Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-687/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 2 ünvanında yaşamış, Ağsu rayon məhkəməsinin 1(016)-33/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü madələri təqsirli bilinib həmin məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 11:15 radələrində, Zərərçəkmiş şəxs məxsus olan, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi həyət evinin giriş qapısının asma qıfılını sındırmaqla qapını açıb evin həyətinə qanunsuz daxil olduqdan sonra evin açıq qapısından içəri qanunsuz daxil olaraq, evdən 1200 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, “Opel Astra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 10:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi dairəsində tanımadığı iki nəfər qadın müştəri onun idarə etdiyi avtomobilə əyləşmiş və həmin müştəriləri təxminən saat 11 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evləri olan yerdə düşürmüş, müştəriləri düşürdükdən sonra həmin ərazidə qamışlıq olan sahə ilə üzbəüz yerləşən fərdi yaşayış evinin giriş qapısının üzərində asma qıfıl olduğunu görüb, evdə heç kim olmadığını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Avtomobilini biraz kənarda saxlayıb, ətrafda heç kim olmadığına əmin olduqdan sonra həmin fərdi evin qarşısına getmiş və giriş qapısının üzərində olan asma qıfılı əli ilə bərk dartaraq qırıb açmışdır. O, qıfılı üzbəüz qamışlıq olan sahəyə atmış və evin həyətinə daxil olub, evin giriş qapısının arxasına taxta parçası qoyulduğunu görmüş və həmin taxtanı götürüb, kilidsiz qapını açaraq evə daxil olmuşdur. Ev bir otaqlı olmuş və otaqda olan şkafın rəflərinə baxan zaman orada ümumilikdə 1200 manat nağd pul götürmüşdür. O, pulları götürüb otaqda başqa heç bir yeri axtarmamış və evdən çıxıb giriş qapısının arxasına yenə həmin taxta parçasını qoyaraq bağlayıb, həyətdən çıxaraq idarə etdiyi avtomobilə əyləşib oradan birbaşa yaşadığı evə getmişdir. Oğurladığı 1200 manat pulu əynində olan cins şalvarın cibinə qoyub, paltarını evdə dəyişmiş və həmin cins şalvarı evə qoymuşdur. Bir müddət sonra polis əməkdaşları onun yaşadığı ünvana gedərək, onu oğurluqda şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. O, etdiyi oğurluq hadisəsini etiraf edərək hər şeyi olduğu kimi danışmış və oğurladığı 1200 manat pulu, zərərçəkmiş şəxsə qaytarılması üçün polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində iki azyaşlı övladı ilə birlikdə yaşadıqları evdən çıxıb, evin giriş qapısını kilidləməyib, arxasına taxta parçası qoyub bağlayaraq və həyətin giriş qapısının üzərinə asma qıfıl bağlayaraq Sumqayıt şəhərinə getmişdir. Təxminən saat 13:00 radələrində yaşadığı evə qayıtdıqda həyətin giriş qapısının üzərində olan asma qıfılın yerində olmadığını görmüşdür. Evə daxil olub otaqda olan dolabın rəfində saxladığı 1200 manat pulunun yerində olmadığını aşkar etdikdə başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər o, evdə olmadığı müddətdə, yəni xx.xx.2025-ci il tarixdə saat 10:00-dan 13:00-dək olan müddətdə ərzində həyətin giriş qapısının üzərində olan asma qıfılı sındırıb qapını açaraq həyətə keçdikdən sonra evin kilidsiz giriş qapısını açaraq otağa daxil olub, otaqdakı dolabın rəflərindəki pul kisələrində saxladığı ümumilikdə 1200 manat nəğd pulu gizli olaraq talamışdır. Oğurluq barədə qonşuluqda yaşayan qardaşı Şəmşir Misirxanova bildirdikdən sonra Şəmşir də, DİN-in “102” Xidmətinə zəng vuraraq məlumat vermiş, sonra o, 5-ci PB-nə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Qısa müddət sonra yəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onunla əlaqə saxlayıb PB-nə dəvət etmiş və evindən oğurlanmış ona məxsus 1200 manat pulu ona qaytarmışlar. Təqsirləndirilən şəxs şikayətçi deyil, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs onun qohumu və qonşusu olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11:05 radələrində tanımadığı və yaşadıqları ərazidə heç vaxt görmədiyi tünd göy rəngli, Opel markalı avtomobilin hərəkətdə olduğunu görmüş, həmin avtomobili əvvəllər yaşadığı ərazidə heç vaxt görməmişdir. Sonra həmin avtomobilin sürücüsü avtomobili, onun yaşadığı evin yaxınlığındakı qamışlıq ərazidə saxlayıb, avtomobildən enərək, qamışlıq ərazi ilə üzbəüz yerləşən Zərərçəkmiş şəxs evinə tərəf getmişdir. O, nisbətən uzaqda olduğu üçün həmin şəxsi daha yaxından görmək məqsədi ilə bir qədər həmin şəxsə tərəf addımladıqda həmin şəxs həyətin qapısından içəri daxil olmuşdur. Belə olan halda o, həmin şəxsin Fatmanın hər hansı bir tanışı və ya qohumu olduğunu düşünüb geri qayıtmışdır. O, sonradan öyrənmişdir ki, naməlum şəxs və ya şəxslər Fatmanın evinə daxil olaraq 1200 manat pulunu oğurlamışdır. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra Şahid1 Ramiz qızının ifadəsi elan edilməklə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 30 iyun 2025-ci il tarixdə, saat 23:35 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.44); Təqsirləndirilən şəxs 02 iyul 2025-ci il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 60-61); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 02 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00 radələrində CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.68-69); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-190/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmışdır.(i.v.75-79); “Baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayevin tərtib etdiyi protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri, ST Sumqayıt qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Evin həyəti 4 tərəfdən mişar daşı ilə hasarlanmışdır. Həyətin giriş qapısı taxtadandır və kilidi yoxdur. Həyətə daxil olduqda ev bir mərtəbəlidir, bir otaq və bir dəhlizdən ibarətdir. Evin dəmirdən olan giriş qapısı daxili kilidlə bağlanır, üzərində zədə izləri yoxdur. Otaq orta təmirlidir, çarpayı, stol, stullar və şkaflar var. Baxışda iştirak edən Zərərçəkmiş şəxs otaqda olan şkafın iki rəfini göstərərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:00-dan 13:00-dək olan müddətdə naməlum şəxs həyətin giriş qapısının üzərində olan asma qıfılı sındırıb, evin açıq giriş qapısı olan otağa daxil olub, hamin rəflərin birindən 300 manat, digərindən isə 900 manat nağd pulu oğurlamışdır. (i.v. 6-8); “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1200 manat pulu istintaqa təqdim etmişdir. (i.v. 23-26); İş materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə yaşadığı evdən oğurlanmış 1200 manat pulu 5-ci Polis Bölməsində təhvil almışdır. (i.v.27); Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə CM-nin müxtəlif maddələri cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşamışdır. O, sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddət təyin edilən cəzadan çıxılmaqla ona qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəlini xx.xx.2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, sonuncunun əməllərində CM-nin 177.2.1 və 180-ci maddələrin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, baxış keçirmə və maddi sübutu götürmə, canlı şəxsin tanınması istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir.(i.v.147-151) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində biri azyaşlı olmaqla 04 yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə vurulmuş ziyanın ödənilməsini yüngülləşdirici hal kimi nəzərə almır. Belə ki, həmin vəsait məhz polis əməkdaşları tərəfindən tutulduqdan sonra onların səyi nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixində törətmiş olduğu cinayət əməlinə görə xx.xx.2025-ci il tarixdə Ağsu rayon məhkəməsinin hökmü ilə məhkum edilmiş, hazırkı cinayət əməlini isə 30 iyun 2025-ci il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərəçəkmiş şəxsə vurulmuş ziyanın qaytarılmasını, sonuncunun şikayətçi olmamasını, o cümlədən bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşamasını, buna baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu ümumilikdə 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai istintaq zamanı barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar - 12 (on iki) ədəd 100 (yüz) manatlıq əskinazın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs digər iş üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona hazırki hökm üzrə təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 12 (on iki) ədəd 100 (yüz) manatlıq əskinazın saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-687/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-687/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver