Məhkəmə qərarları › İş №1(060)-670/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-670/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-670/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Zeyvə Ə/D, Zeyvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 17 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsində yerləşən "Pioner" marketin yaxınlığındakı dayanacağın yan tərəfində boşanmaq ərəfəsində olduğu arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmız sözlü mübahisə zamanı, yəni Zərərçəkmiş şəxs həyat tərzinə diqqət etməsini irad tutması və sonuncunun ona "əcəb edirəm" ifadəsini işlətməsindən sonra cavab qaytarması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyyəsinə yumruqla zərbə vuraraq, ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin qapalı yerdəyişən sınığı, burun nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin, yəni Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə evlənmişdir. Rəsmi birgə nigahdan 2 övladı vardır. Solmazla aralarında ailəməişət münasibətləri zəminində baş verən mübahisələr səbəbilə Solmaz 2023-cü ilin noyabr ayında ondan ayrılaraq valideynlərinin yanına getmişdir. Hazırda da orada yaşayır. Solmaz boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir, hazırda mediasiya prosesi gedir. Solmaz bir neçə gün öncə ona görüntülü zəng etmiş, həmin vaxt Solmaz bir neçə rəfiqəsi ilə tanımadığı kişi cinsli şəxslərlə spirtli içki qəbul edirmiş. Həmin göriintülü danışıq zamanı Solmaz ona “bax mən öz həyatı yaşayıram” deyib onu qıcıqlandıran hərəkətlərə yol vermişdir. xx.xx.2024-cü il tarixdə sat 11 radələrində “Karvan” ticarət mərkəzinin qarşısında olan zaman Solmazın 7 saylı marşrut avtobusu ilə hərəkət etdiyini, yanında da bir nəfər cavan oğlan olduğunu görmüşdür. O, avtobusun arxasınca qaçmağa başlamış, avtobus işıqforun qırmızı işığında dayandıqda o, avtobusa əyləşmiş, bu zaman Solmazın yanında olan şəxs avtobusdan düşüb qaçaraq uzaqlaşmışdır. O, Solmaza yaxınlaşıb övladların olduğunu, həyat tərzinə diqqət etməsini söylədikdə Solmaz düzgün etdiyini demişdir. “Pioner” marketin qarşısında Solmazla birlikdə avtobusdan düşmüşlər, orada dayanacağın yan tərəfinə keçib Solmazla söhbət etməyə başlamış, o, yenə də Solmaza əxlaqlı həyat tərzi sürməsini söylədikdə Solmaz “əcəb edirəm” dediyindən o, əsəbləşərək sağ əli ilə sillə zərbəsi ilə Solmazın sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən Solmaz yerə yıxılmışdır. O, da həmin yerdən uzaqlaşaraq oranı tərk etmişdir. Mübahisə Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə, "Pioner" marketin yaxınlığında yerləşən dayanacağın yan tərəfində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı ətrafda kiminsə olmadığını görməmiş, kənardan heç kim toplaşmamışdır. Mübahisə vaxtı Solmaz ona heç bir cavab zərbəsi yetirməmiş, Mübahisəyə səbəb rəsmi şəkildə boşanma ərəfəsində olduğu arvadı Solmazın yüngül həyat tərzi keçirməsi və bununla bağlı ona irad tutan zaman “əcəb edirəm” deyərək onu qıcıqlandırması olmuşdur. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş, rəsmi birgə nigahdan 2 övladı olmuşdur. 2023-cü ilin dekabr ayından aralarında ailədaxili mübahisələr baş verdiyindən boşanmaq qərarına gəlmişdir. Hazırda Salyan rayon Məhkəməsində boşanma prosesi gedir. Həmin vaxtdan etibarən uşaqları ilə birlikdə anasına məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evdə yaşayır. Baş vermiş hadisə ilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində o, 7 saylı avtobus ilə Sumqayıt şəhər “Cavid” ticarət mərkəzinin qarşısı ilə hərəkətdə olan zaman dayanacaqda Sahil də avtobusa əyləşmişdir. Sahil ona avtobusdan düşməyini, söhbət etmək istədiyini desə də o,etiraz etmiş, lakin Sahil təkid etmişdir və artıq ondan əl çəkməyəcəyini görüb Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Pioner” marketin qarşısında avtobusdan düşmüşdür. Sahil də orada düşərək onunla danışmaq istədiyini dedmişdir. O, Sahilə sonra danışacağını demiş və marketin yaxınlığında olan köşkün yan tərəfindən keçən zaman Sahil onunla danışmaq istəmədiyini görüb anidən yumruqla onun burnuna bir zərbə vurub qaçıb getmişdir. Zərbənin təsirindən burnu qanlamış, dizləri qatlanmış və o, yerə yıxılmışdır. Oradan keçən tanımadığı şəxslər təcili tibbi yardım çağırmışlar və TTYX gəlib onu xəstəxanaya gətirmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. Mübahisə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən "Pioner" marketin yaxınlığındakı köşkün yan tərəfində baş vermiş, təxminən 1-2 dəqiqə davam etmiş, həmin vaxtı yanlarında heç kim olmamış və kənardan heç kim toplaşmamış. Sonradan onun xəsarət aldığını görə oradan keçən şəxslər ona yardım olunması üçün təcili-tibbi yardım çağırtmışlar. Mübahisə vaxtı heç bir söyüş söyülməmiş, heç bir əmlakı zədələnməmiş, həmçinin Sahilə heç bir cavab zərbəsi yetirməmişdir. Sahillə boşanmaq ərəfəsindədir və boşanmaq qərarı qətidir. Onun həyat tərzi ilə bağlı, həmçinin hadisə baş verən gün avtobusda yanında cavan oğlan olması ilə bağlı Sahil doğru göstərməmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət işinin başlanması haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v.1); 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 41, 50) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 57-58); 25 iyun 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 59-61) AR SN-nin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 627 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüklərinin qapalı yerdəyişən sınığı, burun nahiyyəsinin səthi əzilmiş-cırılmış yarası aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan biraz əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cii il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səsəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v. 17-20) xx.xx.2024-ciü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cii il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsində yerləşən "Pioner" marketin yaxınlığındakı dayanacağın yan tərəfində yumrunqla onun burun nahiyyəsinə zərbə vuraraq xəsarət yetirdiyini yerində göstərərək istintaq zamanı ifadəsində eöstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v. 30-32) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.35-36); “sübutların qiymətləndirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsa CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, sonuncu barəsində CM-nin 127.2.3 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 63-67); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar