Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-681/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,300 qram, 0,242 qram, ümumi təmiz çəkisi 0,797 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan narkotik vasitə-heroini və 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,148 qram və 0,109 qram, ümumi təmiz çəkisi 0,257 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 aprel 2022-ci il tarixdə, saat 17:00da Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmov küçəsi ərazisində yerləşən köhnə kitabxananın qarşısında saxlanılaraq PB-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf polietilen sellofanın içərisində saxladığı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,300 qram, 0,242 qram, ümumi təmiz çəkisi 0,797 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan narkotik vasitə-heroin və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,148 qram və 0,109 qram, ümumi təmiz çəkisi 0,257 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir müddətdir ki narkotik vasitə qəbul edirdi. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, köhnə kitabxana adlanan yerin yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Sonra üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 4-cü PB-yə getmişdir. Onlar PB-yə getdikdən sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı ona izah olunub hüquq və vəzifələri barədə bildiriş və eləcə də hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməyi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan Salamov Nizami tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Salamov Nizami gələndən sonra onun razılığı və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanmışdır. Təhqiqatçı özünü təqdim etdikdən sonra o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ardınca təhqiqatçı onun narkotik vastələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4cü PB-nə gətirilməyini elan edib, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim edərək tanış olmağını bildirmişdir. Sonra təhqiqatçı onu polis bölməsinə gətirmiş mülki geyimli polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş etmişdir. Həmin polis əməkdaşları növbə ilə özlərini təqdim edərək Sumqayıt ŞPl-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və əməliyyat müvəkkili polis kapitanı Şahid2 olduqlarını bildirmişlər. O, hüquq və vəzifələri barədə bildirişlə tanış olduqdan sonra, təhqiqatçı onun hüquqlarını müdafiə edəcək vəkil Salamov Nizamini təqdim etmişdir. Bundan sonra təhqiqatçı ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir vasitə vardırsa təqdim etməyini xahiş etmişdir. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 3 büküm narkotik vasitə “heroin” və 2 büküm “şüşə” adlandırılan psixotrop maddə metamfetamin kütlələri olan şəffaf polietilen sellofan bükümünü çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan bükülü təhqiqatçı tərəfindən açıldıqda, bükülünün içərisində 5 ədəd qızılı rəngli siqaret kağızı bükümləri olması müəyyən edilmişdir. Sonra təhqiqatçı sözügedən siqaret kağızı bükümlərini açmağa başlamışdır. İlk açılan bükümün içərisində qəhvəyi rəngli toz halında, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı aşkar olunan kütlənin nə olduğunu soruşduqda həmin kütlənin narkotik vasitə heroin olduğunu, təqdim etdiyi bükümlərdən 3 bükümün içərisində heroin, digər 2 bükümün içərisində isə “şüşə” olduğunu bildirmişdir. Təhqiqatçı onun təqdim etdiyi digər 4 ədəd siqaret kağızı bükümlərini də açmağa davam etmiş və həmin bükümlərdən 3 bükümünün içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər kütlə və 2 bükümün içərisində isə ağ rəngli kristal dənəciklərdən ibarət psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı, təqdim etdiyi 3 ədəd narkotik vasitəyə bənzər kütlə bükümlərini və 2 ədəd psixotrop maddəyə bənzər kütlə bükümlərini büküldükləri siqaret kağızları ilə birlikdə növbə ilə elektron tərəzi vasitəsilə çəkilərini ölçmüşdür. Çəkiləri ölçülən 3 ədəd, qəhvəyi rəngli, toz halında olan narkotik vasitəyə bənzər kütlə bükümlərinin ayrı-ayrılıqda çəkiləri 0,61; 0,40; 0,45 qram və 2 ədəd kristal dənəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə bükümlərinin ayrı-ayrılıqda çəkiləri 0,23; 0,20 qram olması müəyyən edilmişdir. Təhqiqatçı, sözügedən 3 ədəd, qəhvəyi rəngli, toz halında olan narkotik vasitəyə bənzər kütlə bükümlərinin birlikdə çəkisini ölçmüş və ümumi çəkisinin 1,43 qram olması müəyyən edilmişdir. Həmçinin təhqiqatçı 2 ədəd kristal dənəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə bükümlərinin birlikdə çəkisini ölmüş və ümumi çəkisinin 0,41 qram olması müəyyən edilmişdir. Onun təqdim etdiyi 3 büküm narkotik vasitəyə bənzər kütlənin və eləcə də 2 büküm psixotrop maddəyə bənzər 2 büküm kütlənin çəkiləri ölçüldükdən sonra, təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi məqsədi ilə zərfə qoyularaq qablaşdırılmışdır. Sonra onun üzərinə axtarış keçirilsə də üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. O, vəkil Nizami Salamovun suallarını cavablandıraraq saxlanılarkən ona qarşı hər hansı bir zor tətbiq edilmədiyini, heç bir şikayəti olmadığını bildirmişdir. Həmçinin, o təhqiqatçmm suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər və psixotrop maddəyə bənzər kütlə bükümlərini Novxanı ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat ödəyərək aldığını, polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 15 aprel 2022-ci il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmov küçəsində yerləşən köhnə kitabxananın qarşısında o və 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılaraq ona polis əməkdaşları olduqlarını bildirib, saxlanılmasının səbəbini izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün 4-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 4-cü PB-yə getmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Kənan Hacıyev özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra o və digər polis əməkdaşı Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Salamov Nizami təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunan hər hansı əşya, vasitə varsa təqdim etməyi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən 5 ədəd büküm aşkar edilmişdir. Həmin 5 ədəd büküm açıldıqda 3 ədəd bükümün içərisindən qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddələr, 2 ədəd büküm açıldıqda isə içərisindən ağ rəngli psixotrop maddə-metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq 3 ədəd bükümdə qəhvəyi rəngli maddələrin heroin olduğunu, 2 ədəd bükümdə ağ rəngli maddələrin isə “Şüşə” olduğunu bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə içərisində qəhvəyi rəngli maddələr olan bükümlərin ayrı-ayrılıqda çəkilərinin 0,61; 0,40; 0,45 qram, ümumilikdə isə 1,43 qram olduğu, içərisində ağ rəngli maddələr olan bükümlərin ayrı-ayrılıqda çəkilərinin 0,23; 0,20 qram, ümumilikdə isə 0,41 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş bükümlər qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq hər hansı təzyiq, işgəncəyə məruz qalmadığını, təqdim etdiyi maddələri Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra videoçəkiliş yekunlaşmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2170 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət.Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddələr” yazısı və imzalar olan zərfdəki, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,255 qram, 0,300 qram, 0,242 qram, ümumi təmiz çəkisi 0,797 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,148 qram və 0,109 qram, ümumi təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Heroinin ümumi təmiz çəkisi-0,797 qram, tədqiqata sərf edildi: ümumi 0,15 qram, qalıq- 0,647 qram. Metamfetaminin ümumi təmiz çəkisi: 0,257 qram, tədqiqata sərf edildi: ümumi 0,08 qram, qalıq: 0,177 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2018 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlu vardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 4(060)325/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin İŞ-nin icraatında olan ********* saylı cinayət işi üzrə barəsində 23 oktyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində hazırkli cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və onun hazırda yuxarıda göstərilən cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı hazırki hökm üzrə 04 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə CMnin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun 26 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsindən imtina edilmiş və ibtidai istintaq orqanının 26 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan cinayət işinin icraatına hissəvi xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən hissəvi xitam verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 15 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək və 24 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək olan müddət, yəni 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,647 qram narkotik vasitə olan heroin və qalıq qalmış ümumi təmiz çəkisi 0,177 qram psixotrop madd metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli (İş № 1(060)-681/2022) qərarını icra edərək, 19 avqust 2022-ci il tarixli 1233 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 0,647 qram narkotik vasitə olan heroin və qalıq qalmış ümumi təmiz çəkisi 0,177 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-681/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-681/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver