Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-677/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs Alişan qızının və onun qanuni nümayəndəsi X1, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, 15 saylı fərdi evdə qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Alişan qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə, fərdi evin həyətyanı sahəsində qonşusu Zərərçəkmiş şəxs ondan borclu olduqları pulu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs sağ bud nahiyəsindən vuraraq ona sağ budun orta 1/3-nin arxa-bayır səthinin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, qonşusu Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar pozulmuş, belə ki, atası Alişanın bəzən Ayselə məxsus mağazadan nisyə ərzaq məhsulları götürüb ona 23 manat borcunun qalması ilə əlaqədar Aysel bir neçə dəfə onlardan həmin borcun qaytarılmasını tələb etmişdir. 23 fevral 2021-ci il tarixdə, saat 08 radələrində yaşadığı mənzildə ailə üzvləri ilə birlikdə yatdıqları zaman evin qapısı döyülmüş və qapını açdıqda Ayselin olduğunu görüb səhər vaxtı evlərinə nəyə görə gəldiyini soruşmüşdür. Aysel səs-küy salaraq guya onların 83 manat borclarının olduğunu bildirmiş, səsə atası Alişan və anası Ruhiyyə də çıxmış və Ayselə ona 83 manat deyil, 23 manat borclarının qaldığını bildirdikdə həmin vaxt Aysel onun saçından tutub dartmağa başlamış, o isə cavabında bir dəfə təpiklə Ayselin ayaq nahiyəsindən vurub Ayselin qolunu dişləmiş, həmçinin əli ilə qolunu cırmaqlamışdır. Hazırda törətdiyi əməldən peşman olub zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Alişan və həyat yoldaşı Ruhiyyə onunla qonşuluqda yaşayırlar. Onlarla həm qohum, həm də qonşu kimi normal münasibətləri olmuşdur. Yaşadığı məhəllədə ərzaq mağazası işlətdiyindən Alişanın ailə üzvləri ondan nisyə ərzaq almış və 83 manat borclarının olduğuna görə 22.02.2021-ci il tarixdə Alişana sms yazıb ona olan borcunu istədikdə Alişan ona kobud cavab yazmış, o isə Alişanın cavabını vermişdir. 23.02.2021-ci il tarixdə saat 08 radələrində Alişanın yaşadığı ünvana getmiş, onların darvazası və hasarı olmayan həyətyanı sahələrinə daxil olub qapını döydükdə qapını Alişanın qızı Aytən açmış və ona pulunu vermələrini bildirdikdə Aytən onun ünvanına nalayiq söyüş ifadələri işlətmiş, o isə Aytənin cavabını vermişdir. Buna görə aralarında mübahisə yaranmış, sözlə mübahisə edərkən Alişan, Ruhiyyə və azyaşlı övladları Fərid də çölə çıxmış, mübahisə zamanı Aytən onun üstünə cumaraq saçından tutmuş, Aytən də onun saçından tutmuş, daha sonra isə hər iki əlinin üstünü əlləri ilə cırmaqlarıb dişləmiş və təpiklə bədəninin müxtəlif nahiyələrinə, eləcə də sağ bud nahiyəsinin arxa hissəsinə təpiklə bir neçə zərbə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayətçi deyildir. Odur ki, sonuncunun barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, həmçinin onun yaşadıqları məhəllədə ərzaq malları mağazası vardır. Əvvəllər Aysellə münasibətləri yaxşı olmuş, lakin son zamanlar münasibətləri pozulmuş, belə ki, bəzən həmin mağazadan nisyə ərzaq alıb pulunu sonra verdiyindən, son zamanlar işləməməsi ilə əlaqədar mağazaya təxminən 25 manat borcu qaldığından Aysel ona bir neçə dəfə həmin borcla əlaqədar müraciət edərkən ondan bir qədər möhlət istəmişdir. 23.02.2021-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdə yatdığı zaman, səhər saat 08 radələrində evin qapısı döyülmüş və qapını hamıdan əvvəl qızı Aytən açmış və qapıda Ayselin olduğunu görüb səhər vaxtı nəyə görə evlərinə gəldiyini soruşduqda Aysel səs-küy salaraq guya onların mağazaya 83 manat borcları olduğunu bildirmiş, səsə o və avadı Ruhiyyə də çıxmış və Aydeldən nəyə görə səhər tezdən gəlib onları narahat etdiyini soruşub ona 83 manat deyil, 23 manat borcları olduğunu bildirmiş, həmin vaxt Aysellə Aytən bir-birinin saçından tutub dartışmağa başlamış və bu zaman Aytən Aysel onu buraxsın deyə onun qolunu dişləmiş və həmçinin cırmaqlamışdır. Məhz bundan sonra Aysel Aytənin saçlarını buraxmış, daha sonra Aysel onları hədələyərək çıxıb getmişdir. Mübahisə zamanı nə o, nə də arvadı Ruhiyyə Ayselə əl qaldırmamış, ona heç bir xəsarət yetirməmiş, Aysellə dalaşan qızı Aytən olmuş, o da Ayselin qolunu dişləmiş və cırmaqlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid da anoloji ifadə verərək X2 göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 07.04.2021-ci iltarixli, 08\219 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəniüzərində sağ budun orta 1\3-nin arxa bayır səthinin dərialtı hematoması, sol əlin İ əl-daraq sümüyü proyeksiyasının arxa səthinin, sağ əlin arxa səthinin dördədəd, sağ əlin İİİ barmağının proksismal falanqasının arxa səthinin,sağ əlin V barmağının proksimal falanqasının arxa səthinin sıyrıqları sağ bazu oynağının travmatik çıxığı kimixəsarətaşkaredilmiş,törənmə müddəti 23.02.2021-ci il tarixə uyğun gəlir, sağ budun orta 1\3-nin arxa bayır səthinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər yəni- sol əlin İ əl-daraq sümüyü proyeksiyasının arxa səthinin, sağ əlin arxa səthinin dördədəd, sağ əlin İİİ barmağının proksismal falanqasının arxa səthinin,sağ əlin V barmağının proksimal falanqasının arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Alişan qızı əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymtləndirilməsinə dair 23.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Alişan qızının əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Alişan qızından yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından görünür ki,210736079 saylı cinayət işi 17 mart 2021ci il tarixində Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materal üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Alişan qızı barəsində 26 iyul 2021-ci il tarixində onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmışdır. Həmin tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs Alişan qızı 23 sentyabr 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir və həmin tarixdə də ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs Alişan qızı tərəfindən verilmiş 01.11.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 01.11.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Alişan qızı ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Alişan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Müdafiəçi Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 07 oktyabr 2021ci il tarixli (iş № 1(060)-677/2021) qərarını icra edərək, 12 oktyabr 2021-ci il tarixli 1237 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə 60 manat haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Alişan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ciayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Alişan qızına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-677/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-677/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver