Məhkəmə qərarları › İş №1(060)-685/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-685/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-685/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam rayonu, Çuxurməhlə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Çuxurməhlə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat 03:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə rəsmi ikahda olduğu həyat yoldaşı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa «YÜNGÜL» zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun rəsmi nikahda olduğu həyat yoldaşıdır. 2010-cu ildə rəsmi ailə həyatı qurmuşlar. Nikahdan xx.xx.2011-ci ildə X6 oğlu adında oğlan, xx.xx.2014cü ildə X2 adında qız övladları dünyaya gəlmişdir. X9 Aslan oğlunun psixolojı problemləri olduğuna görə həyat yoldaşı Zərərçəkmiş şəxs onu müalicə olunması üçün "Narınc" psixoloji mərkəzinin Sumqayıt filıalına aparır. Lakın o imkanı son zamanlar zəif olduğu üçün həyat yoldaşı Zərərçəkmiş şəxs müalicəyə bir qədər fasilə verməsini xahış etmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs isə mövcud vəziyyəti dəfələrlə ona izah etmiş, müalicənin övladı üçün xeyirli olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarıxdə təxminən saat 03:00 radələrində yaşadıqları ünvanda olan zaman yenidən sözügedən məsələyə görə aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı artıq həyat yoldaşı Zərərçəkmiş şəxs ona şiddətlı olaraq etirazlarını bıldirmişdir. O həmin vaxtı həyat yoldaşı Zərərçəkmiş şəxs çay istəmiş, lakin həyat yoldaşı Zərərçəkmiş şəxs onun bu istəyini yerinə yetirmədiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs üzərinə getmiş və əl zərbələri ilə onun bədən nahiyələrinə vurmuşdur. Səhər saatlarında yoldaşı övladları götürüb özü ilə birlikdə Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə ərazisində yaşayan qayınatası Azadın evinə getmişdir. Hazırda isə əməlindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2010-cu ildə rəsmi ailə həyatı qurmuşlar. Nikahdan xx.xx.2011-ci ildə X6 oğlu adında oğlan, xx.xx.2014-cü ildə X2 adında qız övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs oğlu X6 oğlunun psixoloji problemləri olduğuna görə onu müalicə olunması üçün "Narınc" psıxoloji mərkəzinin Sumqayıt filialına aparırmış. Lakin həyat yoldaşı Təqsirləndirilən şəxs pulunun olmadığını əsas gətirərək övladını müalicəyə aparmağa görə onunla dəfələrlə mübahisələr etmişdir. O isə mövcud vəziyyəti dəfələrlə izah edib müalicənin övladları üçün xeyirli olduğunu başa salmış, lakin Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymamışdır. xx.xx.2022-cı il tarixdə, təxminən saat 03:00 radələrində yaşadıqları ünvanda olan zaman yenidən sözügedən məsələyə görə aralarında münaqişə yaranmış, münaqişə zamanı o artıq həyat yoldaşı Təqsirləndirilən şəxs şiddətli olaraq etirazlarını bildirmişdir. Həmçinin həmin əsnada həyat yoldaşı Təqsirləndirilən şəxs ondan çay istəmiş, lakin Zərərçəkmiş şəxs onun bu istəyini yerinə yetirməmişdir. Elə bu zaman yaşadıqları ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkmiş, əl zərbələri ilə onun bədən nahiyələrinə zərbələr endirmişdir. Lakin Zərərçəkmiş şəxs yenə də ondan şikayətçi olmamış, məsələnin dərinləşməsini istəməmişdir. Bu səbəbdən səhər saatlarında övladlarını götürüb özü ilə birlikdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yaşayan atası Azadın evinə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1115 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində «Hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ dirsək oynağının qançırşişkinliyi, hər iki bazunun qançırları » xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən yaranmışdır, müayinədən 5-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətin vət.Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 30 iyul 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 3004 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X11 4 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 241 saylı, 02 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər, Xəzər bağları, fərdi evdə yaşayan vətəndaş Təqsirləndirilən şəxs Sumqayıt 4 Nömrəli şəhər xəsatəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser qeydiyyatında yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 350-116115-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş “ailə tərkibi haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında həyat yoldaşı-1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, oğlu 2011-ci il təvəllüdlü X12 oğlu və qızı 2014-cü il təvəllüdlü X4 ilə birlikdə yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsinin xx.xx.2022-ci il tarixli, 1115 saylı ekspert rəyinin material üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu törətdiyi əməldən səmimi olaraq peşmandır. Bir daha belə bir hal yaşanmayacağını bildirir. Zərərçəkmiş şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-685/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1232 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 52 (əlli iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 52 (əlli iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar