Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-672/2024 31.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin Sumqayıt Su Kanal İdarəsində ödənişin təşkili şöbəsində mühəndis işləyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 "xxxx" ASC-də işə düzəldəcəyinə köməklik edəcəyini vəd verib aldadaraq sonuncudan 2023-cü ilin noyabr ayında Sumqayıt şəhəri, 15-ci məhəllə, ərazisində yerləşən N.Nərimanov adına mədəniyyət evinin qarşısında 2000 (iki min) manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən mənzilinin sənədlərinin rəsmiləşdirilməsinə köməklik edəcəyini vəd verib aldadaraq sonuncudan xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində 1000 (bir min) manat pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, "xxxx" ASC-nin Sumqayıt Su Kanal İdarəsində ödənişin təşkili şöbəsində mühəndis vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs1 atası Şahid uzun müddətdir ki, tanıyır. 2023-cü ilin noyabr ayında Abdulağa ona zəng edib onunla görüşmək istədiyini bildirmişdir. O, görüşməyə etiraz etməmiş və onlar görüşmüşlər. Abdulağa ona bildirmişdir ki, oğlu Tərlanı "xxxx"da işə düzəltmək istəyir. Abdulağa bu işdə onun ona köməklik etməsini istəmişdir. O, ona demişdir ki, bu iş üçün 2000 manat pul lazımdır. Abdulağa onunla razılaşmışdır. 2023-cü ilin təxminən noyabr ayının axırlarında o, Abdulağanın oğlu Tərlanla Sumqayıt şəhəri, 15-ci məhələl əraxisində yerləşən «Nərimanov» mədəniyyət evinin qarşısında görüşmüş və o, orada ona 2000 manat pul vermişdir. O. Tərlana bildirmişdir ki, onun işə düzəlmə məsələsi 2024-cü ilin yanvar ayının axırları həll olunacaq. Tərlan etiraz etməmişdir. Bundan sonra bir neçə müəssisə birləşdiyi üçün Tərlanın işə düzəlmə məsələsi gecikmişdir. Bundan başqa yaxın qohumu rəhmətə getdiyi üçün onun başı yas mərasiminə qarışmışdır. Abdulağadan aldığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bir müddətdən sonra Abdulağa ona zəng edərək oğlunu işə düzəltmək istəmədiyini bildirib ona verdiyi pulu geri istəmişdir. O, isə ona pulu qısa miüddətə geri qaytaracağını bildirmişdir. Təxminən fevral ayının əvvəllərində o, Abdulağa ilə görüşüb ondan aldığı pulun 500 manatını qaytarmışdır. Qalan 1500 manat pulu isə sonradan qaytarmışdır. Bundan əlavə bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanışı Fatma adlı qadının vasitəsi ilə tanımışdır. 2023-cü ilin dekabr ayında Fatma ona zəng edərək bir nəfər tanışının evinin sənədləşmə işlərində ona köməklik etməsini istəmişqdir. O, həmin şəxsə köməklik edəcəyini bildirmişdir. Bir müddətdən sonra Əfruz ona zəng edərək nömrəni Fatmanın verdiyini bildirmişdir. O, ondan harada qaldığını və ona neçə köməklik edə biləcəyini soruşmuşdur. Əfruz bildirmişdir ki, Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisind yerləşən 22 saylı yataqxanada evi var, həmin evi öz adına sənədləşdirmək istəyir. O, Əfruza bildirmişdir ki, bunun üçün 1500 manat pul lazımdır. Əfruz onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Asan xidmət» mərkəzinin qarşısında o, Əfruzla görüşmüşdür. Əfruz orada ona 1000 manat pul vermiş, 500 manatı isə sənədləşmə olduqdan sonra verəcəyini bildirmişdir. O, onunla razılaşmışdır. O, Əfruzdan aldığı 1000 manat pulu öz ehtiyacları üçün xərcləmiş və Əfruzun evinin sənədləşdirilməsi üçün heç bir iş görməmişdir. Bundan sonra Əfruz ona onun üçün heç bir iş görmədiyini başa düşüb pulunu ondan istəməyə başlamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün Əfruzun pulunu qaytara bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Əfruz ondan 3-cü PB-nə şikayət etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslər ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödədiyini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 750 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasının vasitəsi ilə tanımışdır. Atası onunla söhbət edərkən onun işə düzəlmə məsələsi barədə söz düşdüyü üçün Sadiq bildirmişdir ki, onu "xxxx" İB-də qəza xidmətində işə düzəldə bilər. O, bildirmişdir ki, bu işin düzəlməsi üçün 2000 manat lazımdır. Atası onunla razılaşmışdır. 2023-cü ilin noyabr ayının əvvələrində o, Sadiqlə zəngləşmiş və Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Nərimanov» mədəniyyət evinin qarşısında onunla görüşüb Sadiqə onu işə düzəltməsi üçün 2000 manat pul vermişdir. Sadiq bildirmişdir ki, bir ay müddətində işi düzələcək. O, Sadiqə inanmışdır. Lakin, bir neçə ay keçməsinə baxmayaraq görmüşdür ki, Sadiq onun işə düzəlməsi ilə bağlı heç bir iş görmür. O, Sadiqin onu aldatdığını hiss edib ondan pulunu qaytarmasını tələb etmişdir. Bundan sonra Sadiq aldığı pulun 500 manatını qaytarmışdır. Lakin, hər dəfə müxtəlif bəhanələr gətirərək pulun qalan hissəsini də qaytaracağını bildirsə də aldığı pulun qalın hissəsini qaytarmamışdır. Buna görə də o, Sadiqdən şikayət etmək qərarına gəlmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri, 22-ci məhəllə ərazisində yerləşən yataqxanada evi var. Lakin, həmin evin sənədi yoxdur. O, həmin evin sənədlərini düzəltdirmək istəsə də bunu edə bilməmişdir. Bir dəfə tanışı Fatma ilə söhbət edərkən onun telefonla bir nəfərlə danışdığını və yaşadığı yataqxanadakı evinin sənədlərini düzəltdirmək istədiyini eşitmişdir. O, Fatmaya bildirmişdir ki, onun da yataqxanada evi var, lakin sənədləri yoxdur, evi sənədləşdirmək istəyir. Fatma isə Sadiq adlı tanışının olmasını və həmin şəxsin bu işlə məşğul olduğunu bildirmişdir. Fatma onun yanında Təqsirləndirilən şəxs zəng etmiş və Sadiqə onun barəsində danışmışdır. Sonra o, özü də Təqsirləndirilən şəxsla telefonla danışmış və evini sənədləşdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinin sənədləşdirilməsinə köməklik edə biləcəyini və bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. O, da razılaşmış və öz telefon nömrəsini ona vermişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib pulu istəmişdir. O, Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Asan Xidmət» mərkəzinin qarşısında görüşmüş və ona 1000 manat pul verib qalan 500 manatı pulu da sənəşləşdirmə işi düzəldikdən sonra verəcəyini bildirmişdir. Bundan sonra o, dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb sənədlərin nə vaxt düzələcəyini soruşmuşdur. O, hər dəfə evinin sənədlərinin düzələcəyini bildirsə də aldığı pulun müqabilində heç bir iş görməmişdir. O, Sadiqin onu aldatdığını hiss edib ondan pulunu qaytarmasını tələb etmişdir. Lakin, Sadiq hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Fatmanın bu işdə heç bir maddi marağı olmamışdır. O, sadəcə onun evinin sənədləşməsinin həll olunması üçün onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, X2 onun doğma oğludur. Təqsirləndirilən şəxs isə onun tanışıdır. Tərlan heç bir yerdə işləmədiyi üçün onu işə düzəltmək istəmişdir. Bir dəfə o, Sadiqlə söhbət edərkən oğlunun işsiz olduğunu və onu işə düzəltmək istədiyini bildirmişdir. Sadiq isə ona demişdir ki, Tərlanı "xxxx" İB-nin qəza xidmətində işə düzəldə bilər və bu işin həll olması üçün 2000 manat lazımdır. O, Sadiqlə razılaşmış və bu barədə oğlu Tərlana da demişdir. Tərlan da onunla razılaşmışdır. O, Sadiqin telefon nömrəsini oğluna vermişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində oğlu Sadiqlə zəngləşmiş və Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Nərimanov» mədəniyyət evinin qarşısında ona 2000 manat pul vermişdir. Sadiq söz vermişdir ki, bir ay müddətində oğlunun işi düzələcək. Lakin, bir ay keçsə də Sadiq oğlunun işinin həll olunması üçün heç bir iş görməmişdir. Buna görə də oğlu ondan pulunu tələb etməyə başlamışdır. Sadiq oğlundan aldığı pulun 500 manatını qaytarmışdır. Lakin, qalan 1500 manatı qaytarmamışdır. Buna görə də oğlu Sadiqdən şikayət etmişdir. Oğlu Sadiqdən şikayət etdikdən sonra Sadiq oğlundan aldığı pulun qalan 1500 manatını da qaytarmışdır. Cinayət işinin 105-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-71-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi) xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2023cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətəazadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdiyi ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyanı tamamilə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Qeyd edilən halları, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 750 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3096 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə müvafiq olaraq 750 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni ətkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxslər məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 750 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvələr Cinayət Məcəlləsinin 178.1-ci maddəsi olan cinayət işi üzrə bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Lakin, həmin iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada deyil, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi) cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 3000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 750 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-672/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-672/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver