Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-676/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 0,552 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:35 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qəbiristanlığın həyətində, həmin ərazidə baş vermiş oğurluq hadisələrinin törədilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bölmənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 (bir) bükümdə təmiz çəkisi 0,552 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 14 ildir fasilələrlə narkotik vasitə və psixotrop maddələr qəbul edir. Əsasən narkotik vasitə heroini iynə vasitəsilə damarlarına vurur. 29 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 3-cü mikrorayon dairəsi yaxınlığında olan zaman orada təsadüfən rastlaşdığı üzdən tanıdığı, lakin adını, ünvanını və mobil nömrəsini bilmədiyi şəxsdən 10 (on) manata 01 (bir) ədəd sellofan bükümdə heroin almış, həmin heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub istəyəndə qəbul etməsi üçün saxlamışdır. Həmin gün saat 19:35 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində rus qəbiristanlığın həyətindən keçən zaman ona mülki geyimdə olan 02 (iki) nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-ninnin 1-ci Polis Bölməsinin polis işçiləri olduqlarını bildirmişlər və son zamanlar həmin ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı ondan şübhələnib yaxınlaşdıqlarını bildirib ondan özünü təqdim etməyini və həmin yerdə nə etdiyini soruşmuşlar. Həmin vaxtı o, üzərində narkotik vasitə heroin olması səbəbindən həyəcanlanmış, onsuzda polislər onu sorğu-sual edəcəklər və üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Sonra polislər onu üzərində şəxsi axtarış keçirilməsindən ötrü Bölməyə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə Bölməyə gəlmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan göy rəngli cins alvarmın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə heroini çıxardıb təqdim etmiş və sellofan bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin bükümün içinə baxılanda heroin aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bükümdə heroin iştirakı ilə elektron tərəzidə çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heroini aldığı şəxsi üzdən tanıyır, lakin adını ünvanını və mobil nömrəsini bilmir. Əldə etdiyi heroindən heç kimə narkotik vasitə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. xx.xx.2022-ci il tarixdə saat 19:35 radələrində bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 19 saylı binanın yanında olan zaman bir nəfər şəxsin yaxınlıqda yerləşən qəbristanlığın həyətində qəbirləri əhatə edən dəmir barmaqlıqların yanında özünü şübhəli aparmasını görmüşlər, həmin ərazidə oğurluq hadisələri baş verdiyindən onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən kimliyi barədə və həmin yerdə nə etməsini soruşmuşlar. Sorğu-sual zamanı özünü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əvvəllər məhkum olunduğunu, narkotik vasitələr qəbul etdiyini və hazırda da üzərində narkotik vasitə olduğunu etiraf edərək bildirmişdir. Belə olan halda onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə Bölməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirilərək xx.xx.1986-cı il təvəllüdlü, ünvan 2 ünvanında yaşaması və əvvəllər məhkum olunması məlum olmuş və bundan sonra onun üzərində şəxsi axtarış aparılması məqsədilə bu barədə raportla Bölmə rəhbərliyinə məruzə olunmuşdur. Raportun icrası Bölmənin təhqiqatçısı, polis kapitanı Şahid3 həvalə edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt 1 saylı Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil Müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim edərək, təqdim etdiyi sellofan bükümün içində heroin olduğunu bildirmişdir. Həmin bükümün içinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofanda olan kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələr qəbul edir, üzərindən aşkar olunaraq götürülmüş heroini həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 3cü mikrorayon dairəsi deyilən yerdə tanımadığı şəxsdən 10 (on) manata almış və özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır, onun barədə sonradan daxil olmuş məlumatlara əsasən narkotik vasitələrin qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı, Şahid2 da Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİnin 1-ci PB-də xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Sumqayıt ŞPİ-nin 1-PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütləni, 01 (bir) ədəd alışqan və 01 (bir) ədəd ağcaqanad dərmanı çıxarıb təqdim edərək, təqdim etdiyi sellofan bükümün içində heroin olduğunu bildirmiş, həmin bükümün içinə baxılanda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofanda olan kütlə elektron tərəzidə çəkilərək selofanla birlikdə çəkisi 0,59 qram olmuş, həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılıb və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmış, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini, üzərindən aşkar olunaraq götürülmüş heroini həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsi deyilən yerdə tanımadığı şəxsdən 10 (on) manata aldığını və özünə qəbul etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli 6/3626 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...(imza)Təqsirləndirilən şəxs..." sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,552 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına(Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,552 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,502 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X2" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 3689 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,552 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,502 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-676/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-15074 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 265 nömrəli, xx.xx.2022-ci il tarixli “Sumqayıt Tibb Mərkəzi” X1 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-114/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)- 720/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə uyğun olaraq, həmin Qərarın 36-cı bəndinə əsasən cəzadan azad olunması, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi göstərilmiş və Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(010)-720/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməsi göstərilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,552 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,502 qram tiryək məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 81,0 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,502 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,0 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-676/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-676/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver