Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-69/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17.07.2021-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 8 bükümdə kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 1,751 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq bir qismini üzərində, digər qismini yaşadığı evdə saxlamış, 20.07.2021-ci il tarixdə saat 17:35-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindəki 01 ədəd “Arqo” markalı siqaret qutusunun içərəsindən 2 ədəd qızılı rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram və 0,240 qram olan, ümumi təmiz çəkisi 0,494 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, yaşadığı ünvan 2 ünvanında da, narkotik vasitələr saxladığını etiraf etdiyinə görə, həmin tarixdə, saat 19:05-də sözügedən mənzilə baxış keçirilən zaman qonaq otağındakı televizor altlığı mebelindən 5 ədədi qızılı, 1 ədədi isə gümüşü rəngli kağıza bükülmüş, ümumi 6 ədəd siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram, 0,307 qram, 0,250 qram, 0,171 qram, 0,236 qram, 0,143 qram, ümumi təmiz çəkisi 1,257 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 20.07.2021-ci il tarixdə, təxminən saat 16 radələrində yaşadığı ünvan 3 ünvanında olduğu vaxt Bəxtiyar adlı polis əməkdaşı onu çağırıb həyətə düşməyini demişdir. O yaşadığı binanın həyətinə düşmüş, həyətdə Bəxtiyar və Taleh adlı polis əməkdaşlarının gəldikləri avtomobilə əyləşmiş, onlar onu polis bölməsinə aparmışlar və Bəxtiyar ona bölmədə bildirmişdir ki, ondan şikayət var, ona narkotik maddə və tərəzi verəcəklər, o, da həmin narkotik maddənin və tərəzinin özünə məxsus olduğunu bildirəcək və onu narkotik istifadəçisi kimi tutacaqlar, o da polislərlə razılaşmış, Taleh və Bəxtiyar adlı polis əməkdaşları ona 1(bir) ədəd "ARGO" markalı siqaret qutusunun içərisində narkotik maddə vermişlər. Sonra isə onunla yaşadığı mənzilə baxış keçirmək üçün getmişlər. Mənzilə baxış kçirməyə başlamamışdan o, bildirmişdir ki, mənzildə heç bir narkotik maddə yoxdur. Bəxtiyar isə ona artıq mənzilə narkotik maddə və tərəzi qoyduqlarını bildirmişdir. Bundan sonra o, videoçəkiliş zamanı müdafiəçinin iştirakı ilə həmin narkotik maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. O, nə müstəntiqə, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə işə baxan hakimə həmin narkotik maddələri və elektron tərəzini ona polis əməkdaşları verdiklərini deməmişdir. İş materiallarında olan bütün imzalar ona məxsusdur, o, həmin imzaları könüllü olaraq çəkmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki təsir göstərilməmiş, lakin o, narkotik maddələrin istifadəçisi olduğundan, yəni hər gün bir “çet” malı inyeksiya yolu ilə qəbul etdiyindən polis əməkdaşlarının təklifi ilə razılaşaraq istifadə edən kimi barəsində cinayət işinin başlanmasına etiraz etməmişdir. Polis əməkdaşları onu saxladığı gün 5 manata tanımadığı şəxsdən aldığı “kakos” adlanan narkotik maddə olan heroini istifadə etmiş, lakin onun üzərində və ya yaşadığı mənzildə heç bir narkotik maddə olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 (səkkiz) ilə yaxındır ki, narkotik vasitənin heroin növünü qəbul edir, 20.07.2021-ci il tarixdə, təxminən saat 17:35 radələrində Sumqayıt şəhəri, 9 mikrorayon ərazisində olan zaman 3 nəfər mülki geyimdə və 1 nəfər polis formasında olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişdir. Həmin vaxt onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhəri Pi-nin 3-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyib Polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə gəlmişdir. Onlar PB-nə gəldikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X4 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılıb və şəxsi axtarış zamanı əynində olan boz rəngli, üstündə xətlər olan şalvarın sağ yan cibindən 1 ədəd “ARGO” markalı siqaret qutusu aşkar olunmuş, həmin qutu polis əməkdaşı tərəfindən açılan zaman oradan 2 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlər açılan zaman içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddələr aşkar olunmuşdur. Ondan həmin maddənin nə olduğu soruşulan zaman o, bildirmişdir ki, qəhvəyi rəngli maddəlar "KAKOS", yəni narkotik vasitə olan heroindir, həmin "KAKOS” u təxminən 3 gün əvvəl Bakı şəhəri, “20 Yanvar” dairəsi deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 20 manata almışdır. Onun üzərinə şaxsi axtarış zamanı aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik maddələr tərəziyə qoyulub çəkilən zaman qızılı rəngli siqaret kağızı ilə birlikdə 1-ci büküm 0,35 qram, 2-ci büküm isə 0.38 qram olduğu müəyyən olunmuşdur. Bundan əlavə şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd alışqan və 1 ədəd açar aşkar olunmuş, lakin həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə olan "Heroin" ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanıb və bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. O, şəxsi axtarış zamanı yaşadığı mənzildə də narkotik vasitə olan "Heroin” olduğunu bildirdiyi üçün icazəsi ilə yaşadığı ünvana müdafiəçi və iştirakçılar birlikdə baxış keçirmişdir. Baxış zamanı yaşadığı mənzilin otağında olan metal rəngli televizor qoyulması üçün nəzərdə tutulmuş şkafın altından 5 ədəd siqaretin qızılı, 1 ədəd isə siqaretin qırmızı rəngli kağızlarına bükülmüş (ümumilikdə 6 büküm ) və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Eyni zamanda həmin şkafın orta gözlüyündən istifadə etdiyi 2 milliqramlıq tibbi şprislər, 1 ədəd ağız hissəsi qırılmış vəziyyətdə olan ampula (şüşə) aşkar olunub və əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı otağından aşkar olunmuş narkotik vasitələr ayrıayrılıqda, eyni zamanda sonda ümumi olaraq elektron tərəzidə çəkilib, siqaret kağız bükümlərdəki heroinlər kağız ilə birlikdə ayrı-ayrılıqda 0,43 qram; 0,24 qram ; 0,38 qram; 0,35 qram; 0,22 qram; 0,22 qram, ümumi bükümlər birlikdə 1,83 qram olduğu müəyyən edilmişdir . Bundan sonra yaşadığı mənzilin otağından aşkar olunmuş narkotik vasitə olan “Heroin” lər, 2 milliqramlıq tibbi şprislər, 1 ədəd ağız hissəsi qırılmış vəziyyətdə olan ampula(şüşə) ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərflərə qoyularaq qablaşdırılmışdır. DİN-nin 127 saylı möhürü ilə möhürlənib, üzərində qeydlər aparılaraq imzalanmışdır. Eyni zamanda həmin mənzilin digər otaqlarına da baxış keçirilsə də əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamışdır. Eləcədə o, ifadəsində narkotik vasitəni aldığı şəxsi əvvəllər görmədiyini, həmin şəxslə əvvəllər aralarında heç bir münasibət olmadığını, həmin şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almadığını, həmin şəxsin əlamətləri təxminən 35-40 yaşında, arıq bədən quruluşlu, 170 sm - 175 sm hündürlükdə, qaraşın, üzdən qafqazlıya bənzər, üzü çox tüklü şəxs olduğunu, həmin narkotik vasitəni əldə etmək üçün satıcıya 40 manat pul ödədiyini, vermiş olduğu 40 manat məbləğində pul vəsaitinin özünə məxsus olan pul olduğunu, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququ pozulmadığını, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını və ya hər hansısa bir şəxsə pay vermədiyini, yaşadığı evdən aşkarlanaraq götürülmüş elektron tərəzini saxlamaqda məqsədinin özü üçün aldığı narkotik vasitə olan heroini istifadə edərkən həddi aşmamaq və istifadə etdiyi heroinin çəkisini bilməkdən ötrü həmin tərəzini saxladığını göstərmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti, həmçinin ədavəti olmamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Anar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsindən ötrü Şahid3, Şahid2 və Bəxtiyar Əliyevdən ibarət tərkibdə qrup yaradılmışdır. 20.07.2021-ci il tarixdə onlar Sumqayıt şəhər 9-cu mikrorayon ərazisinə getmişdirlər. Həmin tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər şəxsin gəldiyini və Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olduğunu görüb həmin şəxsə yaxınlaşıb onu saxlayaraq özlərini təqdim etmişdirlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vaistələrin istifadəsində, saxlanılmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdirlər. Şübhəli olduğu üçün onu Sumqayıt ŞPİnin 3-cü PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs heç bir etirazı olmayıb və onlar Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdirlər. Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də xidməti otaqlardan birinə daxil olmuşdurlar. Video çəkiliş başlanılaraq Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov özünü təqdim etmişdir. Daha sonra onlar özlərini ardıcıllıqla təqdim etmişdirlər. Təhqiqatçı saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini demişdir. S.Dadaşov Təqsirləndirilən şəxs hüquqlarını vəkil Günay Cəfərovanın müdafiə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri əks olunmuş A4 vərəqi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış olmuşdur. Səbuhi Dadaşov Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli, üstündə xətlər olan şalvarın sağ yan cibindən 1 ədəd “ARGO” markalı siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən büküm formasında 2 ədəd qızılı rəngli siqaret kağızı aşkar edilmişdir. Təhqiqatçının müvafiq sualına uyğun olaraq Təqsirləndirilən şəxs siqaret qutusundakı bükümlərin içərisindəkinin “KAKOS”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 3 gün əvvəl Bakı şəhəri, “20 Yanvar” deyilən ərazidən tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manat qarşılığında aldığını demişdir. Həmin şəxsdən 5 büküm aldığını 2 bükümün üzərində, qalan 3 bükümün isə yaşadığı mənzildə olduğunu demişdir. Bükümlər elektron tərəziyə qoyularaq çəkisi müəyyən olunmuşdur. Birinci bükümün 0,35 qram, ikinci bükümün 0,38 qram olması müəyyən olunmuşdur. Saxlanılan şəxsin üzərində aşkar olunmuş bükümlər kağız zərfə qoyularaq möhürlənmişdir. Daha sonra, onlar saxlanılan şəxsin ünvanına baxış keçirmək üçün ünvan 4irlər. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını demiş və bu barədə müvafiq ərizə yazaraq təhqiqata təqdim etmişdir. Daha sonra, onlar Təqsirləndirilən şəxsla birgə mənzilə daxil olmuşdurlar. Səbuhi Dadaşov saxlanılan şəxsdən narkotik maddələri harda saxladığını göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs otaqda olan qəhvəyi rəngli güzgü altlığını göstərərək həmin altlığın qapısını açmışdır. Təhqiqatçı həmin rəfə baxış keçirib, ancaq orda hər hansısa qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra onlar saxlanılan şəxsin qonaq otağına daxil olmuşlar. Təqsirləndirilən şəxs qonaq otağında yerləşən televizor altlığı mebelini göstərərək sol tərəfə çəkib və həmin mebeldən 2 ədəd şpris, 1 ədəd sınıq şüşə ampula, 1 ədəd tərəzi, 5 ədəd qızılı siqaret kağızına bükülmüş büküm, 1 qırmızı siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümlər tərəziyə qoyularaq çəkisi müəyyən olunmuşdur. Birinci bükümün çəkisi 0,42 qram, ikinci büküm 0,24 qram, üçüncü büküm 0,38 qram, dördüncü büküm 0,35 qram, beşinci büküm 0,22 qram, altıncı büküm 0,22 qram olduğu müəyyən olunmuşdur. Bükümlərin ümumi çəkisi 1,83 qram olduğu müəyyən olunmuşdur. Həmin 6 ədəd büküm və 1 elektron tərəzi kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Daha sonra 2 ədəd şpiris, 1 ədəd sınıq şüşə ampula kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Daha sonra təhqiqatçı otağa baxışı davam etdirmişdir. Digər otaqlarada baxış keçirdib, amma əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə ona məlumat daxil olmuş, bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirlmiş, lakin həmin şəxsin kimə, harda, hansı məbləğdə pul qarşılığında narkotik vasitə satmasını müəyyən edə bilməmişdir. Nə o, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, onun məhkəmədə verdiyi ifadəsi yalnız özünü müdafiə xarakteri daşıyır. Məhkəmədə Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər, polis idarəsinin 3-cü polis bölməsində sahə rəisi vəzifəsində işləyir, rütbəsi polis leytenantıdır. O, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, onunla münasibətləri normal olmuşdur, hətta qurban bayramlarında qurban kəsərkən Təqsirləndirilən şəxs da qurban payı vermişdir. 20.07.2021ci il tarixdə polis bölməsində olduğu zaman işlədiyi bölmənin polis əməkdaşları qonşusu Təqsirləndirilən şəxs bölməyə gətirdiklərini görmüş və onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı ilə keçirilmiş və həmin vaxt onun üzərindən 1 ədəd “ARGO” markalı siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən büküm formasında 2 ədəd qızılı rəngli siqaret kağızı aşkar edilmişdir. Təhqiqatçının müvafiq sualına uyğun olaraq Təqsirləndirilən şəxs siqaret qutusundakı bükümlərin içərisindəkinin “KAKOS”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütləni 3 gün əvvəl Bakı şəhəri, “20 Yanvar” deyilən ərazidən tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını demişdir. Həmin şəxsdən 5 büküm aldığını 2 bükümün üzərində, qalan 3 bükümün isə yaşadığı mənzildə olduğunu demişdir. Bükümlər elektron tərəziyə qoyularaq çəkisi müəyyən olunmuş, sənədləşmə aparıldıqdan sonra o, da digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün getmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə çatdıqda qapını Təqsirləndirilən şəxs əmisi açmış və onlar hansı məqsədlə gəldiklərini və mənzilə baxış keçirəcəklərini bildirdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünün göstərdiyi yerə baxmışlar və həmin yerdən 2 ədəd şpris, 1 ədəd sınıq şüşə ampula, 1 ədəd tərəzi, 5 ədəd qızılı siqaret kağızına bükülmüş büküm, 1 qırmızı siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümlər tərəziyə qoyularaq çəkisi müəyyən olunmuş və sənədləşmə işləri aparılmışdır. Nə o, nə də ki, digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı nə fiziki, nə də psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafə xarakteri daşıyır və məsuliyyətdən boyun qaçırmaqdan başqa bir şey deyildir. İş materiallarına əlavə olunmuş CD diskə baxış keçirilməsi haqqında 17.08.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Asəf Hətəmli tərəfindən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; görüntünün ilk saniyəsində əynində polis geyim forması olan şəxs özünün Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru Səbuhi Dadaşov olduğunu bildirir. Daha sonra saxlanılan şəxsin ətrafında olan digər mülki geyimdəki şəxslər özlərini ardıcıllıqla təqdim edirlər və Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, sahə rəisi, polis leytenantı Bəxtiyar Əliyev, əməliyyat müvəkkili, baş leytenant Şahid3 və Şahid2 olduqlarını bildirirlər. Təhqiqatçı saxlanılan şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirir. 00.35-ci anında təhqiqatçı Təqsirləndirilən şəxs saxlamanının səbəbini izah edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini deyir. S.Dadaşov Təqsirləndirilən şəxs hüquqlarının vəkil Günay Cəfərovanın müdafiə edəcəyini bildirir. Təqsirləndirilən şəxs etiraz etmir. Təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri əks olunmuş A4 vərəqi ona təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış olur. Səbuhi Dadaşov Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edir. 01.53-cü anında Təqsirləndirilən şəxs əynindəki boz rəngli, üstündə xətlər olan şalvarın sağ yan cibindən 1(bir) ədəd “ARGO” markalı siqaret qutusunu çıxardır və təqdim edir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisindən büküm formasında 2 ədəd qızılı rəngli siqaret kağızı aşkar edilir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs siqaret qutusundakı bükümlərin içərisindəkinin “KAKOS”, yəni narkotik vasitə olan heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin kütləni 3 gün əvvəl Bakı şəhəri, “20 Yanvar” deyilən ərazidən tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirir. Həmin şəxsdən 5 büküm aldığını 2 bükümün üzərində, qalan 3 bükümün isə yaşadığı mənzildə olduğunu deyir. 03.57-ci anında bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülür. Birinci bükümün 0,35 qram, ikinci bükümün 0,38 qram olması müəyyən olunur. 05.00-cı anında saxlanılan şəxsin üzərində aşkar olunmuş bükümmlər kağız zərfə qoyularaq möhürlənir. Şəxsi axtarış 07 dəqiqə 58 saniyədə bitir. Daha sonra ikinci qovluğa daxil olundu. Görüntülənən video görüntü 19 dəqiqə 41 saniyədən ibarətdir. Görüntünün ilk saniyəsində əynində polis geyim forması olan şəxs özünün Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru Səbuhi Dadaşov olduğunu bildirir və Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ev 27A, mənzil 47 ünvanına baxış keçirəcəyini bildirir. Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Daha sonra baxış iştirqakçıları Təqsirləndirilən şəxsla birgə mənzilə daxil olurlar. İlk olaraq mənzilin sahibi X7 ilə qarşılaşırlar. O, Təqsirləndirilən şəxs əmisi olduğunu və eyni evdə yaşadığını bildirir. N.Nəhmətov qardaşı oğlundan dəfələrlə şikayətçi olduğunu deyir. Səbuhi Dadaşov saxlanılan şəxsdən narkotik maddələri harda saxladığını göstərməsini bildirir. 02.18-ci anında Təqsirləndirilən şəxs otaqda olan qəhvəyi rəngli güzgü altlığını göstərərək onun qapısını açır. Təhqiqatçı həmin rəfə baxış keçirir, ancaq orda hər hansısa qanunsuz əşya aşkar olunmur. 02.50-ci anında saxlanılan şəxsin yataq otağına daxil olurlar. Təqsirləndirilən şəxs qonaq otağında yerləşən televizor altlığı mebelini göstərərək sol tərəfə çəkir və həmin mebeldən 2 ədəd şpris, 1 ədəd sınıq şüşə ampula, 1 ədəd tərəzi, 5 ədəd qızılı siqaret kağızına bükülmüş büküm, 1 qırmızı siqaret kağızına bükülmüş büküm aşkar olunur. 07.13-ci anında həmin bükümlər tərəziyə qoyularaq ölçülür. Birinci bükümün çəkisi 0,42 qram, ikinci büküm 0,24 qram, üçüncü büküm 0,38 qram, dördüncü büküm 0,35 qram, beşinci büküm 0,22 qram, altıncı büküm 0,22 qram olduğu müəyyən olunur. Bükümlərin ümumi çəkisi 1,83 qram olduğu müəyyən olunur. Həmin 6 ədəd büküm və 1 elektron tərəzi kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılır. Daha sonra 2 ədəd şpris, 1 ədəd sınıq şüşə ampula kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılır. Təhqiqatçı digər əşyaların əhəmiyyət kəsb etmədiyindən götürülmədiyini deyir. 17.44-cü anında təhqiqatçı otağa baxışı davam etdirir. Digər otaqlarada baxış keçirilir amma əhəmiyyət kəsb edən əşya aşkar olunmur. Şəxsi axtarış 19 dəqiqə 41 saniyədə bitir. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə-kimyəvi ekspertizasının 21.07.2021-ci il tarixli, 6/2994 saylı rəyindən görünür ki, üzərində “ ...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 1 №li iki ədəd bükümdə ayıayrılıqda təmiz çəkiləri 0.254 qr., 0,240qr., ümumi təmiz çəkisi 0,494 qram olan qəhvəyi rəngli tozşəkllli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə- heroindir. 2 №-li zərfdəkin bir ədəd sınıq şüşə ampula, iki ədəd birdəfəlik şprisin daxilində narkotik vaistə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 3 №-li zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,150 qr., 0,307 qr., 0,250 qr., 0,171 qr., 0,236 qr., 0,143 qr., ümumi təmiz çəkisi 1,257 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vaistə - heroindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 1 №li və 3 №li zərflərdəki heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər. (1 №li zərfdəki heroinin ümumi təmiz çəkisi-0,494 qram, tədqiqata sərf olundu-0,100 qram, qalıq-0,394 qram. 3 №li zərfdəki heroinin ümumi təmiz çəkisi-1,257 qram, tədqiqata sərf olundu-0,100 qram, qalıq-1,157 qram.) Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X1 17.08.2021-ci il tarixli, 2935 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2649 saylı 29.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayından həmin dispanserdə “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadə işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə təqsriləndirlən şəxsin müdafiəçisi Müdafiəçi şahidlər Şahid1 və Şahid2 məxsus telefon nömrələrinə dair məlumatların ələ keçirilməsinə dair vəsatətini təmin edərək həmin məlumatları əldə edib baxış keçirmiş və təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların ələ keçirilmiş telefon məlumatları ilə də təsdiq edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar oz təsdiqni tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamış, törətdiyi cinayət əməlini etiraf etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmünün, Sumqayıt Şəhər Probasiya Şöbəsinin 27.08.2021-ci il tarixli məktubundan və Sumqayıt Şəhər Məhkəməsinin 30.12.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 30.12.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndlərinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12.11.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 20.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin hazırlıq iclasının 12.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 iyul 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 1,551 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd CD Compact disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29.09.2021-ci il tarixli (iş № 1(060)-667/2021) qərarını icra edərək, 08.10.2021-ci il tarixli 1274/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 1,551 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD Compact disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-69/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-69/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver