Məhkəmə qərarları › İş №1(060)-672/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-672/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-672/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 (bir) ədəd keçmiş SSRİ-də zavod üsullıı ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən F-l markalı, hücum təyinatlı qəlpəli istifadəyə yararlı olan əl qumbarasını və 01 (bir) ədəd 'F-l" "RQ-42". “RQD-5" markalı qəlpəli əl qumbarasının gövdəsini partladılması üçün nəzərdə tutulmuş, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM-2” markalı istifadəyə yararlı olan alışdırıcını qanunsuz olaraq əldə edərək Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5A, mənzil 58 ünvanında saxlamış, 28 aprel 2022-ci il tarixdə saat 17:27-də Sumqayıt ŞPİ CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci məhəllə, 5A nömrəli evin yaxınlığında saxlanılaraq yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5A, mənzil 58 ünvanına baxış keçirlən zaman yataq otağında olan paltar dolabının arxasında saxladığı 01(bir) ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən F-l markalı, hücum təvinatlı qəlpəli istifadəyə yararlı olan əl qumbarasını və 01 (bir) ədəd "F-l" "RQ- 42". "RQD-5" markalı qəlpəli əl qumbarasının gövdəsini partladılması üçün nəzərdə tutulmuş, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən "UZRQM-2 markalı istifadəyə yararlı olan alışdırıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:27 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllədə yaşadığı evin yaxınlığında tanışı Şahid4 oglu ilə dayanıb söhbət edən zaman polis əməkdaşları ona yaxınlaşıb onu qanunsuz olaraq odlu silah və sursatların daşınması, saxlanılması və gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Pİ-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz elməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ələsgər təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bır əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman o, üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli Nokia markalı mobil telelon və 01 ədəd mənzil açarı aşkar edilmişdir. Daha sonra ondan başqa bir yerdə qanunla qadağan olunmuş əşya, predmetin olub-olmaması soruşulan zaman o, yaşadığı mənzildə 01 ədəd köhnə paslı qumbaranın olduğunu bildirmiş və evinə baxış keçirilməsinə dair etirazı olmadığını qeyd etmişdir. Bundan başqa o, saxlanan zaman yanında olan Şahid4 üzərində və ya yaşadığı mənzildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olubolmaması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Bundan sonra çəkiliş dayandırılmışdır. Daha sonra əməliyyat qrupu iştirakçıları ilə birlikdə yaşadığı ünvan 4 ünvana baxış keçiriləcəyi bildirilərək bununla bağlı olaraq hər hansı bir etiraz olubolmadığı sual olunmuş, o, isə bu barədə heç bir etiraz və vəsatətinin olmadığını qeyd etmişdir. Daha sonra videoçəkiliş ilə yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunan zaman o, yaşadığı mənzildə solda yerləşən qaranlıq otaqda olan taxta geyim şkafının arxasında saxladığı 01 ədəd üzərində yazıları silinmiş döyüş sursatına bənzər dəmir predmet və 01 ədəd tutacaqlı başlığı təqdim etmişdir. Sorğu zamanı o, yaşadığı ünvandan aşkar olunan həmin 01 ədəd üzərində yazıları silinmiş döyüş sursatına bənzər dəmir predmet və 01 ədəd tutacaqlı başlığın "Limonka“ (əl qumbarası) olduğunu, onu təxminən 1992-ci ildə müharibə zamanı adını dəqiq xatırlamadığı bir nəfər şəxsin Sumqayıt şəhərində ona verdiyini, bu vaxtadək evində saxladığını va hər hansısa bir orqana müraciət etmədiyini bildirmişdir. Bundan başqa yaşadığı mənzilin otaqlarına da iştirakçılarla birlikdə baxış keçirilmiş və qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar edilməmişdir. O, mənzilindən aşkar olunan döyüş sursatı olan F-l tipli ol qumbarasının gövdə hissəsinini və 01 ədəd "UZRQM" tipli F-l. RQD-5. RQ-42 əl qumbaralarının partlayıcısını təxminən 1992-ci ildə müharibə zamanı adını dəqiq xatırlamadığı bir nəfər şəxsdən Sumqayıt şəhərində almış və həmin döyüş sursatı olan əl qumbarasını qorxduğu üçün aparıb polisə təhvil verməmiş və həmin müddətdən yaşadığı mənzildə saxlamışdır. Onun heç bir psixi xəstəliyi olmamış, heç vaxt bu cür xəstəliklərlə bağlı müalicə olunmamışdır. Lakin dəri xəstəliyi ilə bağlı 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və sursatların daşınması, saxlanılması və gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin CAŞ- nin kiçik inspektorları, polis serjantı Məcidİi Kənan Vidadi oğlundan və polis kiçik serjantı Şahid3, Sumqayıt ŞPİ-nin İŞ-nin baş təhqiqalçısı, polis baş leytenantı X2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis mayoru X3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən 5A saylı binanın yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:27-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən 5A saylı binanın yaxınlığına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin adı məlum olmayan bir nəfər şəxs ilə dayandıqlarını görüb onu saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da öziinü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, yanında dayanan şəxs isə Şahid4 olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və sursatların daşınmasında, saxlanılmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs və Şahid4 Sumqayıt ŞPİ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs, eləcə də Şahid4 etiraz etməmişlər və onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişlər. Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ələsgər təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 (bir) ədəd Nokia markalı mobil telefon və 01 (bir) ədəd mənzil açarı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa bir yerdə qanunla qadağan olunmuş əşya, predmetin olub-olmaması sorğu edilən zaman o, yaşadığı mənzildə 01 ədəd köhnə paslı qumbaranın olduğunu bildirmişdi və evinə baxış keçirilməsinə dair etirazının olmadığını qeyd etmişdir. Bundan başqa, Şahid4 onun üzərində və ya yaşadığı mənzilində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Bundan sonra, çəkiliş onun yaşadığı mənzildə davam etdirilməsi üçün dayandırılmışdır. Bu səbəbdən əməliyyat qrupu iştrakçılari ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5A, mənzil 58-də evə baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzilin yaşayış binasının 3cü mərtəbəsində yerləşən mənzil olduğu, həmçinin 3 otaqdan təşkil olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək sonuncuya bununla bağlı olaraq hər hansı bir etirazı olub-olmadığı sual olunmuş, həmin şəxs isə bu barədə heç bir etiraz və vəsatətinin olmadığını qeyd etmiş, daha sonra ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü yaşadığı mənzildə solda yerləşən qaranlıq otaqda olan taxta geyim şkafının arxasında saxladığı 01 (bir) ədəd üzərində yazıları silinmiş halqa şəklində döyüş sursatına bənzər dəmir predmet və 1 (bir) ədəd tutacaqlı başlığı təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan həmin 01 (bir) ədəd üzərində yazıları silinmiş halqa şəklində döyiiş sursatına bənzər dəmir predmet və 01 (bir) ədəd tutacaqlı başlığın "Limonka" olduğunu, onu 1992-ci ildə müharibə zamanı adını dəqiq xatırlamadığı bir nəfər şəxsin ona verdiyini, qorxduğundan bu vaxtadək evində saxladığını və hər hansı bir orqana müraciət etmədiyini bildirmişdir. Bundan başqa, onun yaşadığı mənzilin digər otaqlarına da iştrakçılarla birlikdə baxış keçirilmiş və qanunla qadağan olunmuş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan həmin 01 (bir) ədəd üzərində yazıları silinmiş halqa şəklində döyüş sursatına bənzər dəmir predmet və 01 (bir) ədəd tutacaqlı başlıq Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa, Şahid4 Pİ-nə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yaranmış, həmin şəxs buna etiraz etməməsi ilə bağlı Pİ-nıə ərizə təqdim elmişdir. Şahid4 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Şahid4 üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşva olmadığını bildirmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Bundan sonra, protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X6 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 28 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində və yaşadığı mənzildə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və X4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/788 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən “F-1” markalı, hücum təyinatlı, qəlpəli əl qumbarasının hissəsidir-gövdəsidir, istifadəyə yararlıdır. Predmetin üzərində istehsal ilinə dair hər hansı yazı-işarə olmadığından müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş 1 ədəd predmet”F-1”, “RQ-42”, “RQD-5” markalı qəlpəli əl qumbarasının gövdəsini partladılması üçün nəzərdə tutulmuş, 1982-ci ildə keçmiş SSRİdə zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM-2” markalı alışdırıcıdır, istifadəyə yararlıdır. -Yuxarıda göstərilən qumbara gövdəsinə “UZRQM-2” markalı alışdırıcı bağlandıqda, onlar döyüş sursatı hesab edilən “F-1” markalı, hücum təyinatlı qəlpəli əl qumbarasını təşkil edirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/337R №-li ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 1 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 1 ədəd əlqumbarasını həmin 1 ədəd “UZRQM” tipli partlayıcı ilə komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələsin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 30 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd zovod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatı F-1 tipli əl qumbarasının gövdə hissəsi və 01 ədəd "UZRQM" tipli F-1, RQD- 5, RQ-42 əl qumbaralarının partlayıcısı müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli (iş № 1(060)-672/2022) qərarını icra edərək, 11 avqust 2022-ci il tarixli 1182 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Sumqayıt şəhər polis idasrəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut 01 ədəd zovod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatı F-1 tipli əl qumbarasının gövdə hissəsi və 01 ədəd "UZRQM" tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan iki ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar