Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-683/2022 18.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu “Mersedes Vito” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomaşının içərisində Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, alının qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrındə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisindən Sülh küçəsi ilə avtomobil yolundan Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisinə keçmək istəyən zaman yolun ortasında “Mersedes Vito” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobil dayanmışdır. O həmin avtomobilin yolun otasında dayanaraq, sənişinlər endirdiyini görüb hərəkətini davam etdirmiş, elə bu zaman avtomobilin içərisindən sürücü əlini çölə çıxarıb onun üstünə qışqırdığını görmüşdür. O isə tələsik yolu keçmiş, lakin həmin sürücü avtomobilini bir qədərdə qarşıya sürüb onun üstünə qışqırmağa davam etmişdir. O isə yolun ortasından sürücüyə tərəf onun üstünə nə üçün qışqırdığını soruşmuşdur. Bu zaman onların arasında baş verən münaqişə daha da dərinləşmiş, o isə həmin sürücünün hərəkətlərindən əsəbiləşmiş, geri qayıdaraq onun avtomobilinə əyləşmişdir. Həmin sürücü avtomobili Polis Bölməsinə sürəcəyini ona bildirmiş. o isə sürücüdən məsələyə polisi qatmamasını xahiş edərək, ona avtomobili dəniz kənarına sürməsini tələb etmişdir. Lakin həmin sürücü avtomobilin içərisində ona nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, o isə artıq həmin sürücünün bu hərəkətlərindən çox əsəbləşmiş, söyüşləri ona pis təsir etdiyi üçün onun sağ göz nahiyəsinə 02 (iki) yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra isə avtomobildən enmiş və çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Mersedes Vito” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobil texniki şəhadətnamə əsasında ona məxsusdur. xx.xx.2022-cı il tarixdə təxminən saat 19:30 radələrində Sumqayıt şəhəri Sülh küçəsində Forte magağzasının qarşısı ilə üzü Göyərçin heykəli istiqamətində hərəkət edən zaman onun sol tərəfində “Hunday” markalı avtobus dayanmışdır. Həmin vaxt yolun ortasında 01 (bir) nəfər piyada dayanmış, o piyadaya əli ilə işarə etmişdir kı, avtomobilin qarşısında çəkilsin, çünki belə olan halda həm o hərəkət edə bilməmiş, həm də digər avtomobillərində hərəkətinə maneəçilik törətmişdir. Elə bu vaxt həmin şəxs onun sözlərinə düzgün başa düşməyərək onun avtomobilinə yaxınlşaıb ünvanına nalayiq ifadələr işlətmişdir. O isə ona yaşda ondan böyük olduğunu, bu kimi hərəkətlər etməsinin doğru olmadığını izah etməyə çalışmış, lakin həmin cavan oğlan öz hərəkətlərinə məhəl qoymamış və onunla söhbət etmək üçün avtomobilinə əyləşmişdir. Avtomobildə olan zaman ondan tələb etmişdir ki, avtomobilini dəniz kənarına sürsün, həmçinin onu söyüb təhqir etmişdir. O ona tərbiyəsiz olduğunu, özündən böyüklə düzgün rəftar etmədiyini demiş, bu zaman onların arasında olan münaqişə daha da dərinləşmişdir. Münaqişə vaxtı həmin şəxs avtomobilin içərisində onun sağ göz nahiyəsinə 03 (üç) yumruq zərbəsi ilə vuraraq ona xəsarət yetirirmiş və avtomobildən çıxıb getmişdir. O da həmin şəxsin hərəkətləri barədə DİNnin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda onlar barışmışlar. təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1135 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma, alının qançırı vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2992 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X2 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 240 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetinə müraciət etməmiş və ambulatory kartası yoxdur. İş materiallarında olan 4 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-683/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-683/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver