Məhkəmə qərarları › İş №1(060)-686/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-686/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-686/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı yaşayış binasının qarşısında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sillə və yumruq zərbələri vuraraq sonuncuya üst dodağın haşiyəsinin səthi, selikli qişanın isə cərrahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yaraları, çənəni ön səthinin, sağ gözün bayır bucağı nahiyyənin, boyun nahiyyənin sıyrıqları, ənsə nahiyyənin qançırı kimi qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “YÜNGÜL” zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır və onlar uzun müddətdir ki bir-biriləri ilə danışmırlar. Belə ki, qardaşı Elnur anası Hənifə ilə birlikdə ata evi olan ünvan 3 ünvanında yaşayır. Anam bir neçə dəfə onunla əlaqə saxlayaraq Elnurun onu yaşadığı evdə mütəmadi olaraq narahat etməsi və ona göz verib işıq verməməsi barədə məlumat vermişdir. Hələ bu azmış kimi bir neçə dəfə məclislərdə Elnurla rastlaşan zaman o böyük qardaş kimi ona salam belə verməmişdir. xx.xx.2022-ci il tarixdə anası ilə onun yaşadığı evin qarşısında oturub söhbət edən zaman qardaşı Elnur avtomobillə binanın qarşısına yaxınlaşmışdır. Anası onu görən kimi özünü pis hiss etmiş və narahat olmağa başlamışdır. Bu ona bir oğul kimi pis təsir etmiş və Elnura yaxınlaşmışdır. İlk olaraq Elnurdan nə səbəbə ona salam verməməsini soruşmuş, lakin bu zaman Elnur heç bir səbəb olmadan onunla kobud rəftar edərək onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O onu nə qədər nizam intizama dəvət etsə də, ona əhəmiyyət verməyib öz əməllərini davam etdirmişdi. Elnur qıcıqlandırıcı ifadələrlə üzərinə gəlib onu özündən çıxarmağa cəhd edirdi. Artıq o Elnurun bu hərəkətlərinə tam əsəbləşib özündən asılı olmayaraq onu özündən kənarlaşdırmaq məqsədilə bir qədər kənara itələmişdir. Ola bilsin ki, həmin vaxt əlim bir neçə dəfə onun üz nahiyyəsinə dəymişdir. Bundan sonra Elnur öz avtomobilinə əyləşib avtomobilin içərisindən uca səslə onu təhqir etməyə başlamışdır. O bu dəfə onun həyətdən uzaqlaşması üçün avtomobilə yaxınlaşdı və ona təcili olaraq həyəti tərk etməyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Elnur onun barəsində Azərbaycan Respublikası DİN-nin “102” xidməti mərkəzi zəng sisteminə məlumat verərək ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, qardaşı Elnur ilə xx.xx.2022-ci il tarixdə aralarında baş verən münaqişə təxminən yarım saat davam etmiş və həmin vaxt yaxınlıqda buna şahidlik edə biləcək yalnız anası Hənifə olmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında avtomobili saxlayıb evə getmək istəyərkən qardaşı Nəsiminin anası ilə birlikdə söhbət etdiyini görmüşdür. Avtomobili saxlayan kimi Nəsimi ona tərəf yaxınlaşmış və aqresiv halda niyə onun ona salam verməməyini soruşmuşdur. O isə Nəsimiyə onun oğlu ona salam vermir, o niyə ona salam verməliyəm demişdir. Bu zaman Nəsimi qəfildən nalayiq ifadələrlə onu təhqir etməyə başladı. O onu nə qədər nizam-intizama dəvət edib sakitləşdirmək istəsə də o, ona əhəmiyyət verməyib öz əməllərini davam etdirmişdir. Hələ bu azmış kimi Nəsimi qəfildən üzərinə hücum çəkərək baş nahiyyəsinə sillə və yumruq zərbələri vurmağa başlamişdır. O özünü güclə Nəsiminin əlindən qurtarıb avtomobilə qaçaraq əyləşmişdir. Lakin Nəsimi arxamca avtomobilə qədər yaxınlaşmış və salonda da onu nalayiq ifadələrlə təhqir edə-edə döymüşdür. O bir təhər avtomobilin mühərrikini işə salaraq oradan uzaqlaşmışdır. Bir neçə metr kənarlaşdıqdan sonra avtomobilin salonunda olan güzgüyə baxmış və üz nahiyyəsində bir neçə xəsarət izləri olmasını aşkar etmişdir. Doğma qardaşı Nəsiminin ona qarşı etdiyi hərəkətə əsəbləşərək Azərbaycan Respublikası DİN-nin “102” xidməti mərkəzi zəng sisteminə qardaşı tərəfindən döyülməyi barədə məlumat verərək, ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaxınblaşıb ərizə ilə müraciətini bildirmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, qardaşı Nəsimi ilə xx.xx.2022-ci il tarixdə aralarında baş verən münaqişə təxminən yarım saat davam etmiş və həmin vaxt yaxınlıqda buna şahidlik edə biləcək yalnız anası olmuşdur. Hazırda onlar barışmışlar. təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və qardaşı Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1113 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – üst dodağın haşiyəsinin səthi, selikli qişanın isə cərrahi tikişə ehtiyacı olan əzilmiş cırılmış yaraları, çənəni ön səthinin, sağ gözün bayır bucağı nahiyyənin, boyun nahiyyənin sıyrıqları, ənsə nahiyyənin qançırı vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2942 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1991-ci il tarixdən “Alkaqolun” qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu diaqnozu il Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X2 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 273 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar