Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-69/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-696/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmiş üzrə hazırda azadlıqdan məhrum etmə növüdə cəza çəkən, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimakn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunu bağça müdirəsi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin noyabr ayı ərzində hissəhissə olmaqla, 04 noyabr 2022-ci il tarixdə, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisində K.Muxtarovdan ilkin olaraq götürəcəyi 3000 manat pulu rəsmiləşdirdikləri zaman 115 manatı rüsum Zərərçəkmiş şəxs tərəfindən notariat ofisinə verildikdən sonra geri qalan 2885 manatı, 12 noyabr 2022-ci il tarixdə, Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33C, mənzil 32 ünvanında 2500 manat və 24 noyabr 2022-ci il tarixdə həmin ünvanda 8500 manat, 2022-ci ilin noyabr ayının sonunda cinayətdən xəbərsiz anası X3 vasitəsi ilə yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 27/4, mənzil 64 ünvanında götürdüyü 1000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda olan 15000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olarkən əvvəllər qonşuluq münasibəti olmuş, uzun müddət görmədiyi Zərərçəkmiş şəxs və onun övladı X5 ilə qarşılaşmış, qarşılaşıb söhbətləşdikləri zaman Günel Muxtarovanın evlənib, daha sonra ayrıldığını öyrənmişdir. Əvvəllər onun Günel Muxtarovadan xoşu gəlmiş və söhbət edən zaman bir-birilərinə mobil nömrəsini vermişlər, münasibətləri yaranmışdır. O, Kəmalə və Günel Muxtarovların evinə gəlib-getmiş, həmin ərəfədə G.Muxtarovanın anası Zərərçəkmiş şəxs ilə görüşüb söhbətləşib, telefon əlaqəsi saxlamışdır. 2022-ci ilin noyabr ayının əvvəli Zərərçəkmiş şəxs ilə aralarındakı söhbət zamanı sonuncu ona uşaq bağçasındakı müdir vəzifəsindən çıxarıldığını və yenidən bağça müdirəsi işləmək istədiyini, əlində pul olduğunu, lakin yenidən vəzifəsinə təyin olunmağı üçün heç kimi tapa bilmədiyini demişdir. O, maddi imkanı yaxşı olmadığı və uzun müddət işləmədiyi üçün borcları yarandığından Zərərçəkmiş şəxs hər hansı bir bağçaya müdir vəzifəsinə düzəldə biləcəyi adı ilə aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Buna müvafiq olaraq Zərərçəkmiş şəxs sonuncunu hər hansı bir bağçaya müdirə vəzifəsinə düzəldə biləcəyini, tanışının olduğunu, həmin şəxs vasitəsi ilə işə düzəldə biləcəyini yalandan demiş, özü barəsində etibar qazanmağa çalışıb Zərərçəkmiş şəxs bağça müdirəsi vəzifəsinə düzəldə biləcəyinə inandırmış və razı salmışdır. Zərərçəkmiş şəxs dəqiq olaraq nə qədər pulu olduğunu bilməmiş, işə bərpa edilməsi adı ilə hissə-hissə pulu ələ keçirmək niyyəti ilə ilkin hərəkətlərin görülməsi üçün 3000 manat pul lazım olduğunu demiş və onun yalanına daha da çox inanması üçün pulu notarius vasitəsi ilə verilməsi barədə razılaşmışlar. 04 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 4 saylı notariat ofisində Zərərçəkmiş şəxs bağça müdirəsi vəzifəsinə bərpa edilməsi adı ilə notariusda aralarında kredit müqaviləsi bağlayaraq 3000 manat pulu götürmüşdür. Müqavilənin rəsmiləşdirilməsi üçün 115 manat rüsum ona verilmiş 3000 manat puldan çıxarılmış və o, 2885 manat pulu götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs 12 noyabr 2022-ci il tarixdə sonuncunun yaşadığı, ünvan 4 ünvanında 2500 manat və 24 noyabr 2022-ci il tarixdə, həmin ünvanda 8500 manat pul almışdır. Son olaraq Zərərçəkmiş şəxs bağça müdirəsi işinə düzəlməsindən ötrü bu işlə məşğul olan şəxsə öz cibindən 1000 manat pul verdiyini yalandan demiş, 2022-ci ilin noyabr ayının sonunda həmin adla K.Mutarovadan 1000 manat əldə etmişdir. Belə ki, Zərərçəkmiş şəxs qızı Günel Muxtarova ilə aralarında səmimi münasibət yarandıqdan sonra hər iki tərəfin ailəsi onların münasibətlərindən məlumatlı olmuşdur. Həmçinin onların əvvəllər qonşuluq münasibətləri olduğu üçün anası X3 ilə Zərərçəkmiş şəxs və Günel Muxtarova arasında tanışlıq olmuşdur. O, son olaraq 1000 manat pulu Zərərçəkmiş şəxs istədikdən bir neçə gün sonra onunla əlaqə saxlayıb pulu hazır etdiyini demiş, həmin zaman o, Bakı şəhərində olduğu üçün anası Xalidə Əsgərovaya, Zərərçəkmiş şəxs ona 1000 manat borclu olduğunu, pulu götürməyini istəmişdir. Bu səbəblə də, anası pulu götürmüş, daha sonra ona vermişdir. Anasının Zərərçəkmiş şəxs aldadıb bağçaya müdirə vəzifəsinə düzəltmək adı ilə sonuncudan pul aldığı üçün, 1000 manat pulun da həmin pulun bir qismi olduğundan məlumatı olmamışdır. Ümumilikdə Zərərçəkmiş şəxs bağça müdirəsi vəzifəsinə işə düzəlməsi adı ilə aldadıb 14.885 (on dörd min səkkiz yüz səksən beş) manat pulunu ələ keçirmişdir. Pulların tamamını onun işə bərpa edilməsi məsələsinə xərclədiyini desə də, reallıqda işə bərpa edilməsi üçün heç bir hərəkət etməmiş, pulu şəxsi təlabatına və borclarına xərcləmişdir. Həmçinin təxminən 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs və Günel Muxtarova ilə münasibətinin normal olduğu zaman işlətdiyi sadə mobil telefon xarab olmuşdur. Günel Muxtarova ilə danışdığı zaman sonuncu ona İphone XS Max markalı mobil telefonunun nasaz vəziyyətdə olduğunu bildirmiş və aralarındakı razılıq əsasında həmin telefonu 200 manata G.Muxtarovadan almışdır. Daha sonra telefonu təmir edib işlətmişdir. O, nə Günel Muxtarovanı, nə də Zərərçəkmiş şəxs aldadıb telefonu ələ keçirməmişdir. Mobil telefonun Zərərçəkmiş şəxs bağça müdirəsi vəzifəsinə düzəltmək vədi ilə heç bir əlaqəsi də olmamışdır. Günellə yaxın münasibəti olmuşdur, münasibət korlandıqdan sonra Zərərçəkmiş şəxs ona və anasına qarşı münasibəti, mövqeyi dəyişmiş, ona verdiyi pulu tez-tez tələb etməyə başlamışdır. Daha sonra o, aldığı pulu X2 vasitəsi ilə qaytarmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, həmçinin səhhətində problemlərin olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində köhnə qonşusu olan Təqsirləndirilən şəxs ilə rastlaşmış, söhbət zamanı Təqsirləndirilən şəxs bağça müdirəsi vəzifəsindən çıxdığını demişdir. Bundan 2-3 gün sonra Təqsirləndirilən şəxs ona telefon ilə zəng edərək hal-əhval tutduqda söhbət əsnasında yenidən bağça müdirəsi vəzifəsinə düzəlmək istədiyini demişdir. Təqsirləndirilən şəxs da ona tanışının olduğunu və həmin şəxsin vasitəsi ilə onu bağça müdirəsi vəzifəsinə düzəldə biləcəyini, bunun üçün 15000 manat pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs onu yenidən işə düzəldə biləcəyinə inanıb razılaşmışdır. Təqsirləndirilən şəxs ilk əvvəl ondan 3000 manat pul istəmiş, o da notariat kontorunda borc müqaviləsi əsasında 115 manat rüsum tutulduqdan sonra 3000 manat pul vermişdir. Bundan başqa həmin məsələyə görə 12 noyabr 2022-ci il tarixdə 2500 manat və 24 noyabr 2022-ci il tarixdə 8500 manat pulu yaşadığı, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 33C, mənzil 32 ünvanında əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Son olaraq Təqsirləndirilən şəxs işlə bağlı onun yerinə adını demədiyi şəxsə 1000 manat pul verdiyini demiş və 2022-ci ilin noyabr ayının sonunda 1000 manat pulu Təqsirləndirilən şəxs anası X3 vasitəsi ilə ona vermişdir. Həmin 1000 manat pul qızı Günel Muxtarova tərəfindən Xalidə Əşgərovaya verilmişdir. Təqsirləndirilən şəxs daha sonra mart ayında onun qızı G.Muxtarovanın nasaz telefonunu götürmüş, telefon aldıqdan sonra qaytaracağına söz vermiş, lakın vədinə əməl etməyərək qaytarmamışdır. Hər dəfə pul istədikdə Təqsirləndirilən şəxs ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin bildirmişdir ki, iş istintaqda olan zaman İlkin onunla əlaqə saxlayaraq bildirmişdir ki, barəsində başqa bir iş də var, işi daha da ağırlaşmaması üçün zərərin ödənilməsi üçün ərizə versin, pulu qısa müddətə ödəyəcək. O da İlkinə yenidən inanaraq belə bir ərizə vermişdir ki, guya ona dəymiş maddi ziyan ödənilmişdir. Əslində isə heç bir ödəniş olmamışdır. İndiyədək ona dəymiş maddi ziyanın ödənilməməsini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun oğlu Zərərçəkmiş şəxs yeznəsi olmuşdur. Zərərçəkmiş şəxs bağça müdiri vəzifəsində işləyən zaman oğlundan işə düzəlmək adı ilə 20000 manat məbləğində pul istəmişdir. Oğlu bağçada Zərərçəkmiş şəxs katibəsinin yanında ona 20000 manat pul sayıb vermişdir. Daha sonra onlara Zərərçəkmiş şəxs işdən çıxmaq ehtimalı olduğunu və yenidən işə düzəlmək məqsədilə həmin məbləği oğlundan aldığı məlum olmuşdur. O Təqsirləndirilən şəxs tanımır, onunla hər hansı bir münasibəti olmamış, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan hər hansı pulun ödənilməsi və qaytarılması prosesində iştirak etməmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 45-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o Msy-dən azad edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan “təqdim etmə, götürmə və baxış keçirilməsi aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd müqavilə surətinin götürülmüşdür. Müqavilənin üzərində aşağıdakı sözlər yazılmışdır; “Kredit Müqaviləsi”. “Sumqayıt şəhəri, “dörd noyabr iki min iyirmi ikinci il”. "Borc verən Zərərçəkmiş şəxs”, “Borc alan Təqsirləndirilən şəxs”, ““Borc verən” “Borc alana” 2800 manat 00 qəpik məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir”, “115 manat haqq tutulub”, “Sumqayıt şəhəri 4 saylı notariat ofisi”, “çap tarixi xx.xx.2022 17:32” və s. Cinayət işinin 80-85-ci vərəqələrində olan 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, üzərində aşağıdakı sözlər qeyd edilmiş 01 ədəd müqavilə surəti maddi sübut kimi tanınaraq cinayət işnini materiallarına əlavə edilmişdir; “Kredit Müqaviləsi”. “Sumqayıt şəhəri, “dörd noyabr iki min iyirmi ikinci il”. "Borc verən Zərərçəkmiş şəxs”, “Borc alan Təqsirləndirilən şəxs”, ““Borc verən” “Borc alana” 2800 manat 00 qəpik məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir”, “115 manat haqq tutulub”, “Sumqayıt şəhəri 4 saylı notariat ofisi”, “çap tarixi xx.xx.2022 17:32” və s. Cinayət işinin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cərimə tam ödənilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014cq il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 3) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən ona 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır; 4) Ağcabədi RPŞ-də Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi açılmış xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-696/2023 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək (iki) il 02 (iki) ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun iki gün şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin olunmamış və onun barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-696/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə düz tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-696/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-696/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, cəmi 04 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-696/2023 saylı hökmünə əsasən cəzaçəkmə müddətinin əvvəli də xx.xx.2023-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və hazırda onun azadlıqdan məhrum etmə növündə cəza cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzajirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübiut kimi tanınmış bir ədəd notarial müqavilənin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)- 696/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-696/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd notarial müqavilənin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-69/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-69/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver