Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-676/2025 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş, hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Sumqayıt şəhəri, Bakı küçəsi, yataqxana 10, məhəllə 15, ev 4-də qeydiyyatda olan, daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə gecə saat 04:46 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində yerləşən “Osmanlı” dönər evinin plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq qanunsuz içəri daxil olmaqla taxta dolabın içindəki dəftərin içindən 865 manat pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 865 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə gecə saat 04:58 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, 46\48 saylı yaşayış binasının yaxınlığında yerləşən “Rəşad Telecom” mağazasının plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq qanunsuz içəri daxil olmaqla mağazada üzərində kompyuter və printer olan taxta masanın üstündəki plasmas qabdan ümumi məbləği 60 manat olan qəpik pulları, plasmas qabın alt hissəsindən 90 manat dəyərində kağız pulları, həmin taxta masanın alt hissəsində olan dolabdan hər birinin dəyəri 4 manat 70 qəpik, cəmi dəyəri 94 manat olan 20 qutu ağ nazik “Sobranie 1” markalı siqaretləri, hər birinin dəyəri 4 manat 40 qəpik, cəmi dəyəri 44 manat olan 10 qutu “Kent 4” markalı siqaretləri, hər birinin dəyəri 4 manat 40 qəpik, cəmi dəyəri 44 manat olan 10 qutu “Kent 8” markalı siqaretləri, cəmi dəyəri 01 manat olan bir ədəd 450 ml-lik “Bizon” enerji içkisini, cəmi dəyəri 01 manat 30 qəpik olan bir ədəd 449 ml-lik “Hell” enerji içkisini gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 334,30 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə səhər saat 07:43 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Sumqayıt shopping” adlı qab-qacaq mağazasının plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq qanunsuz içəri daxil olmaqla mağazanın kassasından 150 manat pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Lavetti” adlı uşaq geyimləri mağazasının plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq qanunsuz içəri daxil olmaqla mağazadakı masanın taxta dolabından 1500 manat pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,876 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 13:55 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisi, “Oba” marketin arxa tərəfində yerləşən 2\45 saylı binanın qarşısında küçədə saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,876 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, lakin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini göstərmişdir. İfadəsində göstərmişdir ki, nə içki içən deyil, nə də ki, narkotik vasitə istifadəçisi deyil. Oğurladığı malların dəyəri isə ittiham aktında yüksək qeyd olunub. O, “Lavetti” adlı uşaq geyimləri mağazasında heç demək olar ki, 400 manat pul görməmiş, əgər orada 1500 manat pul olsa idi deyərdi ki, var, lakin orada o qədər pul olmayıb. Bundan başqa, “Osmanlı” dönər evində də 850 manat pul olmayıb, orada olan pulun məbləği isə heç 300 manatdan çox olmazdı. Lakin, etiraf edir ki, “Rəşad Telecom” mağazasından həqiqətən də 334,30 manat məbləğində mal götürmüşdür. O, ayın 5-6-sı saxlanmış və onu tutub apardılar MSY-də saxlanılmış, orada qeydiyyata da düşmüşdür. Necə ola bilər ki, MSY-də saxlanıb ayın 7-si onu narkotik vasitənin üzərində gəzdirilməsinə görə tutublar? İttiham aktında yazılıb ki, guya onun “Osmanlı” dönər evinə daxil olmağını “Gold Qayalı” marketin kamerasından görüblər. Əgər bu düzdürsə, yəni onun oraya daxil olmağını “Gold Qayalı” marketin kamerasından görünürsə, onda “Oba” marketin kamerasından da görünməlidir. O, 20 ildir ki, məhkumluq həyatı yaşayır. Necə ola bilər ki, o, nəşəni istifadə etmədiyi halda üzərində, üstəlik cibində gəzdirsin? Bu qeyri-mümkündür. Əvvəllər heroin istifadə etmiş, lakin marixuana istifadə etməmişdir. Oğurluq cinayətlərini törətmişdir. Oradan keçəndə plastik qapılar olduğunu görüb fikirləşmişdir ki, qapıları açıq olar, ona görə də həmin obyektlərə girmişdir. Osmanlı dönər evinə, Rəşad Telekom mağazasına girmiş, oradan qeyd olunan məbləğdə pulları oğurlamışdır. Ola bilər ki, Sumqayıt şopinq mağazasına girib oradan 150 manat götürmüşdür. Lavetti adlı uşaq geyimləri mağazasından 450 manat götürmüşdür. Otvyorka ilə qapını açıb içəri girmişdir. Oğurluq cinayətləri üzrə özünü təqsirli bilir. Lakin onun üzərində narkotik vasitə olmamışdır. 2025-ci ilin iyul ayının 4-6-da Polis İdarəsində şübhəli şəxs kimi tutulmuşdur. Sonra onu oradan 4-cü polis bölməsinə aparıb üzərinə narkotik vasitə qoyub sənədləşdirmişlər. Onun üzərinə külli miqdarda narkotik vasitə ilə sənədləşdirəcəklərini dedikləri üçün etiraz etməmişdir. Daha sonra oğurluq cinayətləri üzrə özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərin bir neçəsinin ondan şikayətçi olmamasını, əməlindən peşman olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə CÇM-dən azadlığa buraxılmış və Sumqayıt şəhərinə gəlmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşayış yeri olmadığı üçün küçədə qalmış, parklarda oturacaqlarda yatmışdır. Yaşayış yeri olmadığı, işləmədiyi üçün ara sıra oğurluq edirdi. xx.xx.2025-ci il tarixdə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, xx.xx.2025-ci il tarixdə saat 04:40-da Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllədə yerləşən “Osmanlı” dönər evinin qarşısında olduğu zaman, heç kim olmadığını görüb giriş qapısına yaxınlaşmışdır. Əvvəlcədən tapmış olduğu dəmir alət ilə plastik giriş qapısını sıxıb açmış, Sonra da içəri daxil olmuşdur. Kassaya yaxınlaşmış, kassanın olmadığını, taxta dolabın olduğunu görmüş. Siyirməsini açmış və içərisində dəftər olduğunu görmüşdür. Həmin dəftəri açmışdır. Bu zaman da içərisində pul olduğunu görmüş, həmin pulu götürüb dərhal dönərxanadan çıxmışdır. Bir qədər irəlidə pulu saymış və 865 manat pul olduğunu görmüşdür. Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, 2-ci mkr ərazisinə piyada gəlmiş, yaxınlıqda “Rəşad” telekom adlı mağzanın olduğunu, ətrafda da heç kimin olmadığını görmüşdür. Həmin mağazaya da daxil olmaq qərarına gəlmiş, giriş qapısına yaxınlaşıb üzərində olan alət ilə qapını sıxıb açmış, içəri daxil olmuşdur. İrəlidə kompyuter və printer olan taxta masanı görmüşdür. Masanın üzərində plastmas qabda qəpik olduğunu, alt hissəsində də kağız pul olduğunu görmüşdür. Qəpikləri cibinə boşaltmış, kağız pulunu da götürüb cibinə qoymuşdur. Sonra taxta masanın alt hissəsində olan siyirtməni açmışdır. Orada iki blok ağ nazik Sobranie markalı siqaretin olduğunu görmüş, onları götürüb bel tərəfdən şalvarının kəmər hissəsinə taxmış, sonra da giriş qapısının qarşısında olan siqaret saxlanılan piştaxataya yaxınlaşmış, oradan 10 ədəd Kent 4 markalı, 10 ədəd Kent 8 markalı siqareti götürüb orada olan sellofana qoymuşdur. Soyuducudan da 1 ədəd Bizon və 1 ədəd də Hell markalı enerji içkisi götürüb mağazadan çıxmışdır. Qəpik pulların 60 manat, kağız pulların da 90 manat olduğunu görmüşdür. Hər iki yerdən oğurladığı pulları xərcləmişdir. Siqaretin əksər hissəsini tanımadığı müxtəlif şəxslərə ucuz qiymətə satmışdır. Qalanını özü çəkmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 2-ci mkr ərazisində olduğu zaman PPX əməkdaşları onu görmüşlər. O, da qorxduğu üçün qaçmışdır. Polislər də onun arxasınca qaçıb onu saxlamışlar. Qaçmaq səbəbini soruşmuşlar. O, da oğurluq etdiyi üçün qaçdığını demişdir. Onu araşdırma aparılması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib təhvil vermişlər. Bu iki oğurluq hadisəsindən başqa Sumqayıt şəhəri ərazisində daha iki dükana eyni qaydada daxil olaraq oğurluq etmiş, həmin dükanlardan biri qab-qacaq satılan dükan idi, digəri isə uşaq geyimləri satılan dükan idi. Həmin dükanlara da yenə ehtiyacdan daxil olmuşdur. Belə ki, iyulun ikisində səhər saat 07 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən üzrərində “Sumqayıt shopping” yazılmış qab qacaq satılan dükanın qapısına yaxınlaşmış, qapının kilidini sıxıb açmış, içəri daxil olmuş, içəridə dükanın kassasının yerini tapmış, kassa kimi istifadə edilən masanın dolabını açmış, dolabda nə qədər qəpik pullar var idi hamısını götürüb ciblərinə tökmüş, sonra isə həmin dükandan təcili çıxaraq oradan uzaqlaşmışdır. Kənarda bir yerdə həmin qəpik pulları saymış, 150 manat pul idi. Bundan sonra şəhəri gəzməyə başlamış, Sumqayıt şəhəri, 29cu məhəllə ərazisində üzərində “lavetti” yazıları olan uşaq geyimləri dükanı diqqətini çəkmiş, həmin dükandan da oğurluq etmək qərarına gəlmişdir. İyulun ikisində birinci etdiyi oğurluqdan bir saat sonra yəni saat səkkiz radələrində həmin dükanın giriş qapısına yaxınlaşmış, qapının kilidini eyni qayda ilə sıxaraq açmış, sonra içəri daxil olmuş, dükanın kassa yerini tapmış, kassa kimi istifadə edilən masanın dolabını açmış, dolabda nə qədər pul var idisə hamısını tez bir zamanda götürüb ciblərinə qoymuş, sonra isə təcili olaraq dükandan çıxaraq həmin ərazidən uzaqlaşmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, dörd oğurluq əməlini özü tək etmiş, özü tək planlaşdırmış, bu işdə ona kömək edən, istiqamət verən olmamış, bunları ehtiyacdan etmiş, əldə etdiyi pulları da öz şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Eyni zamanda qeyd etmişdir ki, oğurluq zamanı qapını açmaq üçün istifadə etdiyi dəmir parçasını da yerdən tapmış, oğurluğa daxil olduğu giriş qapılarını sıxıb açmaq üçün istifadə etdikdən sonra Sumqayıt şəhəri ərazisində zibilliklərin birinə tullamış, hansı zibilliyə tulladığını dəqiq xatırlamır. Hazırda maddi imkanı olmadığından pulları qaytara bilmir. Bundan başqa polis əməkdaşları tərəfindən saxlanıldığı gün yəni, 07 iyul 2025-ci il tarixdə gecə saat 1-2 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 70 manat məbləğində 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana almış və əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü yəni 7 iyul 2025-ci il tarixdə saat 13:55 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketin arxasında yerləşən 2/45 saylı binanın qarşısında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə üzərində daşımağında, gəzdirməyində, istifadəsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirəcəklərini bildirmişlər və baxış keçirilməmişdən qabaq hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarının sağ yan cibində saxladığı 1 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilərək büküm ilə birlikdə çəkisi 11,18 qram olduğu müəyyən edilmişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-nin, 4-cü PB-nə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə bölməyə gəlmişdir. Orada xidməti otaqda videoçəkiliş vasitəsilə onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində olan bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyini, həmin bükümü saxlanıldığı gün gecə saat 1-2 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını, hazırda üzərində heç nə olmadığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə qurudulmuş marixuanadır, ona məxsusdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Füzuli rayon, 20 Yanvar küçəsi, dalan 2, ev 10-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 145-də yaşayır. Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllədə yerləşən “Osmanlı” dönər evində fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində dönərxananı bağlamış və evinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində dönər evinə gəlmiş, bu zaman da qapının açıq olduğunu görmüşdür. İçəri daxil olmuş, kassa kimi istifadə etdiyi taxta dolabın siyirməsinə baxmış, həmin siyirmədə olan dəftərin içərisindəki 865 manat pulun yerində olmadığını aşkar etmişdir. Pulun olmadığını gördükdən sonra dönər evinin müşahidə kamerasına baxmış, bu zaman da naməlum şəxsin 04:46 radələrində dönər evinin giriş qapısını sıxıb açaraq daxil olduğunu, kassa kimi istifadə etdyi taxta dolabın siyirməsində saxladığı dəftərin içərisindən pulu oğurladığını görmüşdür. Buna görə də polisə müraciət etmişdir. Dönər evindən başqa hər hansı əşya, pul oğurlanmamışdır. Polis idarəsinə dəvət olunanda bilmişdir ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdir. Həmin şəxsi tanımır, onunla heç bir düşmənçiliyi, ədavəti, borc problemi yoxdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zəngilan rayon, C.Cabbarlı küçəsi, ev 31-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 41\14, mənzil 44-də yaşayır. 2025-ci il yanvar ayından etibarən Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, 2-ci mikrorayon, 46\48 saylı yaşayış binasının yanında yerləşən “Rəşad” telekom mağazasında fəaliyyət göstərir. Belə ki, mağazada mobil telefon nömrələri, mobil telefon aksessuarları, siqaret, enerji içkilərinin satışını aparır, habelə kserkopya xidməti də göstərir. xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində mağazanı bağlayıb getmiş, xx.xx.2025-ci il tarixdə saat 09:15 radələrində iş yerinə gəlmiş, bu zaman mağazanın plastikdən olan giriş qapısının açıq olduğunu görmüş, içəri daxil olmuş, bu zaman piştaxtanın üzərində olan müxtəlif markalı siqaretlərin, soyuducuda olan enerji içkilərinin, taxta masanın üzərində saxladığı pulların, həmin masanın dolabında saxladığı müxtəlif markalı siqaretlərin olmadığını görmüşdür. Ətrafa baxan zaman kompyuterin və printerin üzərində olduğu masanın üzərində saxladığı 60 manat qəpik pulun, 90 manat kağız pulun, həmin masanın aşağı dolabında saxladığı iki blok, yəni iyirmi ədəd ağ nazik Sobranie markalı siqaretin, masanın üzərində olan, ümumilikdə 20 ədəd olmaqla 10 ədəd Kent 4 markalı, 10 ədəd Kent 8 markalı siqaretlərin, habelə soyuducuda olan bir ədəd Bizon və bir ədəd Hell markalı enerji içkilərinin yerində olmadığını, oğurlandığını görmüşdür. Mağazanın müşahidə kamerasının görüntülərinə baxmış, bu zaman da naməlum şəxsin xx.xx.2025-ci il tarixdə saat 04:58 radələrində mağazanın plastik giriş qapısını açaraq içəri daxil olduğunu görmüşdür. Baş vermiş oğurluq nəticəsində mağazadan ümumilikdə 150 manat pul, 90 manat dəyərində Sobranie markalı siqaretin, 84 manat dəyərində Kent markalı siqaretin, 2 manat dəyərində enerji içkisi oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 326 manat maddi ziyan dəymişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, mağazadan başqa hər hansı əşya, pul oğurlanmamışdır. Polis idarəsinə dəvət olunanda bilmişdir ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdir. O, həmin şəxsi tanımır, onunla heç bir düşmənçiliyi, ədavəti, borc problemi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Qubadlı rayon, Göyərcik kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 34-də yaşayır. 5 ildir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Sumqayıt shopping” adlanan qab qacaq mağazasını icarə əsasında işlədir. xx.xx.2025-ci il tarixdə axşam saat 19 radələrində mağazanı bağlayıb getmiş, xx.xx.2025ci il tarixdə saat 08:30 radələrində mağazaya gələndə mağazanın plastikdən olan qapısının açıq olduğunu görüb içəri daxil olmuş, içəridə mağazanın kassasına baxan zaman kassanın boş olduğunu, kassadakı 150 manat miqdarında qəpik pulların yerində olmadığını aşkar etmişdir. Bundan sonra mağazanın müşahidə kamerasına baxmış, görmüşdür ki, naməlum şəxs mağazanın qapısını açaraq içəri daxil olmuş, kassadakı pulları götürərək mağazadan uzaqlaşmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəymiş, polis idarəsinə dəvət olunanda bilmişdir ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdir. O, həmin şəxsi tanımır, onunla heç bir düşmənçiliyi, ədavəti, borc problemi yoxdur. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Qusar rayon, Piral kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73, mənzil 10-da yaşayır. Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “lavetti” adlanan uşaq geyimləri mağazasını icarə əsasında işlədir. xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində mağazaya gələndə mağazanın plastikdən olan qapısının açıq olduğunu görüb içəri daxil olmuş, içəridə mağazanın kassasına baxan zaman kassadakı 1500 manat pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra mağazanın müşahidə kamerasına baxmış, görmüşdür ki, naməlum şəxs mağazanın qapısını açaraq içəri daxil olmuş, kassadakı pulları götürərək mağazadan uzaqlaşmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, polis bölməsində yazdığı ərizə və izahatda oğurlanmış pulun miqdarının təxminən 1500 manat olduğunu yazmış, lakin dəqiq olaraq 1500 manat pulunun oğurlandığına əmin olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymiş, mağazadan başqa hər hansı əşya, pul oğurlanmamışdır. Polis idarəsinə dəvət olunanda bilmişdir ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxsdir. Eyni zamanda qeyd etmişdir ki, dükanda müşahidə kamerası özünə məxsusdur, həmin kameranın batareyası zəifləyəndə müşahidə kamerasının saatı real göstərmir, yəni saat geridə qalır. Ona görə də hadisə dükana yaxınlaşmamışdan az əvvəl baş vermiş, həmin kamera görüntülərini də hadisə yerinə gələn polis əməkdaşlarına diskə köçürdərək təqdim etmişdir. Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onu vurulmuş 1500 manat ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona nə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13.55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən Oba marketin arxasında yerləşən 2\45 saylı binanın qarşısında küçədə saxlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin bir bükümdə olan kütləni Novxanı qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 70 manata almışdır. Sonra həmin şəffaf sellofanda olan büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 11,18 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılması üçün üzərindən aşkar olunaraq götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ- nin 4-cü PBnə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işinin 131-ci vərəqəsində olan 30 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 155-156-cı vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 07 iyul 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-67-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına” dair protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13.55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən Oba marketin arxasında yerləşən 2\45 saylı binanın qarşısında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin bir bükümdə olan kütləni Novxanı qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 70 manata almışdır. Sonra həmin şəffaf sellofanda olan büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 11,18 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılması üçün üzərindən aşkar olunaraq götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ- nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi” haqqında protokoldan göründüyü kimi, bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 13:55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən Oba marketin arxasında yerləşən 2\45 saylı binanın qarşısında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir Sorğu zamanı bildirmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır, həmin bir bükümdə olan kütləni Novxanı qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 70 manata almışdır. Sonra həmin şəffaf sellofanda olan büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 11,18 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə işlərinin aparılması üçün üzərindən aşkar olunaraq götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Bölməyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş MEM-nin xx.xx.2025-ci il tarixli 3-16-16\2-20\586\2025 saylı məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş: AR DİN “ Zərflər üçün №128” möhür əksi, “vət. Təqsirləndirilən şəxs Georgi oğlunun üzərindən aşkar olunmuş büküm; Təhvil verdi: \imza\ Təqsirləndirilən şəxs; Tərtib etdi; /imza/ M.Ə.Abduyev” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,876 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4664 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 234.1 -ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM- nin 29, 177.2.3, 177.2.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən AR CM 76-cı maddəsinə əsasən 06 ay 23 gün vaxtından əvvəl şərti azad edilib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1, 67.1-ci maddələri ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 62-ci maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmışdır. Hazırda məhkumluğu ödənilməmiş və götürülməmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərtib etdiyi 28 iyun 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində yerləşən “Osmanlı” dönər evinin plastik materialdan olan giriş qapısının kilidi sındırılmış, dönər evində taxta dolabın içindən 865 manat pul oğurlanmışdır. Hadisə yerinin müşahidə kamerasında olan görüntülər DVD diskə köçürülərək götürülmüş, protokola əlavə edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərtib etdiyi 28 iyun 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, 46\48 saylı yaşayış binasının yaxınlığında yerləşən “Rəşad Telecom” mağazasının plastik materialdan olan giriş qapısının kilidi sındırılmış, mağazadan nağd pul, siqaret qutuları, enerji içkiləri oğurlanmışdır. Hadisə yerinin müşahidə kamerasında olan görüntülər DVD diskə köçürülərək götürülmüş, protokola əlavə edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cii PB-nin təhqiqatçısı, polis mayoru X5 tərtib etdiyi 02 iyul 2025ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Sumqayıt shoppinq” adlı qab qacaq mağazasının plastik materialdan olan giriş qapısının kilidi sındırılmış, içəridə kassadan 150 manat pul oğurlanmış, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 tərtib etdiyi 02 iyul 2025ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs3 məxsus mağazanın müşahidə kamerasında olan görüntülər DVD diskə köçürülərək götürülmüş, protokola əlavə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 tərtib etdiyi 02 iyul 2025ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Lavetti” adlı uşaq geyimləri mağazasının plastik materialdan olan giriş qapısının kilidi sındırılmış, içəridə kassadan 1500 manat pul oğurlanmış, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 tərtib etdiyi 02 iyul 2025ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs4 məxsus mağazanın müşahidə kamerasında olan görüntülər DVD diskə köçürülərək götürülmüş, protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Qold Qayalı” Ticarət Mərkəzinin məktubundan göründüyü kimi, Zərərçəkmiş şəxs2 məxsus mağazadan oğurlanmış siqaretlərin və enerji içkilərinin 2025-ci ilin iyun ayına pərakəndə satış qiymətləri aşağıdakılardır. 20 qutu ağ nazik “Sobranie 1” markalı siqaret- 94 manat (1 ədədi 4 manat 70 qəpik), 10 qutu “Kent 4” markalı siqaret- 44 manat (1 ədədi 4 manat 40 qəpik), 10 qutu “Kent 8” markalı siqaret- 44 manat (1 ədədi 4 manat 40 qəpik), 01 ədəd 450 ml-lik “Bizon” enerji içkisi-01 manat 01 ədəd 449 ml-lik “Hell” enerji içkisi-01 manat 30 qəpik. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs və Sumqayıt 1 saylı vəkil bürosunun müdafiəçisi X8 və Regional vəkil bürosunun vəkili X1 iştirakları ilə DVD diskə baxış keçirildi. Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskə baxış zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə gecə saat 04:46 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində yerləşən “Osmanlı” dönər evinin plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq içəri daxil olmaqla taxta dolabın içindəki dəftərin içindən 865 manat pulu oğurlayaraq həmin yerdən uzaqlaşmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 təqdim etdiyi diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 04.58 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, 46\48 saylı yaşayış binasının yaxınlığında yerləşən “Rəşad Telecom” mağazasının plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq içəri daxil olmaqla mağazada üzərində kompyuter və printer olan taxta masanın üstündəki plasmas qabdan ümumi məbləği 60 manat olan qəpik pulları, plasmas qabın alt hissəsindən 90 manat dəyərində kağız pulları, həmin taxta masanın alt hissəsində olan dolabdan siqaretləri, “Bizon” enerji içkisini, “Hell” enerji içkisini oğurlayaraq həmin yerdən uzaqlaşmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə səhər saat 07:43 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Sumqayıt shoppinq” adlı qab qacaq mağazasının plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq içəri daxil olmaqla mağazanın kassasından 150 manat pulu oğurlayaraq həmin yerdən uzaqlaşmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 təqdim etdiyi diskə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə səhər saat 08 radələrində Zərərçəkmiş şəxs4 işlətdiyi Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Lavetti” adlı uşaq geyimləri mağazasının plastik materialdan olan giriş qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə sıxıb açaraq içəri daxil olmaqla mağazadakı masanın taxta dolabından 1500 manat pulu oğurlayaraq həmin yerdən uzaqlaşmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videodiskdə görüntülənən, oğurluq edən şəxs özüdür, həmin ünvanlara özü tək daxil olmuş, ona istiqamət verən olmamışdır. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna verilmiş 18 dekabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2025-ci ildən 06 iyul 2025-ci il tarixədək olan müddət ərzində Sumqayıt ŞPİ-də həmçinin ərazi polis bölmələrində saxlanılmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi-oğurladığı epizodlardan ikisi üzrə məbləğin çox göstərilməsi, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və obyektiv həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsində göstərdiyi hallar özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər istintaq materialları ilə tam təzkib olunduğundan, işin faktiki hallarına uyğun gəlmədiyindən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini sübut kimi qəbul etmir, işin faktiki müəyyən olunmuş hallarına tam uyğun olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun təkrarən binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsinə əsasən təkrarən, yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlang yerinə qanunsuz daxil olmaqla oğurluq etmə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Həmçinin Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda təqsirləndirilən şəxs bir neçə cinayət əməlini təqsirli bilindiyi üçün ona CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin177.2.2,177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 07 iyul 2025ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 01 avqust.2025-ci il tarixli, 4664 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Georgjiyeviç narkomaniya xəstəliyindən əzaiyyət çəkmədiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 10,876 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.3-cü və 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 662-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 30 iyun 2025-ci ildən 01 iyul 2025-ci il tarixədək olan 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müdətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,876 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-676/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-676/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver