Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-672/2025 21.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonu, Çaparlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, üzərində məhkumluğu olmayan, Ağsu rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 21-ci məhəllə, yataqxana 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,576 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən 12 avqust 2025-ci il tarixdə saat 17:57 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxladığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,576 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə axşamüstü tanışı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Corat qəbiristanlığının yaxınlığında olarkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və onları qanunsuz olaraq narkotik vasitə gəzdirilməsində şübhəli olduqları üçün saxladıqlarını bildirmişlər. Ondan üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsini istəmişlər. İlk öncə tanışı Şahid4 üstü yoxlanılmış və onun üzərində olan metamfetamin götürülmüşdür. Daha sonra isə o, şalvarının cibində saxladığı 01 büküm metamfetamini təqdim etmişdir. O, həmin metamfetamini tanışı Şahid4lə birlikdə Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm tərəzidə çəkilmiş və zərfə qoyulmuşdur. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-yə getmişlər. Orada ona hüquq və vəzifələri barədə bildiriş və müdafiəçi təqdim olunmuşdur. Daha sonra polis əməkdaşı zərfi təqdim etmiş və içərisində metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə suala cavab olaraq Şahid4lə əvvəllər bir evdə kirayədə yaşadıqlarını, onunla metamfetamin istifadə etmək üçün Corat qəsəbəsinə getdiklərini bildirmişdir. O, daha sonra polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və üzərində heçnə olmadığını bildirsə də, son olaraq Şahid4lə Corat qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan başqa, suala cavab olaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsini heç bir təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyini bildirmişdir. Son söz olaraq əməlindən peşman olduğunu və bir daha belə hərəkətlər etməyəcəyini bildirmiş, iki azyaşlı uşağı üçün aliment ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2la birlikdə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid4 ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Corat qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən videoçəkiliş aparmaqla onlara yaxınlaşaraq saxlamış və özlərini təqdim etmiş, Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etmələrini təklif etmişlər. İlk öncə Şahid4 üzərində olan 01 ədəd bükümdə içərisində ağ rəngli metamfetaminə bənzər maddə təqdim etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs əynindəki idman şalvarının cibindən bir ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş və içərisində ağ rəngli kristallik kütlə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddənin “patı” olduğunu, Novxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün Şahid4lə birlikdə aldıqlarını bildirmişdir. Şahid4 və Təqsirləndirilən şəxs üzərilərindən aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Daha sonra isə digər sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-yə getmişlər. Orada Təqsirləndirilən şəxs hüququ və vəzifələri barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Bundan sonra içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm olan zərf təhqiqatçıya təqdim edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlərin ifadələri elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, şahidlər Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 və Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:57-də o tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsin ərazisində yerləşən Corat qəbiristanlığının yaxınlığında olarkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları olduqlarını, onlara qanunsuz olaraq narkotik vasitə qəbulu və üzərlərində gəzdirilməsində şübhəli olduqları üçün saxlanıldıqlarını bildirmişlər. Videoçəkiliş aparmaqla onların üstünü yoxlamağa başlamışlar. Əvvəlcə ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Yoxlamadan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməyi təklif edilmiş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. O, həmin metamfetamini tanışı Təqsirləndirilən şəxsla birlikdə Novxanı qəsəbəsi ərazisində olarkən tanımadıqları şəxsdən 10 manata şəxsi istifadələri üçün aldıqlarını bildirmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkilmiş və şəffaf sellofan bükümlə birlikdə çəkisinin 0,72 qram olması müəyyən olunmuşdur. Aşkar olunaraq götürülmüş həmin 01 ədəd büküm xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, qablaşdırılmış zərf onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra, tanışı Təqsirləndirilən şəxs da üstü yoxlanılmış və onun üzərindən də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Eynur da təsdiq etmişdir ki, metamfetamini onunla birlikdə eyni adamdan almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:57-də Təqsirləndirilən şəxs və Şahid4 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdırlar. Şahid4 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Şahid4 və Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat tədbirinin CAŞ-nin kiçik inspektoru Şahid3 məxsus mobil telefon vasitəsi ilə qeydə alındığı izah edilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ilk olaraq Şahid4 üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli büküm təqdim etmişdir. Qeyd edilən kütlənin nə olduğu soruşulduqda içərisində “patı” yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şahid4 üzəri yoxlanılmış və həmin şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Coron” markalı mobil telefon aşkar olunmuşdur. Həmin bükülüyə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu müəyyən olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və 0,72 qram olması müəyyən olunmuş, 1 ədəd ağ rəngli zərfə qoyulmuş, ŞPİ-nin möhürü ilə möhürlənmişdir. Sorğu zamanı narkotik vasitəni Sumqayıt şəhəri, Novxanı bağlarından şəxsi istifadəsi üçün 10 manat aldığını, yanında olan Təqsirləndirilən şəxs tanıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm təqdim etmişdir. Qeyd edilən kütlənin psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən 10 manata Şahid4 ilə birlikdə aldıqlarını, Corat qəbiristanlığı ərazisində istifadə edəcəklərini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş yə çəkisinin 0,66 qram olması müəyyən olunmuşdir. Aşkar olunaraq götürülmüş büküm 1 ədəd ağ rəngli zərfə qoyulmuş, ŞPİ-nin möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. (i.v.9-11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:57 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbiristanlığı yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.32) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi nəzərdə tutulmuşdur. (i.v. 35) Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürürlməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və şəxsi axtarış həyata keçirilən zaman qeydə alınmış video görüntü məhkəmə iclasında baxış keçirilənkən müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 19:50-dən 19:54-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 1 ədəd şəffaf sellofana bükülmüş halda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli zərfi təqdim etmiş və həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda əynindəki qara rəngli idman şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofana bükülmüş halda olan “metamfetamin”ə bənzər maddəni təqdim etdiyini, daha sonra həmin maddənin müvafiq qaydada götürülərək qablaşdırıldığını, həmin maddənin çəkisinin 0,66 qram olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq ona polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. (i.v.37-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/723 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN zərflər üçün 124 möhür əksi, Vət Təqsirləndirilən şəxs /imza/; Şahid1 /imza/; Şahid2 /imza/; Şahid3 /imza/”əl yazılar və imzalar olan 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümü təmiz çəkisi 0,576 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edildi 0,576 qram, nümunə götürüldü 0,05 qram, 0,526 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.48-51) Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 xx.xx.2025-ci il tarixli, 1242 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir.(i.v.52-54) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.65-76) Təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.77-78) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxsin Ambulator X3 barədə xx.xx.2025-ci il tarixli, 5133 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.90-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Ağsu rayon Məhkəməsinin hökmü dəyişdirilərək, ona 01 (bir) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v.93-94) İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(107)- 113/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.(i.v.95-100) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/723 nömrəli rəyinə uyğun olaraq 0,576 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,576 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,526 qram metamfetamin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilməsi, iş üzrə xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsinə və “şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və “təqdim olunmuş əşyanın götürülməsi haqqında”, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/723 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5133 nömrəli rəyləri, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.127-135) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən psixotrop maddənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 21-ci məhəllə, yataqxana 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5133 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5133 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,526 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmənin hazırlıq iclasında iştirakı və işlə tanış olduğu 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 21-ci məhəllə, yataqxana 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,526 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-672/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-672/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver