Məhkəmə qərarları › İş №1(060)-682/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-682/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-682/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Qilican kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Metallurq küçəsi 1 saylı Ağac Emalı zavodunun inzibati binasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə istintaqa şəxsiyyətləri məlum olmayan şəxslərlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 3* mart 2*22-ci il tarixdə, gecə saat *1 radələrində "xxxx" ASC-nin Sumqayıt şəhəri ərazisində yerləşən “Aliminium” zavodunun həyətinə qanunsuz daxil olub orada müqaviləsi əsasında işləyən "xxxx" MMCnin demontaj işləri gördüyü ərazidən hissə-hissə sonuncuya məxsus hər birinin çəkisi 1.55* kiloqram, uzunluğu 12 metr, eni 55* mm, qiyməti 18** manat olmaqla ümumilikdə 72** (yeddi min iki yüz) manat dəyərində *4 ədəd metal ikitavr dirəklərini və çəkisi 1.2** kiloqram, uzunluğu *6 metr, qiyməti 145* (min dörd yüz əlli) manat dəyərində *1 ədəd kran yolunu orada olan dəmir kəsən mişarla üç hissəyə bölüb aparmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC şirkətinə 865* (səkkiz min altı yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, heç yerdə işləmədiyindən metal yığmaqla məşğul olur. Belə ki, küçələrdən yığdığı metal məmulatlarını Sumqayıt şəhəri ərazisində yerləşən metal qəbulu məntəqələrinə kiloqramı 42 qəpikdən təhvil verir. Sumqayıt şəhəri ərazisində yerləşən "xxxx" ASC-nin ərazisində böyük anbar demontaj olunması və demontaj olunan dəmir məmulatların iki gündən bir şirkət tərəfindən daşınması barədə məlumat əldə etdiyindən həmin anbardan demontaj olunmuş metalları oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 3* mart 2*22-ci il tarixə keçən gecə özünə məxsus araba ilə həmin zavodun arxa tərəfində olan hasarın dağılmış hissəsinə yaxınlaşmış və həmin yerdən həyətə daxil olub, demontaj olunan anbara yaxınlaşmışdır. Anbarın yaxınlığında demontaj olunan hissələr düzülmüş və uzunluqları 9 metrdən 12 metrə kimi olmuşdur. Həmin vaxt anbarda işləyən fəhlələrin dəmirkəsən mişarları da orada saxladığını görüb həmin dəmir kəsən mişarla dəmirləri 3 metrlik hissələrə bölmüş, tanımadığı şəxslərin köməyi ilə araba yükləyərək yaxınlıqda olan Qamətə məxsus metal qəbulu məntəqəsinin qarşısına aparmış, gecə yarı olduğundan Qamət orada olmamış, yalnız gözətçi orada olmuşdur. Ümumilikdə 6 dəfəyə həmin yerdən dəmir konstruksiyaları oğurlayaraq səhərə kimi metal qəbulu məntəqəsinə daşıyıb səhər Qamətin gəlməsini gözləmiş, səhər saat *9 radələrində Qamət məntəqəyə gəldikdə ona özünə məxsus dəmir məmulatlarını satmaq istədiyini bildirmişdir. Qamət şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb kitabda müvafiq qeydiyyat apardıqdan sonra onun gecə ərzində daşıdığı metalı tərəzidə ölçmüş və ümumi çəkisinin 7 ton 33* kiloqram olmasını müəyyən etmiş və əvəzində ona 315* manat pul vermişdir. Qeyd etmək istəyir ki, oğurluq zamanı ona köməklik etmiş şəxsləri tanımır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərşəkmiş şəxsə dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin onun barəsində şikayət və tələbinin olmadığını, bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, montaj və demontaj işləri ilə məşğul olan "xxxx" şirkətinin iş icraçısı vəzifəsində çalışır. İşlədiyi şirkət rəsmi bağlanmış müqavilə əsasında montaj və demontaj işləri ilə məşğul olur. 2*21-ci ilin avqust ayında şirkəti ilə Sumqayıt "xxxx" ASC arasında həmin ASC-yə məxsus aliminium zavodunun anbarının demontajı ilə əlaqədar müqavilə bağlanmış, müqaviləyə uyğun olaraq 2*21-ci ilin avqust ayından halhazıra kimi şirkət tərəfindən qeyd olunan anbarın demontajı həyata keçirilir və sökülən anbarın hissələri demontaj olunaraq həmin anbarın həyətinə gündəlik olaraq yığılır. "xxxx" ASC ilə bağlanan müqaviləyə əsasən sökülən bütün tikinti materiallarının "xxxx" şirkətinə məxsusdur. 2*21-ci ilin avqust ayından hal-hazıra kimi anbarın söküntü işlərinin 8* daizi həyata keçirilmiş və hər iki gündən bir sökülmüş materiallar şirkət tərəfindən oradan daşınır. 28-29 mart 2*22-ci il tarixlərdə şirkətin əməkdaşları tərəfindən anbarın söküntü işlərinin davam etdirilmiş və həmin iki gün ərzində sökülmüş tikinti materialları da əvvəlki qaydada anbarın həyətində yığılmışdır. 3* mart 2*22-ci il tarixdə səhər ona şirkətdə fəhlə işləyən Ülvi və Əfqən adlı şəxslər zəng vuraraq gecə naməlum şəxs və ya şəxslər tərəfindən iki gün ərzində sökülən tikinti materiallarının oğurlaması barədə məlumat verdikdə dərhal həmin yerə getmiş və naməlum şəxs tərəfindən 3* mart 2*22-ci il tarixə keçən gecə həmin anbarın həyətinə daxil olunaraq demontaj olunmuş və "xxxx" şirkətinə məxsus olan *9 ədəd hər biri 155* kiloqram çəkidə 12 metr uzunluğu və 55* mm eni olan metal ikitavr dirəkləri, *4 ədəd hər biri 175* kiloqram çəkidə metal ferma və *2 ədəd *6 metr uzunluğu, hər birinin çəkisi 12** kiloqram olan kran yolunu oğurlayaraq şirkətə cəmi 26.*** manat məbləğində maddi ziyan vurduğunu müəyyən etmiş, oğurlanmış materialların axtarışı ilə məşğul olarkən oğurlanmış metalın təxminən *8 tona yaxınının elə anbardan təxminən 5**-6** metr aralıda yerləşən Qamət adlı şəxsin işlətdiyi metal qəbul məntəqəsinə verildiyini müəyyən etmişdir. Bundan bir neçə gün sonra oğurlanmış bildiyi *9 ədəd metal ikitavrdan 5-nin, ferma konstruksiyasının hamısının, kran yolunun ikisindən birinin hadisədən bir gün əvvəl şirkətin digər əməkdaşları tərəfindən avtomaşına yüklənərək aparıb şirkətə təhvil verildiyini müəyyən etmiş, beləliklə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən yalnız 4 ədəd metal ikitavr dirək və 1 ədəd kran yolunun oğurlanmasını müəyyən olunmuşdur. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, bu səbəbdən də ondan şikayətçi deyildir. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini Məhkəmən xahiş edir. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən Məhkəməyə ünvanlanmış 14.*9.2*22-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2*2*-ci ilin oktyabr ayından "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. Şirkətin fəaliyyətinin əsas istiqaməti dəmir-metal məmulatlarının əridilib daha sonra külçə şəklində satılmasıdır. Həmçinin şirkətin öz zavodunda əridilməsi üçün metal qəbulu məntəqələri vardır, həmin məntəqələrdən biri də Sumqayıt şəhəri Y.Məmmədov küçəsi 8* ünvanında yerləşir. Məntəqənin əsas işi vətəndaşlar tərəfindən təhvil verilən metalı 35 qəpikdən təhvil almaq daha sonra isə yığılan metalı şirkətin zavodunda əridilib profil formasına salınmasıdır. Boş vaxtlarında həmin məntəqəyə gedib metal qəbulu ilə məşğul olur. 3* mart 2*22-ci tarixdə, səhər saat *8 radələrində həmin metal qəbulu məntəqəsinə gəldikdə ilk dəfə gördüyü özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ona gecə məntəqəyə 7 ton 33* kiloqram metal gətirdiyini və həmin metalın özünə məxsus olması barədə məlumat verdikdə ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ona şəxsiyyət vəsiqəsini təqdim etmiş və məntəqəyə gətirdiyi metalın özünə məxsus olduğunu bildirmişdir. Orxanın şəxsiyyət vəsiqəsinin surətini çıxardıqdan sonra kitabda qeydiyyat aparıb oraya Təqsirləndirilən şəxs imza etdirmiş, bundan sonra isə onun təqdim etdiyi metalın tərəzidə çəkərək əvəzinə 315* manat pulu sayaraq ona vermişdir. Daha sonra Orxan adlı şəxs getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 da cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan *1.*4.2*22-ci il tarixli qərardan görünür ki, toplanmış HK- 1/278 nömrəli material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 22*73*235 nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan *1.*3.2*22-ci il tarixli icarə müqaviləsindən görünür ki, bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən “Cəlil” çoxsahəli kiçik müəssisəsinin direktoru X1 və digər tərəfdən “X4 of Az Metal” MMC-nin direktoru Şahid1 şəxsində icraə müqaviləsi bağlanmışdır. İş materiallarında olan *1.*4.2*22-ci il tarixli qərardan görünür ki, 22*73*235 nömrəli cinayət işi üzrə "xxxx" MMC-nin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün müvəkkil edilmiş Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan *1.*4.2*22-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs *1 aprel 2*22-ci il tarixdə, saat 19:3*-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan *2.*4.2*22-ci il tarixli qərardan görünür ki, 22*73*235 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan *2.*4.2*22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş *7.*4.2*22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Qubadlı rayonu İcra Hakimiyyəti Başçısının Xocahan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası-15.*9.1972-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Qubadlı rayonu İcra Hakimiyyəti Başçısının Xocahan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/44*4 saylı, 22.*6.2*22-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən metalların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 271**,** manat müəyyən olunmuşdur. İş materiallarında olan *1.*8.2*22-ci “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmaqla ona həmin maddələrlə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində cinayətin törədilməsində iştirak etmiş şəxslər müəyyən olunmadığından həmin şəxslərin gələcəkdə müəyyən olunması və məsuliyyətə cəlb olunması məqsədi ilə 22*73*235 saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin ayrılması, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs oğurlamış olduğu "xxxx" şirkətinə məxsus 7 ton 33* kq çəkidə dəmir-metal məmulatları maddi sübut kimi tanınması və Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 8* ünvanında yerləşən metal qəbulu məntəqəsində saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan *1.*8.2*22-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 22*73*235 saylı cinayət işindən O.Vediyevlə cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs şəklində iştirak etmiş şəxslər barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 22*73*553 saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan *1.*8.2*22-ci il tarixli qərardan görünür ki, 22*73*235 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.*1.2**4-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” *3.*3.2**5-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.*7.2**4-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.*6.2*15-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 6*-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” *2.*4.2*12-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.1*-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2**3-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs qızına azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Bu qənaətə gələrkən məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ziyanın ödənilməsi və şikayətinin olmadığını onun barəsində daha sərt cəza seçilməsi ilə ailə şəraitinə mənfi təsir göstərəcəyini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs *1.*4.2*22-ci il tarixdən *2.*4.2*22-ci il tarixədək tutulduğu *1 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs işlə təmin edilməsinə şəraitinin daha əlverişli olması üçün və Abşeron rayonu, Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudları kimi müəyyən edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 8* ünvanında yerləşən metal qəbulu məntəqəsinə verilmiş "xxxx" şirkətinə məxsus 7 ton 33* kq çəkidə dəmir-metal məmulatlara görə təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam ödənildiyindən, məntəqə tərəfindən həmin dəmir-metalın məmulatların dəyəri ödəməklə aldığı üçün 7 ton 33* kq çəkidə dəmir-metal məmulatlar Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 8* ünvanında yerləşən metal qəbulu məntəqəsinə verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 5*,** (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 17**326621 Hesab Z 34CTRE*************2*885*1) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.*8.2*22-ci il tarixli (iş № 1(*6*)-682/2*22) qərarını icra edərək, 19.*8.2*22-ci il tarixli 1231 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 1* (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin *1 fevral 2**1-ci il tarixli 31 saylı qərarına (*3.*5.2*18-ci il tarixli 2*2 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 6* (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 5*AİİB4**6**C9447*72833214 VÖEN: 99****3611) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxsı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona *2 (iki) il *9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu *1 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq *2 (iki) il *8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qızı yaşadığı Sumqayıt şəhəri, Metallurq küçəsi 1 saylı Ağac Emalı zavodunun inzibati binasını axşam saat 22:**-dan səhər saat *7:**-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs qızının cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 7 ton 33* kq çəkidə dəmir-metal məmulatları Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 8* ünvanında yerləşən metal qəbulu məntəqəsinə verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 5*,** (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 17**326621 Hesab Z34CTRE*************2*885*1) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 1* (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6* (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına hesab № AZ 5*AİİB4**6**C9447*72833214 VÖEN: 99****3611) köçürülsün. Hökmdən 2* (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 2* (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar