Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-673/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-cü ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində polisin nəzarəti altına vermə seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirmişdir. Belə ki, o, 19 mart 2024-cü il tarixdə, saat 19:48-də BC koteqoriyalı, BC 007525 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze minik” markalı ** YB *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən, hərəkət istiqamətinin sağ tərəfində idarə etdiyi avtomobili dayandırıb, sonradan idarə etdiyi avtomobillə geriyə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü nəqliyyat vasitəsini geriyə hərəkət etdirərkən manevirin təhlükəsiz olmasına əmin olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi “Chevrolet Cruze minik” markalı avtomobilin arxa hissəsi ilə hərəkət istiqamətinin sol hissəsindən yolun hərəkət hissəsinə daxil olaraq, yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, sağ tərəfli alın-gicgah payının hemorragik əzilməsi və kontuziyası, sol beyin yarımkürəsinin lövhəvari subdural hematoması, sağ alın sümüyünün, sağ orbitanın bayır yuxarı və medial divarlarının, burun sümüklərinin sınığı, sağ tərəfli alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alnın, göz orbitasının, boynun, çiynin və ətrafların çoxsaylı əzik və qançırları, subaraxnoidal qansızına kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Chevrolet Cruze” markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdən siqaret almaq və bankomatdan pul çıxartmaq üçün çıxıb idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri Sülh küçəsi ilə hərəkət edərkən, həmin küçədə yerləşən “Cavid” ticarət mərkəzinin qarşısında, yolun əks tərəfində, yəni hərəkət istiqamətinin sağ tərəfində yerləşən köşkdən siqaret almaq və həmin ərazidə yerləşən bankomatdan pul çıxartmaq üçün idarə etdiyi avtomobili saxlamış, ancaq hərəkət istiqamətinin sağ tərəfində yerləşən yol kənarında arxa arxaya avtomobillər park edildiyindən, idarə etdiyi avtomobilin qəza işıqlarını yandırıb həmin avtomobillərin yanı ilə idarə etdiyi avtomobili geri hərəkət etdirərək, idarə etdiyi avtomobili yol kənarında park etmək üçün yer axtarmağa başlamışdır. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən 10-20 km/saat olmuş, idarə etdiyi avtomobili təxminən 7-10 metr məsafədə geri hərəkət etdirərkən avtomobilin arxa hissəsinin nəyəsə çırpıldığını yaranmış səsdən hiss edərək dərhal idarə etdiyi avtomobili dayanma vəziyyətinə gətirmişdir. Bundan sonra isə idarə etdiyi avtomobildən düşərək avtomobilin arxa hissəsinə keçdikdə idarə etdiyi avtomobilin yolda hərəkət edən piayadaya çırpıldığını, piyadanın isə asfalt yola yıxılaraq hərəkətsiz vəziyyətdə yerdə uzandığını görmüşdür. Bundan sonra oraya yığılmış şəxslərin köməkliyi ilə sonradan anket məlumatlarını öyrəndiyi piyada Zərərçəkmiş şəxs Miqələm qızını idarə etdiyi avtomobilə mindirib ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına gətirmişdir. Yolda hərəkət edən və idarə etdiyi avtomobillə vuraraq bədən xəsarəti yetirdiyi piyadanın yolda hərəkət etməsini görmədiyindən hadisənin qarşısını almaq üçün hər hansı tədbir görə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən evinə getmək üçün Sumqayıt şəhəri Sülh küçəsində yerləşən avtomobil yoluna daxil olaraq, yolun əks tərəfinə doğru adi yerişlə hərəkət etməyə başlamış, həmin vaxt yolda hərəkət edən avtomobillər onun sağ tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi istiqamətində hərəkətdə olduğundan, hərəkət istiqamətinin sağ tərəfmə diqqətini yönəldərək yolda nəqliyyat vasitələrinin hərkət etməməsinə tam əmin olduqdan sonra yola daxil olub, yolda təxminən 9-10 metr məsafə qət etmişdir. Yol kənarına çatmağa təxminən 1-2 metr qalmış qəflətən sol tərəfdən ona nəsə çırpılmış, bundan sonra sağ tərəfi üstə asfalt yola yıxılmışdır. Daha sonra huşunu itirmiş, bundan sonra olarları xatırlamamışdır. Birdə hadisədən təxminən 10-15 gün sonra özünə gəldikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən xəstəxanada olduğunu, ona tibbi yardım göstərildiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** YB *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsində avtomobili geriyə hərəkət etdirərkən idarə etdiyi avtomobilin arxa hissəsi ilə onu vuraraq ona bədən xəsarəti yetirdiyini, sonra isə ona tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTYX-na apardığını öyrənmişdir. Bundan sonrada bir neçə gün ərzində xəstəxanada stasianar şəraitdə həkim nəzarətində müalicəsini davam etdirmiş, sonradan isə ona ambulator mülaicə təyin olunaraq evə buraxılmışdır. Hadisədən sonra müxtəlif bədən xəsarətləri aldığından hərəkət etməkdə çətinlik çəkmişdir. Bundan əlavə məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təlan oğlu ifadəsində göstərmişdir ki, 2013-cü ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru vəzifəsində isə 2020-ci ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi və ətraf ərazilərdə idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbət hissəsindən məsul növbətçi Sumqayıt şəhəri, Sülh küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə nəticəsində bədən xəsarətləri almış piyadaya tibbi yardım göstərilməsi üçün onun sürücü tərəfindən Sumqayıt şəhər TTY Xəstəxanasına aparılması barədə məlumat verdiyindən dərhal xəstəxanaya yaxınlaşmışdır. Bundan sonra həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze minik” markalı ** YB *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən, hərəkət istiqamətinin sağ tərəfində idarə etdiyi avtomobili saxlayıb, sonradan idarə etdiyi avtomobilli geriyə hərəkət etdirərkən idarə etdiyi “Chevrolet Cruze minik” markalı avtomobilin arxa hissəsi ilə hərəkət istiqamətinin sol hissəsindən hərəkət hissəsinə daxil olaraq, yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyini, sonradan isə həmin piyadaya tibbi yardım göstərilməsi üçün piyadanı idarə etdiyi avtomobilə mindirərək Sumqayıt şəhər TTY xəstəxanasına gətirdiyini öyrənmişdir. Daha sonra sürücü hadisə yerini təqdim etməsi üçün oraya gəlmiş əməliyyat qrupunun digər üzvüləri ilə birlikdə hadisə yerinə getmiş, o isə xidməti əraziyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. O, tək yaşamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində hazırda kim olmasını unutduğu şəxs ona zəng edərək bacısı Nargiləni Sumqayıt şəhəri, Sülh küçəsində avtomobil vurduğunu, ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY Xəstəxanasına yerləşdirildiyini bildirmişdir. Bundan dərhal sonra xəstəxanaya gəldikdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsində avtomobili geriyə hərəkət etdirərkən idarə etdiyi avtomobilin arxa hissəsi ilə bacısı Nargiləni vuraraq ona bədən xəsarəti yetirdiyini, sonra isə huşsuz vəziyyətdə olan bacısına tibbi yardım göstərilməsi üçün onu Sumqayıt şəhər TTY Xəstəxanasına gətirdiyini öyrənmişdir. Bundan sonra bacısı bir gün ərzində Sumqayıt TTY Xəstəxanasında qalmış və stasionar şəraitdə müalicəsini davam etdirmişdir. Ancaq xəstəxanada lazımi avadanlıq olmadığından, bacısının səhhəti ağır olduğundan ona tibbi yardım göstərilməsi üçün özəl xəstəxanalardan birinə köçürmək qərarına gəlmişlər. Ancaq sürücü və yaxınları bunun üçün xeyli xərc çıxacağını əsas gətirərək bacısına tibbi yardım göstərilməsi üçün onun özəl xəstəxanalardan birinə köçürülməsinə etiraz etmişlər. Hətta çağırdıqları təcili tibbi yardım avtomobilinin pulunu ödəyərək geri qaytarmışlar. Bütün bunlara baxmayaraq öz vəsaitləri hesabına bacısına tibbi yardım göstərilməsi üçün onun “Məlhəm” Beynəlxalq Hospitalına köçürülməsinə nail olmuşlar. Cinayət işinin 78-79-cu vərəqələrində olan 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-cı vərəqəsinə əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə iki video görüntü mövcuddur. Birinci görüntü Sumqayıt şəhəri Sülh küçəsi ilə Nizami küçələrinin kəsişməsini və ətraf əraziləri əks etdirir. Video görüntünün çəkildiyi vaxt havanın qaranlıq və yağıntılı olduğu, avtomobil yolunda avtomobillərin, səkidə piyadaların hərəkət etdiyinin göründüyü, bu cür video görüntünün 27 saniyyə ərzində davam etdikdən sonra, ekranda göstərilən vaxtla 19:48:59-da Sumqayıt şəhəri, Sülh küçəsində üzü Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi istiqamətində yolda sərnişin avtobuslarının hərəkəti üçün səki ilə avtomobil yolu arasında çəkilmiş sarı xəsttin üzərində “Chevrolet Cruze minik” markalı avtomobilin qəza işıqlarının yandıraraq dayandığı, avtomobilin ərtafına toplanmış şəxslərin isə bir nəfər piyadanı avtomobilə mindirdiklərinin göründüyü, sonra isə kameranın obyektivinin fırlnaraq başqa istiqamətə hərəkət etdiyi müəyyən edilmişdir. İkinci video görüntüyə baxış keçirildikdə görüntünün Sumqayıt şəhəri, Sülh küçəsini və ətraf əraziləri əks etdirdiyi müəyyən edilir. Video görüntünün çəkildiyi vaxt havanın qaranlıq və yağıntılı olduğu, avtomobil yolunda avtomobillərin, səkidə isə piyadaların hərəkət etdiyinin göründüyü, video görüntünün əvvəlində bir nəfər qadın cinsindən olan şəxsin yolda hərəkət edərək avtomobil yolunun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində hərəkətə başladığı, onunla eyni vaxtda Sumqayıt şəhəri, Sülh küçəsində üzü Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi istiqamətində yolda sərnişin avtobuslarının hərəkəti üçün səki ilə avtomobil yolu arasında çəkilmiş sarı xəttin üzəri ilə “Chevrolet Cruze minik” markalı avtomobilin qəza işıqlarının yandıraraq geriyə hərəkət etməyə başladığı, avtomobil geriyə və piyada isə irəli doğru yolda 14 saniyyə ərzində hərəkət etdikdən sonra piyadanın görüntüdən çıxdığı, avtomobilin isə ancaq qabaq sol təkərinin göründüyü, bundan sonra isə avtomobilin irəli doğru bir qədər hərəkət edərək dayandığı, sürücünün bundan sonra avtomobildən düşüb qaçaraq avtomobilin arxa hissəsinə doğru hərəkət etdiyi, avtomobilin ərtafına toplanmış şəxslərin isə bir nəfər piyadanı avtomobilə mindirdiklərinin göründüyü, sürücünün avtomobilə əyləşdiyi, bundan sonra isə avtomobilin hərəkətə başlayaraq hadisə yerindən uzaqlaşdığı müəyyən edilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13- 16-8/2-2295/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “BC” kateqoriyalı BC 007525 nömrəli on illik sürücülük vəsiqəsi olmuş, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında olmamışdır. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13- 16-8/2-2277/2024 saylı məktubundan görünür ki, “Chevrolet Cruze” markalı ** YB *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur, etibarnamə ilə idarə edilməsi barədə mərkəzi informasiya sistemində məlumat olmamışdır. Cinayət işinin 12-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 103-106-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2024- cü il tarixli 573 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, xəstəlik tarixlərinə əsasən, qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “Qapalı kəllə beyin travması, sağ tərəfli alın-gicgah payının hemorragik əzilməsi və kontuziyası, sol beyin yarımkürəsinin lövhəvari subdural hematoması, sağ alm sümüyünün, sağ orbitanın bayır yuxarı və medial divarlarının, burun sümüklərinin sınığı, sağ tərəfli alın nahiyəsinin əzilmiş-cırılmış yarası, alnın, göz orbitasının, boynun, çiynin və ətrafların çoxsaylı əzik və qançırları, subaraxnoidal qansızma”. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2024-cü il tarixli 3-16-16/2-8/1242 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, stintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cruze” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 132-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 145-151-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etditən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, sonradan Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 1.4-cü bəndinə əsasən ona təyin edilmiş cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs notarial təsdiq edilmiş və həmçinin məhkəmə iclasında yazaraq təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam həcmdə ödəmiş, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək cinayəy məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut, ekspertiza xərci və mülki iddia ilə bağlı məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tannmış yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etditən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və zərərçəkmiş şəxsin mülki iddia tələbindən imtina etməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etditən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsin mülki iddia tələbindən imtina etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-673/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-673/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver