Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-68/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, Nəsibova Natəvan Elxan qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Qusar rayonu, Cibir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qusar rayonu, Cibir kəndində fərdi nömrəsiz yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilində mətbəx mebeli və dəhlizə 01 (bir) ədəd paltar dolabı hazırlayıb quraşdıracağı barədə yalan vəd verməklə aldadıb həmin işin görülməsi müqabilində sonuncunun ona olan inam və etibarından sui-istifadə edib aldatma yolu ilə 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs yaşadığı mənzilində 1.350 manat pulu nağd şəkildə ələ keçirərək verdiyi vədi yerinə yetirməyib zərərçəkmiş şəxsə 1.350 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qusar rayonu, Cibir kəndində fərdi nömrəsiz yaşayış evində yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur, mebel ustası işləyir. Belə ki, təxminən 2023-cü ilin avqust ayında Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 6/11 nömrəli 5 mərtəbəli yaşayış binasında Tahir adlı şəxsin mənzilində usta kimi işləmiş, həmin ərəfələrdə Tahirin yaşadığı blokda 3-cü mərtəbədə yaşayan Şahnisə adlı yaşlı qadınla iş əsnasında tanış olmuş, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şahnisə adlı yaşlı qadın ondan mənzilinə mətbəx mebeli və dəhlizə dolab düzəltməyi xahiş eləmişdir. Həmin vaxtı 2023-cü ilin avqust ayının ortalarında həmin qadının evində Şahnisə xanımla işi əvvəlcə 1.900 manata danışmış, sonuncu onunla razı olmayıb işi baha gördüyünü demiş, o da endirim edərək işi Şahnisə xanıma 1.350 manata işi görməyə razılıq verib öhdəsinə götürmüşdür. 2023-cü ilin avqust ayının ortalarında Şahnisə evində ona 1.350 manat pulu nağd şəkildə əlbəl verib ondan işi hansı müddətə görə biləcəyini soruşanda o, bir ay ərzində mebeli yığacağını bildirmişdir. Həmin ərəfələrdə onun anası xəstələndiyi üçün o, bir iki həftə işə çıxa bilməmişdir. Bir müddət sonra Şahnisə xanımın mənzilinə getmiş, lakin digər yerlərdə başqa yarımçıq qalan işləri olduğundan sonuncunun işini görə bilməmişdir. Daha sonra anası xəstəlik səbəbindən dünyasını dəyişdiyindən onun bütün işləri yarımçıq qalmış, bu səbəbdən Şahnisə xanıma söz verdiyi mebelləri yığa bilməmişdir. O, Zərərçəkmiş şəxs mənzilinə mebeli düzəldib yığmamağını anasının xəstəliyi ilə izah etmişdir. O, Zərərçəkmiş şəxs aldığı 1.350 manat pul müqabilində sonuncunun evinə mətbəx mebeli və dəhzilə dolab yığmamış, əldə etdiyi 1.350 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, onunla barışmış, sonuncunun ona qarşı şikayət və tələbi qalmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmişlə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iclaslarının onun iştirakı olmadan keçrilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödəmiş, sonuncuya qarşı şikayət tələbi yoxdur, barışmışlar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Belə ki, o, 2023-cü il tarixdə avqust ayında əvvəllər yaşadığı H.Z.Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə hal-hazırda yaşadığı ünvana köçmüşdür. Onun himayəsində iki nəfər oğlu, böyüyü İ Qarabağ müharibəsi iştirakçısı olan İİ qrup əlil Şahid1 və digər balaca oğlu Şahid2 ilə birlikdə yaşamışdır. İkinci oğlu da əsəb xəstəsidir, yataq şəraitində müalicə alır, sonuncuya da özü baxmışdır. Təzə evə köçəndən sonra qonşuluqda yaşayan bir nəfər Tahir adlı qonşusunun evində işləyən özünü usta kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olub sonuncu ilə avqust ayında onun bir otaqlı evinə mətbəx mebeli, qonaq otağına və dəhlizdə olmaqla iki ədəd paltar dolabı düzəltməyi razılaşmışdır. Həmin vaxtı 2023-cü ilin avqust ayının ortalarında o, evində Təqsirləndirilən şəxsla işi əvvəlcə 1900 manata danışmış, daha sonra o, razı olmayıb Ramikə işin baha olduğunu demişdir. Ramik işi 1350 manata razılaşıb görməyi öz öhdəsinə götürmüşdür. Danışıq zamanı oğulları da yanında olmuşdur. O, həmin tarixdə, yəni, 2023-cü ilin avqust ayının ortalarında yaşadığı ünvanda oğlu Mikayıl və Elmanın yanında Təqsirləndirilən şəxs 1350 manat pulu nağdı şəkildə əlbəl vermiş, Ramik də bir ay ərzində mebeli yığmağına dair ona söz vermişdir. Lakin o, 1350 manat pulu Ramikə verdikdən sonra Ramik bir iki həftə görünməmiş, bir müddət sonra Ramik gəlib demişdir ki, guya digər yerlərdə başqa yarımçıq qalan işləri var, onları görüb gəlib onun sirafişini yerinə yetirəcək. Lakin xeyli müddət keçməsinə baxmayaraq Ramik gəlib ünvana mebelləri yığmamışdır. Bu hərəkətləri ilə Ramik onu aldadıb 2024-cü ilin fevral ayınadək heç bir mebel düzəldib gətirib quraşdırmamışdır. Sonra 2024-cü ilin mart ayında Novruz bayramından qabaq Ramik onun evinə gəlmişdir. Həmin vaxt Ramik mebeli hazır eləməsə də, onu inandırmağa çalışmışdır ki, evinin hamam və sanitar qovşağının kafel-metlağını yeniləmək lazımdı, o da razılaşmışdır ki, Ramik işi görüb ardınca da mebeli yığacaq. Ramiklə işi 200 manat müqabilində görəcəyi barədə razılaşmışdır. Həmin ərəfədə ondan aşağı mərtəbədə yaşayan Tahir adlı qonşusunun işini görə-görə Ramik onun evində də bir həftə ərzində işləyib işi tam görməyib sonda ondan 150 manat pul almışdır. Həmin vaxt o, Ramikə demişdir ki, qalan xırda-para işləri yerinə yetir qalıq qalan 50 manatı da versin. Lakin Ramik həmin işi də yarımçıq qoyub axıra kimi görməmişdir. Ramikin etibarsız adam olması səbəbindən qalıq qalan 50 manatı verməmişdir. 2024-cü ilin mart ayından sonra o, Ramiki ümumiyyətlə görməmişdir. O, dəfələrlə Ramiklə əlaqə yaratmağa çalışmış, lakin sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Ona görə də o, Ramikin onu aldadıb eribarından sui istifadə edib ona qarşı dələduzluq etdiyini başa düşüb bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 1350 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “Cinayət işinin başlanması haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.( i.v 1); “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* №-li cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Eldar Şükürov tərəfindən icraatına götürülərək istintaqı davam etdirilmişdir. (i.v.17); “Məcburi gətirilmə haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün təxirə salınmadan məcburi qaydada Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilmişdir. (i.v.47); “Sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsinə dair” 15 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs məhdudiyyətlər siyahısına daxil edilmişdir. (i.v.49); “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində Zaqatala rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v. 59-60); “Şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.51); 05 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 83-84); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 05 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 91-93); “zərər çəkmiş şəxsin dindirilməsi haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində ifadəsi alınmışdır. (i.v.27-30); “cinayət işi üzrə icraatın təzələnməsi barədə” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. (i.v.61); “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 06 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 94-95); “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 sentyabr 2024cü il tarixli protokol və ifadənin yerində yoxlanılması haqqında protokola əlavədən görünür ki, ifadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş, çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. (i.v. 97-101); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.1999-cu ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə əvvəlki CM-nin 241 M “V” bəndi ilə komandanlığın nəzarəti altına verilməklə cəzadan azad edilmişdir. (i.v.102- 103); “sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v. 104-109); Zərərçəkmiş şəxs 03 dekabr 2024-cü il tarixli ərizəsi və ona əlavə olunmuş qəbzdən görünür ki, CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərərfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. 305.1-ci maddəyə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. 305.2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarını və zərəçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsini nəzər alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-68/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-68/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver