öz əməllərini etiraf etdiyi səs yazılarının olduğu 1 ədəd diskin cinayət işinin materiallarında saxlanıldığı nəzərə alınmış, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsung” markalı 354**********18/01, **********87910/01 imei kodlu mobil telefon, oğlu Şahid2 məxsus 1 ədəd “Huawei” markalı **********55180, **********55197 imei kodlu və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı **********68467 imei kodlu mobil telefonun qanuni sahiblərinə qaytarıldığı nəzərə alınmış, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/542 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş 6 ədəd disklərdə sübut əhəmiyyəti kəsb edən materiallar olmadığından maddi sübut kimi tanınmasından imtina edilmiş və bununla belə cinayət işində saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 156.1 və 157.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxsla barışmış və ona dəymiş ziyanın tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də cinayət işinin ona aid olan hissəsində xitam edilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı olan şikayətini geri götürür. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 156.1 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 303,65 (üç yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 157.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 669/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 922 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 156.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 303,65 (üç yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 156.1 və 157.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
HAKİM: Zaur Hacıyev