Məhkəmə qərarları › İş №1(060)-685/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-685/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-685/2025 11.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əkbərova (Qasımova) Aytac Əlisətdar qızının, Müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış sahəsi, Daşaltı küçəsində fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2023-ci il tarixdən hesablanmaqla xx.xx.2021ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşı tamam olana kimi hər ay 30,00 manat maddi yardım tutularaq Əkbərova (Qasımova) Aytac Əlisətdar qızına ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 2623/2023 saylı qətnamələrini və Təqsirləndirilən şəxs 4321,00 manat pul vəsaitinin tutularaq Əkbərova (Qasımova) Aytac Əlisətdar qızına ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-298/2024 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(060)-2575 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)-912/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) gün müddətinə inzibati qaydada həbs və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(060)-464/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 5480,00 manat məbləğində aliment borcunu və pul tələbinə dair borclu olduğu 4321,00 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs Əkbərova (Qasımova) Aytac Əlisətdar qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2021- ci il tarixdə Əliyavər adlı 1 (bir) övladları dünyaya gəlmişdir. Aytac (Qasımova) Əkbərova ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Aytac (Qasımova) Əkbərova ondan faktiki olaraq ayrılaraq övladı ilə birlikdə ayrı yaşamağa başlamışdır. Ayrı yaşadıqları gündən bir müddət keçdikdən sonra Aytac (Qasımova) Əkbərova aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2023-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşı tamam olana kimi hər ay 30,00 manat maddi yardım tutularaq Əkbərova (Qasımova) Aytac Əlisətdar qızına verilməsi qət edilmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ondan 4321,00 manat pul vəsaitinin tutularaq Əkbərova (Qasımova) Aytac Əlisətdar qızına verilməsi qət edilmişdir. Həmin qətnamələr icra olunması üçün icra idarəsinə göndərilmiş və tələbin icrası barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Borcu ödəyə bilmədiyi üçün bir neçə dəfə inzibati qaydada barəsində tənbeh tətbiq edilmiş, həmçinin məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin, madid imkanı olmadığı üçün yenə də borcunu tam ödəyə bilməmişdir. Lakin, yaranmış borcun bir qismini istintaq dövründə, bir qismini isə işin məhkəmə baxışı zamanı ödəmiş və hazırda icra sənədləri üzrə heç bir borcu qalmamışdır. Göstərilən halları nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2021-ci il tarixdə Əliyavər adlı 1 (bir) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşamağı qeyri-mümkün olduğundan o, Təqsirləndirilən şəxs faktiki olaraq ayrılaraq ayrı yaşamağa başlamışdır. Ayrı yaşadıqları gündən bir müddət keçdikdən sonra o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşı tamam olana kimi hər ay 30,00 manat maddi yardım tutularaq ona verilməsi qət edilmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 4321,00 manat pul vəsaitinin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamələr icra edilməsi üçün icra idarəsinə göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbləri icra etməmişdir. Buna görə onun barəsində bir neçə dəfə inzibati tənbeh tətbiq edilmişdir. Borclu yenə də ödəniş etmədiyi üçün onun barəsində cinayət işi başlanmışdır. Borclu borcun bir qismini ibtidai istintaq zamanı, bir qismini isə məhkəmə baxışı zamanı ödəmişdir. Bundan əlavə zərərçəkmiş şəxs Əkbərova (Qasımova) Aytac Əlisətdar qızı məhkəməyə ərizə təqdim edərək məhkəmə qətnamələri üzrə mövcud borcun Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, sonuncuya qarşı heç bir tələb və şikayətinin olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2623/2023 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220,00 manat məbləğində alimentin və Əliyar Qasımovun 3 (üç) yaşına çatanadək hər ay 30,00 manat məbləğində maddi yardım tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-298/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 4321,00 manat pul vəsaitinin tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsində xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)- 288/2024 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2575/2023 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(060)-912/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 18 (on səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(060)-464/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə izahatı alınmış və tələbi icra etmədiyi halda barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Sonrakı dövrdə borcun ödənilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmiş, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2623/2023 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixə ödənilməli olan 6570,00 manat aliment pulundan 1090,00 manat ödəniş etmiş, 5480,00 manat aliment borcu ödənilməmiş qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-298/2024 saylı icra sənədi üzrə ödənilməli olan 4321,00 manat puldan heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Tələbkar borcu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müraciət edilməsini xx.xx.2025-ci il tarixli ərizə ilə icra idarəsindən xahiş etmişdir. Təqdimatın təsviri hissəsində Təqsirləndirilən şəxs borcunu qərəzli olaraq icra etməməsini özündə ehtiva edən sübut və əsaslar göstərilmiş, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi olduğundan və dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq borclu Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyindən borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün İcra Xidməti vasitəsi ilə ƏN İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-2623/2023 nömrəli və 08 fevral 2024-cü il tarixli, 2(060)-298/2024 nömrəli qətnamələri əsasında verilmiş icra sənədini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 8-9 vərəqələrində olan 07 aprel 2025-ci il tarixli təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)- 2623/2023 nömrəli və 08 fevral 2024-cü il tarixli, 2(060)-298/2024 nömrəli qətnamələrini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 10-11-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-2623/2023 nömrəli icra vərəqəsindən və 12-15-ci vərəqələrində olan eyni tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs borclu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220,00 manat məbləğində alimentin və Əliyar Qasımovun 3 (üç) yaşına çatanadək hər ay 30,00 manat məbləğində maddi yardım X2 ödənillməlidir. Cinayət işinin 18-19-cu vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(060)-298/2024 nömrəli icra vərəqəsindən və 20-24-cü vərəqələrində olan eyni tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 4321 manat pul tutularaq tələbkar X2 ödənilməlidir. Cinayət işinin 16-cı vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsinin İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-2623/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 17-ci vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-2623/2023 nömrəli nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsinin İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(060)-298/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan Sumqayıt şəhər İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(060)-298/2024 nömrəli nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işinin 36-39-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Cinayət işinin 50-55-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 18 (on səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Cinayət işinin 80-83-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Cinayət işinin 56-58-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 84-cü vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 19 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(060)-2623/2023 nömrəli və 08 fevral 2024-cü il tarixli, 2(060)-298/2024 nömrəli icra sənədləri üzrə tələbin təmin edilməsi üçün ona təkrar xəbərdarlıq edilmişdir. Cinayət işinin 157-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 18 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli - qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs X3 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığınını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə təqdim edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödədiyini bildirmiş, ona görə də barsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CM-in 306-cı maddəsininin Qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iş materiallarını araşdıraraq və müvafiq məhkəmə qətnamələrinin tam icra edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilmədir. Eyni zamanda onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347 və 356-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar