Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-689/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci il tarixdə Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllədə fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində “BC” kateqoriyalı, AC-242129 N°li sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMW” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi ərazisində yerləşən “Marlbro” mağazasının yaxınlığında Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən də hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda mümkün olan tədbirlər görməyib, yol hərəkəti qaydalarını pozaraq avtomobilinin ön sol hissəsi ilə qarşı hərəkət zolağında bir hissəsi onun hərəkət yoluna daxil olmaqla hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus “Daewo Racer” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşması nəticəsində “Daewo Racer” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “baş beyin əzilməsi, subdural hematoma, beyin maddəsinə və mədəciklərinə qansızma, sağ alın-təpə nahiyəsinin qançırı, sağ qaşüstü nahiyənin yarası, sağ gözətrafının qançırı, hər iki bud sümüyünün aşağı 1/3-nin, sol said sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, simfizin travmatik cırılması, doş sümüyünün lll-İV-V qabırğaların sınığı, burnun sıyrıqları” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində onun idarə etdiyi “BMW” markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomaşınla tanışı Qoşqar və xalası oğlu Elçin ilə birlikdə Elçinin yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi istiqamətində hərəkət etmiş və Elçini öz yaşadıqları evə düşürtdükdən sonra Qoşqar ilə birlikdə Sumqayıt şəhəri istiqamətində hərəkət etmişlər. Qurd dərəsi ərazisində “Marlbro” mağazasına çatmamış yaşayış evlərinin arası ilə əsas yolda hərəkət etdiyi zaman hündür yeri keçib, döngəli yolda qarşıdan gələn avtomaşının onun hərəkət zolağı istiqamətində hərəkət etdiyini görmüş və ayaq əyləcini sıxıb avtomaşını sağa çəkməyə çalışsa da idarə etdiyi avtomaşının sol tərəfi qarşıdan gələn avtomaşınla toqquşmuş, onun avtomaşını əks istiqamətdə dönərək divarın qarşısında dayanmış, toqquşduğu “Daewo Racer” markalı, **- EB-*** dövlət nömrə nişanlı avtomaşın isə yolun sağ kənarında olan dəmir darvazaya dəyərək dayanmışdır. Qoşqar ilə birlikdə avtomaşından düşmüş, digər avtomaşının sürücüsü isə avtomaşından düşə bilməmişdir. Onlar həmin sürücünün qapsını açaraq avtomaşından düşürməyə çalışsalar da, qapını aça biməmişlər, buna görə də, ətrafda olan tanımadığı şəxslərə X7 xidmətinə və 102 xidmətinə zəng etmələrini demişlər. Bir qədər sonra Polis əməkdaşları və FHN-nin əməkdaşları hadisə yerinə gəlmiş, çətinliklə həmin sürücünü avtomaşından çıxararaq hadisə yerinə gələn X7 Xidmətinin avtomaşını ilə xəstəxanaya aparmışlar. Lakin, sonradan həmin sürücü xəstəxanada dünyasını dəyişmişdir. Hadisə zamanı hərəkət sürəti təxminən 50 km/saat olmuşdur, avtomaşında tanışı Qoşqar adlı şəxs ön sərnişin yerində əyləşmişdir. Hadisə zamanı avtomaşını sağ tərəfə hərəkət etdirsə də, idarə etdiyi avtomaşının sol tərəfi həmin avtomaşının ön hissəsi ilə toqquşmuşdur. Həmin avtomaşının gəldiyi və təhlükəni təxminən 40 metr məsafədən görmüş, həmin avtomaşın yolun ortası ilə hərəkət etmişdir. Toqquşma yeri hadisə yerində olan dəmir darvazanın qarşısında olmuş, təxminən yolun ortasında toqquşma baş vermiş, toqquşma anında avtomaşınlar bir-birinə dəydiyi zaman onun sürəti təxminən 30 km/saat olmuşdur. Hadisə zamanı sağ əli ilə sükanı tutduğu üçün sağ əlindən və hadisə zamanı təhlükəsizlik yastıqları açılaraq alın nahiyyəsinə dəydiyindən alın nahiyyəsindən xəsarət almışdır. Hadisə zamanı spirtli içkinin təsirində olmamış, hadisə baş verərkən “Daewo Racer” markalı avtomaşının sürəti təxminən 40 km/saat olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını və İİ Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ağamalı oğlu onun həyat yoldaşı olmaqla eyni ünvanda yaşamışlar. Zərərçəkmiş şəxs özünə məxsus “Daewo Racer” markalı 10-EB- 660 dövlət nömrə nişanlı avtomaşını idarə etmişdir. O, adətən axşam saatlarına kimi Sumqayıt şəhərində olur, axşam saatlarında isə evə geri qayıdırmış. xx.xx.2022-ci il tarixdə Vidadi evə gəlmədiyi üçün ailə üzvləri narahat olduğundan maraqlandıqda onun Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasının TTYX-na yerləşdirildiyini öyrənmişlər və digər ailə üzvləri ilə birlikdə xəstəxanaya getmişlər. Həkimlər Vidadinin vəziyyətinin ağır qiymətləndirmiş və xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrində o, dünyasını dəyişmişdir. Xəstəxanada olduqları zaman məlum olmuşdur ki, Vidadinin idarə etdiyi avtomaşınla Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın toqquşmuşdur. Həmin gecə Vidadinin meyidi onlara təhvil verilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində tanışı İntiqamın idarə etdiyi “BMW” markalı, **-FX-*** nömrə nişanlı avtomaşın ilə onun xalası oğlu Elçin ilə birlikdə Elçinin yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi istiqamətində hərəkət etmişlər və Elçini öz yaşadıqları evə düşürdükdən sonra İntiqamla birlikdə Sumqayıt şəhəri istiqamətində hərəkət etmişlər. Qurd dərəsi ərazisində “Marlbro” marketə çatmamış yaşayış evlərinin arası ilə əsas yolda hərəkət etdikləri zaman telefona baxmış və yola baxdıqda qarşıdan bir avtomaşının işıqlarının üzərlərinə gəldiyini görmüş və qışqırmışlar. Bu zaman həmin qara qəngli avtomaşın İntiqamın idarə etdiyi “BMW” markalı, **-FX-*** nömrə nişanlı avtomaşının ön sol hissəsi ilə toqquşmuş və onların avtomaşın yolun əks istiqamətində çevrilərək divarın kənarında dayanmışdır. Hər ikisi maşından düşərək birlikdə həmin avtomaşına yaxınlaşdıqda sürücünün avtomaşının içərisində sıxılaraq qaldığını görüb onu avtomaşından düşürməyə çalışsalar da, bacarmamışlar. Bu zaman ətrafdan insanlar toplaşmış və orada olan şəxslərdən biri DİN-nin 102 xidmətinə və FHNnə zəng edərək məlumat vermişdir. Sonradan hadisə yerinə gələn TTYX avtomaşını ilə digər avtomaşının sürücüsünü xəstəxanaya aparmış, lakin sonradan həmin sürücü xəstəxanada dünyasını dəyişmişdir. Hadisə zamanı hərəkət sürətləri təxminən 50 km/saat olmuş, avtomaşında tanışı İntiqam və o olmuşdur. Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün avtomaşını sağ tərəfə çəkməyə çalışsa da, avtomaşınlar toqquşmuşdur. Toqquşmanın baş verəcəyini təxminən 40 metr məsafədən hiss etmişlər, toqquşma yerini dəqiq deyə bilmir, təxminən boz rəngli darvazanın qarşısında olmuş, toqquşma anında sürətləri təxminən 30-35 km/saat olmuşdur. Həmin avtomaşının surəti təxminən 40 km/saat olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs spirtli içkinin təsirində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru Şahid3 oğlu ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində xidmətdə olan zaman növbətçi hissənin əməkdaşları əlaqəyə çıxaraq Sumqayıt şəhəri Qurd Dərəsi bağlar massivində ərazisində “BMW” markalı, **-FX-*** qeydiyyat nişanlı avtomobil ilə “Daewo Racer” markalı, **-EB-*** qeydiyyat nişanlı avtomobilin toqquşması barədə məlumat alıb hadisə yerinə gəlmiş və toqquşma hadisəsini aşkar etmişlər. Həmin avtomaşınlardan “BMW” markalı, 99-FX- 797 qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi əzilmiş vəziyyətdə özü Qurd Dərəsi bağlar massivi istiqamətində, “Daewo Racer” markalı, **-EB-*** qeydiyyat nişanlı avtomobil ilə sol ön hissəsi dam hissəsi əzilmiş vəziyyətdə hadisə yerində olan yaşayış evinin darvazasının qarşısında dayanmış, sürücüsü isə avtomaşında sıxılıb qalmışdır. Buna görə də, ilk olaraq “BMW” markalı, **-FX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün kim olduğunu soruşmuşlar, bir nəfər şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs olduğunu demiş və ondan hadisə barədə soruşduqda bildirmişdir ki, “Daewo Racer” markalı, **-EB-*** qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi ərazisində “Marlbro” mağazasının yaxınlığında hərəkətdə olan zaman avtomaşının bir hissəsini əks hərəkət zolağına keçirərək hərəkətinə davam etdirmiş və onun yoluna çıxdığından toqquşma baş vermişdir. Bundan sonra hadisə yerinə gələn X7 avtomaşını ilə xəsarət alan digər sürücünü, yəni Zərərçəkmiş şəxs xəstəxanaya yola salmılarş və “BMW” markalı, **-FX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə yenidən hadisə yerində dayanmış, onun, hal şahidlərinin iştirakı ilə hadisə yeri müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, ekranın sol tərəfindən tünd rəngli avtomaşının yolun orta hissəsi ilə hərəkət etdiyini, bu zaman qarşı tərəfdən digər avtomaşının işıqlarının gəldiyi görünür, həmin ovtomaşmlar qarşı-qarşıya hərəkət edir və yolun solunda olan darvazanın qarşısında videogörüntüyə nisbətdə sol tərəfdə olan qara rəngli avtomaşının sol tərəfi qarşı hərəkət hissəsinə keçmiş vəziyyətdə qarşıdan gələn avtomaşının sol tərəfinə çırpılır və qara rəngli avtomaşın geri hərəkət edərək, darvaza tərəfdə dayanır, digər ağ rəngə bənzər rəngdə olan avtomaşın isə geriyə fırlanaraq dayanır, bundan sonra ağ rəngə bənzərəyən avtomaşından düşən iki nəfər qaçaraq digər qara rəngli avtomaşına yaxınlaşırlar və videogörüntü sonra çatır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 07 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Ağamalı oğlunun “baş beyin əzilməsi, subdural hematoma, beyin maddəsinə və mədəciklərinə qansızma, sağ alın-təpə nahiyyəsinin qançırı, sağ qaşüstü nahiyyənin yarası, sağ gözətrafının qançırı, hər iki bud sümüyünün aşağı 1/3-nin , sol said sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, simfizin travmatik cırılması, döş sümüyünün lll-İV-V qabırğaların sınığı, burnun sıyrıqları” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri aid xəsarətlərə uyğun olmaqla xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı avtomaşınların toqquşması nəticəsində törənə bilməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs Ağamalı oğlunun ölümünə səbəb olduğu xəsarətlər nəticəsində beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma olmuşdur. Ölüm Sumqayıt şəhər TTYX-da xx.xx.2022-ci il tarixdə saat 21:05 radələrində baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs Ağamalı oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1471 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 1a, 2a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo Racer” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b, 2b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında xx.xx.2022-cu il tarixli, 211 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 302-4282-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirak etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü mütəllimli Firuzə İntiqam qızı). İş materiallarında olan 22 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iş üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmış, X4 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarından görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayəti səmimi etiraf etməsini və İİ Qarabağ müharibəsində iştirak etməsini isə Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 213 (iki yüz on üç) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD dick cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 213 (iki yüz on üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-689/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-689/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver