Məhkəmə qərarları › İş №1(060)-683/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-683/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-683/2024 23.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Sumqayıt şəh., 4-cü mkr ərazisi 28 saylı yaşayış binasının yaxınlığından Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sol bazu nahiyəsinə əl zərbələri ilə vurmaqla, sol said nahiyəsini əlləri ilə tutub sıxmaqla, dırnaqları ilə həmin nahiyəsinin dərisini sıyırmaqla ona sol bazunun hərəkət məhdudluğu ilə müşayiət olunmuş geniş ölçülü qançırları, sol saidin sıyrıqları xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Sevinci 1 ildir ki, tanıyır. Onunla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Onunla qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. Lakin, son günlər Sevincin iş yoldaşları olan oğlanlarla çox səmimi münasibəti olması səbəbilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində onunla Sumqayıt şəhəri, 4-cü mikrorayonda, 28 saylı binanın yaxınlığında görüşmüşdür. Orada Sevincə irad bildirərək iş yoldaşı olan oğlanlarla münasibətlərinə sərhəd qoymasını istəmiş, Bbununla bağlı mübahisələri yaranmışdır. Mübahisə zamanı o, sağ əlinin ovuc hissəsi ilə Sevincin sol qol nahiyəsinə vuraraq və həmin qolundan tutub möhkəm sıxmışdır. Təxminən 2-3 dəqiqə orada mübahisə etdikdən sonra Sevinc uzaqlaşaraq getmişdir. xx.xx.2024-cü il tarixdə o, yenə də Sevincin iş yerinə getmiş, orada yenə də Sevincin iş yoldaşı olan oğlanla səmimi söhbət etdiyini görüb daxilən əsəb keçirtmişdir. Bu səbəbdən həmin gün saat 23 radələrində Sevincə zəng edərək görüşmək istədiyini demiş, Sevinc də evdən çıxıb onunla görüşmüşdür. Onlar birlikdə Sumqayıt şəhəri, 45ci məhəllədə yerləşən “Chado” restoranının yaxınlığında yerləşən ağaclıq olan yerə getmişlər. Orada Sevinclə söhbət edərək yenə də iş yodaşları ilə arasına sərhəd qoymasını demiş, bununla bağlı mübahisələri yaranmışdır. Mübahisə zamanı Sevincin saçlarından tutub yolmuş və sağ qolunun müxtəlif hissələrini tutub sıxmaqla dediklərinə əməl etməsini tələb etmişdir. Sevinc də ağlayaraq oranı tərk edib getmişdir, xx.xx.2024-cü il tarixdə baş vermiş münaqişə təxminən 2 dəqiqə, xx.xx.2024-cü il tarixdə isə 2-3 dəqiqə davam etmişdir. Baş vermiş həmin münaqişələr zamanı yaxınlıqda hər hansı şəxs olmamış və kimsə müdaxilə etməmişdir. Həmin münaqişələr zamanı Sevinc ona müqavimət göstərməmişdir. Əlavə olaraq bildirir ki, Sevinc Nurullayevadan sonuncuya məxsus qızıl üzüyü götürərək Lombarda qoyaraq pul götürmüşdür. Həmin qızıl üzük Sevincə anasından yadigar qaldığı üçün ən yaxın zamanda Lombarda olan borcu ödəməklə üzüyü geri alaraq Sevincə qaytaracağna söz verir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, əvvəllər Şirvan şəhərində yaşasa da 1 aydır ki, Sumqayıt şəhərinə köçərək yuxarıda qeyd edilən ünvanda kirayə yaşayır. 8 aydır ki, Təqsirləndirilən şəxslə tanış olmuş, Şahinlə arasında sevgi münasibətləri yaranmışdır. Şahin onunla evlənəcəyini, Sumqayıt şəhərinə köçdüyü təqdirdə onun işlə təmin olunmağına köməklik edəcəyini vəd etmiş, o da bu vədə inanıb Sumqayıt şəhərinə köçərək burada yaşamağa başlamışdır. Sonradan öyrənmişdir ki, Şahin evlidir. Bu barədə Şahinlə danışdıqda arvadından boşanacağını və onunla evlənəcəyini vəd etmişdir. Şahinlə tez-tez aralarında mübahisə baş vermiş, Şahinin qısqanc davranışlarına dözməyərək ayrılmalarını, ondan əl çəkməsini istəmişdir. Lakin Şahin ondan ayrılmayacağını bildirirmiş, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şahinlə görüşüb Sumqayıt şəhəri 4-cü mkr. ərazisində ev 28-in yaxınlığına gəlmişlər. Şahin onun işdə iş yoldaşları ilə səmimi davranışlarına görə mübahisə edərək sol qoluna yumruq zərbəsi ilə vurmaqla və həmin qolunun müxtəlif nahiyələrini tutub sıxıb, dırnaqları ilə cırmaqla ona xəsarət yetirmişdir. Bu barədə polisə müraciət etməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şahin ona zəng edərək görüşmək istədiyini bildirmiş, o da razılaşmışdır. Yaşadığı məhəllədə Şahinlə görüşüb Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən “Chado” restoranın arxa hissəsində yerləşən ağaclıq yerə getmiş, orada skamyada əyləşib söhbət etmişlər. Həmin vaxt aralarında mübahisə yaranmış Şahin onun saçlarından tutub yolmuş, sağ qol nahiyəsindən tutub sıxaraq dırnaqları ilə cırıb ona xəsarət yetirmişdir. O, səs-küy saldığna görə Şahin onu buraxmışdır. Bundan sonra o, həmin ərazini tərk edib yaşadığı evə geri qayıtmışdır. Həmin münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı yaxınlıqda hər hansı şəxs olmamış, kimsə müdaxilə etməmişdir. Qeyd edir ki, ona anasından yadigar qalmış qızıl üzüyü lombarda qoymuşdur. Hazırda Şahin həmin üzüyə görə lombarda olan borcu ödəyərək qızılı geri qaytaracağına söz verir. Hazırda ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Şahin ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan AR SN-nin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 1080 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun hərəkət məhdudluğu ilə müşayiət olunmuş geniş ölçülü qançırları, sol saidin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, xəsarətlərdən sağ saidin sıyrıqları müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan, sol bazunun hərəkət məhdudluğu ilə müşayiət olunmuş geniş ölçülü qançırları, sol saidin sıyrıqları isə müayinədən 3- 4 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir .(i.v.14-17). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.18-19) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 41) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.62) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar