Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-675/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs , müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivi M.Hüseynzadə küçəsində qonşusu Zərərçəkmiş şəxs ona demədən gedib pivə içməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunu vuraraq qarnın sol yan divarının və sol budun yuxarı 1/3-nin yarasından ibarət sağlamlığa yüngül zərərvurmaya aid, sol əlin ovuc səthinin 1 ədəd, V barmağın orta falanqasınm ovuc səthinin 1 ədəd, İİ barmağın əsas falanqasının ovuc səthinin 1 ədəd, sol mil bilək oynağının 1 ədəd yarası, vətərlərin kəsilməsi ilə İİİ-İV-V barmaqlarda hissiyat pozğunluğu və bükücü hərəkətlərin məhdudluğu ilə nəticələnən yaraları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində qonşuluqda yaşayan və onunla birlikdə işləyən Elxanla dənizdə çimdikdən sonra onunla nahar etməkdən ötrü Elxan onu öz evlərinə dəvət etmiş, o da etiraz etməyərək evinə getmişdir. Həmin vaxt onun evində heç kim olmamışdır. Onlar birlikdə evdə bişirilmiş yeməkdən həyətdə oturub yeyib spirtli içki qəbul etdikdən sonra Elxan onu evə yola salmışdır. Bundan sonra saat 21 radələrində o evdən çölə çıxmış və həmin vaxt görmüşdür ki, Elxan pivə içir, ona yaxınlaşaraq niyə ondan xəbərsiz pivə içdiyini demişdir. Elxan da ona yaxşı etdiyini, çıxıb getməsini deyib onu söyüb təhqir edərək üzünü döndərib dəniz kənarına getməyə başlamışdır. Elxanın onu söyüb təhqir etməsi ona pis təsir etmiş və o əsəbləşib Elxanı çağıraraq ona sözünün olduğunu bildirmiş, Elxan isə ona fikir verməyərək yolunu davam edərkən arxadan ona çatıb əlində olan bıçaqla onun sol qasıq və böyrək nahiyəsindən 02 dəfə vurmuşdur. Elxan da onu itələmiş və onun başı daş hasara dəyərək yerə yıxılmış və ayağa qalxıb yenidən onun üstünə gedib bıçaqla vurmuş, bıçaq zərbələri onun sol qolundan dəymiş və onu itələyib uzaqlaşıb yola tərəf getmişdir. Hadisə nəticəsində o heç bir xəsarət almadığı üçün ekspertizadan keçməkdən imtina etmişdir. Hadisə vaxtı yanında heç kim olmamış, tək olmuşlar, ətrafında da heç kimi görməmiş, səslərinə çölə çıxan da olmamışdır. Əlavə bıçaq zərbələri vurması üçün imkanı olsa da vurmamış, könüllü iradəsi ilə ayrılmış, kənar şəxslər hadisəyə müdaxilə etməmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivi M.Hüseynzadə küçəsində Elxanın yaşadığı evin yaxınlığında baş vermişdir. Elxan ondan xəbərsiz olaraq pivə içdiyi üçün ona nə üçün dəvət etməməsini irad bildirdiyindən, Elxanın onu söyüb təhqir etməsi səbəbindən aralarında mübahisə yaranmış və mübahisə zamanı o üstündə olan evdən götürdüyü mətbəx bıçağı ilə onu vurmuşdur. Hadisə vaxtı Elxan onu vurmamış, döyməmiş, sadəcə onu itələmişdir, nəticədə də onun başı daş hasara dəyərək yerə yıxılmışdır.Bununla əlaqədar onun Elxana qarşı heç bir şikayət və tələbi yoxdur. Elxanı öldürmək və yaxud da ağır bədən xəsarəti yetirmək fikrində və niyyətində olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulan ziyanı ödədiyini, onunla barışdığını, özünü təqsirli bildiyini qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində qonşuluqda yaşayan və onunla birlikdə işləyən Fəxrəddin ilə dənizdə çimdikdən sonra onunla nahar etməkdən ötrü onu evlərinə dəvət etmişdir. Həmin vaxt evdə heç kim olmamış, onlar birlikdə evdə bişirilmiş yeməkdən həyətdə oturub yeyib spirtli içki qəbul etdikdən sonra o Fəxrəddinin sərxoş olduğunu görüb onu evlərinə yola salmışdır. Saat 21 radələrində o qonşuluqdan pivə alaraq içərkən Fəxrəddin evdən çıxıb onun üstünə gələrək niyə ondan xəbərsiz pivə içdiyini demişdir. O da yaxşı etdiyini, Fəxrəddinə çıxıb getməsini deyib onu söymüşdür. O üzünü döndərib dəniz kənarına getməyə başlayarkən Fəxrəddin onu çağıraraq sözünün olduğunu bildirmiş, ona fikir verməyərək yolunu davam edərkən Fəxrəddin arxadan ona çatıb əlində olan bıçaqla sol qasıq və böyrək nahiyəsindən 02 dəfə vurmuşdur. O Fəxrəddinin onu vurduğunu görüb onu özündən uzaqlaşdırmaq üçün onu itələmiş və o daş hasara dəyərək yerə yıxılmış və ayağa qalxıb yenidən üstünə hücum etmiş, bu dəfə onu vurmaq istədiyi zaman sol əlini qabağa vermiş və sol qolundan dəymiş və o onu itələyib uzaqlaşmışdır. Üstündən qan axdığı üçün halsız halda yola çıxaraq yoldan keçən avtomobildən birinə əyləşərək Sumqayıt şəhəri TTYX-na getmişdir. Hadisə vaxtı yanında heç kim olmamış, onlar tək olmuşlar, ətrafında da heç kimi görməmiş, onların səsinə çölə çıxan da olmamışdır. Onları kənar şəxslər ayırmamış, Fəxrəddinin əlavə bıçaq zərbələri vurması üçün imkanı olsa da vurmamış və ondan qan gəldiyini gördükdən sonra əlavə zərbələr vurmamış və oradan uzaqlaşmış və onu təqib etməmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivi M.Hüseynzadə küçəsində onun yaşadığı evin yaxınlığında baş vermişdir. O Fəxrəddindən xəbərsiz pivə içdiyi üçün ona nə üçün deməməsini ona irad bildirdiyindən onu söyüb təhqir etməsi səbəbindən aralarında mübahisə yaranmış və mübahisə zamanı onu bıçaqla vurmuşdur. Hadisə vaxtı o Fəxrəddini vurmamış, döyməmiş, sadəcə onu özündən uzaqlaşdırmaq üçün itələmiş və o da hasara dəyərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı tələbi, iddiası və şikayətinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək sonuncunun barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 13 iyun 2022-ci il tarixli, 829 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin ovuc səthinin 1 ədəd, V barmağın orta falanqasının ovuc səthinin 1 ədəd, İİ barmağın əsas falanqasının ovuc səthinin 1 ədəd, sol mil bilək oynağının 1 ədəd yarası, vətərlərin kəsilməsi ilə İİİ-İV-V barmaqlarda hissiyat pozğunluğu və bükücü hərəkətlərin məhdudluğu ilə nəticələnən yaraları, qarnın sol yan divarının və sol budun yuxarı 1/3-nin yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulmaqla əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol əlin ovuc səthinin 1 ədəd, V barmağın orta falanqasının ovuc səthinin 1 ədəd, İİ barmağın əsas falanqasınm ovuc səthinin 1 ədəd, sol mil bilək oynağının 1 ədəd yarası, vətərlərin kəsilməsi ilə İİİ-İV-V barmaqlarda hissiyat pozğunluğu və bükücü hərəkətlərin məhdudluğu ilə nəticələnən yaraları-sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəməkriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/814 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, üzərində dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 29,120.1; 127.2.3; 128; 221.1 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, 18 avqust 2022-ci il tarixli 1218 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-675/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-675/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver