Məhkəmə qərarları › İş №1(060)-677/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-677/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-677/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-205/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 5-ci məhəllə ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 25 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 2ndə yerləşən “Dədə Qorqud” restoranı ilə üzbəüz yolun əks tərəfində yerləşən yaşıllıq sahədə həmcinsi ilə cinsi əlaqədə olan Zərərçəkmiş şəxs aşkar etdikdən sonra, etdiyi hərəkət səbəbindən ona iradını bildirərək sağ üz nahiyəsinə sillə ilə bir zərbə vurmuş, daha sonra isə oradan qaçıb uzaqlaşmağa çalışan Zərərçəkmiş şəxs arxası ilə qaçaraq Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “KİA Motors” avtosalonunun qarşısında **-MV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı taksi avtomobilinə əyləşmiş sonuncunun həmcinsi ilə cinsi əlaqədə olmasını bəhanə edərək, qanunla qorunan ictimai qaydalara etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə sağ üz nahiyəsinə yenidən yumruqla qəsdən zərbələr vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əng sümüyünün maksilyar sinusun ön divarında sınıq, sağ tərəfli hemosinus, sağ göz qapaqlarının hematoması, konyuktival qansızma, sağ infroorbital yara kimi zərərçəkmişin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra özgənin əmlakını açıq talama məqsədilə Zərərçəkmiş şəxs hadisə yerində olan X1 ilə əyləşdiyi avtomobildən yerə endirib, sürüyərək yol kənarındakı yaşıllıq sahəyə apararaq orda təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub ona qarşı insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, sonda isə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yetirilmiş zərbələrin təsirindən əlindən yerə düşürdüyü 01 (bir) ədəd 320.00 (üç yüz iyrimi) manat dəyərində “Samsung Galaxy A 32” markalı, “SM-A325FZBGCAU” modelli, 128 GB yaddaş tutumlu mobil telefonu götürüb hadisə yerindən qaçaraq, Zərərçəkmiş şəxs məxsus mobil telefondan ibarət əmlakı açıq yolla talayıb maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 127.2.3 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra, bir qədər təmiz hava qəbul etmək üçün küçəyə çıxıb gəzişməyə başlamış, piyada bir qədər hərəkət etdikdən sonra Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisinə gəlmiş və həmin ərazidə yerləşən yaşayış binalarından birinin yan hissəsindən keçərkən binanın yaxınlığında 02 (iki) nəfər kişi cinsindən olan şəxsin birinin aktiv, digərinin isə passiv formada cinsi əlaqədə olduqlarını görmüş, bundan sonra onların hərəkətləri ona xoş təsir bağışlamadığından, eləcə də həmin ərazi yaşayış binasına yaxın olduğundan sonradan ad, soyad və ata adını öyrəndiyi Zərərçəkmiş şəxs və onun cinsi əlaqədə olduğu şəxsi yanına çağırmış, hər iki şəxs bundan sonra üst başlarını qaydaya salıb yanına gəlmiş, onların elədikləri hərəkətə görə iradını bildirib İlkini sillə ilə üz nahiyəsindən, digər cinsi azlığın nümayəndəsi olan şəxsi isə təpiklə vurduqda, onlar bir birlərinə əks istiqamətdə qaçıb ordan uzaqlaşmağa başlamışdır. Təxminən 20-30 metr uzaqlaşdıqdan sonra dayanıb onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu vaxt İlkinə məxsus “Samsung” markalı mobil telefonun yerə düşdüyünü görüb telefonu götürmüş, İlkin isə bir qədər ordan uzaqlaşdıqdan sonra geri qayıdıb telefonunu geri qaytarmağını tələb etmiş, o isə onu cəzalandırmaq üçün telefonu İlkinə qaytarmamışdır. Sonradan telefonu İlkinə qaytarmaq istəsə də, o telefonu qəbul etməmiş və maddi ziyan tələb etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı şikayəti olmadığından barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra bir qədər təmiz hava qəbul etmək üçün küçəyə çıxıb gəzişməyə başlamış, piyada bir qədər hərəkət etdikdən sonra Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisinə gəlmiş və həmin ərazidə yerləşən yaşayış binalarından birinin yan hissəsindən keçərkən binanın yaxınlığında 02 (iki) nəfər kişi cinsindən olan şəxsin birinin aktiv, digərinin isə passiv formada cinsi əlaqədə olduqlarını görmüş, bundan sonra onların hərəkətləri ona xoş təsir bağışlamadığından, eləcə də həmin ərazi yaşayış binasına yaxın olduğundan sonradan ad, soyad və ata adını öyrəndiyi Zərərçəkmiş şəxs və onun cinsi əlaqədə olduğu şəxsi yanına çağırmış, hər iki şəxs bundan sonra üst başlarını qaydaya salıb yanına gəlmiş, onların elədikləri hərəkətə görə iradını bildirib İlkini sillə ilə üz nahiyəsindən, digər cinsi azlığın nümayəndəsi olan şəxsi isə təpiklə vurduqda, onlar bir birlərinə əks istiqamətdə qaçıb ordan uzaqlaşmağa başlamış, həmin vaxt cinsi azlığın nümayəndəsi Sumqayıt şəhəri istiqamətində, İlkin isə əks istiqamətə qaçmış və ondan təxminən 20-30 metr uzaqlaşdıqdan sonra dayanıb onun ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra İlkini tutub saxlamaq üçün onun arxası ilə qaçmağa başlamış, bir qədər İlkinin arxası ilə qaçdıqdan sonra ona çata bilmədiyini görüb yolun kənarında dayanmış 02 (iki) nəfər şəxsi səsləyərək İlkini tutub saxlamalarını tələb etmiş, İlkin bunu gördükdə yolun əks tərəfnə keçmiş və orda bir taksi avtomobili saxlayıb avtomobilə əyləşmiş, bundan əvvəl İlkini saxlamasını xahiş etdiyi şəxslərdən biri, sonradan adının Sərxan olduğunu bildiyi şəxs taksi sürücüsünə yaxınlaşmış və ona nəsə dedikdə taksi sürücüsü avtomobili hərəkət etdirməmiş və olduğu yerdə gözləməyə başlamışdır. Bundan sonra taksi avtomobilinin ön sağ oturacağında əyləşmiş İlkinə yaxınlaşmış və onun üz nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuş, onu avtomobildən düşürüb yol kənarında yerləşən yaşıllıq sahəyə aparmış, təpiklə İlkinin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. İlkinə bir neçə təpik zərbəsi vurduqdan sonra İlkin yıxıldığı yerdən qalxıb qaçıb ordan uzaqlaşmış, bu vaxt İlkinə məxsus “Samsung” markalı mobil telefonun yerə düşdüyünü görüb telefonu götürmüş, İlkin isə bir qədər oradan uzaqlaşdıqdan sonra geri qayıdıb telefonunu geri qaytarmağını tələb etmiş, ancaq buna baxmayaraq onun mobil telefonunu geri qaytarmaqdan imtina etmiş və ordan uzaqlaşıb getmişdir. Səhəri gün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən İnşaatçılar metro stansiyasının yaxınlığında olarkən orada təsadüfən tanış olduğu, ad, soy adı, ata adını bilmədiyi şəxsə mobil telefonu verib, həmin şəxsdən hər biri 20 (iyirmi) manat dəyərində 02 (iki) büküm narkotik vasitə olan heroin və hər biri 10 (on) manat dəyərində 02 (iki) büküm psixotrop maddə olan metamfetamin almışdır. Aldığı narkotik vasitə və psixotrop maddəni isə sonradan istifadə etmiş, Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefonu verdiyi şəxsə, həmin mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə hər hansı məlumat verməmiş, həmin şəxsə verdiyi mobil telefonun özünə məxsus olduğunu, narkotik vasitə və psixotrop maddəyə ehtiyacı olduğundan mobil telefonu narkotik vasitə və psixotrop maddə ilə dəyişdirmək istədiyini bildirmiş, hadisə baş verən zaman əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İV kursunda təhsil alır, bundan əlavə maddi ehtiyaclarını ödəmək üçün günəmuzd olaraq xidmətçi (ofisant) kimi işləmiş və əldə ediyi qazancı isə maddi ehtiyaclarını ödəmək üçün istifadə etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Sprinq” oteldə xidmətçi kimi işləmiş, saat təxminən 24:00 radələrində işdən çıxmış və bundan sonra yaşadığı evə qayıtmaq üçün taksi avtomobilinə minib yaşadığı evə qayıtmışdır. Taksi avtomobilindən yaşadığı evin yaxınlığında, yəni ünvan 2ndə yerləşən Symqayıt Mebel Salonunun yaxınlığında düşmüş, həmin vaxt Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 01 (bir) nəfər şəxsin ona tərəf gəldiyini, həmin şəxsin hərəkətlərindən və geyimindən onun cinsi azlığın nümayəndəsi olduğunu görüb, ondan hara getdiyini soruşmuş, həmin şəxs isə cinsi azlığın nümayəndəsi olduğunu təsdiq edərək, gecələr yol qırağına çıxıb 10 (on) manat müqabilində cinsi əlaqədə olduğunu bildirmiş, bundan sonra ona 10 (on) manat pul vermək müqabilində onunla cinsi əlaqədə olmasını təklif etdikdə, o razılaşmış, həmin vaxt üzərində xırda pul olmadığından ona gözləməsini deyib, yolun əks tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə gedib, orda üzərində olan pulu xırdalamış və geri qayıtmışdır. Həmin şəxsə 10 (on) manat pul verdikdən sonra ona Sumqayıt Mebel Salonunun arxa hissəsində sakit bir yerə gedərək orada cinsi əlaqədə olmalarını təklif etsə də, o razılaşmamış, ancaq ünvan 2ndə yerləşən “Dədə Qorqud” restoranı ilə üzbəüz yolun əks tərəfində yerləşən yaşıllıq sahəyə gedib orada cinsi əlaqədə ola biləcəklərini bildirmiş, onunla razılaşdığından, bundan sonra təxminən 300-400 metr məsafə gedib onun dedyi yerə çatmışlar. Daha sonra cinsi azlığın nümayəndəsi ilə cinsi əlaqədə olarkən oraya sonradan ad, soyad və ata adını öyrəndiyi Təqsirləndirilən şəxs gəlmiş və onlardan siqaret istəmiş, onun cinsi əlaqədə olduğu şəxs ona siqaretlərinin olmadığını bildirmiş, həmin şəxs, yəni Vicat bundan sonra ona müraciət edib onu üzdən tanıdığını bildirmiş, harda yaşadığını soruşmuş, ona sən məni tanımazsan, burda yaşamıram deyərək cavab vermiş, daha sonra cinsi əlaqədə olduğu şəxs Vicata narahatçılıq yaratmamasını bildirib, çıxıb getməsini təklif etdikdə o çıxıb getmişdir. Bundan sonra əyin başını qaydaya salıb yol kənarına çıxıb yaşadığı ev istiqamətində hərəkət etməyə başladıqda Vicat arxasınca gəlib onu çağırmış və onunla işi olduğunu bildirərək gözləməyini tələb etmiş, buna baxmayaraq dayanmamış, ancaq Vicatın arxasınca gəldiyini görüb bir qədər sürətli yeriməyə başlamış, lakin Vicatın arxasınca gəldiyini görüb qorxmuş və qaçmağa başlamış, qaçmağa başladıqda Vicat da arxasınca qaçmağa başlamış, bir qədər qaçdıqdan sonra yol kənarında dayanmış 02 (iki) nəfər şəxsin yanından keçdikdə, arxasınca qaçan Vicat qışqırıb həmin şəxslərdən onu saxlamalarını tələb etmiş, daha qaça bilməyəcəyini fikirləşərək yolun əks tərəfinə keçib yol ilə hərəkət edən “Mercedes” markalı taksi avtomobilinə əl edib saxlatmışdır. Maşına əyləşmiş və sürücüyə onu narkomanların təqib etdiyini bildirib, onu yaşadığı evə aparmasını, gediş haqqını artıqlaması ilə ödəyəcəyini bildirmiş, bu zaman tanımadığı şəxs avtomobilə yaxınlaşıb sürücüyə gözləməsini demiş, bir müddətdən sonra Vicat əyləşdiyi avtomobilin qabaq qapısını açıb onu avtomobildən yerə düşürtməyə cəhd göstərmiş, ona müqavimət göstərdikdə isə Vicat yumruqla sağ üz nahiyəsinə 02 (iki) zərbə vurmuş, sonra isə onu dartaraq avtomobildən yerə endirmiş və orada təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamışdır. Vicatın başına vurduğu təpik zərbəsindən sonra huşunu itirdiyindən əlində saxladığı mobil telefon əlindən yerə düşmüş, bundan sonra Vicat telefonu götürüb qaçaraq ordan uzaqlaşmış, bir qədər yerdə uzanıqlı qaldıqdan sonra özünə gəldikdə ordan yaşadığı evə qayıtmış və hadisə barədə ailə üzvlərinə məlumat vermişdir. Atası Maqsud da zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, yaşadığı evdə üzərində olan pulların sayını dəqiqləşdirdikdə əynində olan jiletin sol cibində olan 12 (on iki) manat pulunun da olmadığını müəyyən etmiş və bu barədə yazdığı şikayət ərizəsində göstərmişdir. Ancaq pulun hansı şəraitdə yoxa çıxdığını bilməmiş, həmin pulu ya onu döyüb xəsarət yetirmiş şəxs götürmüş, ya da pul qaçıb hadisə yerindən uzaqlaşmaq istədikdə cibindən düşüb itmişdir. Ancaq Vicatın cibindən pul götürməsini görməmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində baş vermiş, hadisə yerindən yaşadığı evə qayıtması, hadisə barədə ailə üzvlərinə məlumat verməsi və sonradan isə atasının hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verməsi təxminən 01 (bir) saat çəkmiş, atası Maqsud Zeynalov isə hadisə barədə DİN-nin 102 xidmətinə 01:46 radələrində zəng edərək məlumat vermişdir. Tibbi müayinəsi nəticəsinə bədəni üzərində aşkar edilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əng sümüyünün maksilyar sinusun ön divarında sınıq, sağ tərəfli hemosinus, sağ göz qapaqlarının hematoması, konyuktival qansızma, sağ infroorbital yara kimi bədən xəsarətlərini Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi avtomobildə yumruqla sağ üz nahiyəsinə ardıcıl 02 (iki) zərbə vurması nəticəsində almış, hadisə zamanı Təqsirləndirilən şəxs bədəninin müxtəlif nahiyələrinə, əsasən kürək və qarın nahiyələrinə təpik zərbələri vurmuşdur. Həmin vaxt həmin nahiyələrində fiziki ağrı hiss etsə də, ancaq tibbi müəyinəsi zamanı həmin nahiyələrində hər hansı bədən xəsarəti aşkar edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Daxili İşlər orqanlarında, 2019-cu ildən isə hazırda tutduğu vəzifədə, yəni Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparmağa başlamışdır. 24 aprel 2022-ci il tarixdə saat 09:00 radələrindən 25 aprel 2022-ci il tarixdə saat 09:00 radələrinədək olan müddətdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin növbətçi hissəsində təşkil edilmiş əməliyyat qrupunun üzvü olmuşdur. 25 aprel 2022-ci il tarixdə xidmət yerində olarkən saat 01:46 radələrində özünü Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yaşayan X3 təqdim edən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə mobil telefon vasitəsilə zəng edərək, həmin gün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “KİA” avtosalonunun qarşısında 02 (iki) nəfər şəxsin oğlu İlkini döyərək ona məxsus mobil telefonunu və 12 (on iki) manat pulunu əlindən aldıqlarını bildirdiyindən, əməliyyat qrupunun digər üzvüləri ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Hadisə yerində Maqsud Zeynalov və oğlu Zərərçəkmiş şəxsla görüşdükdə həmin şəxslər həmin gün saat 01:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “KİA Motors” avtosalonunun qarşısında 02 (iki) nəfər şəxsiyyəti məlum olmayan şəxsin Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək, ona məxsus “Samsung A 32” markalı mobil telefonunu və 12 (on iki) manat pulunu əlindən aldıqlarını bildirmiş, Zərərçəkmiş şəxs bununla bağlı şikayət ərizəsi yazmış, ancaq sonradan Zərərçəkmiş şəxs yazdığı şikayət ərizəsindən əlavə verdiyi izahatında ona məxsus 12 (on iki) manat pulun hansı şəraitdə yoxa çıxmasından məlumatsız olduğunu, həmin pulu ya hadisə yerindən qaçarkən salıb itirdiyini, ya da onu döyüb bədən xəsarətləri yetirmiş şəxslərin cibindən götürdüyünü ehtimal etdiyini bildirmişdir. Daha sonra tərəflərindən həyata keçirilmiş tədbirlərlə ilk əvvəl hadisə yerində olmuş 02 (iki) nəfər taksi sürücüsünün şəxsiyyəti müəyyən edilərək izahatlarının alınması üçün Polis Bölməsinə dəvət edilmiş, sonradan isə hadisənin xx.xx.1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 5-ci məhəllə ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, bundan sonra toplanmış ilkin təhqiqat materialları aidiyyatı üzrə İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən göstərmişdir ki, özünə məxsus **-EC-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 01:00 radələrində ünvan 2ndə yerləşən “MCDonalds” restoranlar şəbəkəsinə məxsus restoranın qarşısındakı müştərini Sumqayıt şəhəri ərazisində yerləşən gedəcəyi ünvana aparmaqla bağlı sifariş aldığından həmin istiqamətdə yəni, ünvan 2 ilə Sumqayıt şəhərinin çıxışına doğru idarə etdiyi avtomobillə hərəkət etdiyi zaman bir nəfər əl edib idarə etdiyi avtomobili saxlamağı üçün işarə vermiş, idarə etdiyi avtomobili saxladıqda isə həmin kişi cinsindən olan şəxs idarə etdiyi avtomobilin ön sağ oturacağına əyləşib təxminən 300 (üç yüz) metr irəlidə düşəcəyini bildirmiş, ondan onu gedəcəyi yerə aparmağını xahiş etmiş, bundan sonra idarə etdiyi avtomobili hərəkətə gətirib hərəkətə başlamış və idarə etdiyi avtomobili həmin şəxsin dediyi yerdə, yəni Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “KİA Motors” avtosalonunun qarşısında yolun əks tərəfində saxlamışdır. İdarə etdiyi avtomobili saxladığı yerdə başqa bir avtomobildə yolun kənarında dayandığını görmüş, avtomobilə və avtomobilin yanında olan şəxslərə fikir verdikdə park edilmiş vəziyyətdə olan “Mercedes” markalı avtomobilin ön sağ qabaq qapısının açıq olduğunu, orada qapının yanında 02 (iki) nəfər şəxsin ayaq üstə dayandıqlarını və həmin şəxslərdən digərinə nisbətən daha cüssəli olan şəxsin avtomobilin ön sağ oturacağında əyləşmiş şəxsə zərbələr vurduğunu, onu avtomobildən düşürtməyə çalışdığını görmüş, ancaq avtomobildə əyləşmiş şəxsin sifətini görə bilməmiş, həmin şəxsi sakitləşdirmək üçün irəli gedib nə baş verdiyini soruşduqda isə avtomobildə əyləşən şəxsə zərbələr vuran şəxs avtomobildə oturan şəxsin yaşadığı binanın qarşısında öz həmcinsi ilə cinsi əlaqədə olduğunu və buna görə də, həmin şəxsin döydüyünü bildirmişdir. Bundan sonra həmin şəxsin verdiyi cavab ona xoş gəlmədiyindən və danışılan mövzunun ona aidiyyatı olmadığından ordan çıxıb getmişdir. Ancaq avtomobilə tam olaraq yaxınlaşmadığından döyülən şəxsi və ya avtomobilin içərisində başqa şəxsin olub olmadığını görməmiş, həmin ilk gördüyü 02 (iki) nəfər şəxsi isə ilk dəfə görmüş və həmin şəxsləri əvvəllər tanımamışdır. İş materiallarında olan Şahid2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, işləri ilə əlaqədar məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 573 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əng sümüyünün maksilyar sinusun ön divarında sınıq, sağ tərəfli hemosinus, sağ göz qapaqlarının hematoması, konyuktival qansızma, sağ infroorbital yara” Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “AZ AĞİR” zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4319 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş telefon qutusunun üzərindəki məlumatlara əsasən, 01 (bir) ədəd “Samsung Galaxy A 32” markalı, “SM-A325FZBGCAU” modelli, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 320,00 (üç yüz iyirmi) manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/498 R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş 01 (bir) ədəd plastik içki butulkasının ağızlığı üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx/xx/1993 Sumqayıt ş.) məxsusdur, (eyni yumurta əkizləri istisna olmaqla). İş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilərkən aşkar edilərək götürülmüş ağızlığı üzərində Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar olan 01 (bir) ədəd plastik içki butulkası cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmalı və cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhfıl verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1, 181.1 və 221.1-ci maddələrinin, X2 əməlində isə Azərbaycan Respublikası CM-nin 127.2.3, 180.2.1 və 180.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə onların barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən təqdim edilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-205/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd plastik içki butulkası məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd plastik içki butulkası məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar