Məhkəmə qərarları › İş №1(060)-675/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-675/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-675/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 11.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, müdafiə təyinatlı qəlpəli F-1 əl qumbarasının gövdəsini və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə üçün yararlı, F-1, RQD-5, RQ-42 əl qumbaralarının gövdələrinin partladılması üçün istifadə edilən “UZRQM” qumbara alışdırıcısını qanunsuz olaraq daşıyaraq üzərində saxlamış, 20.07.2021-ci il tarixdə, saat 17:55 radələrində Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, 1-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməkdaşları tərəfindən saxlanılaraq 2-ci PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış aparılarkən əynindəki bozumtul rəngli şalvarının sağ yan cibindən şəffav sellofanın içərisində olan ağ kağıza bükülmüş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə üçün yararlı olan, müdafiə təyinatlı, döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə üçün yararlı, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan “UZRQM” tipli qumbara alışdırıcısı aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkum olunmuşdur. Tutulduğu gündən təxminən 5-6 gün əvvəl Suqmayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1-ci məhəllə ərazisində hərəkət edərkən oradan zibillikdən bir ədəd qumbara və ona məxsus bir ədəd alışqan tapmışdır. Onları gördükdə onların təhlükəli olduğunu bildiyi üçün dənizə atmaq istəmişdir. Onları üzərində gəzdirərək fürsət tapdıqda dənizə tullamağı fikirləşmişdir. 20.07.2021-ci il tarixdə 17:55 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1-ci məhəllə ərazisində hərəkətdə olarkən 3 nəfər mülki geyimdə şəxs yaxınlaşaraq onu saxlamışlar və özlərinin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, onun qanunsuz odlu silahın əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyini deyərək Polis Bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində polis formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmiş və ona özünü təqdim etməsini demişdir. O, da həmin təhqiqatçıya özünü təqdim edərək ad soyadını, yaşadığı yeri və təvəllüdünü demişdir. Təhqiqatçı sonra ona odlu silahın əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli olduğunu, ona görə də polis əməkdaşları tərəfindən saxlanıldığını deyərək ona hüquq və vəzifələri barədə bildirişi tanış olması üçün təqdim etmişdir. O, da bildirişlə tanış olmuşdur. Daha sonra Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili Fərhad İsmayılovu təqdim edərək hüquqlarını onun müdafiə edəcəyini demiş və ondan vəkilə etirazı olub-olmadığını soruşmuşdur. O, da etirazı olmadığını bildirmişdir. Təhqiqatçı daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşdur. O, da onsuzda şəxsi axtarış zamanı cibində olan qumbara və onun alışqanının tapılacağını fikirləşib, əynində olan bozumtul rəngli şalvarının sağ yan cibində olan şəffav rəngli sellofonın içərisində ağ kağıza bükülmüş qumbara və alışqanı çıxardaraq onlara təqdim etmişdir. Təhqiqatçı ondan həmin əşyanın nə olduğunu soruşduqa o, həmin əşyanın qumbara və onun alşqanı olduğunu demişdir. Təhqiqatçı ondan qumbaranı nə məqsədlə üzərində gəzdirdiyini, kimdən, nəvaxt aldığını soruşduqda o, qumbaranı Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində zibillikdən tapdığını, dənizə atmaq fikri olduğunu bildirmişdir. Sonra müdafiəçi ona qarşı zor, təzyiq göstərilib-göstərilmədiyini, qumbara və alışqanı haradan tapdığını yenidən soruşmuş və o da vəkilə 1-ci məhəllə ərazisindən tapdığını, ona hər hansı zor, təzyiq göstərilmədiyini demişdir. Daha sonra isə təhqiqatçı qumbara və alışqanı ekspertizaya göndərilməsi üçün qablaşdırmış, o və digər iştirakçılar imza çəkmişlər. Təhqiqatçı əlavə olaraq onun üzərində şəxsi axtarış keçirtdikdə üzərində bir ədəd alışqan və qol saatı aşkar etmiş, lakin onlar əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Qumbara və alışqanını tutulduğu gündən təxminən 5-6 gün əvvəl Sumqayıt şəhəri, H.Z.Tağyev qəsəbəsi, 1-ci məhəllə ərazisidən tapmış və onları dənizə atmaq fikri olmuşdur.Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin2-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 20.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq döyüş sursatı və ya partlayıcı maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bölmə rəhbərliyinin göstərişi ilə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin YYÇ üzrə inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək H.Z.Tağıyev qəsəbəsi, 1-ci məhəllə ərazisi əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs 1-ci məhəllə ərazisində, piyada küçə ilə hərəkətdə olduğunu görmüşlər. Bir neçə dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ona üzərində döyüş sursatı saxlamaqda şübhəli olduğunu, bu səbəbdən saxlanıldığını bildirib üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu 2-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Şahid4 video görüntüyə alması ilə onun, Şahid3, Şahid2 və vəkil Fərhad İsmayılovun iştirakları ilə təhqiqatçı Fərhad Bayramov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində partlayıcı maddə, döyüş sursatı və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş, sonra isə ona təklif olunmuşdur ki, əgər varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində bir ədəd qumbaranın olduğunu bildirib əynində olan bozumtul rəngli şalvarının sağ yan cibindən şəffaf sellofan torbada ağ rəngli kağız bükülü və bir ədəd alışqan çıxararaq təqdim etmişdir. Həmin bükülünün içərisində nə olduğu soruşulduqda Elbrus Hümbətov içərisində “limonka” (əl qumbarası) olduğunu, onu təxminən 5-6 gün əvvəl 1-ci məhəllə ərazisində yerləşən zibilxanadan tapdığını, dənizə atmaq istədiyini və başqa məqsədinin olmadığını bildirmişdir. Bükülü açıldıqda içərisində bir ədəd əl qumbarası və onun alışqanının olması müəyyən olunmşdur. Elbrus Hümətovun üzərindən aşkar olunmuş bir ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Əl qumbarasından və qumbaranın alışqanından başqa Elbrus Hümbətovun üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra əl qumbarası və onun alışqanı qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin2-ci PB-nin YYÇ üzrə inspektoru Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 20 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının13.08.2021-ci il tarixli, 3/1330 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə nirlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in KTİ-i tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 22.07.2021-ci il tarixli, 21/458R nömrəli rəyindən görünür ki,tədqiqata təqdim olunmuş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdı. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.09.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş vəgötürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 20.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 20.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 iyul 2021-ci il tarixdən hesablanmalıdr. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarındasaxlanılan bir ədəd F-1 əl qumbarasının gövdəsi, 1 ədəd “UZRQM” qumbara alışdırıcısı müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD-R disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 05oktyabr 2021-ci il tarixli (iş № 1(060)-675/2021) qərarını icra edərək, 07oktyabr 2021-ci il tarixli 1204/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan bir ədəd F-1 əl qumbarasının gövdəsi, 1 ədəd “UZRQM” qumbara alışdırıcısı müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD-R disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar