Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-685/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Dəvəçi rayonu Çölquşu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Çölquşu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə, qanunsuz balıq tutaraq balıq ehtiyyatlarma xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”mn 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su biooresurslarmı tutmaq məqsədilə 05 yanvar 2024-cü il tarixdə saat 08:30-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək, orada özü ilə gətirdiyi “Yamaha-48” və “Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab edilən bort nömrəsi ABB 1259, reyestr nömrəsi 259 olan 01 ədəd taxta qayıqdan, 01 ədəd rezin kombinezon, 01 ədəd 25 litrlik yanacaq qabı və uzunluğu 60 metr, eni 3 metr, sapının diametri 0,2 mm, ilgəklərinin daxili ölçüsü 55x55 mm olan, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq çəhrayı rəngli 01 ədəd tordan istifadə edərək, saat 16 radələrinədək olan müddət ərzində 94 ədəd hər biri 11 manat olmaqla 1034 manat dəyərində siyənək balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1034 (min otuz dörd) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 16 radələrində Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan “Yamaha-48” və “Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş özüüzən nəqliyyat vasitəsi hesab edilən bort nömrəsi ABB 1259, reyestr nömrəsi 259 olan 01 ədəd taxta qayıq, 01 ədəd 25 litr ölçüdə olan yanacaq qabı, 01 ədəd rezin kombinezon, uzunluğu 60 metr, eni 3 metr, sapının diametri 0,2 mm, ilgəklərinin daxili ölçüsü 55x55 mm olan, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş açıq çəhrayı rəngli 01 ədəd tor və 94 ədəd siyənək balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o balıq tutmaq üçün qayıqdan, rezin kombinezondan və tordan istifadə edir. 05 yanvar 2024-cü il tarixdə növbəti dəfə balıq tutmaq üçün səhər saatlarında Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişdir. Tanışı Şahid3 məxsus qayıqdan istifadə edərək Xəzər dənizinə girdikdən sonra özü ilə götürdüyü 1 ədəd toru suda qurub gözləməyə başlamışdır. Günortadan sonra toru sudan çıxarıb yoxlayarkən çoxlu sayda siyənək balıqları tutduğunu görmüşdür. Həmin gün saat 16:00-da sahilə çıxarkən Su NPİnin Sumqayıt XPM-nin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazə, yəni balıqovlama bileti olmadığını bildirmişdir. Balıqovlama biletinin müddəti xx.xx.2023-cü il tarixə kimi qüvvədə olmuşdur. Polis əməkdaşları qayığı, 1 ədəd rezin kombinezonu, 1 ədəd yanacaq qabını və 1 ədəd toru və həmin tor vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu siyənək balıqlarını aşkar edib götürmüşlər. Həmin vaxt polis əməkdaşları tərəfindən ondan aşkar edilmiş balıqovlama vasitələrinə və Xəzər dənizindən qanunsuz tutduğu balıqlara baxış keçirilərkən tutduğu balıqların 94 ədəd siyənək balıqları olması müəyyən edilmişdir. Bundan sonra Su NPİ-nin Sumqayıt Xətt polis məntəqəsinin əməkdaşları tərəfindən “Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində, video çəkiliş aparılaraq müvafiq protokol tərtib edilmişdir. Xəzər dənizində, torla balıq tutmanın qadağan edildiyini əvvəlcədən bilirmiş. Lakin başqa çıxış yolu olmadığına görə, ailəsinə qida əldə etməkdən ötrü bunu etməyə məcbur olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, dəymiş zərəri ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Su NPİ-nin Sumqayıt xətt polis şöbəsinin əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Şabran rayonu Çölquşçu kəndində yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutarlcən saxlanılmış və baxış zamanı ondan “Yamaha-48 və “Yamaha- 55” markalı mühərriklərlə təchiz edilmiş 01 ədəd taxta qayıq, 01 ədəd rezin kombinezon, 01 ədəd 25 litrlik tutuma malik olan yanacaq qabı, 01 ədəd tor və 94 ədəd siyənək balıqları aşkar edilərək götürülmüşdür. Şabran rayonu Çölquşçu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyatlarına 1034 manat zərər dəymişdir. Hazırda həmin 1034 manat tam şəkildə ödənilmişdir, ona görə də mülki iddiadan imtina edirlər. Heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərmişdir ki, 05 yanvar 2024- cü il tarixdə X6 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 16 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs “Yamaha-48” və “Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş 01 ədəd taxta qayıq, 01 ədəd 25 litr tutuma malik yanacaq qabı, 01 ədəd rezin kombinezon, 01 ədəd tor, 94 ədəd siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 94 ədəd siyənək balıqlarını tor vasitəsilə Xəzər dənizindən tutduğunu bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Sumqayıt XPM-nin polis nəfəri Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Bort nömrəsi ABB 1259, seriya nömrəsi 259 olan “Yamaha-48 ” və “Yamaha-55 ” markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq ona məxsusdur. Tanışı Təqsirləndirilən şəxs maddi durumu ağır olduğu üçün həmin qayığı sonuncuya balıq ovlayıb ailəsinə qida əldə etməsi üçün vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Su NPİ-nin Sumqayıt XPM-nin əməkdaşları tərifindən saxlanılmışdır. Cinayət işinin 98-ci vərəqəsində olan şəxsin qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən istifadə etdiyi bort nömrəsi ABB1259, seriya nömrəsi 259 olan 01 ədəd “Yamaha-48 və 01 ədəd Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş taxta materialından olan 01 ədəd qayıq, 01 ədəd rezin kombinezon, 25 litr tutuma malik 01 ədəd yanacaq qabı, uzunluğu 60 metr, eni 3 metr olan 01 ədəd tordan ibarətdir. Cinayət işinin 6-cı vərəqəsinə əlavə edilmiş 01 ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntü 01:59 dəqiqədən ibarətdir. Video görüntülərdə bir nəfər şəxsin qanunsuz balıq tutduğuna görə saxlanılması, həmin şəxsdən götürülmüş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilməsi, saxlanılan şəxsin balıqları Xəzər dənizindən tutmasını bildirməsi, həmçinin saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-014/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarınm sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan 21 may 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş bort nömrəsi ABB 1259, seriya nömrəsi 259 olan 01 ədəd “Yamaha-48 və 01 ədəd Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş taxta materialından olan 01 ədəd qayıq, 25 litr tutuma malik olan 01 ədəd yanacaq qabı, 01 ədəd rezin kombinezon, uzunluğu 60 metr, eni 3 metr olan 01 ədəd tor, 94 ədəd siyənək balıqları maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq hesab edildiyi üçün xx.xx.2024-cü il tarixdə müvafiq qaydaya əsasən X2 (fiziki şəxs VÖEN **********) təhvil verilmiş, balıqovlama vasitələri saxlanılması üçün X6 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 102-107-ci vərəqələrində olan 21 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Su NPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024cü il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs 94 ədəd siyənək balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına və su bioresurslarına 1034 (bir min otuz dörd) manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisini Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovlaması nəticəsində təbiətə vurduğu 1034 (min otuz dörd) manat məbləğində pul vəsaitini “X5 Fondu”na ödədiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqsirləndirilən şəxsdən hər hansı maddi tələbi və şikayəti yoxdur. Mülki iddia tələbi tam ödənildiyindən iddia tələbindən imtina olunur. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan Şabran RİHB-nın Çölquşçu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla ailə üzvləri həyay yoldaşından və üç uşağından ibarətdir (uşaqların təvəllüdləri xx.xx.2004, xx.xx.2006, xx.xx.2011). Həmçinin o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etriafı, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş video görüntülər və digər iş materialları ilə onun özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə, qanunsuz balıq tutaraq balıq ehtiyyatlarma xeyli miqdarda ziyan vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 256.2.2-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurma, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, dəymiş zərəri ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını və evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum edilməsini, dəymiş zərəri ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 256.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Şabran Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şabran rayonu Çölquşu kəndində yerləşən evi tərk etməmək, Şabran rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış 94 ədəd siyənək balıqlarının fiziki şəxs X2 (VÖEN: **********) təhvil verilməsi nəzərə alınmalı, iş üzrə digər maddi sübut X6 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan bort nömrəsi ABB 1259, seriya nömrəsi 259 olan 01 ədəd “Yamaha-48 və 01 ədəd Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş taxta materialından olan 01 ədəd qayıq, 25 litr tutuma malik olan 01 ədəd yanacaq qabı və 01 ədəd rezin kombinezon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, uzunluğu 60 metr, eni 3 metr olan sintetik kimyəvi liflərdən istehsal olunmuş 01 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut xx.xx.2024-cü il tarixdə Su NPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda mülki iddiaçının nümayəndəsinin mülki iddia tələbindən imtina etməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Şabran Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şabran rayonu Çölquşu kəndində yerləşən evi tərk etməmək, Şabran rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanımış 94 ədəd siyənək balıqlarının fiziki şəxs X2 (VÖEN: **********) təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış X6 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan bort nömrəsi ABB 1259, seriya nömrəsi 259 olan 01 ədəd “Yamaha-48 və 01 ədəd Yamaha-55” markalı mühərriklərlə təchiz edilmiş taxta materialından olan 01 ədəd qayıq, 25 litr tutuma malik olan 01 ədəd yanacaq qabı və 01 ədəd rezin kombinezon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış X6 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan uzunluğu 60 metr, eni 3 metr olan sintetik kimyəvi liflərdən istehsal olunmuş 01 ədəd tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçının nümayəndəsinin mülki iddia tələbindən imtina etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-685/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-685/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver