Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-682/2024 23.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 25 sentyabr 1980-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 4-cü mkr., ev 30/80, mənzil 2-də qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 171 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya oğlu Mahir Cavadovu Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında mühafizəçi vəzifəsinə düzəltdirəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin sentyabr ayının ilk on günlüyündə dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsinin giriş hissəsində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs aldığı 2000 manat, həmin ayda dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 37 saylı binanın qarşısında aldığı 1000 manat, 2022-ci ilin noyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi 137 saylı evin qarşısında aldığı 300 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3300 (üç min üç yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, səhhəti ilə əlaqədar tez-tez Sumqayıt şəhəri Təcili tibbi yardım xəstəxanasına gedib-gəlirmiş. Həmin vaxt Təcili tibbi yardım xəstəxanasında sürücü işləyən Zərərçəkmiş şəxsla görüşüb, tez-tez söhbət edirmişlər. 2022-ci ilin sentyabr ayında Vahid oğlu Mahir Cavadovun işsiz olduğunu və onu işə düzldə bilmədiyini bildirmişdir. Həmin vaxt o, Vahidə oğlunu Təcili tibbi yardım xəstəxanasına mühafiəzçi işinə düzəldə biləcəyini bildirmiş və bunun üçün 3300 manat pul lazım olduğunu bildirmişdir. Vahid onun bu təklifini qəbul etmiş və ona həmin məbləği hissə-hisə verə biləcəyini bildirmişdir. Bundan sonra yəni, 2022-ci ilin sentyabr ayının ilk on günlüyündə dəqiq gününü xatırlamadığı tarixdə Vahidlə Corat qəsəbəsinin girişində “Oba” marketin yanında görüşüb ondan 2000 manat pul götürmüş və qalan məbləğidə verdikdən sonra Mahirin işə düzəlməsiylə bağlı əmri veriləcəiyini bildirmişdir. Bundan 10 gün sonra Vahidlə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində binanın qarşısında görüşüb ondan 1000 manat məbləğində pul almışdır. Bundan iki ay sonra, yəni 2022-ci ilin noyabr ayının sonlarında dəqiq gününü xatırlamadığı tarixdə Vahid Corat qəsəbəsində yaşadığı evin qarşısında qalan 300 manatı da vermişdir. Aldığı həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Sorğu zamanı o, Zərərçəkmiş şəxs 3.300 manat məbləğində pulu 2022-cü ilin sentyabr ayından noyabr ayınadək olan müddət ərzində Sumqayıt şəhər ərazisində oğlu Mahiri işə düzəltmək adı ilə almış, lakin şəxsi ehtiyaclarına xərcləmişdir. O, törətdiyi əməldən peşman olduğunu və hazırda pulu qaytarmağa imkanı olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o Sumqayıt şəhər TTYX-də sürücü işləyir və xəstəxanaya gələn-gedən xəstələri görürmüş. Belə ki, oğlu Mahir Cavadov işsiz olduğundan onu işə düzəltmək istəyirmiş və işlədiyi yerə mütəmadi olaraq tibbi yardım üçün gələn Təqsirləndirilən şəxs ona oğlunun Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasında mühafizəçi kimi işə düzəldə biləcəyini deyib həmin işin görülməsi üçün 3300 manat pul istəmişdir. O, İsaya inanmış və İsa oğlu Mahiri işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra yəni, 2022-ci ilin sentyabr ayının ilk on günlüyündə dəqiq gününü xatırlamadığı tarixdə İsa ilə Corat qəsəbəsinin girişində yerləşən “Oba” marketin qarşısında görüşmüş və İsaya 2000 manat pul vermiş, bundan 10 gün sonra yenə də İsaya Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 37 saylı binanın qarşısında 1000 manat, bundan iki ay sonra Corat qəsəbəsində yaşadığı evin qarşısında qalan 300 manat pul vermişdir. Buna baxmayaraq həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq İsa nə işi həll etmiş nə də ki, pulunu geri qaytarmamışdır. Hər dəfə onla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirməklə halhazıradək onun pulunu qaytarmamışdır. Bundan sonra başa düşmüşdür ki, İsa onun etibarından sui istifadə etməklə pulunu ələ keçirmişdir. İsanın ***-***-**-** saylı nömrəsində olan “Whatsapp”ına dəfələrlə səslər göndərsə də, o həmin səslərə qulaq asıb cavab verməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamə – arayışdan, eyni zamanda iş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-213/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 27 gün müddət bir gün azadlıqdan məhrum etmə cəzasının iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona tərin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 02 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-213/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs şöbədə qeydiyyata alınmamış və cəzasını çəkməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-682/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materillarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-xx-xx/24956/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün3 saylı İstintaq təcridxanasına gətirilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya oğlu Mahir Cavadovu Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında mühafizəçi vəzifəsinə düzəltdirəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin sentyabr ayının ilk on günlüyündə dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsinin giriş hissəsində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs aldığı 2000 manat, həmin ayda dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən 37 saylı binanın qarşısında aldığı 1000 manat, 2022-ci ilin noyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi 137 saylı evin qarşısında aldığı 300 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3300 (üç min üç yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 1(060)-213/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 04 ay 27 gün həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinəə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)- 213/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 29 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-682/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-682/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver