Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-67/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayon, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Qaradağ rayonu, Şıxlar deyilən ərazidən qum alıb satmaq məqsədi ilə birlikdə gəlir əldə edəcəklərinə dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin noyabr ayında ünvan 3 ünvanında yerləşən “Qayalı" marketin qarşısında 7000 (yeddi min) manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 7000 ( yeddi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı bağları ərazisindən qum satılan bağ yerini alıb oradan qum daşıma ilə məşğul olması məqsədi ilə birlikdə gəlir əldə edəcəklərinə dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında yerləşən “Qayalı” marketin qarşısında 10000 (on min) manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 10000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi əməl sübuta yetirilmədiyindən həmin maddə ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4cü maddəsinə əsasən ona bəraət verilməli, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Abşeron rayonu, Novxanı bağları ərazisindən qum satılan bağ yerini alıb oradan qum daşıma ilə məşğul olması məqsədi ilə birlikdə gəlir əldə edəcəklərinə dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında yerləşən “Qayalı” marketin qarşısında 10000 (on min) manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 10000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ruslanla tikinti sahəsindəki fəaliyyəti ilə bağlı tanış olmuş, təxminən 05 (beş) il bundan öncə Kristal Abşeron MTК-da mühasibatlıqda işlədiyi vaxt həmin MTKya idarə etdiyi “Kamaz 65115” markalı avtomobillə qum daşımış və gətirdiyi qumun pulunu Ruslandan almışdır. 2021-ci ilin avqust ayında Ruslanın xahişi ilə ona atsept şlaq gətirmiş və ondan daşıma xərcini almamışdır. “Kamaz” markalı avtomobilin təkərlərinin keçəl olduğunu bildirirək təkər almaq üçün 1600 (bir min altı yüz) manat Ruslandan borc pul istəmişdir. Ruslan da həmin pulu borc olaraq ona vermiş, 03 (üç) aya həmin pulu qaytaracağını bildirmişdir. Bundan sonra Ruslanın yanına gəlib ona “Kamaz 65115” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirməyi, Kamazın alışına görə Ruslanın 15000 (on beş min) manat pul verməsini, 02 (iki) il 06 (altı) ay müddətinə Kamazın 15000 (on beş min) manat pulunu və üstündə 8000 (səkkiz min) manat pul qaytarmasını, “Kamaz”ı Ruslanın adına keçirdikdən sonra “Kamaz”ı Ruslandan aylıq icarəyə götürməsini, hər ay 700 (yeddi yüz), bəzi aylarda 1000 (bir min) manat icarə haqqı verməsini təklif etmişdir. Ruslan onunla razılaşmış, 2021-ci ilin sentyabr ayında “Kamaz”ı Sumqayıt şəhər texniki baxış və qeydiyyat imtahan şöbəsində Ruslanın adına keçirtmişdir.Ruslan da bunun müqabilində 15000 (on beş min) manat pulu Sumqayıt şəhəri, Bulvar ərazisi, Poseydon restoranının qarşı tərəfində yerləşən “Qayalı” marketin qarşısında ona vermişdir. O, Ruslana ayrı-ayrı yerlərdən qum və tikinti materialları daşıyıb satacağını və danışdığı aylıq ödənişi ona ödəyəcəyini demiş və 1-ci ayda 700 (yeddi yüz) manat, 2-ci ayda 700 (yeddi yüz) manat, 3-cü ayda 500 (beş yüz) manat olmaqla Ruslana icarə haqqı vermişdir. Lakin sonrakı aylarda iş yaxşı olmadığından aylıq icarə haqqını ödəyə bilməmiş və Ruslandan iş düzələn kimi pulu verəcəyini xahiş etmişdir. 2021-ci ilin noyabr ayında gəlib Ruslanla görüşmüş və ona Qobustan rayonu ərazisində Şıxlar adlanan yerdən qum daşıyıb satacağını, avtomobildə nasazlıq olduğunu və yaxşı işləmək üçün 7000 (yeddi min) manat pul lazım olduğunu demişdir. Ruslan həmin məbləği ona vermiş, o, pulun bir qismini avtomobilin təmirinə xərcləmiş, qalan hissəsini isə qum daşıma işinə sərf etmişdir. 7000 (yeddi min) manatı götürəndən sonra 02 (iki) ay Ruslana 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat vermişdir. Ruslandan aldığı pulu qaytara bilməmiş və bundan sonra borcları yaranmışdır. Daha sonra Ruslanı aldadıb 10000 (on min) manat pul almağı və sora işləyib qaytararmağı fikirləşmişdir. Bundan 02 (iki) ay sonra 2022-ci ilin yanvar ayında Ruslanın yanına gəlib Novxanı qəsəbəsində qum daşıma yerləri olduğunu və o yerin qumunu daşıyıb satmaq istədiyini, işdə yaxşı pul olduğunu, 10000 (on min) manat pul olsa həmin yerin qumunu alıb daşıyıcağını, 45 (qırx beş) gündən bir Ruslana 1500 (bir min beş yüz) manat pul verərəcəyini bildirmişdir. Ruslan onunla razılaşmış və Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketin qarşısında ona 10000 (on min) manat da pul vermişdir. Lakin aldığı 10000 (on min) manat pulu işə deyil, öz şəxsi eytiyacları üçün xərcləmişdir. Ruslan ona zəng edib işin nə yerdə olduğunu soruşduqda o, vaxt udmaq üçün yalandan Ruslana Novxanı bağlarından aldığı qumu tanımadığı Hacı adlı şəxsə satdığını, Hacının həmin qumu guya Bakı şəhərində tikinti şirkətinə satdığını, Hacı həmin şirkətdən pulu alan kimi pulu verəcəyini deməsini bildirmişdir. Əslində Hacı adlı şəxsi şəxsən tanımımadığını bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş tdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2016-cı ildə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən Kristal Abşeron MTK-nın binalarının tikinti zamanı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Yusif tikinti obyektinə idarə etdiyi “Kamaz” markalı avtomobillə qum daşımış, Yusif gətirdiyi qumun pulunu ondan almışdır. 2021-ci ilin avqust ayında ona atsep, şlak lazım olmuş və bu barədə Yusifə demişdir. Yusif Kamazla ona qum gətirmiş və ondan daşınma xərcinin pulunu almamışdır. Həmin vaxt Yusif ona idarə etdiyi “Kamaz” markalı avtomobilinin təkərlərinin keçəl olduğunu, təzə təkər almaq üçün 1600 (bir min altı yüz) manat məbləğində borc pul lazım olduğunu demiş, o da Yusifin ona eldiyi yaxşılığın qarşılığında 1600 (bir min altı yüz) manat pulu 2021-ci ilin avqust ayında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vermişdir. Yusif həmin pulu 03 (üç) ay müddətinə qaytaracağını desə də, həmin pulu vaxtında qaytara bilməmişdir.Yusif 2021-ci ilin sentyabr ayının əvvəllərində idarə etdiyi “Kamaz 65115” markalı, **-MR-*** markalı avtomobili 15000 (on beş min) manat məbləğinə ona satmaq istədiyini demiş və Yusiflə razılaşmışdır. “Kamaz” markalı avtomobil onun adıma keçdikdən sonra 15000 (on beş min) manat pulu Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketin qarşısında Yusifə vermişdir. Yusif ona satdığı “Kamaz”ı aylıq ödəniş elməklə icarəyə götürmək istədiyini, 02 (iki) il 06 (altı) ay müddətində aylıq 700 (yeddi yüz) manat, bəzi aylarda 1000 (bir min) manat ödəniş etməklə 8000 (səkkiz min) manat pul da verdikdən sonra avtomobil Yusifin adına keçməsini demiş və Yusiflə razılaşaraq “Kamaz” avtomobilini ona icarəyə vermişdir. Yusif birinci ayı ona 700 (yeddi yüz) manat icarə haqqı vermışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Yusif onun yanına gələrək Qobustan ərazisində Şıxlar deyilən yerdən qum alıb salmağını və birlikdə qazanc əldə etmələrini, 35-40 gün ərzində daşıyacağı qumu satacağını, 800 (səkkiz yüz) manat ona xeyir qalacağını və bunun üçün 7000 (yeddi min) manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə fikirləşmiş və Yusifə inamı olduğu üçün onunla razılaşmışdır. 2021-ci ilin noyabr ayında Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən Qayalı marketin qarşısında 7000 (yeddi min) manat pulu Yusifə vermişdir. Bir müddət keçəndən sonra Yusif ona xeyir qalan 800 (səkkiz yüz) manat pulu vermiş, qalan 7000 (yeddi min) manat pulu qaytarmamışdır. 2021-ci ilin yanvar ayında Yusif onun yanına yenidən gələrək Novxanı bağlarında qum daşıma yerləri olduğunu, oranı alıb bütün satışa sahib olmaq üçün həmin yerləri almağı və bunun üçün 10000 (on min) manat pul lazım olduğunu demiş, Yusifə xeyrinin nə olacağını soruşduqda əvvəl aldığı 7000 (yeddi min) manat pulu və indi verəcəyi 10000 (on min) manat puldan əlavə 2000 (iki min) manat pul qalacağını və 40 (qırx) gün ərzində həll olacağını bildirmişdir. 2022-ci ilin yanvar ayının sonlarında 10000 (on min) manat pulu Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Qayalı” marketin qarşısında Yusifə vermişdir. O, 01 (bir) aydan sonra Yusifə zəng vurub işin nə yerdə olduğunu soruşmuş, Yusif ona səbrli olmağını, Novxanı bağlarından aldığı qumu Hacı adlı şəxsə satdığını, Hacının həmin qumu Bakı şəhərində tikinti şirkətlərdindən birinə verdiyini və Hacıdan pul gözlədiyini demişdir. Bir neçə gün sonra Yusifdən pulun niyə gecikdiyini soruşduqda Yusif şirkətin pulu nağd deyil, köçürmə yolu ilə ödəyəcəyini, bunun üçün VOEN-i olan sahibkar tapmağını bildirmişdir. O, VOEN-i olan tanış tapsa da, Yusif işdə problem olduğunu və bir müddətdə gözləməyini demişdir. Bundan sonra Yusifə dəfələrlə zəng etsə də, mobil nömrəsinə zəng çatmamış və onu tapa bilməmişdir. O,istifadəsində olan ***-***-**-** mobil nömrəylə Yusifin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesajlar yazsa da, Yusif gözləməyini demişdir. Yusifin onu aldatdığını başa düşmüş və bu barədə Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət elmişdir. Yusiflə əlaqə saxlaya bilmədiyi üçün ona məxsus “Kamaz” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil Yusifdə olmuş, təhqiqat araşdırması zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları həmin avtomobili Yusifdən təhvil alaraq ona qaytarmışdır. Yusifə birinci dəfə 1600(bir min altı yüz) manat pulu borca, ikinci dəfə 7000 (yeddi min) manat pulu Qobustan rayonu ərazində Şıxlar deyilən yerdən qum daşıyıb satması üçün, üçüncü dəfə Novxanı bağlarından bağ yeri alıb qum daşıma yerlərindən qum daşıyıb satması və birlikdə gəlir əldə etmək üçün 10000 (on min) manat pul vermişdir.Təqsirləndirilən şəxs ona Kamaz avtomobilinin icarəsinə görə 02 (iki) ay 700 (yeddi yüz) manat, 01 (bir) ay 500 (beş yüz) manat, 7000 (yeddi min) manat pula görə əldə edəcəkləri 800 (səkkiz yüz) manat xeyiri vermişdir. Ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021ci ilin avqust ayında Ruslan onunla görüşərkən binaya tikili zamanı qum gətirən Yusif adlı tanışının olduğunu, ona inandığını və etibar etdiyini, Yusifin özünə məxsus “Kamaz” markalı avtomobilini 15000 (on beş min) manata ona salmaq işlədiyini, həmin “Kamaz”ı aylıq ***-**** manat məbləğə Yusifə icarəyə verəcəyini və 02 (iki) il 06 (altı) ay müddətində 23000 (iyirmi üç min) manat qaytaracağı halda “Kamaz” avtomobilini Yusifə verəcəyini bildirmişdir. O, Ruslana Yusif əgər etibarlı adamdırsa və onu yaxından tanıyırsa “Kamaz”ı ondan almağını demişdir. Həmin vaxtlarda Ruslan 15000 (on beş min) manata “Kamaz” markalı avtomobili Yusifdən almış və sonradan Ruslan dediyi kimi avtomobili Yusifə icarəyə vermişdir. Ruslanla tez-tez görüşmüş, görüşən vaxtlarda Ruslan Yusifin 02 (iki) ay müddətinə 700 (yeddi yüz) manat icarə haqqı verdiyini demişdir. 2021-ci ilin noyabr ayında Ruslanla görüşən zaman o, Yusifə Qobustan rayonu ərazisindən qum daşıyıb satması və birlikdə qazanc əldə etməsi üçün 7000 (yeddi min) manat pul verdiyini və əvəzində Yusifin ona 800 (səkkiz yüz) manat xeyir verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Ruslan Yusifin ona 800 (səkkiz yüz) manat pulu verdiyini, lakin qalan 7000 (yeddi min) manat pulu vermədiyini demişdir. 2022-ci ilin yanvar ayında Ruslanla yenidən görüşən zaman Ruslan Yusifə 10000 (on min) manat pul verdiyini və 2000 (iki min) manat qazanc əldə edəcəklərini deyəndə əsəbləşərək Ruslandan nə səbəbə Yusifə həmin məbləği verdiyini soruşmuşdur. Ruslan Yusifin ona Novxanı bağları ərazisində qum yeri olan ərazi alıb qum satmaq adı ilə pul aldığını, əvəzində birlikdə gəlir əldə edəcəyini dediyi üçün pulu verdiyini bildirmişdir. O Yusifin 7000 (yeddi min) manat pulu qaytarmadığı halda niyə ona 10000 (on min) manat məbləğində pul verdiyini demiş, Ruslan da Yusifə inandığını, ona etibar eldiyini demişdir. O Ruslanla tez-tez görüşən zaman Ruslan Yusıtın onu aldatdığını, mobil nömrəsinə zəng çatmadığını və verdiyi vədlərə əməl etməyərək pulunu qaytarmadığını deyəndə o Ruslana Sumqayıt ŞPİ-nə müraciət etməsini təklif etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və saxlanıldığı təqdirdə ittiham elan edilməsi üçün onun Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqındaprotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3cü PB-nə gətirilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin 21-ci mikrorayon üzrə 2 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. İstintaq zamanı toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs dələduzluq əməlini törətməsi işdə olan sübutlarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Bununla yanaşı məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, ona Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə verilən ittiham sübuta yetirilmir. Belə ki, istintaq orqanı bu hissəni tam, hərtəfərli və obyektiv şəkildə araşdırmamış, sübutlara obyektiv qiymət verməmiş, təhqiqat orqanının gəldiyi nəticə ilə kifayətlənmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ruslanla tikinti sahəsindəki fəaliyyəti ilə bağlı tanış olmuş, təxminən 05 (beş) il bundan öncə Kristal Abşeron MTК-da mühasibatlıqda işlədiyi vaxt həmin MTK-ya idarə etdiyi “Kamaz 65115” markalı avtomobillə qum daşımış və gətirdiyi qumun pulunu Ruslandan almışdır. 2021-ci ilin avqust ayında Ruslanın xahişi ilə ona atsept şlaq gətirmiş və ondan daşıma xərcini almamışdır. “Kamaz” markalı avtomobilin təkərlərinin keçəl olduğunu bildirirək təkər almaq üçün 1600 (bir min altı yüz) manat Ruslandan borc pul istəmişdir. Ruslan da həmin pulu borc olaraq ona vermiş, 03 (üç) aya həmin pulu qaytaracağını bildirmişdir. Bundan sonra Ruslanın yanına gəlib ona “Kamaz 65115” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirməyi, Kamazın alışına görə Ruslanın 15000 (on beş min) manat pul verməsini, 02 (iki) il 06 (altı) ay müddətinə Kamazın 15000 (on beş min) manat pulunu və üstündə 8000 (səkkiz min) manat pul qaytarmasını, “Kamaz”ı Ruslanın adına keçirdikdən sonra “Kamaz”ı Ruslandan aylıq icarəyə götürməsini, hər ay 700 (yeddi yüz), bəzi aylarda 1000 (bir min) manat icarə haqqı verməsini təklif etmişdir. Ruslan onunla razılaşmış, 2021-ci ilin sentyabr ayında “Kamaz”ı Sumqayıt şəhər texniki baxış və qeydiyyat imtahan şöbəsində Ruslanın adına keçirtmişdir.Ruslan da bunun müqabilində 15000 (on beş min) manat pulu Sumqayıt şəhəri, Bulvar ərazisi, Poseydon restoranının qarşı tərəfində yerləşən “Qayalı” marketin qarşısında ona vermişdir. O, Ruslana ayrı-ayrı yerlərdən qum və tikinti materialları daşıyıb satacağını və danışdığı aylıq ödənişi ona ödəyəcəyini demiş və 1-ci ayda 700 (yeddi yüz) manat, 2-ci ayda 700 (yeddi yüz) manat, 3-cü ayda 500 (beş yüz) manat olmaqla Ruslana icarə haqqı vermişdir. Lakin sonrakı aylarda iş yaxşı olmadığından aylıq icarə haqqını ödəyə bilməmiş və Ruslandan iş düzələn kimi pulu verəcəyini xahiş etmişdir. 2021-ci ilin noyabr ayında gəlib Ruslanla görüşmüş və ona Qobustan rayonu ərazisində Şıxlar adlanan yerdən qum daşıyıb satacağını, avtomobildə nasazlıq olduğunu və yaxşı işləmək üçün 7000 (yeddi min) manat pul lazım olduğunu demişdir. Ruslan həmin məbləği ona vermiş, o, pulun bir qismini avtomobilin təmirinə xərcləmiş, qalan hissəsini isə qum daşıma işinə sərf etmişdir. 7000 (yeddi min) manatı götürəndən sonra 02 (iki) ay Ruslana 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat vermişdir. Ruslandan aldığı pulu qaytara bilməmiş və bundan sonra borcları yaranmışdır. Təqsirləndirilən şəxsin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə 7000 (yeddi min) manat məbləğində pulu Zərərçəkmiş şəxs borc aldığını və 7000 (yeddi min) manatı götürəndən sonra 02 (iki) ay Ruslana 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 2400 (iki min dörd yüz) manat vermişdir. Məhkəmə bu xüsusatla bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri araşdırdı və onun göstərdikləri bütün xüsusatlar təsdiq edildi. Həmin xüsusatlar mülki xarakterli olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilən ittiham üzrə həmin sübutlar mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə verilən ittiham üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin cinayət prosesinin nəticəsində maraqlı olmaları, onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması və Təqsirləndirilən şəxs bu hissədə ona isnad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və bu hissədə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti tərətməsi isə tam sübut edilir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterlı tədbirlər ədalətlı olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilınən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətlı cəza təyin edilır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlılık dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməli, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi A4 kağız formatında mesaj mətnləri cinayət işinin materiallarında saxlanılmalı və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 344- 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin və o, təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi A4 kağız formatında mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-67/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-67/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver