Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-671/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Zəngilan rayonu Alıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Alıbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,08 qram təşkil edən narkotik vasitə olan metadonu üzərində saxlamış, 23 fevral 2022-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı idarə etdiyi “VAZ 21214” Niva markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, həmin gün saat 09:00-da RPŞ-nin Növbətçi Hissəsində üzərinə keçirilən şəxsi axtarış zaman olan boz rəngli paltonun altında geyindiyi qırmızı rəngli qolsuz dəri gödəkçənin sağ iç cibində saxladığı bir ədəd qəhvəyi rəngli pul kisəsinin içərisində, üzərində “Methadon 40” sözləri yazılmış dərman konvalyutunda şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd ümumi təmiz çəkisi 0,08 qram təşkil edən narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,350 qram kustar üsulla hazırlanmış xarici görünüş ələmatlərinə və kimyəvi komponent tərkibinə görə eynitərkibli narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,682 qram ağ rəngli, kristallşəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarında 1 ədəd bükümdə ¼ ədəd qəhvəyi rəngli həb qırıntısının tərkibində təsiredici maddəsinin miqdarı 0,01 qram olan narkotik vasitə metadonu əldə edib idarə etdiyi “VAZ 21214” Niva markalı, 99- MU-899 dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, 11 aprel 2022- ci il tarixdə, saat 16:00-da Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Cavid” ticarət mərkəzinin qarşısında saxlanılıb idarə etdiyi avtomobillə birlikdə Sumqayıt şəhər polis idarəsinə gətirilərək avtomobilə keçirilmiş baxış zamanı avtomobilin ön sərnişin oturacağının qarşısında olan saxlanc yerində saxladığı üzərində “Elika” yazıları olan taxta qutunun içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,005 qram, ümumi təmiz çəkisi 0,350 qram kustar üsulla hazırlanmış xarici görünüş ələmatlərinə və kimyəvi komponent tərkibinə görə eynitərkibli narkotik vasitə olan heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,242 qram, 0,440 qram, ümumi təmiz çəkisi 0,682 qram ağ rəngli, kristallşəkilli kütlələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 1 ədəd bükümdə ¼ ədəd qəhvəyi rəngli həb qırıntısının tərkibində təsiredici maddəsinin miqdarı 0,01 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə qəbul edirdi. Lakin hazırda müalicə olunubdur, narkotikdən istifadə etmir. İstifadəsində olan “Vaz 21214” Niva” markalı **-MU- *** dövlət qeydiyyat nişanlı minik avtomobillə dəqiq tarixini xatırlamadığı vaxtda Siyəzən rayonuna getmişdir. Siyəzənə getməmişdən təxminən 3 gün qabaq yaşadığı Sumqayıt şəhərində olarkən yerdə tünd qəhvəyi rəngdə dərman qabında üzərində “Methadon 40” sözləri yazılmış 3 ədəd dərman həbləri görmüşdür. Həmin ərəfədə müalicə olunurdu, metadon suyundan istifadə edirdi. Həmin metadon həblərini yerdən götürərək əynində olan boz rəngli paltonun altından geyindiyi qolsuz qırmızı rəngli dəri gödəkçənin sağ iç cibində saxladığı qəhvəyi rəngli pul kisəsinin içərisinə qoymuşdur. Sonradan həmin həblərdən birini istifadə etsə də, qalan 2 həbi yenidən əynində olan qırmızı rəngli dəri gödəkçənin sağ iç cibində olan qəhvəyi rəngli pul kisəsinin içərisinə qoymuşdur. 23 fevral 2022-ci il tarixdə saat 02 radələrində əvvəlcədən tanıdığı və tanışı olan Amid Siyəzən rayonunda işi olduğunu və rayona getmək üçün icarə maşın götürmək istədiyini bildirmiş, o icarəyə maşının əvəzinə onu apara biləcəyini bildirmişdir. Bundan sonra o, Məhərrəmov Amid ilə birlikdə idarə etdiyi avtomobil ilə Sumqayıt şəhərindən Siyəzən rayonu istiqamətində getmişlər. Yolda bilmişdir ki, Amidin Siyəzənə xanım tanışı ilə görüşmək üçün gedir. Siyəzən şəhərinə çatdıqdan sonra Amid telefonda həmin tanışı ilə danışdıqdan sonra B.Səfəroğlu küçəsinə sürməyi xahiş etmişdir. Bundan sonra, o avtomobili həmin yerə sürmüş, Amid avtomobildən düşüb telefon ilə danışmağa başlamışdır. Həmin vaxt onlar dayandıqları yerə polis əməkdaşları xidməti avtomobili ilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona üzərində və avtomobilində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O da etiraz etməmiş, müstəntiq tərəfindən polis şöbəsində ona üzərində şəxsi axtarış keçiriləcəyi və bu barədə Siyəzən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirilmişdir. Bundan sonra, müstəntiqin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə Siyəzən RPŞ-nin Növbətçi hissəsində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Hüquq vəzifələri izah olunmuş, vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, o əynində olan boz rəngli paltonun altından geyindiyi qırmızı rəngli dəri materiallı qolsuz gödəkçənin sağ iç cibində saxladığı qəhvəyi rəngli pul kisənin içərisindən 2 ədəd metadon həblərini təqdim etmişdir. Həmin vaxt qorxduğundan həmin həblərin yalandan “analqin” ağrıkəsici dərmanı olmasını bildirmişdir. Lakin, həmin həblər metadon həbləri olmaqla ona məxsus idi. Həmin həbləri təxminən 3 gün əvvəl Sumqayıt şəhərində yerdən tapmışdır. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə metadon həbi olduğu 2 ədəd dərman konvalyutu 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonar, idarə etdiyi **-MU-*** dövlət qeydiyyat nişanlı Niva markalı minik avtomobilinə də baxış keçirilmiş, avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar edilməmişdir. Dostu onun narkotik maddə istifadə etməsini bilməmiş və dostu ilə bağlı hər hansı bir sənədləşmə aparılamışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən Cavid ticarət mərkəzinin qarşısında Lada 21214 Minik markalı 2018-ci il buraxılışlı **-MU-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman işarə verilərək saxlanılmış, mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmiş, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman onun üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və o da buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamadan öncə ona hüquqları barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək özünün seçdiyi vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuşdur. Sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Həmin vaxt üzərinə şəxsi axtarış zamanı hər hansı bir qadağan olunmuş əşya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmasa da etibarnamə ilə o, idarə etdiyi Lada 21214 Minik markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobildə özünə məxsus narkotik vasitə saxladığını, idarə etdiyi avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuşdur. İdarə etdiyi avtomobilə baxış keçirilməsindən ötrü polis idarəsində xidməti otaqda aparılan videoçəkiliş dayandırılmışdır. Çəkiliş iştirakçiları ilə birlikdə avtomobilinə baxış keçirilmiş, salonun ön sərnişin oturacağının qarşısında olan saxlanc yerindən aşkar edilmiş üzərində “Elika” yazıları olan kiçik ölçülü taxta qutu açılan zaman həmin qutunun içərisində bir-birinə bağlanmış 2 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin bükümlərin birinin içərisində “heroin”ə bənzər maddənin, digərinin içərisində ağ rəngli “metamfetamin”ə bənzər maddənin, bundan başqa aşkar edilmiş 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, digərinin içərisində qəhvəyi rəngli həb qırıntısının, bundan əlavə aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Avtomobilindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr hamısı özünə məxsus olmuşdur. Videogörüntü ilə avtomobilinə baxış keçirilərkən idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində olan spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin ona məxsus olmadığını, kimsə tərəfindən avtomobilinə qoyulduğunu əsəbi olduğu üçün yalandan demiş, əsl həqiqətdə həmin bükümdə olan heroin də ona məxsus olmuşdur. İdarə etdiyi avtomobilin salonunda ön sərnişin oturacağının qarşısında olan saxlanc yerindən aşkar edilmiş üzərində “Elika” yazıları olan kiçik ölçülü taxta qutunun içərisindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulmuş çəkilən zaman həmin maddənin ayrılıqda çəkisini müəyən etmək mümkün olmamışdır. Daha sonra aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,68 qram olduğu, vizual olaraq eyni tərkibli görünən həmin bükümlər birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 0,71 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,49 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,52 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən o əsəbi olduğu üçün guya polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, əslində isə onu heç kim döyməmiş, heç bir xəsarət yetirməmiş, o polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi olmamış, heç bir xəsarət almadığından ekspertizadan keçməkdən imtina etmişdir. Narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamini xəstə olduğundan bədənində ağrılar olduğu üçün qəbul etmiş, eyni zamanda narkotik vasitəni tərgitmək istədiyi üçün ağrıların qarşısını kəsməyə görə də metadon da qəbul etmişdir. Sumqayıt şəhər polis idarəsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə və avtomobilinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini aldığı şəxsi tanımamış, internet vasitəsi ilə tanış olmuş, onun yaşadığı ünvanı, adını bilməmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında avtomobilinə baxış keçirilərkən idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində olan spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin ona məxsus olmadığını və həmin maddəni onun avtomobilinə baxış keçirən Elnur adlı polis əməkdaşı tərəfindən qoyulması barədə dediklərinin həqiqəti əks etdirmədiyini, belə ki, həmin narkotik vasitə olan heroini əvvəllər özünün alıb avtomobilinə qoyduğunu xatırladığını bildirərək törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, hazırda müalicə olunduğu üçün heç bir narkotik maddə qəbul etmədiyini, himayəsində iki azyaşlı uşağının olmasını və atasının İ Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində bildirmişdir ki, o Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 fevral 2022-ci il tarixdə saat 09:00-dan 23 fevral 2022-ci il tarixdə saat 09:00-dən istintaq əməliyyat qrupunda olmuşdur. 23 fevral 2022-ci il tarixdə gecə radələrində Siyəzən RPŞ-də olarkən Təqsirləndirilən şəxs Siyəzən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumat əsasında anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs saat 05:00 radələrində Siyəzən şəhəri Bəşir Səfəroğlu küçəsində idarə etdiyi **-MU-*** dövlət qeydiyyat nişanlı Niva markalı minik avtomobilində adını xatırlamadığı Sumqayıt şəhər sakinləri ilə birlikdə saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə polis şöbəsinə dəvət edildi. Onlar da etiraz etmədən Sumqayıt ŞPİ-yə gəldilər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi izah edildi. Təqsirləndirilən şəxs da heç bir etirazı olmadığını bildirdi və sonuncunun üzərinə müstəntiqin, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunaraq videoçəkiliş vasitəsilə Siyəzən RPŞ-nin Növbətçi hissəsində şəxsi axtarış keçirilməsinə başlanıldı. Baxış zamanı Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü təqdim etməyi təklif olundu. Bundan sonra o əynində olan boz rəngli paltonun altından geyindiyi qırmızı rəngli dəri materiallı qolsuz gödəkçənin sağ iç cibində saxladığı qəhvəyi rəngli pul kisənin içərisindən 2 ədəd metadon həblərini təqdim etmişdir. Müstəntiq tərəfindən həmin həblərin nə olması barədə soruşulduqda, o yalandan onların “analqin” ağrıkəsici dərmanı olmasını bildirmişdir. Lakin daha sonra həblərin metadon olmasını etiraf etmiş və bildirmişdir ki, həblər ona məxsusdur. Daha sonra həmin 2 ədəd həblər qablaşdırılmışdır. Daha sonra avtomobilə baxış keçirilmiş və avtmobildə hər hansı bir qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir.Digər şəxslərdən hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol doğru olduğundan, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid2 və RPŞ-nin MSY-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verməklə analoji ifadə vermişlər. Məhkəmədə şahid Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Ramil adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Cavid” ticarət mərkəzinin qarşısında saat 16:00-da saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə polis idarəsinə dəvət edilmişdir. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Polis idarəsinə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Zaur Cəfərov ona özünü təqdim etmiş, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Zaur Cəfərov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, o bildirişlə tanış olmuş, vəkilə etiraz etməmişdir. Daha sonar, isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Bundan sonra, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya maddi sübut, və yaxud narkotik vasitə aşkar olunmmamışdır. Sorğu zamanı üzərindən narkotik vasitə aşkar olunmamış etibarnamə ilə idarə etdiyi Lada 21214 Minik markalı 2018-ci il buraxılışlı **-MU-*** dövlət nömrə nişanlı avtomobildə özünə məxsus narkotik vasitə saxlamış, barəsində aparılan araşdırma materialı ilə əlaqədar idarə etdiyi avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuşdur.Baxış zamanı idarə etdiyi avtomobilin salonunda ön sərnişin oturacağının qarşısında olan saxlanc yerindən aşkar edilmiş üzərində “Elika” yazıları olan kiçik ölçülü taxta qutu açılmış həmin qutunun içərisində biri-birinə bağlanmış 2 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin bükümlərin birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin, digərinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, bundan başqa aşkar edilmiş 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, digərinin içərisində qəhvəyi rəngli həb qırıntısının bundan əlavə aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı idarə etdiyi avtomobildən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin “metamfetamin”, həb qırıntısının “metadon” olduğu, həmin narkotik vasitələri telefon vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsdən 2 ay əvvəl 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Avtomobilindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin hamısı özünə məxsus olmuşdur. Lakin, Təqsirləndirilən şəxs videogörüntü ilə avtomobilinə baxış keçirilərkən idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində olan spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan ilheroin”ə bənzər maddənin ona məxsus olmadığını, kimsə tərəfindən avtomobilinə qoyulduğunu demişdir. İdarə etdiyi avtomobilin salonunda ön sərnişin oturacağının qarşısında olan saxlanc yerindən aşkar edilmiş üzərində “Elika” yazıları olan kiçik ölçülü taxta qutunun içərisindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilmiş həmin maddənin ayrılıqda çəkisini müəyən etmək mümkün olmamışdır. Daha sonra aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,68 qram olduğu, vizual olaraq eyni tərkibli görünən həmin bükümlər birlikdə elektron tərəziyə qoyulub çəkilmiş həmin maddələrin ümumi çəkisinin 0,71 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilmiş həmin maddənin çəkisinin 0,49 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilmiş həmin maddənin çəkisinin 0,52 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış və baxış keçirilməsi haqqında protokollar tərtib olunmuş, protokolla tanış olub digər iştirakçılar kimi protokolu öz imzası ilə təsdiqləmişdir. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə şahid Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid5 şahid X2 ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmənin təşəbbüsü ilə dəvət olunaraq şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və onun ailəsini Sumqayıt sakini kimi tanıyır. O, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsində iştirak etməmiş, ümumiyyətlə həmin əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs onun barəsində dediklərli ilə razılaşmır. İş materiallarına maddi sübut kimi əlavə edilmiş iki ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayon polis şöbəsinin və Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə və idarə etdiyi avtomobilə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan metodon həbləri, metamfetamin və heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/1137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərində... " və.s yazılar imzalar olan 01 ədəd zərfdə üzərində “Methadone 40... Faran” yazıları olan blister kəsiyində ümumilikdə 02 (iki) ədəd dərman tabletlərinin tərkibində ümumi təmiz çəkisi 0.08 qram metadon maddəsi müəyyən edildi. (Metadonun tabletləri ümumi-02 ədəd, tədqiqata sərf edildi-01 ədəd, qalıq-01 ədəd) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1313 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli,6/2059№li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,345 qram, 0,005 qram ümumi təmiz çəkisi, 0,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və heroinlər xarici əlamətlərinə və kimyəvi component tərkiblərinə görə eynidir, 02 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,242 qram, 0,440 qram ümumi təmiz çəkisi 0,682 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir və metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir, 01 (bir) ədəd bükümə 1/4 (dörddə bir) ədəd qəhvəyi rəngli həb qırıntısının tərkibində metadon təsiredici maddəsinn miqdarı 0,01 qram olduğu müəyyən edildi. (Metamfetaminin ümumi təmiz çəkisi-682 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-0,582 qram. Heroinin təmiz çəkisi-0,350 qram, tədqiqata sərf edildi-0,07 qram, qalıq ümumi-0,280 qram. Metadon həb 1/4 ədəd, tədqiqata sərf edildi-yarısı) Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları-xx.xx.2008-ci il təvəllüdlü X12 oğlu və xx.xx.2009-cu il təvəllüdlü X4 vardır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 076302 saylı müharibə veteranının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Cəfərov Nurəddin Allahverdi oğlu müharibə veteranıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, atasının müharibə veteranı olmasını və əməlindən səmimi peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də barəsində CMnin 234.1-ci maddəsi ilə başlanan cinayət işi üzrə 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 25 fevral 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də barəsində CM-nin 234.1-ci maddəsi ilə başlanan cinayət işi üzrə 11 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 13 aprel 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd metodon həbi, 0,582 qram psixtop maddə metamfetamin, 0,280 qram narkotik vasitə heroin, methadon həbin yarısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan dörd ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 202 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, 11 avqust 2022-ci il tarixli 1181 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 08 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan disklər cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd metodon həbi, 0,582 qram psixtop maddə metamfetamin, 0,280 qram narkotik vasitə heroin, methadon həbin yarısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 202 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-671/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-671/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver