Məhkəmə qərarları › İş №1(060)-690/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-690/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-690/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 450,0 qram yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 30.07.2021-ci il tarixdə, saat 15:40-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxlamış olduğu 01 ədəd qara rəngli sellefon torbaya bükülmüş içərisində 450.0 qram yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 30.07.2021-ci il tarixdə, təxminən saat 15:40 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmiş, o etiraz etməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilən zaman özü sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılmış, torbanın içərisində bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan bitki kütləsinin "marixuana” olduğunu, aşkar olunmuş bitki kütləsini 1 həftə əvvəl, 23.07.2021-ci il tarixdə Tərtər rayonunda atasının məzarını ziyarət edən zaman qəbirsanlıqdan tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin qara rəngli sellofan ilə birlikdə çəkisinin 454 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi qablaşdırılmışdır. Polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə, içərisi boş vəziyyətdə olan istifadə olunmuş “Novakain” flakonu, şalvarın arxa sağ cibindən 2 ədəd istifadə olunmuş şpriş, 7 manat pul, açar, 3 qəpik pul aşkar olunmuş,həmin aşkar olunmuş pul və açarlar xüsusi əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmış, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə, içərisi boş vəziyyətdə olan istifadə olunmuş “Novakain” flakonu, şalvarının arxa sağ cibindən 2 ədəd istifadə olunmuş şpriş, götürülmüşdür. Sorğu zamanı aşkar olunan ağ rəngli kristal şəkilli maddənin limon duzu olduğunu, həmin maddə ilə ağrıları olduğu üçün narkotik vasitə olan “kakos” qəbul etdiyini bildirmişdir. Narkotok vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, heç vaxt narkotik vasitələrin alq-satqısı ilə məşğul olmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 Mehdi oğlu oğlu göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 29.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ev 9/5, mənzil 50 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2, KTB-nin inspektor-kriminalisti, polis baş leytenantı Fərid Nəsimiyevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 30.07.2021-ci il tarixdə, saat 15:30-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində olan zaman saxlamışlar, həmin şəxsə özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər və heç bir müqavimət göstərmədən onlarla Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. Pİ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi Fərhad Məmmədov təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad Məmmədovun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X2 tərəfindən aparılmışdır. Baş təhqiqatçı Elsevər Quliyev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan tarbanın içərisindəki nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda, aşkar olunan maddənin narkotik vasitə “marixuana” olduğunu, həmin maddəni təxminən bir həftə əvvəl Tərtər rayonu ərazisində yerləşən atasının qəbrini ziyarət etməyə gedən zaman qəbirsanlıqdan tapdığını söyləmişdir. Baş təhqiqatçı X7 Əsədovdan polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin sellofan torbanı nə üçün üzərində olduğunu soruşduqda, həmin şəxs televizora baxarkən polis əməkdaşlarının narkotiklərlə ciddi mübarizə apardığını gördüyünü, tutulmaqdan qorxaraq həmin narkotik vasitəni tullamaq qərarına gəldiyi üçün üzərində saxladığını bildirmişdir. Həmin qara rəngli sellofan torba təhqiqatçı tərəfindən açılarkən içərisindən spesifik iyə malik ot kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş spesifik iyə malik ot kütləsi elektron tərəzidə qoyularaq çəkilmiş və çəkisinin 454 qram olması müəyyən olunmuşdur. Daha sonra təhiqiqatçı tərəfindən həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı 01 ədəd şəffaf rəngli sellofan bükülüdə limon duzu hissəcikləri, 01 ədəd içərisi boş, baş hissəsi sınıq vəziyyətdə olan “novokain 5 milliqram” flakonu, 01 ədəd 5 manatlıq və 02 ədəd 1 manatlıq pul əskinazı, alışqan, evə məxsus açar və 02 ədəd içərisi boş vəziyyətdə şprislər aşkar olunmuşdur. İçərisindən spesifik iyə malik ot kütləsi aşkar olunmuş sellofan torba, limon duzu, 02 ədəd şpris və 01 ədəd “novokain 5 milliqram” flakon ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd 5 manatlıq və 02 ədəd 1 manatlıq pul əskinazı, evə məxsus açar və alışqan əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi həmin protokolu öz imzası ilə imzalamışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı məşğul olması ilə bağlı onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı X4 oğlu Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 31.07.2021-ci il tarixli, 7/726 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs ...” yazısı olan 01 ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi-450,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.35-38) İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01.08..2021-ci il tarixli, 6/3243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi əksi olan, soyad və imza qeyd edilmiş bir ədəd üzərində “Novakain ” göstəricisi olan sınmış şüşə ampulada və 2 ml ədəd 5 ml həcmli şprisdə narkotik vasitə olan heroinin izləri vardır.Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Bir ədəd bükümdə təmiz çəkəsi 1,365 qram olan ağ rəngli maddə-limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziyalar (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları” na daxil deyildir. (i.v.48-51) İş materiallarında olan 02.08.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 449,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd 5 ml həcmli şpris və bir ədəd bükümdə təmiz çəkisi 1,365 qram olan ağ rəngli maddə-limon turşusu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 449,9 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına verilmiş, bir ədəd disk iş materiallarına əlavə edilmişdir. (i.v.70-71, 76,78) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu etiraf etməsi əks etdirilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli, 3254 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.103-104) İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 2011-ci ilin iyul ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 80) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 11.07.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 11.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 22.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzası çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (i.v. 81-83, 91-95) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. 114) İş materiallarında olan 30.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.07.2021-ci il tarixdə, saat 15:40-da tutulmuşdur.(i.v. 17) İş materiallarında olan 01.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəri altına vermə qətimkan tədbiri seçilmiş, sat 12:40-da qərar ona elan olunaraq MSY-də buraxılmışdır. (i.v 68-69) Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 450.0 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 30.07.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 01.08.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. Ona görə də, onun tutularaq saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən, təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatları ilə əlaqədar 143,72 (bir yüz qırx üç manat yetmiş iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Vəkil tərəfindən bu iş üzrə hüquqi xidmət üçün 10 (on) iş saatı sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 449,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd 5 ml həcmli şpris, bir ədəd bükümdə təmiz çəkisi 1,365 qram olan ağ rəngli maddəlimon turşusu məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 143,72 (bir yüz qırx üç manat yetmiş iki qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutlar-ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 449,9 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd 5 ml həcmli şpris və bir ədəd bükümdə təmiz çəkisi 1,365 qram olan ağ rəngli maddə-limon turşusu məhv edilsin. İş üzrə maddi sübut - əməliyyataxtarış tədbirini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar