Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-68/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Suqmayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, mənzil 44 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 12 iyul 2021-ci il tarixdə, saat 22:00-da Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman çiynindəki qara rəngli çantanın içərisindən çıxardığı “PRİMA” markalı siqaret qutusunun şəffaf rəngli sellofanı ilə qutu arasında olan hissədən 05 (beş) ədəd ağ rəngli siqaret kağızı bükümləri və həmin siqaret qutusunun içərisindən 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümdü ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,072 qram, 0,082 qram, 0,056 qram, 0,012 qram, 0,073 qram ümumilikdə çəkisi 0,331 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər də Azərbyacan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 12.07.2021-ci il tarixdə təxminən saat 17-18 radələrində yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində evin arxasında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Onu Sumqayıt ŞPİ-nə aparmışlar və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Sumqayıt ŞPİ-nə aparılan zaman onun üzərində 02 (iki) büküm narkotik vasitə olan heroin olmuşdur. Lakin polis əməkdaşları həmin 02 (iki) bükümü bölərək 06 (altı) büküm düzəltmişlər. Sumqayı ŞPİ-də polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Həmin gün onun yaşadığı evə baxış keçirildiyini, narkotik vasitə satıcısı olmadığını, ancaq istifadəçisi olduğunu bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və əlavə olaraq qeyd etmişdir ki, o, əvvəllər də Azərbyacan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 12.07.2021-ci il tarixdə təxminən saat 22:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, buna heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Onlar Pİ-nə gəldikdən sonra xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt onun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanıldı və şəxsi axtarış zamanı çiynindən asılmış vəziyyətdə olan çantadan “PRİMA” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun şəffaf rəngli sellofanı ilə kağız qutusunun arasında 05 (beş) ədəd ağ rəngli siqaret kağızı bükümlərin, həmin siqaret qutusunun içərisində 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə aşkar olunmuşdur. Sorğu zamanı həmin maddənin nə olduğu soruşulan zaman o, bildirmişdir ki, qəhvəyi rəngli maddə “KAKOS”dur. Aşkar olunmuş “KAKOS”u Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən bir bükümünə 05 (beş) manat verməklə şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Onun üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa onun üzərindən 12 manat pul, azadlığın məhdudlaşdırılmıs üçün tətbiq olunan qolbağın idarəetmə aparatı, alışqan, qara rəngli çanta 01 ədəd boyunbağı, qəpik pullar xüsusi əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. İfadədə verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin narkotik vasitədən heç kimə satmamış və ya hədiyyə verməmişdir, narkotik vasitəni aldığı şəxsi tanımır, narkotik vasitələrin satışı ilə məşğul olmur, yüksək miqdarda narkotik vasitə istifadə etdiyi üçün üzərində 06 (altı) ədəd büküm gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis baş leytenantıdır. 12.07.2021-ci il tarixində Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, mənzil 44-də qeydiyyatda olan və yaşayan, məhkumluğu ödənilməmiş, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis serjantı Şahid2, kiçik inspektor polis serjantı Şahid3, Sumqayıt ŞPi-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Şəadət Qənbərovdan, kriminalistik-təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Saat 21:45 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisinə gəlmişlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar 22:00 radələrində Təqsirləndirilən şəxs görüb saxlamışlar və özlərini təqdim etdikdən sonra özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə, gəzdirmək və satmaqda şübhəli bilindiyini və Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə gətirilmişdir. X5 hüquq və vəzifələrin barədə bildiriş və onun hüquqlarını müdafiə edən vəkili Sumqayıt Regional Vəkillər Bürosunun vəkili Günay Cəfərova təqdim edilir və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları təqdiim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman üzərində olan qara rəngli əl çantasının içərisindən 01 ədəd “PRİMA” markalı siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun səffaf sellofanı arasında ağ rəngli kağız bükümlərin olduğu müəyyən olunmuşdur. Həmin bükümlər olduğu yerdən çıxarıldılaraq masanın üzərinə qoyulmuş və sayının 05 (beş) ədəd olduğu müəyyən edilmişdir. Bundan sonra siqaret qutusunun içərisinə baxış keçirilmiş və qutunun içərisindən 01 (bir) ədəd ağ rəngli kağız büküm aşkarlanmışdır. Həmin büküm açılmış və içərisinə baxıldıqda əvvəlki bükümlərin içərisində olan kütləyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulmuş, ümumilikdə 06 (altı) ədəd bükümlərinin içərisində “kakos” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən hər bükümünə 05 (beş) manat ödəyərək aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli siqaret kağızı bükümlər elektron tərəzidə çəkilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Sumqayıt şəhər Pİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 sərbəst ifadə verdikdən sonra ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, onun həmin narkotik vasitəni Sumqayıt şəhərində Corat qəsəbəsi ərazsiində tanımadığı şəxsdən hər bükümünə 05 (beş) manat ödəyərək aldğını bildirmiş, mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri aparılmış, lakin müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında narkotik vasitələrin hamısının ona aid olmaması barədə göstərdikləri həqiqəti əks etdirmir, çünki o özünü müdafiə xarakterli ifadə verir. Təqsirləndirilən şəxs əvvəllər də tutulduğu zaman narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim edir. Sonra qara qısaqol köynəkdə olan şəxsdən özünü təqdim etməsini xahiş edir, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirir. Sonra təhqiqatçı tərəfində Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin əldə edilməsi, saxlanılması, gəzdirilməsi və satılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilməsi qeyd olunur. Sonra mülki geyimdə olan şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin Pİ- nin CAŞ-nin kiçik inspektoru Şahid2, kiçik inspektoru Şahid3 və əməliyyat müvəkkili Şahid1 olduqlarını bildirirlər. X2 hüquqlarını müdafiə edən vəkili Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili Günay Cəfərova təqdim edilir. Saxlanılan şəxs hüquq və vəzifələrin barədə bildiriş təqdim edilir. Sonra etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş edilir. Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisindən 01 (bir) ədəd “PRİMA” markalı siqaret qutusunu təqdim edir. Siqaret qutusu görüntülənən zaman qutu ilə şəffaf sellofan arasında ağ rəngli kağız bükümlərin olduğu müəyyən olunur. Şəffaf sellofan siqaret qutusundan çıxarılır və bükümlər masanın üzərinə qoyularaq sayılır. Həmin anda müdafiəçi Günay Cəfərova həmin bükümlərin Təqsirləndirilən şəxs məxsus olması ilə bağlı sual ünvanlayır. Təqsirləndirilən şəxs uca səslə özünə məxsus olmasını qeyd edir. Sonra bükümlərin sayının 05 (beş) ədəd olduğu müəyyən olunur. Müdafiəçi Günay Cəfərovanın saxlanılan zaman həmin bükümlərin üzərində olması il bağlı sualına Təqsirləndirilən şəxs “bəli” deyərək cavab verir. Bükümlərdən bir-bir açılaraq baxılır və içərisində ilkin baxışdan qəhvəyi rəngli kütlənin olması və narkotik vasitə olan heroinə bənzər kütlənin olması müşahidə olunur. Sonra təhqiqatçı həmin bükümlərin içərisində nə olduğu soruşur və Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni evdən götürdüyünü bildirir. Bundan sonra vəkil X6 Şamilovdan saxlanılan zaman ona qarşı hər-hansı bir təyziqin və işgəncənin olması ilə bağlı sual verir. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir zorla və işgəncə ilə qarşılaşmadığını bildirdi. Sonra vəkilin sualına cavab olaraq həmin kütlənin özünə məxsus olmasını bildirir. Sonra həmin bükümlər birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,51 qram olması müəyyən olunur. Sonra siqaret qutusuna təkrar baxıldıqda qutunun içərisindən 01 (bir) ədəd ağ rəngli büküm aşkarlanır. Həmin büküm açılır və içərisində əvvəlki bükümlərin içərisində olan bükümlərə oxşar kütlə aşkar olunur. Bundan sonra həmin bükümdə digər 05 (beş) ədəd bükümlə birlikdə elektron tərəzidə çəkilir. Çəkinin ümumilikdə 0,55 qram olması müəyyən olunur. Sonra siqaret qutusunun içərisindəki bütün siqaretlər çıxarılır və tamamilə boş olduğu və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olması müəyyən olunur. Sonra üzərində olan əl çantasına və əynindəki paltarlara baxış keçirilir və qanunla qadağan olunmuş hər hansı bir predmet əldə olunmur. Sonra təhqiqatçı həmin narkotik vasitəni kimdən alması və neçəyə alması barədə sual verir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümü 05 (beş) manata Corat qəsəbəsində tanımadığı şəxdən aldığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlər ekspertizaya göndərilməsindən ötrü qablaşdırılır, qablaşdırma mühürlənir və bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13.07.2021-ci il tarixli, 6/2807 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən.ş..” sözləri olan bir ədəd zərfdəki alı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qr., 0,072 qr, 0,082 qr., 0,056 qr., 0,012 qr., 0,073 qr., ümumi təmiz çəkisi 0,331 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,331 qram, tədqiqata sərf edildi – 0,120 qram, qalıq – 0,211 qram. Məhkəmə-narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli, 3244 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.07.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli qərarına əsasən 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12.07.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,331 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,211 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 21.08.2021-ci il tarixli, 730479-12-19/3 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər və tutulduğu zaman narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da onun narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-337/2020 saylı, 05.10.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AzərbaycanRespublikası CM-nin 83.3.3-cü maddəsində isə qeyd olunmuşdur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş şəxs hesab olunurlar. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-116/2022 saylı, 04.03.2022-ci il tarixli qərarından görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-337/2020 saylı, 05.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 1385 saylı, 12.04.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 337/2020 saylı, 05.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatdan keçmişdir, cəzanın çəkilməmiş hissəsi 03 (üç) ay 18 (on səkkz) gün təşkil edir. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan MSY-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, 13.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində “hər iki qolları cızıq, hər iki ayaqları dizdən aşağı yara, sol ayağının baldır nahiyəsi göyərmiş” kimi əlamətlər qeyd olunmuş və şikayəti yoxdur. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi” haqqında 18.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı şəhər prokurorluğunda toplanmış 418 C-21 №-li material üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin sorğusuna cavab olaraq ünvanlanmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının 15.04.2022-ci il tarixli, **********8 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialında əmək pensiyası, müavinət, təqaüd alan kimi qeydiyyatda deyil, 25.05.2016-cı il tarixdən 31.05.2021-ci il tarixədək 3-cü qrup əlilliyə görə müavinət alan kimi qeydiyyatda olmuşdur. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 06 (altı) bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun üzərində narkotik vasitənin 06 (altı) bükümdə olmasına istinad etmiş, Ş.Həzrətovun satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmişdir. İbtidai istintaq zamanı və məhkəmə iclasında isə Ş.Həzrətov özünü qismən təqsirli bilərək həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmiş, şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 06 (altı) ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-337/2020 saylı, 05.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, üzərində qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 12.07.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,331 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,211 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 05.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 01 ( bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,211 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(060)-68/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-68/2022
03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver