Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-687/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X5 Yaşayış Massivi, ev 3, mənzil 40 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14:47 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivi, 2 saylı yataqxananın arxa hissəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılıb, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 iyul 2022-ci il tarixdə saat 14:47 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir Yol yaşayış massivi, 2 saylı yataqxananın arxa hissəsində olan zaman 03 (üç) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz olaraq istifadəsində, əldə edilməsində və gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 2-ci PB-nə getmişdir. PB-də olarkən ona özünə müdafiəçi seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin siyahıdan X1. Həmin vəkil 2-ci PB-nə gəldikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı Fərhad Bayramov özünü təqdim etdikdən sonra o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona saxlanılmağının səbəbi izah edilmiş, onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edilmişdir. Ona ünvanlanan suallara cavab olaraq polis əməkdaşları tərəfindən təsir və təziqlərə məruz qalmadığını bildirmişdir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib etirazının olub-olmaması soruşulduqda etirazının olmadığını bildirmişdir. Ona üzərində qanunla qadağan olunmuş vasitə, əşya, predmet varsa təqdim etməsi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə kütləsi aşkar edilmişdir. Həmin bükümün “kakos” olduğunu, 20 yanvar ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya, predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülmüşdür. O, saxlanılarkən 2-ci PB-nə aparılarkən və 2-ci PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Həmin heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 14:47 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir Yol yaşayış massivi, 2 saylı yataqxananın arxa hissəsində 2-ci PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq istifadəsində, əldə edilməsində və gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 2-ci PB-nə getmişdir. PB-də olarkən ona özünə müdafiəçi seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan X1. Həmin vəkil 2-ci PB-nə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı Fərhad Bayramov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmağının səbəbi izah edilmiş, o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq polis əməkdaşları tərəfindən təsir və təziqlərə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib etirazının olub-olmaması soruşulduqda etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş vasitə, əşya, predmet varsa təqdim etməsi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə kütləsi aşkar edildi. Həmin bükümün “kakos” olduğunu, 20 yanvar ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya, predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Fərhad Bayramov özünü təqdim edib saxlanılan şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş və hüquqlarının müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edilir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq polis əməkdaşları tərəfindən təsir və təziqlərə məruz qalmadığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib etirazının olub-olmaması soruşulduqda etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş vasitə, əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd büküm çıxarıb masanın üzərinə qoyur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün “kakos” olduğunu, 20 yanvar ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş büküm tərəzidə çəkildikdə çəkisinin 1,47 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin heç bir qanunsuz əşya, predmet aşkar edilmir. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3776 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflət üçün Nə 125” dairəvi möhür əksləri, “Şübhəli şəxs(imza) M.Samil...” sözləri və imzalar olan bir ədəd zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi - 1,240 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,190 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 4113 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,240 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,190 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,240 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,190 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 55,0 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,190 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 55,0 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-687/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-687/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver