Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-68/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd Məmmədov oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının iüdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 4, mənzil 3-də qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti alıtna vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.08.2020-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən “Emay” dükanının qarşısında Təqsirləndirilən şəxs tanışı X6 ona satdığı quru süd məhsullarının keyfiyyətsiz olmasınını iddia edərək İlqar Eyvazovdan 24000 (iyirmi dörd min) manat məbləğində pulunun qaytarmasını tələb etmiş və İlqar Eyvazovun idarə etdiyi Zərərçəkmiş şəxs baş etibarnamə ilə istifadəsində olan 42500 (qırx iki min beş yüz) manat dəyərində olan “Mercedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət etməklə İlqar Eyvazovun əlindən alaraq Sumqayıt şəhəri, 48-ci məhəllə ərazsindəki özünə məxsus qaraja gətirib qanunsuz saxlamaqla Zərərçəkmiş şəxs 42500 (qırx iki min beş yüz) manat miqdarında mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində özünün Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində “Emay” adlı şirniyyat bişirilməsi üçün lazm olan ləzavzimatların satışı mağazasının olduğunu, X9 təxminən 1 ildir ki, tanıdığını, İlqarın onun mağazasına bir neçə dəfə şirniyyat bişirilməsi üçün ləvazimatlargətirdiyini, aralarında yaxın münasibətlər olmadığını, Xətai adlı şəxslə şərikinə ticarətlə məşğul olduğunu, bəzən dükana mal gəldikdə özündə pul olmadıqda Xətaiyə malın alınması üçün pul verməsi üçün müraciət etdiyini, Xətainin də malın alınması üçün ona bir neçə dəfə pul verdiyini bildirərək mahiyyət üzrə göstərmişdir ki, 03 iyul 2020-ci il tarixdə İlqarın qaynı Azər onun mobil telefonuna zəng vurub İlqarda quru süd məhsullarının olduğunu bildirmişdir. Azər ona 25 kiloqramlıq kisəsində olan quru süd məhsullarının 112 manat 50 qəpik olduğunu demişdir. O, Azərə 25 kiloqramlıq kisədə quru süd məhsullarını 100 manata alacağını demişdir. Azər İlqarla danışdıqdan sonra ona İlqarın razı olduğunu demişdir. Sonra həmin gün o, Xətai ilə görüşmüşdür. Ona kisəsi 100 manata, ümumilikdə isə 240 kisə quru süd məhsullarını almaq istədiyini, bunun üçün ona 24000 manat pul verməsini, əldə olunacaq gəlirin yarısını ona verəcəyini bildirmişdir. Xətai onunla razılaşmışdır. Həmin vaxtı Xətai ona quru süd məhsullarını almaq üçün 24000 manat pul vermişdir. Sonra İlqar onun mobil telefonuna zəng vurub quru süd məhsullarını haraya gətirəcəyini soruşmuşdur. O, İlqara quru süd məhsullarını Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisindəki anbara gətirməsini demişdir. Səhərisi gün yəni, 04 iyul 2020-ci il tarixdə İlqar Eyvazov dayısı Şahinlə birlikdə “Mersedes Ateqo” markalı avtomaşınla 240 kisə, yəni 6 ton çəkidə 24.000 manatlıq quru süd məhsullarını gətirmişdir. Onun göstərişinə əsasən İlqar həmin quru süd məhsullarını 18-ci mikrorayon ərazisində ona məxsus anbara boşaltdırmışdır. O, həmin quru süd məhsullarını bir neçə müştəriyə satmışdır. Lakin 2 gün sonra həmin müştərilər ona şikayətlər etməyə başlamışlar. Müştərilər ona bildirmişlər ki, həmin quru süd məhsullarına pendir tozu qatılıb. Bundan sonra o, İlqarla əlaqə saxlayaraq ona bildirmişdir ki, ona satdığı quru süd məhsullarından müştərilər şikayət etmişdir. Həmin quru süd məhsullarının içərisi dəyişdirilmişdir. İlqar ona demişdir ki, həmin məhsulların olduğu kisələr dəyişdirilsə də keyfiyyətli məhsullardır. O, İlqara bildirmişdir ki, həmin məhsulları götürsün, onun pulunu qaytarsın. Onlar razılaşmışlar ki, Masazır qəsəbəsi ərazisində duz gölünün yaxınlığında görüşsünlər. Səhərsi gün o, İlqar və İlqarın dayısı Şahinlə birlikdə Masazır qəsəbəsi ərazisində duz gölünün yaxınlığında Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. İlqargil həmin vaxtı ona bildirmişlər ki, sabah saat üçə qədər malı götürüb 24000 manat pulu ona qaytaracaqlar. Səhərisi gün o, İlqardan xəbər çıxmadığını görüb onun mobil telefonuna zəng vurub nə üçün gəlmədiyini soruşmuşdur. İlqar ona demişdir ki, quru süd məhsullarına müştəri tapmamış, həftənin axırına qədər ona vaxt versin, bu məsələni həll etsinlər. Həftənin axırı gəldikdə İlqardan xəbər çıxmamışdır. O, yenidən İlqarla əlaqə saxlayıb soruşduqda ona yenə də müştəri tapa bilmədiyini və ona verdiyi 24000 manat pulu xərclədiyini demişdir. Ona görə də pulunu qaytara bilməyəcəyini demişdir. 05 avqust 2020-ci il tarixində İlqar ona müştəri tapdığını bildirib gəlib quru süd məhsullarını götürmüşdür. Həmin vaxtı İlqar ona demişdir ki, avqust ayının 10-da onun pulunu qaytaracaq. 10 avqustda o, İlqardan xəbər çıxmadığını görüb onun mobil telefonuna zəng vurmuşdur. İlqar ona demişdir ki, Quba rayonunda olduğu üçün gələ bilmir. Həmin gün axşam gəlib onun pulunu verəcəkdir. Həmin gün axşam o, İlqarla telefon əlaqəsi saxlayıb harada olduğunu soruşmuşdur. İlqar ona gələ bilmədiyini, səhərisi gün saat 11-də Sumqayıt şəhərinə gələcəyini, onun pulunu tamamilə ödəyəcəyini demişdir. Səhərsi gün İlqardan xəbər çıxmadığı üçün o, İlqarın mobil telefonuna zəng vurub məsələnin nə yerndə olduğunu soruşmuşdur. İlqar ona demişdir ki, onun yanında yalançı çıxmış, pulu müştəridən ala bilmədiyi üçün onun pulunu ödəyə bilməyəcəkdir. Ona görə pulu ödəyənə kimi avtomobilini onun qapısında girov qoysun. O, İlqarın dediklərini telefon vasitəsi ilə şəriki Xətaiyə demiş, Xətai razılaşmışdır. O, İlqara avtomobilini girov qoyması üçün gətirməsini demişdir. 15.08.2020-ci il tarixdə saat 16:00 radələrində İlqar dayısı Şahinlə birlikdə “Mersedes Gl” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi obyektə gəlmişdir. O, İlqardan pulu gətirib gətirmədiyini soruşmuşdur. İlqar ona pulları gətirmədiyini demişdir. O, İlqara demişdir ki, razılaşdığımız kimi avtomobili onun qarajına qoysun. İlqar onunla razılaşmışdır. O, İlqarın dayısı ilə birlikdə “Mersedes Gl” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, avtomobili idarə edərək 48-ci məhəllə ərazisindəki qaraja gətirib qoymuşdur. Təxminən 20 dəqiqə sonra Xətai ona məxsus dükana gəlmişdir. Xətai ona demişdir ki, qarajın açarını ona versin. Açar onda qalsın çünki, quru süd məhsullarına verdiyi pul Xətaiyə məxsus olmuşdur. İlqar nə vaxt borcunu qaytarsa avtomobilini ona qaytaracaqlarmış. Sonradan o, eşitmişdir ki, İlqar həmin avtomobili zorla almağı barədə şikayət etmişdir. Eləcə də o, ifadəsində İlqar Eyvazovun ifadəsində yalandan göstərdiyini, onun könülllü olaraq həmin avtomobili onun yanında girov qoyduğunu, onu nalayiq söyüşlərlə söymədiyini, İlqarın ona həmin avtomobilin dayısı Şahinə məxsus olduğunu, həmin avtomobilin 13000 manat kredit borcu olduğunu, həmin borcun müqabilində maşını ona satmasını təklif etdiyini, İlqardan həmin maşını qəbul edərkən heç bir sənəd tələb etmədiyini, çünki İlqarın iki dəfə həmin maşını sürəndə gördüyünü, həmin avtomobili Şahinin iştirakı ilə qaraja qoyduğunu, qardaşı Tağının sonradan oraya gəldiyini, həmin izahatı Xətainin onun yerinə yazdığını, ola bilsin ki, Xətai onun yerinə izahat yazarkən anlaşlmazlıq olduğunu, Şahid ifadəsində yalandan göstərdiyini, İlqarın həmin avtomobili könüllü olaraq ona girov qalması üçün verdiyini, həmin avtomobili Şahinlə ikisi gətirib qaraja qoyduğunu, avtomobili qaraja gətirib saldıqda oraya başqa heş kəsin gəlmədiyini, Şahinə heç nə verməyəcəyini demədiyini göstərmişdir. Məhkəmədə elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, X4 onun qohumu olduğunu, uzun müddətdir ki, bir birilərini tanıdığını və dostluq etdiklərini bildirərək mahiyyət üzrə göstərmişdir ki, 15.08.2020-ci il tarixdə Şahin ondan “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili bir günlük sürmək üçün istəmişdir. O, “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili ona sürmək üçün vermişdir. 16.08.2020-ci il tarixdə o, Şahinin mobil telefonuna zəng vurub ondan avtomobilini geri istəmişdir. Şahin ona demişdir ki, dünən yəni 15.08.2020-ci il tarixdə Şahinin bacısı oğlu İlqar onu Sumqayıt şəhərinə aparmasını xahiş etmişdir. Şahin İlqarla razılaşaraq əlil olduğuna görə İlqardan avtomobili idarə etməsini xahiş etmişdir. İlqar ona məxsus “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şahinlə birlikdə Sumqayıt şəhərinə gəlmişdir. Orada İlqar və Şahin Elnur adlı şəxslə görüşmüşdür. Elnur İlqardan borcunu qaytarmasını tələb etmiş, İlqar borcunu qaytara bilməyəcəyini dedikdə Elnur “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilini onun əlindən almışdır. Daha sonra Elnur avtomobilə əyləşərək yüksək sürətlə idarə etməyə başlamışdır. Bu zaman dostu Şahin də həmin avtomobildə əyləşmişdir. Elnur avtomobili idarə edərək Sumqayıt şəhərindəki həyətlərin birinin qarşısındakı qarajların birinə gətirib oraya salmışdır. O, həmin gün Elnurun mobil telefonuna zəng vurub avtomobilini ona qaytarmasını demişdir. Elnur isə onu nalayiq söyüşlərlə təhqir edərək, “get nə istəyirsən et” demişdir. Bundan sonra o, bərk əsəbləşərək həmin gün DİN-nin “102” xidməti mərkəzi zəng sisteminə zəng vurub məlumat vermişdir. Eləcə də o, ifadəsində Şahin Hümbətova “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün verərkən heç bir etibarnamə vermədiyini, çünki Şahinin bir günlük həmin maşını sürəcəyini fikirləşdiyindən ona etibarnamə verməyə lüzum bilmədiyini, ona məxsus “Mersedes GL” markalı, 90 Xn 450 dövlət qeydiyyat nişanlı avtomobilin qiymətinin 20000 ABŞ dolları, yəni 42500 manat təşkil etdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X12 ifadəsində Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıdığını, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Emay” adlı şirniyyat aksesuarları dükanını işlətdiyini, bir neçə dəfə onun dükanından şirniyyat bişirilməsi üçün lazım olan aksesuarlar aldığını, bundan sonra aralarında münasibətlər yarandığını, aralarında normal münasibətlər olduğunu, özünün “xxxx” MMC şirkətinin olduğunu, həmin şirkətin müxtəlif malların topdan satışı ilə məşğul olduğunu bildirərək mahiyyət üzrə göstərmişdir ki, 13.07.2020-ci il tarixdə o, Emin adlı şəxsdən 6 ton miqdarında kilosu 3 manat 80 qəpikdən quru süd məhsulları almışdır. O, sonra Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb ona quru süd məhsullarının olduğunu, həmin quru süd məhsullarının kilosunu 4 manat 20 qəpiyə satmaq istədiyini demişdir. Elnur ondan həmin quru süd məhsullarını 4 manata almaq istədiyini demişdir, o, razılaşmışdır. Səhərisi gün yəni 14.07.2020-ci il tarixdə o, 240 kisəyə doldurulmuş quru süd məhsullarını xatırlamadığı yük maşınına yükləyib Elnurun Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazsindəki “Emay” adlı dükanın yaxınlığındakı anbara gətirib boşaltdırmışdır. Sonra onlar Elnurun evinin yanına getmişdir. O, evindən 24000 manat pul götürüb ona vermişdir. O, Elnurdan ayrılıb getmişdir. Təxminən 1 həftə sonra Elnur onun mobil telefonuna zəng vurub demişdir ki, ona satdığı quru süd məhsulları müştərilərinin xoşuna gəlməyib, ona görə də həmin malları ona qaytarmaq istəyir. O, Elnura etiraz edib demişdir ki, ona mal satdığı gündən 1 həftə keçib, ona görə də pulları qaytara bilməyəcək. Elnur ona demişdir ki, Masazır qəsəbəsindəki duz gölünün yanına gəlsin, orada bu işləri müzakirə edək. O, Masazır qəsəbəsindəki duz gölünün yaxınlığındakı Azpetrol yanacaq doldurma məntəqəsnin yanına getmişdir. Az sonra Elnur oraya gəlmişdir. Onlar razılaşmışlar ki, o, başqa müştəri tapsın, həmin quru süd məhsullarını həmin müştəriyə satsın, onun pulunu Elnura verər. Elnur onunla razılaşmışdır. Sonra o, quru süd məhsullarına müştəri tapa bilməmişdir. Elnurla razılaşmışdır ki, avqust ayının 10-a qədər həmin mallar onun anbarında qalsın. O, həmin malları satıb 18500 manat pulunu ona verəcək. Çünki Elnur 55 kisə quru süd məhsullarını satmışdır. Həmin satışdan əldə etdiyi təxminən 6000 manat gəliri özünə götürmüşdür. 08.08.2020-ci il tarixdə o, başqa müştəri ilə danışdığı üçün Elnurun anbarından 183 kisə quru süd məhsullarını götürmüşdür. O, quru süd məhsullarını həmin müştəriyə satmışdır. Lakin həmin müştəri ona aldığı süd məhsullarının pulunu bir aydan sonra ödəyəcəyini demişdir. Ona görə də Elnura pulu verə bilməmişdir. O, Elnurla yenə də razılaşmışdır ki, 15 avqusta qədər onun pulunu ödəyəcək. 15.08.2020-ci il tarixdə yenə də o, pulu tapa bilməmiş, ona görə də Elnurun 18500 manat pulunu ödəyə bilməmişdir. Elnurla həmin gün mobil telefonda danışdıqda o, pulu tapıb gətirməsini demişdir. O, həmin gün Bakı şəhərində dayısı Şahinin dostu Vüqarın “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərinə Elnurun dükanına getmişdir. Həmin vaxtı dayısı Şahin də onunla birlikdə olmuşdur. O, Elnurun dükana gəlmiş, Elnuru orada görməmişdir. Onun mobil telefonuna zəng vurub dükanının qarşısında olduğunu demişdir. Elnur ona dükanda olduğunu demiş, sonra çölə çıxmışdır. Ondan pulu gətirib-gətirmədiyini soruşmuşdur. O, pulu tapa bilmədiyini, lakin həftənin birinci günü pulu gətirəcəyini demişdir. Elnur həmin vaxtı onu nalayiq sözlərlə təhqir etmişdir.Pul qarşılığında Sonra gəldiyi “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili götürüb gedəcəyini demişdir. O, Elnura həmin avtomobilin ona məxsus olmadığını, ona görə də həmin avtomobili götürməyə səlahiyyətinin olmadığını demişdir. Elnur onun sözlərinə məhəl qoymayaraq gəldiyi “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Həmin vaxtı “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili işə salan “Star stop” pultu onda olmuşdur. Elnur həmin avtomobilin sürücü əyləşən oturacağında əyləşmişdir. O, Elnurun arxasınca gedib ona nə qədər xahiş etsə də o, ona məhəl qoymamışdır. Eləcə də dayısı Şahin də ondan bir neçə dəfə xahiş edərək avtomobili aparmamasını bildirmişdir. Elnur onlara məhəl qoymadığı üçün Şahin avtomobilin qarşı sağ oturacağında Elnurun yanında əyləşmişdir. Həmin vaxtı o, avtomobilin sürücü əyləşən hissəsinə yaxın yerdə olduğundan Elnur avtomobilin star stop düyməsinə toxunan kimi avtomobil işə düşmüşdür. Elnur onlara heç bir məhəl qoymayaraq “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili sürərək çıxıb getmişdir. Təxminən bir saat sonra Elnur başqa avtomobillə oraya gəlmişdir. O, Elnurdan ondan avtomobili geri qaytarmasını tələb etsə də o, avtomobili qaytarmayacağını demişdir. Səhərisi gün dayısının dostu Vüqar DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. O, isə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə ərizə yazıb vermişdir. Eyni zamanda “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildə onun şəxsi geyim əşyaları, şirkətinə məxsus hüquqi sənədlər, möhür, şəxsi notbuk kompüteri, içərisində şirkətiə məxsus biznes kartı, şəxsi kartları, şəxsiyyət vəsiqəsi, 100 manata yaxın pul olan pul kisəsi olmuşdur. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillin özünə məxsus olduğunu, həmin avtomobili onun borcunu qaytarana qədər onda qalacağını demədiyini, həmin avtomobili zorla ondan alıb harasa aparıb saxladığını, Təqsirləndirilən şəxs izahatında yalandan göstərdiyini, onun izahatında “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin həm ona, həm də dayısı Şahinə məxsus olması barədə ziddiyətli ifadə verdiyini, bu da Elnurun məsuliyyətdən yayınmaq üçün ziddiyətli ifadə verdiyini göstərdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid ifadəsindən X6 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 15.08.2020-ci il tarixdə X10 qarşı özbaşınalıq etməsi faktı ilə əlaqədar həmin hadisəni əks etdirən bir ədəd videogörüntü diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin diskdə iki ədəd videogörüntü vardır. Həmin videogörüntünün birincisindən görünür ki, 15.08.2020-ci il tarixdə saat 16:56-da Təqsirləndirilən şəxs “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasına əyləşməyə getmiş, həmin vaxtı X12 onun arxasınca gedərək əli ilə işarə edərək dayanmasını bildirmiş, həmin vaxtı İlqar Eyvazovun qohumu Şahid isə həmin avtomobilin sağ qarşı oturacağında əyləşmişdir. İkinci videogörüntüdən görünür ki, 15.08.2020-ci il tarixdə saat 16:59-da Təqsirləndirilən şəxs “Mersedes GL” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobili sürüb getməyə cəhd edir, İlqar Eyvazov isə həmin avtomobilin getməsinə mane olmaq istəsə də Təqsirləndirilən şəxs ona məhəl qoymayaraq avtomobili sürərək çıxıb gedir. Cinayət işinin materiallarından görünür ki,200730254 saylı cinayət işi 03 sentyabr 2020-ci il tarixində Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi X13 tərəfindən Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki,Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin materiallarında olan 1 nömrəli Sumqayıt şəhər Poliklinikası tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli 678 saylı arayışdan görünür ki. Təqsirləndirilən şəxs poliklinkanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan götürmə və baxış aparılmasına dair 16 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs məxsus Mersedes GL markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt RPİnin istintaq şöbəsinin baş müstəntiqi Şirinov Anar tərəfindən Xətai Yusifovun Sumqayıt şəhəri 48-ci məhəlləərazisində yerləşən qarajından baxış keçirilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzrəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sübutların qiymətləndirilməsinə dair 08 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki,Təqsirləndirilən şəxs özbaşınalıq etməsi ilə bağlı görüntünün olduğu 01 ədəd Disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilən 05.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli 05/Q-711/13 saylı arayışdan və AZ İİ 169769 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs ölüm qeydiyyatıSəbail rayon qeydiyyat şöbəsi tərəfindən 11.03.2021-ci il tarixdə 177 saylı akt qeydi ilə qeydiyyata alınmışdır.Ölüm tarixi 06.03.2021-ci il ,ölüm səbəbi isə kardiogen şok kimi göstərilmişdir. Cinayət işinin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,Zərərçəkmiş şəxs X3 ilə 03.10.1994-cü ildə nikaha daxil olmuşdur. Cinayət işinin materiallarında olan Soltanova Ruhiyyə tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 21 aprel 2021-ci il tarixli Qərarı ilə X2 Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmışdır. Cinayət işinin materiallarında olan Soltanova Ruhiyyə tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs hüquqi varisi kimi Təqsirləndirilən şəxs şikayətçi deyildir və ona qarşı hər hansı bir maddi tələbi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu və məhkəmə araşdırması zamanı elan olunmuş ifadəsi, şahidlərin ifadələri, diskə baxış keçirilməsinə dair protokol və cinayət işin materialları ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə araşdırması zamanı verdiyi ifadəsi özünümüdafiə xarakteri kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağın olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Törətdiyi əməldən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olmaması iş üzrə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı cəzanı yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən, cərimə növündə cəza təyin edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixində 01 gün müddətinə şübhəli şəxs kimi tutulmuşdur. Odur ki, bu nəzərə alınaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəza yüngülləşdirilməli və üzərində qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21 oktyabr 2020-cu il tarixli (iş № 1(060)-493/2020) qərarını icra edərək, 26 oktyabr 2020-cu il tarixli 371 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «xxxx» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu bir gün müddət nəzərə alınmaqla ona təyin olünmüş 2000 (iki min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 1900 (bir min doqquz yüz) manat cərimə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cərimə cəzasının icrası məhkumun yaşayış yeri üzrə-Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: «xxxx» ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-68/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-68/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver