Məhkəmə qərarları › İş №1(060)-675/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-675/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-675/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Quba rayonu, Zarqava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev29/18-də qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,219 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 15 iyul 2025-ci il tarixdə saat 14:05 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Kapital Bank»ın Qubadlı filialının arxa tərəfində saxlanılaraq, üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibində saxladığı 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 iyul 2025-ci ildə 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış nəticəsində üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Qeyd edir ki, həmin psixotrop maddəni Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün əldə etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, son 3-4 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən iynə üsulu ilə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixotrop maddələrdən istifadə etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə 15 iyul 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamini alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 15 iyul 2025-ci il tarixdə saat 14:05 dəqiqədə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Kapital Bank»ın Qubadlı filialının arxa tərəfində piyada hərəkətdə olan vaxtı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edərək Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin əməkdaşları olmasını bildirərək, onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyi, üzərimdə saxlamağı şübhəsi ilə əlaqədar saxlanılmağını bildirmişlər. Sədrəddinə özünü təqdim etməyi təklif olunduqdan, sonra o özünü təqdim etmişdir. Sonra videoçəkiliş ilə Sədrəddinə hüquq və vəzifələri izah olunmuşdur, həmçinin Sədrəddinə saxlanıldığı vaxt müdafiəçi ilə təmin olunmaq və hüquqlarının müdafiə olunması izah olunmuşdur. Sonra Sədrəddinə üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı Sədrəddin əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibində saxladığı bir ədəd qızıh rəngli kağıza bükülmüş psixotrop maddəni təqdim etmişdir. Həmin büküm barədə soruşduqda adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamağını bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 0,30 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm zərfə qoyulub üzəri möhürlənərək Sədrəddin və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Sədrəddinin üzərinə baxış keçirildi, lakin heç bir qeyri- qanuni əşya, predmet aşkar olunmamışdır. Sonra Sədrəddin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuşdur. Polis Bölməsində xidməti otaqların birində üzərindən götürülmüş kütləyə dair protokol tərtib olunaraq, Sədrəddin və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Sədrəddinə hüquq və vəzifələri elan olunaraq, dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuşdur, sonra polis əməkdaşları, müdafiəçivəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, üzərindən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçıya təqdim olunmuşdur. Həmin büküm barədə soruşduqda psixotrop maddə metamfetamin olmasını, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamağını bildirmişdir. Sonra üzərindən aşkar olunaraq, qablaşdırılmış zərf açılaraq baxıldıqdan, sonra başqa bir zərfə qoyulmuş, həmçinin bu barədə protokol tərtib olunmuş, Sədrəddin və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin Sədrəddinə məxsusdur, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamıdır. Sədrəddinin psixotrop maddə qəbul etməyindən başqa heç kimin məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünün etiraf edici ifadəsindən əlavə, şahid ifadələri, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış və təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-yə əməliyyat məlumatı daxil olmuşdur ki, Sədrəddin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimah vardır. Ona görə də Sədrəddin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən Kapital bankın Qubadlı filialının arxasında Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs könüllü olaraq bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin büküm elektron tərəziydə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi təmin edilmiş, bölmədə onun üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, 2009-cu ilən DİO-da, hazırda tutduğu vəzifədə isə yəni Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru vəzifəsində isə 2010-cu idən xidmət aparır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, Sədrəddin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimah vardır. Ona görə də Sədrəddin adh şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Sədrəddin adh şəxs xx xxxx 1997-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/18 də qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev49, mənzil 15-də yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 14:05-də Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən Kapital bankın Qubadlı filialının arxasında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim etmiş, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah etmiş, ona video çəkliş aparmaqla üzərini yoxlaycağlarım bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra ilk əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixatrop maddəni həmin gün gündüz saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərəmsə üzdən tanıya biləcəyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin üzərini əlavə olaraq axtarmışlar. Təqsirləndirilən şəxsnin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, bükümün çəkisinin 0,30 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə 127 saylı möhür vurulması ilə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-yə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində Şahid1, Sumqayıt ŞPİ-nin 3cü PB-nin kiçik əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Şahbazovun, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxsnin üzərini yoxlayarkən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış içərisində psixotrop maddə olan metamfetamin olan zərf təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, yenidən həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitəni həmin gün gündüz saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərəmsə üzdən tanıya biləcəyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonda qeyd etdikləri ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ********* nömrə ilə qeydə alınmışdır. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, xx.xx.2025-ci il tarix, saat 14:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, özünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qızılı kağıza bükülmüş psixotrop maddə "metamfetaminə" bənzər kütlə elektron tərazidə çəkilərkən ümumi çəkisinin 0.30 qram olması müəyyən edildi və zərfdə 127 saylı möhür vurulmaqla qablaşdırılaraq, saxlanılan şəxs iştirakçılar və tərəfimdən imzalanmaqla götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, o, xx.xx.2025-ci il tarixdə gündüz saatlarında tanımadığı şəxsdən Sumqayıt şəhəri Corat qəsəbəsindən 10 manata psixotrop vasitə “metamfetaminə” bənzər kütləni aldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi. Üstünü yoxlama zamanı Sumqayıt şəhəri 17-ci məhəllədə yerləşən kapital bankın Qubadlı filialının arxasında keçirildi. Üstünü yoxlama zamanı «infinix» markalı videokamera vasitəsi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X4 tərəfindən videoçəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu, açılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə etməklə üstü yoxlanılmış, yoxlama zamanı əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kristalik formada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək əməliyyat müvəkkiləri tərəfindən elektron tərəzidə çəkilmiş, daha sonra zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ağrıları olduğu üçün 10 manat ödəməklə əldə etdiyini, kütlənin çet olmasını bildirmişdir. Üzrərinə yoxlama davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-nə gətirilmişdir. Baş əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 01 (bir) ədəd zərfə tərəfimdən baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs, polis əməkdaşlarının imzası olan 01 (bir) ədəd zərfdə 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kristalik formada psixotrop maddə metanfetaminə bənzər kütlə olması müəyyən edilərək 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb möhürləndi. Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2025-ci il tarixdə səhər radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, ağrıları olduğu üçün istifadə etdiyini, kütlənin “şüşə” yəni psixotrop maddə metamfetamin olmasını, hər hansı bir satış məqsədi olmadığını bildirmişdir. Sonuncu saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını qeyd etdi. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı «İnfinix» markalı mobil telefon vasitəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili, polis serjantı, Şahid3 tərəfindən videoçəkiliş aparıldı. Həmin videoçəkiliş saat “14:45”-dən “14:51”-dək davam etdi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 01 (bir) adəd DVD əlavə olundu. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/629 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, AR DİN “Zərflər üçün № 128” möhür əksi, “Təq. şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən büküm” əl yazıları və imzalar kağız paketdəki, 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,219 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,169 qram. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “video**********891183225” adlı, 121727 kb həcmində, 04 dəqiqə 55 saniyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş videogörüntü olan birinci diskə baxış keçirilərkən videogörüntünün xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən «Kapital Bank»ın Qubadlı filialının arxa tərəfində saxlanılan və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxsə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd qızılı rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda adını «şüşə» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilməsi və 0,30 qram olması müəyyən edilməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılması, lakin heç bir qeyri-qanuni əşya, predmetin aşkar olunmaması müşahidə olunur. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “video**********748037737” adlı, 157212 kb həcmində, 06 dəqiqə 20 saniyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş videogörüntü olan ikinci diskə baxış keçirilərkən xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Taleh Şahbazov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən müdafiəçi-vəkil və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş l(bir) ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin kimi bildiyi həmin kütlənin onun üzərindən aşkar olunmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib özü istifadə etmək məqsədi ilə alıb əldə etməsini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunması, sonra müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və bununla da baxışın başa çatdırılması müşahidə olunur. Cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyarların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 92-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd qızılı rəngli bükümdə təmiz çəkisi 0,219 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 0,219 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,169 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 104-108-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd qızılı rəngli bükümdə təmiz çəkisi 0,219 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 0,219 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,169 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməyi nəzərə alınmışdır. “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “video**********748037737” adlı, 157212 kb həcmində, 06 dəqiqə 20 saniyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünü və “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “video**********891183225” adlı, 121727 kb həcmində, 04 dəqiqə 55 saniyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş videogörüntü olan 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4414 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,169 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək Abşeron rayonu, Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,169 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar