Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-676/2021 28.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə saat 13 radələrində “BCD” kateqoriyalı, AD 014825 seriyalı sürücük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “SETRA-417” markalı, **-SU-*** qeydiyyat nişanlı avtobusla Baki- Quba yolunun 28-ci kilometrliyində, Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsinin inzibati ərazisində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkının ərazisindən keçən dəmiryolunun üzərindən keçərkən “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin, 2-ci hissəsinin və 3-cü hissəsinin 4-cü bəndinin tələblərinə, yəni dəmir yol keçidinə yaxınlaşarkən keçidə qatar yaxınlaşmadığına əmin olmalı, keçidə qatar yaxınlaşdıqda keçidə daxil olmadan ona yol verməli, keçidin qarşısında nəqliyyat vasitəsi olduğu vəziyyətdə idarə etdiyi avtobusu keçidə daxil etməməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşını almağa texniki imkanı olduğu halda tədbir görməyərək idarə etdiyi avtobusu dəmir yol keçidinə daxil etdikdə həmin dəmir yolu ilə 17 ədəd dolu qoşqusu ilə hərəkət edən TEM 2-2734 nömrəli teplovoz həmin avtobusun arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan avtobusun arxa hissəsinə dəyən teplovozun axırıncı qoşqusunun pilləkənində dayanmış qatar tərtibatçısı Zərərçəkmiş şəxs başın bədəndən-boyun nahiyyəsindən tam ayrılması, rels nəqliyyatının təkərinin boyun üzərindən keçməsi, boyun orqanlarının cırılması, boyun fəqərələrinin basılmış sınıqları, kürək sümüklərinin, çiyin qurşağı sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma, alın-təpə nahiyyəsinin sebdural hematoması, alın təpə nahiyyəsinin yumşaq toxumalarının qançırı və sıyrıqları, sol bel nahiyyəsinin, sağ budun sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək başın bədəndən-boyun nahiyyəsindən tam ayrılması və boyun orqanlarının zədələnməsi səbəbindən zərərçəkmişin ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,uzun illərdir ki, fərdi qaydada müxtəlif fiziki şəxslərə məxsus avtobusları icarəyə götürməklə sərnişin daşıma ilə məşğul olur. Son illər əsasən sifariş əsasında turistlərin regionlara səyahətlərini həyata keçirir. 2018-ci ildən X5 məxsus **-SU-*** dövlət qeydiyyat nişanlı, “Setra-417” markalı, vaqon tipli, 56 nəfərlik ağ rəngli sərnişin avtobusunu 12 noyabr 2018-ci il tarixli etibarnamə əsasında idarə edir, nəqliyyat vasitələrini idarə etmək üçün “BCD” dərəcəli sürücülük vəsiqəsi vardır. 10 mart 2021-ci il tarixdə avtobus üçün filtr, yağ və digər ehtiyat hissələri almaq üçün Sumqayıt şəhərinə gəlmişdir. Hacı Zeynalabdin qəsəbəsində avtobusla hərəkət edərkən dəmiryol xəttinin üstündən keçmək üçün relslərin üzərinə çıxmağa hazırlaşarkən sol tərəfinə baxmış və qatar gəlmədiyini görmüş, sağ tərəfini isə orada hörülmüş divarlara görə görməmiş, buna görə relsin üzərinə avtobusla çıxdıqdan sonra sağ tərəfdən təxminən 50 metr məsafədə, saatda təxminən 10 km sürətlə yük qatarının gəldiyini görmüş, o, avtobusu hərəkət etdirib yola çıxsa da önündə hazırda markasını və dövlət qeydiyyat nişanına fikir vermədəyi xarici markalı, ağ rəngli minik avtomobili yolda soldan gələn avtomobilləri buraxmaq üçün hərəkətini dayandırdığına görə o da relsdən tam çıxa bilməmiş və avtobusun kuzasının arxa hissənin təxminən 1 metrlik hissəsi relsin üzərində qaldığını bilməmiş, zənn etmişdir ki, avtobus tam olaraq relsdən çıxmışdır. Buna baxmayaraq o, öndəki avtomobilə siqnal vermiş və avtomobil hərəkət etməyə başladıqda o da dərhal təxminən 30 metr hərəkət etdikdən sonra dayanmışdır. Avtobusdan düşdükdə yerdə insan meyiti görmüş və bilmişdir ki, həmin şəxs qatarın üzərində olmuşdur. Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı veriyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 1994-cü ildə ailə qurmuş və birgə nigahlarından iki övladları vardır. Murtuz uzun illər idi ki, "xxxx" QSC-nin şimal xətt stansiyasında qatar tərtibatçisi vəzifəsində çalışmış, 10 mart 2021-ci il tarixdə günortadan sonra yaşadığı evdə olarkən Murtuzun xidməti işini gördüyü zaman pilləkənində olduğu qatarın hansısa avtobusla toqquşması və Murtuzun qatar və avtobusun arasında qalaraq aldığı bədən xəsarətlərindən ölməsi barədə xəbər gəldikdə dərhal Sumqayıt şəhərinə getmiş və həqiqətən də ərinin ağır xəsarətlər alaraq ölməsini müəyyən etmişdir. Murtuzun meyidi tibbi ekspert tərəfindən müayinə olunduqdan sonra onlara təhvil verilmiş və onu el adəti ilə dəfn etmişlər. Bundan sonra hadisəni törədən avtobus sürücüsünün Bakı şəhər sakini Təqsirləndirilən şəxs olmasını müəyyən etmiş, Marif və qohumları o və ailə üzvləri ilə görüşərək baş vermiş hadisə ilə əlaqədar üzürxahlıq etdiklərindən və həmçinin baş vermiş hadisənin qəsdən deyil, ehtiyyatsızlıq səbəbindən törənməsini nəzərə alaraq Marifi bağışlamış və ondan hər hansı bir şikayətinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,10 mart 2021ci il tarixdə səhər 08:00-da St.Sumqayıta gəlib maşinist köməkçisi Şahid2 ilə birlikdə tibbi müayinədən keçib işə başlamış və vaqon tərtibatçısı X3 ilə birlikdə saat 08:45 radələrində TEM2-2734 saylı lokomotivi qəbul edib, Sumqayıt çay stansiyasına dispetçerin sərəncamına getmişlər. Dispeçer onları saat 11:10 radələrində “OİL” zavoduna göndərib oradan 17 ədəd dolu vaqonu Sumqayıt çay stansiyasına gətirməyi tapşırmışdır. “OİL” zavoduna daxil olub orada təxminən 1500 ton çəkisi olan 17 ədəd dolu vaqonu lokamotivə qoşub vaqon tərtibatçısı Murtuz Abdulov lokamotivin havasını vaqonlara qoşub əyləc sistemini hava ilə doldurandan sonra radiostansiya ilə ona lokamotivin əyləc sistemini yoxlamağı tapşırmışdır. O, əyləci basmış Murtuz isə əyləci yoxladıqdan sonra hər şeyin qaydasında olduğunu, hərəkət edə biləcəyini bildirmişdir. Saat 12:45 radələrində zavoddan tərpənib Sumqayıt Kimya Sənaye Parkı istiqamətində yola düşmüşlər. Saatda 15 km/saat olan yolda 02-03 km/saat sürəti ilə hərəkət edib keçidə çatmağa başlamış, keçidə hələ qalmış Murtuz yolun açıq olduğunu bildirmiş, yoluna davam edib və xəbərdarlıq siqnalı vermişdir. Birinci vaqon priyezdə daxil olduqda həmin vaxt qışqırıq səsi gəlmiş, nə baş verdiyini başa düşməmiş, buna baxmayaraq dərhal teplovozu saxlayıb, teplovozdan yerə düşmüşdür. Diqqət edərkən priyezin üzərində “Setra 417 SHDH” markalı ** SU *** dövlət nömrə nişanlı sərnişin daşıyan avtobusunun arxa hissəsinin tam dağıldığını, vaqon tərtibatçısı Murtuzun cəsədini isə vaqonun təkərlərinin yanında görmüşdür. O, başa düşmüşdür ki, sərnişin avtobusun sürücüsü dəmir yolu xəttini keçərkən Murtuzun oturduğu vaqonun çərçivəsini sürtüb Murtuzu oturduğu yerdən yerə yıxmış, vaqonu saxlananadək Murtuz vaqonun təkərləri altına düşüb xəsarət alaraq ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X4 rəhbərliyi tərəfindən təsdiq edilmiş mart ayının iş qrafikinə uyğun olaraq 2021-ci il matın 10-da maşinist Şahid1la birlikdə işlədikləri Baş Sumqayıt stansiyasına 1-ci növbəyə işə gəlmişlər. Növbədə işləmiş maşinist Bəylərov Xanlar və maşinist köməkçisi Ağayev Xəyyamdan TEM 2-2734 nömrəli teplovozu saz işlək vəziyyətdə qəbul etmişlər. O və maşinist stansiya növbətçisinin yanına gəlmiş və növbətçi, onlara cari təlimat keçmiş və jurnalda imza edib işə başlamaqlarına icazə vermişdir. O və Şahid1 birlikdə 6-cı yoldan dayanmış teplovozun yanına gəlmiş və Qəhrəman teplovozu işə salmışdır. Onlar stansiya növbətçisinə 6-cı yolda durmuş teplovozu işə saldıqlarını və hazır olduqlarını bildirmişdir. Növbətçi, onlara yolu açdığını, siqnalın onların olduğunu demiş və Sumqayıt Çay stansiyasına getməklərinə icazə vermişdir. Həmin vaxtdan qatar tərtibçisi Zərərçəkmiş şəxs yanlarına gəlmiş və birlikdə Sumqayıt Çay stansiyasına getmişlər. Sumqayıt Çay stansiyasına çatdıqda manevr dispetçeri Yusif Məmmədov onlara 11:10 radələrində Aşqarlar zavoduna getməklərini və dolu çən vaqonlarını gətirməklərini demişdir. Zavoda çatdıqda 3 ayrı-ayrı estakadada dayanmış dolu çən vaqonlarının bir-birinə qoşaraq Tağıyev stansiyasına tərəf hərəkət etmişlər. Hərəkət istiqamətində teplovoz TEM 2-2734 idarəetmə kabinası tərkibin arxa hissəsinə keçmişdir. Qatar tərtibçisi Murtuz müvafiq lazım olan yol dəyişənin yanında dayanaraq onları tərkibin dayanmasına göstəriş vermişdir. Sumqayıt Çay stansiyasına hərəkət etmək üçün yol dəyişəni Sumqayıt Çay istiqamətinə çevrilmişdir. Sonra isə onlara yol dəyişənin gedəcəkləri istiqamətə çevrildiyini bildirib hərəkətə başlamaqlarını göstəriş vermişdir. Maşinist Qəhrəman göstərişi yerinə yetirərək teplovozun qabağına qoşulmuş vaqonlar ilə saatda 5 km/saat sürətlə hərəkətə başlamışdır. Murtuz tərkibin 1-ci vaqonunda pilləkəndə dayanaraq onlara keçidin boş olduğunu və hərəkət etməkləri üçün maneənin olmadığını bildirmişdir. Təxminən 8-10 saniyə sonra radio-rabitə vasitəsilə “vayvay girdi” deyərək səsini eşitmiş və Maşinist Qəhrəman təcili tormozlama aparmışdır. Maşinist Murtuzu 2-3 dəfə radio-rabitə vasitəsilə çağırdıqda Murtuzun cavabını eşitmədikdə ona gedib keçiddə nə baş verdiyini öyrənməyi demişdir. Çünki onlar tərkibin sonunda teplovozda olduqları üçün və Murtuz əksinə 1-ci vaqonda olduğundan Murtuzu görə bilmək imkanı olmamışdır. O, keçidə yaxınlaşdığında vaqonla avtobusun arxa hissədən toqquşduğunun şahidi olmuş və Murtuza səslənərək çağırmış, cavab eşitmədikdə vaqonla toqquşmuş avtobusun digər tərəfinə keçmişdir. O, Murtuzu yerdə hərəkətsiz vəziyyətdə sərili görmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin 10 mart 2021-ci il tarixli 38 saylı saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın bədəndən-boyun nahiyyəsindən tam ayrılması, rels nəqliyyatının təkərinin boyun üzərindən keçməsi,orqanların cırılması,boyun fəqərələrinin basılmış sınıqları, kürək sümüklərinin, çiyin qurşağı sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma, alın-təpə nahiyyəsinin subdurual hematoması, alın-təpə nahiyyəsinin yumşaq toxumaların qançırı və sıyrıqları, sol bel nahiyyəsinin, sağ budun sıyrıqları müşahidə edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər,təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 10.03.2021-cı il tarixdə rels nəqliyyatının təkərinin boyun üzərindən keçməsi nəticəsində əmələ gəlmişdir, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla biraraya sığmayan xəsarətlər-başın bədəndən boyun nahiyyəsindən ayrılması, boyun orqanlarının zədələnməsi olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 07.07.2021-ci il tarixli, 8/1486-10/3159 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş materiallara əsasən Sertra- 417 markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 2-ci hissəsinin və 3-cü hissəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 30.05.2013-cü il tarixdən 30.05.2023-cü il tarixədək qüvvədə olan AD014825 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. ADN seriyalı 372762№li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “SETRA-417” markalı, **-SU-*** qeydiyyat nişanlı avtobusun sahibi X6r. İş materiallarına əlavə olunmuş Bakı şəhər 52 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən 12.11.2018-ci il tarixdə təsdiq edilmiş 7E-35959 №li “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X8, “SETRA-417” markalı, **-SU-*** qeydiyyat nişanlı avtobusa dair idarə etmək hüququnu 30.05.2023-cü ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06oktyabr 2021-ci il tarixli (iş № 1(060)-676/2021) qərarını icra edərək, 07oktyabr 2021-ci il tarixli 1239 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-676/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-676/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver