Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-684/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində, daha sonra isə xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sol bazunun aşağı 1/3-nin dirsək oynağını tutan, hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sağ baldırın, döş qəfəsinin sağ yarısının, sol budun qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qeyri rəsmi yaşadığı qadındır. Onunla təxminən 1 ildir ki, tanış olmuş, elə həmin müddətdən etibarən onlar birlikdə qeyri rəsmi olaraq ər-arvad kimi yaşamışdır. Onların arasında tez-tez münaqişələr yaranmış, Vəfa ondan dəfələrlə polisə şikayət etmiş, lakin sonradan onu bağışlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Vəfanın yaşadığı ünvan 3 ünvanında olan zaman Vəfa ilə söhbət etdikdə aralarında qısqanclıq zəmnində münaqişə yaranmışdır. Münaqişə zamanı Vəfanın hərəkətlərindən əsəbiləşdiyi üçün əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Lakin Vəfa onun barəsində polisə şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Vəfanın yaşadığı ünvan 3 ünvanında olan zaman Vəfa ilə söhbət etdikdə aralarında qısqanclıq zəmnində yenidən münaqişə yaranmış, münaqişə vaxtı Vəfa ona işləməməyini irad bildirmişdir. Bu zaman aralarında olan münaqişə dərinləşmiş, o münaqişə vaxtı əsəbiləşərək Vəfanın ayağından vurub onu yerə yıxmiş, onun bədən nahiyələrinə bir neçə əl zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Vəfa ondan şikayət edəcəyini bildirmiş, o isə evdən çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Vəfa onun barəsində polis bölməsinə şikayət ərizəsi yazmışdır. Qeyri rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarındakı münaqişə Vəfanın yaşadığı ünvan 3 ünvanında baş vermişdir. Zərərçəkmiş şəxs ilə münaqişə edən zaman evdə heç kim olmamışdır. Zərərçəkmiş şəxs bədən nahiyələrinə əl zərbələri ilə vuraraq ona xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, hadisə vaxtı evə hər hansı kənar şəxs gəlməmişdir. O özü hadisə vaxtı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etdiyini və İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun qeyri rəsmi həyat yoldaşıdır. Faiqlə təxminən 1 ildir ki, münasibətdə olmuşdur, hazırda heç bir münasibəti yoxdur. Aralarında çox söz-söhbətlər olmuş, ondan dəfələrlə şikayətçi olmuş, lakin sonradan Faiqi bağışlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı ünvanda olan zaman Faiq də orada olmuşdur. Onlar oturub söhbət edən zaman məişət problemlərinə görə aralarında münaqişə yaranmışdır, belə ki, O Faiqə irad bildirmişdir ki, bütün günü evdə oturur, gedib özünə iş tapsın. Lakin onun bu sözləri Faiqin xoşuna gəlmədiyindən, bunu münaqişəyə çevirmişdir. Elə aralarında yaranan həmin münaqişə zamanı Faiq əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Lakin, o həmin vaxt Faiqdən şikayətçi olmamış, onun barəsində polisə müraciət etməmişdir ki, bəlkə Faiq hərəkətlərində dönüş yaradar. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində yenidən Faiq ilə birlikdə yaşadıqları ünvanda olan zaman yenidən söhbət edən zaman söhbətləri düz tutmamış, buna görə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı yenidən Faiq əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuararaq xəsarətlər yetirmişdir. O artıq Faiqin bu kimi hərəkətlərindən bezdiyi üçün ondan şikayət etmək qərarına gəlmişdir. Qeyri rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs onu xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında döyərək bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs onu döyən zaman evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs əl zərbələri ilə onun bədənin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmiş, o da bədəninin bir çox nahiyələrindən xəsarət almışdır. Təqsirləndirilən şəxs ilə aralarındakı münaqişə təxminən 3-5 dəqiqə davam etmiş, münaqişə yaşadıqları ünvanda baş vermiş, münaqişə zamanı səs-küy yaranmamış, oraya kənar şəxslər gəlməmişdir.. Təqsirləndirilən şəxs onu döyərək bədən xəsarətləri yetirdiyinə görə ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək sonuncunun barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1156 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol bazunun aşağı 1/3-nin dirsək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sağ baldırın, döş qəfəsinin sağ yarısının, sol budun qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti sol bazunun aşağı 1/3-nin dirsək oynağının tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sağ baldırın qançırı müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Döş qəfəsinin sağ yarısının, sol budun qançırı-müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il taixinədək İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan və Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı R.Rəcəblinin xx.xx.2022-ci il tyarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı R.Rəcəblinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, əməlindən peşman olmasını və İİ Qarabağ müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-684/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1236 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, Yaşıldərə bağlar massivi, Çerkassi küçəsi, 49-cu məhəllədəki fərdi evi tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-684/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-684/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver