Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-678/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixidə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 13 may 2022-ci il tarixdə, saat 19:50-də, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, “Şərq bazarı”-nm yaxınlığıda saxlanılaraq Pİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əlindəki sellofan paketin içərisində saxlamış olduğu 01 ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə 420 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, Saray qəsəbəsindən marşurut avtobusu ilə Sumqayıt şəhərinə yola düşmüş, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisinə yerləşən “Şərq bazar’nın yaxınlığında, təxminən saat 19:50 radələrində marşurut avtobusundan endikdən sonra 3 (üç) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Sumqayıt şəhəri Pİ-nə dəvət etmişlər. Pİ-nə getdikdən sonra, xidməti otaqların birində vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmış və ondan üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmət vardırsa təqdim edilməsi bildirilmiş, o, əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək, torbanın içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marexuana olduğunu, həmin nəşə kütləsini Saray qəsəbəsində tapdığını, özü istifadə etmək məqsədi ilə götürüb üzərində daşıdığını bildirmişdir. Sonra təhqiqatçı, ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkisini ölçdükdə kütlənin çəkisinin təxminən 400 qram yuxarı olması müəyyən edilmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təziqə və ya fiziki zora məruz qalmamışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nə əməliyyat məlumatı daxil olmuş, idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və o, da, qrupa daxil edilmişdir. xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Şərq bazarı”nın yaxınlığında pusqu qurulmuş, təxminən saat 19:50də Təqsirləndirilən şəxs marşurut avtobusundan endiyini görüb, digər polis əməkdaşları ilə birlikdə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, şəxsə istintaq hərkətinin keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə getirmişlər. Xidməti otaqlardan birində təhqiqatçı Səadət Qənbərov, vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyi bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmət vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək, torbanın içərisində “nəşə” olduğunu, həmin nəşə kütləsini Saray qəsəbəsində tapdığını, həmin “nəşə” kütləsini özü istifadə etmək məqsədi ilə götürüb üzərində daşıdığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 büküm, polietilen sellofan bağlamanı açdıqda bağlamanın içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olması müşahidə edilmişdir. Aşkar edilmiş həmin 1 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marexuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyaraq çəkisini ölçdükdə kütlənin çəkisinin 491 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin, 1 büküm şəffaf politilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marexuanayöa bənzər ot kütləsi məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb, imzalanmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təziq və ya fiziki zor tətbiq edilməmiş və şəxs onlara hər hansı müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan protokol və qəarardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Şərq” bazarının yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 19:50-də tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin gün barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ”şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr :arədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu 1 ədəd göy rəngli “dero dəftərxana” yazıları olan sellofan paketi təqdim etmişdir. Həmin paket açılan zaman paketin içərisində üzəri yapışqanlı lentlə örtülmüş 1 ədəd qara rəngli sellofan bağlamanın olduğu aşkar edilmişdir. Həmin bağlama açılan zaman içərisində qurudulmuş halda, yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan – “marixuanaya” bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin bitki kütləsini Saray qəsəbəsi ərazisində taparaq Sumqayıt şəhərinə gəldiyini və Sumqayıt şəhərində olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildimişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 491,0 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/487 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadaki qara rəngli polietilen bağlamanın içərisində 01 (bir) ədəd mavi rəngli polietilen torbada təmiz çəkisi-420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram sərf edildikdən sonra 419,8 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, «20220513 203455.mp4» rəqəm və hərfləri yazılmış qovluq müəyyən edilir ki, orada 10 dəqiqə 47 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim etdikdən sonra yanında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs onun narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirildiyini izah edib, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini bildirir və istintaq hərəkətinin həyata keçirilməsində iştirak edəcək polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Otaqda olan mülki geyimli polis əməkdaşları-əməliyyat müvəkkili, polis kapitanı Bəhruz Məmmiyev, kiçik inspetorlar, polis serjantı Şahid2 və polis serjantı Şahid3 növbə ilə özlərini təqdim etdikdən sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt Regional vəkil Bürosunun vəkili Günay Cəfərovanı təqdim edir. Təqsirləndirilən şəxs vəkil Günay Cəfərovanın onun hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirir. Sonra təhqiqatçı hüquq və vəzifələri barədə yazılı bildirişi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs tanış olduqdan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmət vardırsa təqdim etməsini xahiş edir. Videogörüntünün 01:37-ci anında Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli, üzərində “dero dəftərxana” yazıları olan sellofan torbanı təqdim edərək, torbanın içərisində “nəşə” olduğunu, həmin nəşə kütləsini Saray qəsəbəsində tapdığını, marşurut avtobusu ilə Sumqayıt şəhərinə gəlib, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarf’nm yaxınlığında avtobusdan endikdən sonra mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq, əlindəki “nəşə” kütləsi ilə birlikdə polis idarəsinə gətirildiyini və eləcə də, həmin “nəşə” kütləsini özü istifadə etmək məqsədi ilə götürüb üzərində daşıdığını bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 büküm, polietilen sellofan bağlamanı açdıqda bağlamanın içərisində yaşıl rəngli qurudulmuş ot kütləsi olması müşahidə edilir. Həmçinin təhqiqatçı həmin ot kütləsinin spesifıq iyə malik olduğunu və narkotik vasitə olan qurudulmuş marexuanaya bənzədiyini qeyd edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Video görüntünün 04:5 8-ci anında təhqiqatçı, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin 1 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marexuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyularaq çəkisini ölçdükdə kütlənin çəkisinin 491 qram olması müəyyən edilir. Bundan sonra həmin, 1 büküm şəffaf politilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marexuanaya bənzər ot kütləsi məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılır, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Günay Cəfərova tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs vəkil Günay Cəfərovanın suallarını cavablandıraraq saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təziqə və ya fiziki zora məruz qalmadığını, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğunu bildirir. Videogörüntünün 10:48-ci anında təhqiqatçı keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin protokollaşdırılacağını bildirərək video çəkilişin dayandırılmasını xahiş edir. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 420 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 419,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3; 62; 53, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 01 il 08 ay cəza çəkmə yerinə qaytarılıb, xx.xx.2009-cu il tarixdə Milli Məclisin xx.xx.2009-cu il tarixli “Amnistya” qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3688 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş 539-540 saylı, xx.xx.2022ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında atası-1948-ci il təvəllüdlü Məmmədəliyev Sabir Şahpələng oğlu, bacısı-1977-ci il təvəllüdlü X4, həyat yoldaşı-1981-ci il təvəllüdlü X1, 2014 və 2019-cu il təvəllüdlü qızı Xatun və Sunayla birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 420 qram olan, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 419,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın və şəxsi axtarış keçirilməsi barədə videogörüntüləri özündə əks etdirən 01 bir ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan 1(060)-678/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin 126- 17332 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da yaşadığı evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİnin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 420 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 419,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 sayl Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-678/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1216 saylı orderə əsasən vəkil X5 onun vəkili təyin etmişdir. xx.xx.2022-ci il tarixdən təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini vəkil Müdafiəçi həyata keçirmişdir. Müdafiəçi X6 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş) saat vaxt sərf etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçi X6 tərəfindən göstərilən hüquqi yardıma görə 30 (otuz) manat, Müdafiəçi tərəfindən göstərilən hüquqi yardıma görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yekun məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək müdafiəçinin hüquqi yardımından imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququ vardır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 420 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 419,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat, Müdafiəçi göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat, cəmi 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-678/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-678/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver