Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-674/2024 15.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs qızma onu "xxxx" QSC-də dispetçer vəzifəsinə təyin etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, xx.xx.2023-cü il tarixdə günorta saatlarında, ünvan 2 ünvanında 3500 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qızma ümumilikdə 3500(üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Rəna ilə tanışlığı Rənanın dayısı Şahid1 vasitəsi ilə baş tutmuşdur. Şahid1la 2023-cü ilin sentyabr ayında, növbəti görüşlərinin birində Akif Zeynalov bacısı qızı Zərərçəkmiş şəxs "xxxx" QSC-də Mərkəzləşmə məntəqə növbətçisi vəzifəsində işlədiyini, Rənanın, vəzifəsini dəyişmək istədiyini bildirmiş və Rənanın vəzifəsini dəyişməkdə köməklik etməsini ondan xahiş etmişdir. O, heç bir problem olmadığını qısa müddət ərzində Rənanın “işi”ni həll edəcəyini, bunun üçün Rənanın 3500 manat verilməli olduğunu bildirmişdir. Belə olan halda Akif bu barədə Rənaya bildirib ona xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra Akif onunla əlaqə saxlayıb Rənanın razı olduğunu bildirmiş və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 1 saylı xəstəxananın yaxınlığında onu Rəna ilə görüşdürüb tanış etmişdir. O, Rənanı “Bakı Metropoliteni" QSC-də dispetçer vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini, bunu yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə edəcəyini, bunun müqabilində Rənanın 3500 manat məbləğdə pul verməli olduğunu, həmin pulu isə özünə götürəcəyini söyləmişdir. Rəna onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə günorta saatlarında Rəna ünvan 2-də Rənanın qardaşı Əlinin evində, Rənanın qardaşının və atası Mirzağanın iştirakı ilə onunla görüşüb ona 3500 (üç min beş yüz) manat pul vermişdir. O, həmçinin ifadəsində onun Rənanı “Bakı Metropoliteni" QSC-də dispetçer vəzifəsinə təyin olunmasına köməklik etmək imkanlarının olmadığını, sadəcə olaraq yaranmış fürsətdən istifadə edərək, Rənanın 3500 manat pulunu ələ keçirib şəxsi ehtiyacları üçün xərclədiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 ildir ki, "xxxx" QSC-də Mərkəzləşmə məntəqə növbətçisi vəzifəsində işləyir, lakin vəzifəsini dəyişmək istədiyi üçün bununla bağlı dayısı Şahid1 onu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 1 saylı xəstəxananın yaxınlığında İlham adlı şəxslə görüşdürüb tanış etmişdir. İlham onun "xxxx" QSC-də dispetçer vəzifəsinə təyin olunmağına köməklik edə biləcəyini, bunu yüksək vəzifədə işləyən qohumları vasitəsilə edəcəyini, bunun müqabilində 3500 manat məbləğdə pul verməli olduğunu, həmin pulu isə İlham özünə götürəcəyini söyləmişdir. O da İlhama inanmış və xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşı Şahid2 yaşadğı Sumqayıt şəhəri, 9-cu MİK, ev 74A, mənzil 21-də qardaşı Əli və atası Mirzağanın iştirakı ilə İlhamla görüşərək İlhama 3500(üç min beş yüz) manat pul vermişdir. İlham 2023-cü ilin oktyabr ayında “onun məsələsini” həll edəcəyini vəd vermiş, lakin bu günə qədər vədinə əməl etməmiş, onu aldadaraq 3500 manat pulunu alıb ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsnin onun bacısı qızıdır, 11 ildir ki, "xxxx" QSC-də Mərkəzləşmə məntəqə növbətçisi vəzifəsində işləyir, vəzifəsini dəyişmək istəyində olduğu üçün, onu məclislərin birində tanış olduğu, özünü Dövlət Sosial Müdafiə Fondunun yüksək vəzifəli şəxsi kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. O, İlhama inandığı üçün bacısı qızı Rənanın vəzifəsini dəyişməkdə köməklik etməsini İlhamdan xahiş etmişdir. İlham heç bir problem olmadığını qısa müddət ərzində Rənanın “işi”ni həll edəcəyini, bunun üçün Rənanın 3500 manat verilməli olduğunu bildirmişdir. Belə olan halda o, bu barədə Rənaya bildirmiş, Rəna da öz razılığını bildirdikdən sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 1 saylı xəstəxananın yaxınlığında Rənanı İlhamla görüşdürüb tanış etmişdir. İlham Rənanı “Bakı Metropoliteni" QSC-də dispetçer vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini, bunu yüksək vəzifədə işləyən qohumları vasitəsi ilə edəcəyini, bunun müqabilində 3500 manat məbləğdə pul verməli olduğunu, həmin pulu isə özünə götürəcəyini söyləmişdir. Rəna da, İlhama inanmış və xx.xx.2023- cü il tarixdə günorta saatlarında Rəna Sumqayıt şəhəri, 9-cu MİK. ev 74A, mənzil 21-də qardaşı Əlinin evində, qardaşının və atası Mirzağanın iştirakı ilə görüşüb orada İlhama 3500(üç min beş yüz) manat pul vermişdir. İlham isə 2023-cü ilin oktyabr ayında “Rənanın işini” həll edəcəyini vəd vermişdir. Ancaq bu günə qədər İlham vədinə əməl etməmiş, Rənanı aldadaraq 3500 manat pulunu alıb ələ keçirmişdir. O, dəfələrlə İlhamla telefon əlaqəsi saxlayıb Rənanın pulunu qaytarmasını tələb etsə də, İlham onun tələbinə heç bir məhəl qoymamış, Rənanı aldadıb aldığı 3500 manat pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da ondan öncə ifadə vermiş Zərərçəkmiş şəxs və Şahid1 ifalərinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 71-72-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək onun barəsində seçilmiş yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Sumqayı ŞPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə Binəqədi RPİ tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən CPM-nin 40.3cü maddəsinə və CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, o, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Gədəbəy RPİ tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022ci il tarixdə CPM-nin 40.3-cü maddəsinə və CM-nin 72.2-ci maddəsinə əsasən həmin cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam həcmdə ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etriafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən görünür ki, o, əvvəllər iki dəfə dələduzluq cinayəti törətdiyinə görə CM-nin 72.2 və 73-1.2-ci maddələrinə əsasən barəsində açılmış cinayət işlərinin icraatına xitam verilmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində CM-in 73-1.1-ci maddəsinin tələbləri tətbiq oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 15 noyabr 2024-cü il tarixdə 01 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cərimə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 69.4-cu maddəsində göstərilmişdir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixə 01 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-674/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-674/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver