Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-670/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Saray bağları (Qurd dərəsi bağları) fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində, Zərərçəkmiş şəxs məxsus olan, Sumqayıt şəhəri, Saray bağları massivi ərazisində yerləşən, 4202B nömrəli bağ evinin giriş darvazasının qarşısına gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rollann bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 həmin bağ evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, həyətin giriş darvazasının asma qıfılını dəmir parçası ilə sıxıb açdıqdan sonra, giriş darvazasından bağ evinin həyətinə qanunsuz daxil olan Təqsirləndirilən şəxs2 ilə birlikdə bağ evinin həyətindəki, mal-qara saxlanılan dəmir məftillə çəpərlənmiş hissədən, hər birinin ayrı-ayrılıqda dəyəri 110 manat olan 3 baş quzunu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, onlar təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində, Zərərçəkmiş şəxs qızma məxsus olan, Sumqayıt şəhəri, Saray bağları massivi ərazisində yerləşən, 4202B nömrəli bağ evinin giriş darvazasının qarşısına gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 həmin bağ evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq, həyətin giriş darvazasının asma qıfılını dəmir parçası ilə sıxıb açdıqdan sonra, giriş darvazasından bağ evinin həyətinə qanunsuz daxil olan Təqsirləndirilən şəxs2 ilə birlikdə bağ evinin həyətindəki, mal-qara saxlanılan dəmir məftillə çəpərlənmiş hissədən hər birinin ayrı-ayrılıqda dəyəri 110 manat olan 2 baş xırda buynuzlu mal-qaranı (quzunu) gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 10:40 radələrində, Sumqayıt şəhəri, Saray bağlar massivi (Qurd dərəsi bağlar massivi) ərazisində, 17 nömrəli marşurutun 3-cü dayanacağında onun yaşadığı evin nisbətən yaxınlığında yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə rastlaşıb görüşdükdə, o, qonşusu Fəridənin öz bağ evində daimi yaşamadığını, Fəridənin həyat yoldaşı Hüseynağanın isə hər gün səhər saatlarında evdən çıxıb getdiyini və axşam saat 19:00-20:00 radələrində evinə qayıtdığını bildirib, Hüseynağa evdə olmadığı müddətdə evin həyətinə keçib Fəridəyəyə məxsus bir neçə quzu oğurlamalarını Mehmana təklif etmişdir. Mehman onun təklifi ilə razılaşmışdır. Razılaşmalarına uyğun olaraq, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində Mehman onun evinə getmiş və oğurlayacaqları quzuları yığıb daşımaq üçün bir ədəd arabanı da özləri ilə götürüb birlikdə saat 16:00 radələrində Fəridənin evinə tərəf getmişlər. Mehman hasardan aşma yolu ilə Fəridənin evinin həyətinə daxil olub, həyətin darvazasının asma qıfılını, dəmir parçası ilə sıxıb açmış və o, özləri ilə gətirdikləri arabanı da götürüb darvazadan həyətə daxil olmuşdur. Sonra darvazanı bağlayıb Mehmanla birlikdə, mal-qara üçün nəzərdə tutulan dəmir məftillə çəpərlənmiş əraziyə keçərək, təxminən 40 baş xırda buynuzlu heyvanların içərisindən 3 baş quzunu tutub ayaqlarını iplə bağlayıb arabaya yığaraq, həyətin darvazasından çıxıb, oğurladıqları 3 baş quzunu onun evinin həyətinə aparmışlar. Sonra oğurladıqları quzuları satmağa aparmaq üçün taksi çağırmaq məqsədi ilə Sumqayıt şəhəri 20-ci məhəllə ərazisinin yaxınlığında, avtomobil yolunun kənarında taksi dayanmış 2104 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. O, həmin taksinin sürücüsü Sahibi əvvəllər tanımışdır. Sahib onların yükünü-3 baş quzunu-Novxanı ərazisinə 13 manata aparmağa razı olmuşdur. Onlar taksi ilə onun bağına gedib oğurladıqları quzuları həmin avtomobilə yükləyib Novxanı ərazisinə aparmışlar. Orada o, mal-qara alveri ilə məşğul olan tanışına zəng edərək özünə məxsus 3 baş quzunu satmaq istədiyini bildirmişdir. Ancaq adını xatırlamadığı həmin şəxs, almaq istəmədiyini bildirib, quzuları satmaq üçün Binəqədi rayonu ərazisində yerləşən "Mal bazarı”na aparmağı ona tövsiyyə etmişdir. Taksi sürücüsü Sahib həmin yerə onları aparmaq üçün əlavə olaraq 15 manat da ödəmələrini istəmişdir. Onlar razılaşmış və Binəqədi rayonu ərazisində yerləşən “Mal bazarı”na gedib orada oğurladıqları 3 baş quzunu tanımadıqları şəxsə ümumilkdə 480 manata satmış, əldə etdikləri gəlirdən 28 manat taksi sürücüsünə ödəmiş, qalan pulu isə Mehmanla öz aralarında iki yerə bölmüşlər. 2 gün sonra Mehmanla görüşdükdə, o, Fəridənin həyat yoldaşı Hüseynağanın mal-qaranın sayını dəqiq bilmədiyindən quzuların oğurlanmasını hələ də, başa düşmədiyini bildirib, Fəridənin həyətindən yenə birlikdə quzu oğurlamağı Mehmana təklif etmişdir. Mehman onun təklifi ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə, saat 16:15-də onlar birlikdə Fəridənin bağ evinə gedib əvvəlki qaydada 2 baş quzunu oğurlayıb onun evinin həyətinə aparıb qoyduqdan sonra eyni taksi sürücüsü Şahid2 çağırıb, quzuları Sahibin avtomobilinə yükləyərək, Binəqədi rayon ərazisinə aparıb “Mal bazarı”nın yaxınlığında yerləşən ət dükanına ümumilkdə 260 manata satıb, 20 manatını taksi sürücüsü Sahibə vermiş, qalan pulu isə Mehmanla öz aralarında iki yerə bölmüşlər. Taksi sürücüsü Şahid2 sözügedən mal-qaranı (5 ədəd quzunu) onların oğurluq yolu ilə əldə etdiyini bilməmiş, oğurladıqları quzuları satdıqları şəxslərə həmin quzuların onların özlərinə məxsus olduğunu bildirmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, onunla barışmışlar, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə vürərək onun göstərdiklərini təsdiq etdi və bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, onunla barışmışlar, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Saray bağları (Qurd dərəsi bağları) ərazisində ona məxsus, 24 sot həyətyanı sahəsi olan 4202 nömrəli bağ evi vardır, işi ilə əlaqədar olaraq o, sözügedən bağ evində daimi yaşamasa da, həyat yoldaşı Şahid1 daimi olaraq həmin bağ evində yaşayır və bağda saxladıqları, ona məxsus xırdabuynuzlu heyvanlara nəzarət edir., xx.xx.2023-cü il tarixdə o, bağ evinə getdikdə həyat yoldaşı bağ evinin həyətindəki məftillə çəpərlənmiş yerdə saxladıqları xırdabuynuzlu xırdabuynuzlu heyvanların içərisindən ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2023cü il tarixdə 3 baş quzunun və xx.xx.2023-cü il tarixdə də, 3 baş quzunun, ümumilkdə 6 baş quzunun oğurlandığını bildirmişdir. Belə olan halda o, həyat yoldaşı Hüseynağanın bağda olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslərin hasardan aşma yolu ilə bağ evinin həyətinə daxil olaraq ona məxsus 6 baş quzunu oğurladığını başa düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus 6 baş quzunun oğurlandığını məlumat vermişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərkən ona məxsus 6 baş quzunun oğurlandığını məlumat vermiş, ancaq hadisədən bir-neçə gün sonra o, həyat yoldaşı ilə birlikdə quzuları daha dəqiqliklə sayıb yoxladıqda, xx.xx.2023-cü il tarixdə bağ evinin həyətindən cəmi 2 baş quzunun oğurlandığını müəyyən etmışlər. Mehman və Kalif ona məxsus ümumilkdə 5 baş quzunu oğurlamış, ona məxsus 5 baş quzunun oğurlanması nəticəsində ona ümumilkdə 1000 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayt və tələbi yoxdur, barələrində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vürərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, xeyli müddətdir ki, özünə məxsus vaz 2104 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. xx.xx.2023-cü il tarixdə, günün ikinci yarısında, Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən “Ulvi-92” inşaat malları mağazasının yaxınlığında, avtomobil yolunun kənarında taksi fəaliyyəti göstərdiyi avtomobillə dayanıb müşdəri gözlədiyi vaxt, əvvəllər tanıdığı Kalif adlı şəxs, adının Mehman olduğunu sonradan öyrəndiyi digər bir şəxslə birlikdə ona yaxınlaşıb özünə məxsus 3 baş quzunu Novxanı qəsəbəsinə aparmaq istədiyini bildirmişdir. O, 13 manat müqabilində həmin şəxsləri yükləri ilə birlikdə Novxanı qəsəbəsinə aparmağa razılaşmış, onlar birlikdə Sumqayıt şəhəri Saray bağlar massivi ərazisində yerləşən Kalifın bağ evinə getmiş, Kalif, Mehmanla birikdə 3 baş quzunu evinin həyətindən götürüb onun avtomobilinə yükləmiş və onlar Novxanı qəsəbəsi ərazisinə getmişlər. Ancaq orada Kalif mobil telefonla hansısa şəxslə danışdıqdan sonra, ondan avtomobili Binəqədi rayon ərazisində yerləşən “Mal bazarına” sürməsini istəmişdir. O, 25 manat müqabilində Kalif və Mehmanı istədikləri yerə aparmışdır. Kaliflə Mehman 3 baş quzunu Mal bazarında onun tanımadığı şəxslərə satdıqdan sonra onunla birlikdə Sumqayıt şəhərinə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında, eyni ünvanda dayanıb müştəri gözləyərkən, Kaliflə Mehman ona yaxınlaşaraq, 2 baş quzunu Binəqədi rayonu, Mal bazarına aparmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərin yükünü-2 baş quzunu-20 manat müqabilində Binəqədi rayonu Mal bazarına aparmağa razılaşmışdır. Bundan sonra yenə əvvəlki kimi Kalifın Sumqayıt şəhəri Saray bağlan ərazisində yerləşən bağ evinə getmiş, Kalif və Mehman 2 baş quzunu Kalifin evinin həyətindən götürüb onun avtomobilinə yükləmiş və birlikdə Binəqədi rayonu Mal bazarına getmişlər. Kaliflə Mehman onun avtomobili ilə daşıdıqları 2 baş quzunu Mal bazarının yaxınlığındakı ət dükanlarının birinə satdıqdan sonra onunla birlikdə Sumqayıt şəhərinə qayıtmışlar. Bir neçə gündən sonra onu izahat vermək üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etdikdə o, öyrənmişdir ki, Kalif və Mehman onun avtomobili ilə daşıyıb satdıqları 5 baş quzunu oğurluq yolu ilə əldə etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu 3-cü mədən 1-ci korpus ərazisində onun bacısı Aytənə məxsus “Binəqədi ət bazarı” adlı ət və ət məhsulları mağazası olduğunu, həmin mağazada bacısı Aytənlə birlikdə işlədiyini qeyd edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında, özlərini Kalif və Mehman adı ilə təqdim edən 2 nəfər şəxs onların marketinəə yaxınlaşaraq özlərinə məxsus 2 baş quzunu satmaq istədiklərini bildirmişlər. Onlar həmin şəxslərə 260 manat ödəyərək satmaq istədikləri quzuları almış və elə həmin gün də, aldıqları həmin quzuları kəsib müşdərilərə satmışlar. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu 3-cü mədən 1-ci korpus ərazisində ona məxsus “Binəqədi ət bazarı” adlı ət və ət məhsulları mağazası olduğunu, həmin mağazada qardaşı Şahid4la birlikdə işlədiyini qeyd edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında, özlərini Kalif və Mehman adı ilə təqdim edən 2 nəfər şəxs onun sözügedən marketinə yaxınlaşaraq özlərinə məxsus 2 baş quzunu satmaq istədiklərini bildirmişlər. O və qardaşı həmin şəxslərə 260 manat ödəyərək satmaq istədikləri quzuları almışlar. Bir neçə gündən sonra o, ifadə vermək üçün Sumqayıt şəhər Polis İdarəsinə dəvət edildikdə Kalif və Mehmanın ona satdığı 2 baş quzunu oğurluq yolu ilə əldə etdiklərini öyrənmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həyətindən baş vermiş oğurluq hadisənin yerini əyanı şəkildə göstərmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 19:50-də ünvan 5 ünvanında tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 19:50-də ünvan 5 ünvanında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xocavənd Rayon Əmirallar kənd orta məktəbinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məktəbdə təhsil aldığı müddət ərzində müsbət qiymətləndirilmiş, barəsində məktəb daxilində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğumhaqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il təvəllüdlü X6 oğlu adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Mahmudi X2 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-187/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi ( 01 il 03 ay 28 gün) “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək 6 ay müddətinə azaldılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CMnin 186.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi, CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq etdii hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq etdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 cəzası “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekpsertizasının 9/3103 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 6 baş, hər biri 1 illik, çəkiləri 12 kiloqram və yerli sorta aid erkək quzuların 2023cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 660 manat müəyyən olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından onlar barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında oğurladığı 5 baş quzunu öz taksi fəaliyyəti göstərdiyi avtomobili ilə daşıyan Şahid2 həmin mal-qaranın oğurluq olmasını bilməsi və oğurlanan malları daşımaqda köməklik etməyə vəd verməsi istintaq zamanı sübuta yetmədiyindən onun barəsində CM-nin 32.5, 177.2.1-ci maddələri ilə cinayət təqibinin başlanılması CPM-nin 39.1.2-ci maddələrinin tələblərinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında oğurladıqlaı 2 baş quzunu satdığı şəxslər-Şahid3, Şahid4 və 3 baş quzunu satdıqları adı istintaqa məlum olmayan şəxsin həmin mal-qaranın oğurluq olmasını bilməsi istintaq zamanı sübuta yetmədiyindən CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən iş üzrə CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar qismində cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Təqsirləndirilən şəxs2 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cəza çəkilməsinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs2 təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cəza çəkilməsinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs1 təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi1 tərəfindən hər biri ayrılıqda 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 120 (altmış) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-670/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-670/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver