Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-69/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-da yaşayan və qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal Abşeron yaşayış massivində yerləşən ev 35L, 1 nömrəli mənzilə Zərərçəkmiş şəxs əl çantasından sonuncudan xəbərsiz şəkildə götürdüyü açarla mənzilin giriş qapısını açıb qanunsuz daxil olaraq yataq otağındakı saxlanc yeri hesab edilən paltar dolabında çəhrayı rəngli torbada yerləşən həmin dövrə manatla məzənnəsi 24480 (iyirmi dörd min dörd yüz səksən) manat təşkil edən 14400 (on dörd min dörd yüz) ABŞ dollarını gizli talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, xeyli miqdarda, yəni 24480 (iyirmi dörd min dörd yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası və iki qardaşı ilə birlikdə ünvan 3-da yaşayır. Əvvəllər məhkum olunmamışdır. Heç bir yerdə işləmir. Ürəyində qüsur olduğundan heç bir işlə məşğul ola bilmir. İmkanı olmadığından müalicə də ala bilmir. Şahid2 10 ildən artıq müddətdir ki, tanıyır. Aralarında qohumluq əlaqəsi yoxdur və əvvəllər aralarında ədavət olmamışdır. Ənvərin Sumqayıt şəhəri, Mərkəzi poçtun yaxınlığında kafesi vardır. O, həmin kafedə bir müddət ofisinat işləmişdir. Ənvərlə tanışlığı da kafedə işləyən vaxtdan yaranmışdır. Ənvərin vasitəsilə onun ailəsini tanımışdır. Təxminən 3 il bundan qabaq Ənvərin 2-ci məhəllədə yerləşən mənzilində təmir işləri getmişdir. O, həmin təmir işlərində onlara xeyli kömək etmişdir. Ənvərin ailəsi ilə də yaxınlığı həmin vaxt başlamışdır. 2020-ci ilin aprel ayında Ənvərgil Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən mənzillərini satmış və Sumqayıt şəhərinin girişində yerləşən Baxçasaray yaşayış kompleksindən özlərinə mənzil alıb təmir etməyə başlamışlar. Həmin mənzildə təmir başa çatanadək müvəqqəti olaraq Sumqayıt şəhəri, 6-cı mikrorayondakı Kristal Abşeron yaşayış massivində yerləşən ev 35L, mənzil 1də kirayədə yaşamağa başlamışlar. Ürəyində güclü ağrılar olduğundan əməliyyat olunmaq zərurəti yaranmışdır. Lakin əməliyyat üçün pulu çatmamışdır. O, Ənvərgilin mənzillərini satdığı üçün pullarının olduğunu bilmişdir. Bu səbəbdən bir-iki dəfə Ənvərin özündən və arvadı Laçından borca pul istəmişdir ki, əməliyyat oluna bilsin. Lakin onlar ona pullarının olmadığını bildirmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Laçınla birlikdə Ənvərin yanına Sumqayıt şəhər TTYX-na getmişlər. Ənvər təxminən 10 gün qabaq yüngül iflic xəstəliyi keçirmişdir. Axşam saat 18 radələrinədək xəstəxanada olmuş, xəstəxanada olduğu müddətdə o, Ənvər və Laçın xətəxananın dəhlizinə çıxıb gəzməyə başlamışlar. Bir qədər gəzəndən sonra görmüşdür ki, Laçının əl çantası Ənvərin yatdığı palatada onun çarpayısı üzərindədir. O, Ənvər və Laçının başının qarışıq olduğunu görüb palataya keçmiş və Laçının çantasından kirayəyə qaldığı mənzilin açarını götürüb xəstəxanadan çıxmışdır və saat 18 radələrində birbaşa Ənvərgilin Sumqayıt şəhəri, 6-cı mikrorayondakı Kristal Abşeron yaşayış massivində yerləşən ev 35L, mənzil 1-də kirayədə yaşadıqları evə gəlmişdir. Mənzilin qapısını açarla açıb evə daxil olmuş və birbaşa yataq otağına keçmişdir. Ənvərgil Sumqayıt şəhəri 2-ci məhəllədə yaşadıqları zaman Laçın həmişə pul və qızıl-zinət əşyalarını yataq otağında paltar şkafında saxlamışdır. Fikirləşmişdir ki, Laçın yəqin bu mənzildə də pulu yataq otağında paltar şkafında saxlayar. O, fikirləşdiyi kimi də olmuş və yataq otağında paltar şkafında paltarların arasında pulu görmüşdür. Pullar ABŞ dolları əskinazları ilə olmuşdur. Paltar şkafında olan bütün pulları götürüb digər otaqları axtarmadan evdən çıxmışdır. Mənzilin qapısını açarla bağlayıb açarı isə qapının yaxınlığında yerə atmışdır. Binadan çıxıb oradan uzaqlaşıb Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən “Kolxoz” bazarına gəlmiş və orada yaxınlıqda yerləşən valyuta dəyişmə məntəqələrindən birində oğurladığı puldan 2000 ABŞ dollarını Azərbaycan manatına çevirib 3300 manat pul əldə etmiş və həmin puldan gəldiyi taksiyə 10 manat pul vermişdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən “Markova” geyim mağazasına gəlmiş və həmin mağazadan özünə və qardaşı Alekseyə 120 manat dəyərində paltar almışdır. Bundan sonra qardaşı Alekseyə zəng edib demişdir ki, “Kolxoz” bazarına gəlsin,ona paltar almışdır. Bir qədər sonra Aleksey gəlmişdir. Alekseyə aldığı paltarları ona vermiş və daha sonra Alekseylə birlikdə taksi ilə Bakı şəhərinə gəlmişlər. Axşam Laçın ona zəng edib açarın yerini soruşanda o, açarın qapının yaxınlığında olduğunu demişdir. Laçın ondan başqa bir söz soruşmamışdır. Bakı şəhəri ərazisində müxtəlif restoranlarda və kafelərdə oturub yemək yemişlər, yoldan keçən tanımadığı dilənçilərə, ehtiyacı olan insanlara təxminən 500 manat pul vermişdir. Bundan başqa taksilərə xeyli pul xərcləmişdir. Bundan başqa 2 gün ərzində Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmış və kirayəyə görə də təxminən 100 manat xərci çıxmışdır. Bundan başqa özünə 170 manat dəyərində işlənmiş vəziyyətdə olan Neftçilər metrostansiyası yaxınlığında yerləşən telefon mağazasından “Samsung J5” markalı mobil telefon almışdır. xx xxxxxx 2020-ci il tarixdə Laçın mənə zəng edib demişdir ki, gedib onların qaz kartına pul yükləsin, Laçına başqa yerdə olduğunu sonra gələcəyini demişdir. Həmin gün qardaşı Alekseyə demişdir ki, Ənvərgilin edindən oğurluq etmişdir. Xərclədiyi pullar da həmin evdən oğurladığı pullardır. Aleksey ona məsləhət görmüşdür ki, pulu aparıb qaytarsın. Aleksey ona demişdir ki, polisdə işləyən tanışına zəng edib bu barədə desin. xx xxxxxx 2020-ci il tarixdə Laçın yenidən ona zəng edib demişdir ki, gəlib pulu qaytasın, polisə şikayət etməyəcək. O, başa düşmüşdür ki, hər şey artıq məlumdur, ona görə Laçına gələcəyini demişdir. Bundan sonra polisdə işləyən tanışı Asəmə zəng edib hadisə barədə demişdir. Mən xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, “Daş” bazarı yaxınlığında Asəmlə görüşüb onunla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Mənzildən oğurladığı puldan 11200 ABŞ dolları pulu və 900 manat pulu da təqdim etmişdir. Ümumilikdə mənzildən 13200 ABŞ dolları pul oğurlamışdır. Məhkəmədən ilk dəfə belə hərəkət etdiyini, peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istədiyini, dəymiş ziyanın çoxunu ödədiyini, 4548 manat qalan hissəsinin ödənilməsi barədə zərərçəkmişlə razılığa gəldiklərini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmamasını, bir daha belə hərəkətlərə yol verməyəciyini, Sumqayıt və Bakı şəhərlərində müxtəlif işlərdə işləyərək ailəsini dolandırmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal Abşeron Y\M ev 35 L, mənzil 1-də kirayədə əri Ənvərlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ərinin vasitəsilə tanımışdır. Ənvər əvvəllər kafe işlətmiş və Dmitriy həmin kafedə ofisiant və fəhlə kimi işləmişdir. Ənvər onu uzun illərdir ki, tanıyır. 2020-ci ilin fevral ayında Sumqayıt şəhəri 2-ci məhəlldə yerləşən evlərini satmışlar. Hazırda Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal Abşeron Y\M ev 35 L, mənzil 1-də kirayədə əri ilə birlikdə kirayədə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə əri iflic keçirmiş və həmin gün Sumqayıt şəhər TTYX-na yerləşdirilmişdir. Dmitriy xəstəxanada olduqları vaxt bir neçə dəfə Ənvərin yanına gəlib getmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində birlikdə xəstəxanaya getmişlər və axşam 17 radələrinədək Dmitriy xəstəxanada olmuşdur. Sonra birdən birə Dimitriy yoxa çıxmışdır. Həmin gün Ənvərlə xəstəxananın dəhlizində gəzən zaman əl çantasını Ənvər yatan palatada çarpayının üzərinə qoymuşdur. Dmitriy gedəndən sonra elə-belə əl çantasını axtarmağa başlamışdır. Lakin evin açarını tapa bilməmişdir. Evə gələndən sonra evin açarını qapının agzında tapmışdır. Qapı isə açıq olmuşdur. Qapını açıb içəri keçəndə görmüşdür ki, çəhrayı torba dəhlizdə yerdədir. Evdə olan 14400 ABŞ dolları həmin torbada olmuş və torbanı yerdə görəndə bilmişdir ki, evdən oğurluq olmuşdur. Dərhal torbanı qoyduğu yerə, yəni yataq otağında paltar şkafına tərəf getmiş və görmüşdür ki, pul orada yoxdur. Dərhal Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edib hadisə barədə mnəlumat vermişdir. Bir qədər sonra hadisə yerinə 3-cü PB-nin əməkdaşları gəlmiş, polis əməkdaşları gələndən sonra birlikdə mənzilə daxil olmuş və onun iştirakı ilə mənzilə baxış keçirilmişdir. Oğurluğun Dmitriy tərəfindən törədilməsini ağlına belə gətirməmiş, lakin sonra polis əməkdaşları tərəfindən kamera görüntüləri ona göstərilmiş və orada görmüşdür ki, hadisə günü axşam Dmitriy yaşadığı binadan çıxmışdır. Növbəti günlərdə o, Dmitriyə zəng edib onu müxtəlif bəhanələrlə çağırsa da, Dmitriy gəlməmişdir. Əmin olmuşdur ki, cinayəti Dmitriy törətmişdir. Oğurluq nəticəsində ona 14400 ABŞ dolları məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs oğurladığı puldan 11200 ABŞ dolları, 900 manat pul və mənzildən oğurlanan pulla alınan “Samsung J5” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən polisə verilmiş, götürülərək maddi sübut kimi tanınmış və onun ərizəsi əsasında saxlanılması üçün ona qaytarılmışdır. “Samsung J5” markalı mobil telefonun qiyməti 150 manatdır və onu 150 manat kimi qəbul edir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanın qalan hissənin (4548 manat) ödənilməsi ilə bağlı isə aralarında razılıq əldə edilmişdir. Odur ki, təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyandan ödənilməmiş 4548 manat borcu qalmışdır. Həmin borcun hissə-hissə ödənlməsi barədə təqsirləndirilən şəxs söz vermişdir. Ona görə də, Təqsirləndirilən şəxs şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3 göstərdi ki, anası və qardaşları ilə birlikdə yaşayır. Milliyətcə rus olsa da, Azərbaycan Respublikasında anadan olmuş və Azərbaycanda böyümüşdür. Təhsili rus dilində olsa da, azərbaycan dilini bilir və başa düşür. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Münasibətləri daima normal olmuş, aralarında heç vaxt ədavət olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Dmitriy ona zəng vuraraq bildirmişdir ki, Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən “Kolxoz” bazarına gəlsin. O, Dmitriyin sözü ilə “Kolxoz” bazarına gəlmiş və gələndə görmüşdür ki, Dmitriy ona geyim əşyaları almışdır. Sonra Dmitriy təklif etmişdir ki, birlikdə Bakı şəhərinə getsinlər. Onunla razılaşmış və taksiyə minib birlikdə Bakı şəhərinə Neftçilər metrostansiyası yaxınlığına gəlmişlər. xx xxxxxx 2020-ci il və 30 avqust 2020-ci il tarixləri ərzində Bakı şəhəri ərazisində müxtəlif restoranlarda və kafelərdə oturub yemək yeyib içmişlər. Dmitriy yoldan keçən tanımadığı dilənçilərə, ehtiyacı olan insanlara xeyli pul xərcləmişdir. Bundan başqa taksilərə xeyli pul xərcləmişdir. Həmçinin 2 gün ərzində Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmışlar və kirayəyə görə də xeyli xərci çıxmışdır. Bundan başqa Dmitriy özünə 170 manat dəyərində işlənmiş vəziyyətdə olan Neftçilər metrostansiyası yaxınlığında yerləşən telefon mağazasından “Samsung J5” markalı mobil telefon almışdır. O, Dmitriyin oğurluq etməsini və üzərində nə qədər pul olduğunu bilməmişdir. Bir neçə dəfə ondan pulu haradan əldə etməsini soruşsa da, Dmitriy ona heç bir söz deməmiş və işləyib qazandığını bildirmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Dmitriy mağaza qarşısında dollardan danışanda o, başa düşmüşdür ki, Dmitriy oğurluq edib. Dmitriydən dolları haradan əldə etdiyini soruşanda bildirmişdir ki, oğurluq etmişdir. Dmitriydən haradan oğurluq etməsini soruşanda bildirmişdir ki, tanışı Ənvərin evindən oğurluq etmişdir. Dmitriyə təcili olaraq polisdə işləyən tanışı ilə əlaqə saxlamasını və pulu aparıb qaytarmasını demişdir. Ondan nə qədər pul oğurladığını soruşanda Dmitriy bildirmişdir ki, hazırda üzərində 20000 manata yaxın pul var, bundan başqa evdən oğurladığı puldan 2000 ABŞ dollarını da Azərbaycan manatına çevirmişdir. Ümumilikdə isə evdən təxminən 13000 ABŞ dolları pul oğurlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Dmitriy o, deyən kimi edib üzərində olan 11200 ABŞ dolları və 900 manat pulla birlikdə polisdə işləyən tanışı Asəmlə görüşə getmiş, oradan isə Asəm onu Sumqayıt ŞPİnə aparmışdır. Onun Dmitriyin oğurluq etməsindən məlumatı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, müəllim işləsə də, eyni zamanda ailəsini dolandırmaq üçün “Mersedes” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə də məşğul olur. Bir qayda olaraq Sumqayıt şəhər TTYX-dan bir işıqfor aralıda 4-cü məhəllə ərazisində dayanıb müştəri gözləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində həmişə olduğu kimi Sumqayıt şəhər TTYX-dan bir işıqfor aralıda 4-cü məhəllə ərazisində dayanıb müştəri gözlədiyi zaman bir nəfər sonradan adının Dmitriy olduğunu bildiyi şəxs tənginəfəs halda avtomobilinə əyləşib xahiş etmişdir ki, onu Sumqayıt şəhəri, 6-ci mikrorayon əraziisndə yerləşən “Kristal-Abşeron” yaşayış kompleksinə aparsın. O, Dmitrini “Kristal-Abşeron” yaşayış kompleksinə gətirəndən sonra xahiş etmişdir ki, onu kompleksin qarşısında 15-20 dəqiqə gözləsin. O, razılaşandan sonra Dmitriy avtomobildən düşüb iti addımlarla binalar olan tərəfə getmiş, təxminən 20 dəqiqə Dmitrini gözləmiş, 20 dəqiqə sonra Dmitriy qaçaraq gəlib avtomobilə əyləşmiş və xahiş etmişdir ki, bu dəfə onu, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Karvan” ticarət mərkəzinə aparsın. Dmitrini “Karvan” ticarət mərkəzinin qarşısına aparmış, orada o, avtomobildən düşüb valyuta dəyişmə məntəqəsinə getmişdir. Bir neçə dəqiqə sonra isə qayıdıb ona 10 manat pul vermişdir. Pulu aldıqdan sonra oradan uzaqlaşmış və həmin gündən sonra Dmitrini görməmişdir. Bir neçə gün sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunmuş və orada izahat verəndə ona məlum olmuşdur ki, Dmitriy Sumqayıt şəhəri, 6-ci mikrorayon ərazisində yerləşən “Kristal- Abşeron” yaşayış kompleksində yerləşən mənzillərdən birindən pul oğurlamışdır. O, Dmitrini əvvəllər tanımamış, onu müştəri kimi avtomobili ilə dediyi ünvanlara aparmış, onun oğurluq edəcəyindən heç bir məlumatı olmamışdır. İşdəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilindən oğurladığı puldan 11200 ABŞ dolları, 900 manat pul və mənzildən oğurlanan pulla alınan “Samsung J5” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülərək maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs ərizəsi əsasında saxlanılması üçün ona qaytarılmışdır. (i.v.45-49) İş materiallarında olan və məhkəmə iclasında nümayiş etdirilmiş diskdəki görüntülərdə Təqsirləndirilən şəxs oğurluq etdiyi gün Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayonda Kristal Abşeron yaşayış kompleksinin həyətində hərəkət eydiyi, videokameralara düşdüyü görüntülər əks olunmuşdur. Həmin 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.75-76, 91-96 İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.83) Məhkəməyə təqdim edilmiş arayışda “Samsung J5” markalı mobil telefonun qiymətinin 150 manat olduğu göstərilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslə razılığa gəlməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilindən oğurladığı puldan 11200 ABŞ dolları, 900 manat pul və mənzildən oğurlanan pulla alınan “Samsung J5” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir, bu nəzərə alınaraq pullar və əmlak sahibinə qaytarılmış hesab edilməli, bir ədəd disk iş materiallarında saxlanımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilindən oğurladığı puldan 11200 ABŞ dolları, 900 manat pul və mənzildən oğurlanan pulla alınan “Samsung J5” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilsin, bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-69/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-69/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver