Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-690/2023 14.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X2, müdafiəçi Sumqayıt Reional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, aliləli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları, 1901C ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində, ünvan 3 ünvanında yerləşən "Kumon" tədris mərkəzinin açılışı ilə bağlı işçi heyətin tədris mərkəzinin çölündə olmalarından istifadə edərək, tədris mərkəzinin yerləşdiyi binanın arxa hissəsində üzərində “giriş digər tərəfdəndir" yazısı və açıq olan xidməti giriş qapısından içəri qanunsuz daxil olmaqla orada sinif otağında masanın üzərində olmuş tədris mərkəzinin açılışında animator kimi iştirak edən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd Vyetnam istehsallı, üzərində 2 ədəd mobil nömrələri ilə birlikdə 260 manat qiymətində “Samsung A32” markalı mobil telefonu, digər sinif otağında masanın üzərində olmuş tədris mərkəzində müəllimə işləyən Zərərçəkmiş şəxs2 məxsus əl çantasından 1 ədəd Çin istehsallı, üzərində 2 ədəd mobil nömrələri ilə birlikdə 210 manat qiymətində “Redmi Note 7” markalı mobil telefonu, içərisində 4 manat olan 5 manat qiymətində dəri materiallı pul kisəsini, masanın üzərində olmuş tədris mərkəzində müəllimə işləyən X4 məxsus əl çantasından 1 ədəd istifadədə olmuş 30 manat qiymətində optik eynəyi, 5 manat qiymətində eynək qabı, içərisində 60 manat olan 5 manat qiymətində dəri materiallı pul kisəsini, masanın üzərində olmuş tədris mərkəzinin açılışında iştirak edən Zərərçəkmiş şəxs4 məxsus əl çantasından içərisində 15 manat olan 5 manat qiymətində dəri materiallı pul kisəsini, masanın üzərində olmuş tədris mərkəzinin meneceri işləyən Zərərçəkmiş şəxs5 məxsus əl çantasından içərisində 20 manat olan 5 manat qiymətində dəri materiallı pul kisəsini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 260 manat, Zərərçəkmiş şəxs2 219 manat, Zərərçəkmiş şəxs3 100 manat, Zərərçəkmiş şəxs4 20 manat, Zərərçəkmiş şəxs5 25 manat - ümumilikdə 624 manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 22 ildir ki, fasilələrlə narkotik maddələr və psixotrop maddələr qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində 2 saylı avtobusla qeydiyyatda olduğu Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən narkoloji dispanserə gedirmiş, Sumqayıt şəhəri 16-cı məhəllə ərazisindən keçən zaman yolun sağ tərəfində yaşayış binasının 1-ci mərtəbəsində “Kumon” tədris kursunun açılış tədbirinin keçirildiyni və insanların oraya toplaşdığını görmüşdür. Bir qədər sonra narkoloji dispanserdə dərman qəbul etdikdən sonra oradan çıxıb piyada Sumqayıt bazar istiqamətinə gəlirmiş və biraz əvvəl gördüyü Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən tədris kursunun açılış tədbirinin davam etdiyini görmüşdür. Həmin vaxtı oradan su içmək istəmiş, tədris mərkəzinin girişində çoxlu insanlar olduğundan düşünmüşdür ki, tədris mərkəzinin arxa qapısından içəri girib su içər. Tədris mərkəzinin yerləşdiyi binanın blokuna girmiş və sol tərəfdə yerləşən tədris mərkəzinin xidməti giriş qapısına yaxınlaşmış, qapı üzərində yapışdırılmış kağız parçasında yazıya diqqət etməmiş və qapının dəstəyini buranda qapının açıq olduğunu görmüş, qapını açıb içəri daxil olmuş və qapını arxasınca örtmüşdür. İlk olaraq dəhlizə bitişik qapıları açıq olan kiçik sinif otaqlardan birində stolun üzərində gödəkcə, əl çantaları və mavi rəngli "Samsung A 32" markalı mobil telefonu görəndə oğurlamaq qərarına gələrək həmin mobil telefonu götürüb cibinə qoymuş və dəhlizə çıxan zaman qarşına bir qadın çıxmış, həmin vaxtı o, sanitar qovşağına girib gözləmişdir ki, həmin qadın şübhələnmədən çıxıb getsin, həmin qadın ondan şübhələnməmişdir. Qadın getdikdən sonra sanitar qovşağından çıxıb dəhlizə bitişik qapısı açıq olan digər otağa daxil olub göz gəzdirmiş, həmin otaqda stol və stulların üzərində çoxlu üst geyimləri və çantalar olduğunu görəndə əl çantaların içərisində pul qabı olmasını və pul qabların içərisində də pul olmasını düşünüb tələsik həmin çantaların əl çatan üzdə olanların hər birindən içərlərini açıb baxmadan 5 ədəd pul kisələrini götürüb tədris mərkəzini girdiyi qapıdan tərk etmişdir. Oradan piyada bazar istiqamətinə getmiş, yolda oğurladığı pul kisələrini açıb baxanda içərlərində şəxsiyyət vəsiqələr, bank kartları, tələbə bileti, vizitkalar, metro kartları, pul kisəsi zənn etdiyi dəri qabda olan 1 ədəd optik eynək, 1 ədəd qara rəngli "Redmi Nord 7" markalı mobil telefon və ümumilikdə 82 manat pul olmuşdur. Mobil telefonların nömrələrini çıxarıb tullamış və mobil telefonları bazarda satmaq istəsə də az pul təklif edildiyindən satmamış və evə getmişdir. Oğurladığı əşyalardan 2 ədəd mobil telefonu və 82 manat pulu götürmüş, qalan əşyaları isə sellofan torbaya qoyub evinin yaxınlığında tikilməkdə olan hasarın dibində gizlətmiş, mobil telefonları isə evdə özünə aid dolabda gizlətmiş, düşünmüşdür ki, nə vaxtsa satar. Oğuluq nəticəsində əldə etdiyi pulları bir neçə gün ərzində özünə xərcləmişdir. "Kumon" tədris mərkəzinə girməkdə ilk məqsədi su içmək olmuş, sonradan içəri girib orada sinif otaqlarında mobil telefon və əl çantalarını görəndə oğurluq etmək qərarına gəlmişdir. Tədris mərkəzindən mobil telefon və içərisində pul, mobil telefon və əşyalar olan pul kisələrini tək oğurlamış, həmin vaxtı yanında və kənarda heç kim olmamış, onu heç kim görməmişdir. Əl çantalarında pul kisələrində olan rəsmi sənədləri oğurlamaq niyyəti olmamış, əl çantaların içərisində pul kisələri olmasını və pul kisələrin içərisində də pul olmasım düşünüb içərilərinə baxmadan pul qabıları götürmüşdür. Məqsədi pul və pula gedən əşya oğurlamaq olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada animator işləyir. xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən "Kumon" tədris məkrəzınin açılışında animator kimi iştirak etməyə gəlmişdir. Geyimini tədris mərkəzində olan kiçik sinif otaqların birində dəyişmiş, özünə məxsus “Samsung A32” markalı mobil telefonu, avtomobilin açarını və gün eynəyini sinifdə masanın üzərinə qoymuş və animator şou açılış proqramını keçirməyə başlamışdır. Saat 12-də açılış tədbiri başlanmışdır. Saat 13:30 radələrində tədbir bitmiş, geyimini dəyişmək üçün həmin sinif otağına gəlmiş və mobil telefonun olmadığını aşkar etmiş və bununla bağlı içşilərdən soraqlaşmış, həmin vaxtı məlum olmuşdur ki, bir neçə nəfər işçilərin də əl çantalarından pul kisələri və mobil telefon oğurlanmışdır. O, da baş vermiş oğurluqla bağlı 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mobil telefonu “Samsung A32” markalı, mavi rəngli, 2022-ci ilin fevral ayında 588 manata almış, hazırda qiyməti təxminən 300 manat olar, həmin mobil telefonda hər birinin qiyməti 5 manat olan ***-***-**-** və ***-***-**-** saylı nömrələri olmuşdur. Ona ümumilikdə 310 manat maddi ziyan dəymişdir. Göstərdiyi əşyalarından başqa heç bir əşyası oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 6 ildir ki, Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən “Kumon” tədris məkrəzinə müsahibə əsasında dilədəbiyyat müəllimi kimi işə düzəlmişdir. xx.xx.2023-cü il tarixdə 12-də tədris mərkəzinin açılışı olmuş, o və bir neçə müəllim heyəti də açılışda iştirak edirmiş. Tədbir tədris mərkəzinin girişində keçirilmiş, bütün işçilər kimi öz gödəkcəsini və əl çantasını tədris mərkəzinin kiçik sinif otaqların birində masanın üzərinə qoyub özləri də çöldə olmuşlar. Saat 13:30 radələrində tədbir bitdikdən sonra mobil telefonu əl çantasından götürmək üçün getmiş, lakin mobil telefonu əl çantada olmamış, o,əl çantasına baxanda orada içərisində 4 manat pulu, özünün və övladlarının şəxsiyyət vəsiqələri, bank kartları və vizitkalar olan pul kisəsinin olmadığını görmüşdür. Sonra digər müəllimlər də əl çantalarından pul kisəsinin olmadığını aşkar edəndə, bilmişlər ki, oğurlanmışdır. Ona görə də baş vermiş oğurluqla bağlı polisə məlumat vermişlər. Əl çantasından içərisində 4 manat olan 10 manat qiymətində ağ-qara rəngli dəri materiallı pul kisəsi və həmin pul kisəsinin içərisində hər birinin qiyməti 5 manat olan ümumi 10 manat qiymətində ***-***-**-** və ***- ***-**-** saylı nömrələri ilə işləyən 200 manat qiymətində qara rəngli “Redmi Note 7” markalı mobil telefonu, özünə, oğlu Elfan Salahzadəyə və qızı Mələk Salahzadəyə məxsus şəxsiyyət vəsiqələri, “Kapital bank” maaş, "Kapital bank" debet, "Birkart", "Leobank", "Rabıtəbank" bank kartları, YAP üzvlük vəsiqəsi və oğlu Elfanın sağlamlıq kartı olmuşdur. Bütün bank kartlarını dərhal blokladığı üçün kartlardan pul oğurlanmamışdır. Ona ümumilikdə 224 manat maddi ziyan dəymişdir. Göstərdiyi əşyalarından başqa heç bir əşyası və pulu oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağlan, ev 69-da yaşayır. Ali təhsilidir, 2022-ci ilin dekabr avından etibarən əvvəlki “Proares” hazırda "Kumon" tədris mərkəzində ingilis dili müəllimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 12-də tədris mərkəzinin açılışı olmuş, o,və bir neçə müəllim heyəti də açılışda iştirak edirmiş. Tədbir tədris mərkəzinin girişində keçirilmiş, bütün işçilər kimi öz gödəkcəsini və əl çantanı tədris mərkəzinin kiçik sinif otaqların birində masanın üzərinə qoyub özləri də çöldə olmuşlar. Saat 13:30 radələrində tədbir bitdikdən sonra əl çantanı götürmək üçün getmiş, lakin çantanın içərisinə baxan zaman pul kisənin və dəri qabda olan optik eynəyinin olmadığını aşkar etmişdir. Pul kisəsində 60 manat pulu, "Leobank" bank kartı, metro kartı və tələbə bileti olmuşdur. Sonra digər müəllimlər də əl çantalarından pul kisələrinin olmadığını aşkar edəndə, bilmişlər ki, oğurlanmışdır və polisə məlumat vermişlər. Əl çantasından 130 manat qiymətində optik eynəyi, 5 manat qiymətində eynək qabı, 10 manat qiymətində çəhrayı rəngli dəri materiallı pul kisəsi və həmin pul kisəsinin içərisində 60 manat pulu, “Leobank” bank kartı, metro kartı və tələbə bileti oğurlanmışdır. “Leobank” bank kartını mobil tətbiqdə blokladığı üçün kartından pulu oğurlanmamışdır və metro kartında isə pul olmamışdır. Ona ümumilikdə 205 manat maddi ziyan dəymişdir. Göstərdiyi əşyalarından başqa heç bir əşyası və pulu oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailə üzvlərimlə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 6/79, mənzil 24-də yaşayır. Sumqayıt şəhzərində yerləşən “Təfəkkür” liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 16-cü məhəllədə yerləşən “Kumon” tədris mərkəzinin açılışma dəvət olunmuş, tədbir saat 12-də başlanmış və tədris mərkəzinin girişində keçirilmişdir. O, da tədris mərkəzinin işçiləri kimi öz gödəkcəsini və əl çantanı tədris mərkəzinin kiçik sinif otaqların birində masanın üzərinə qoyub özləri də çöldə olmuşlar. Saat 13:30 radələrində tədbir bitdikdən sonra əl çantasını götürmək üçün sinif otağına getmiş, lakin çantanın içərisinə baxan zaman pul kisəsinin olmadığını aşkar etmişdir. Pul kisəsində 15 manat pulu, “Kapital bank” maaş kartı, şəxsiyyət vəsiqəsi və metro kartı olmuşdur. Sonra digər müəllimlər də əl çantalarından pul kisələrinin olmadığını aşkar edəndə, bilmişlər ki, oğurlanmışdır və polisə məlumat vermişlər. Onun 5 manat qiymətində qırmızı rəngli pul kisəsi və həmin pul kisəsinin içərisində 15 manat pulu, “Kapital bank” maaş kartı, metro kartı və şəxsiyyət vəsiqəsi oğurlanmışdır. “Kapital bank” bank kartını mobil tətbiqdə blokladığı üçün kartından pulu oğurlanmamışdır və metro kartında isə pul olmamışdır. Ona ümumilikdə 20 manat maddi ziyan dəymişdir. Göstərdiyi əşyalarından başqa heç bir əşyası və pulu oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 1, mənzil 79-da yaşayır. Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən “Kumon” tədris mərkəzinə müsahibə əsasında menecer işinə sınaq müddətinə düzəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində tədris mərkəzinin açılış tədbirində iştirak edirmiş, tədbir saat 12-də başlanmış və tədris mərkəzinin girişində keçirilmişdir. O, da tədris mərkəzinin işçiləri kimi öz gödəkcəsini və əl çantanı tədris mərkəzinin kiçik sinif otaqların birində masanın üzərinə qoyub özləri də çöldə olmuşlar. Saat 13:30 radələrində tədbir bitdikdən sonra əl çantanı götürmək üçün sinif otağına getmiş, lakin çantanın içərisinə baxan zaman pul kisəsinin olmadığını aşkar etmişdir. Pul kisəsində şəxsiyyət vəsiqəsi, bank kartları, anası Amalya Əliyevaya məxsus "Birkart" kartı, 20 manat pulu, tələbə bileti olmuşdur. Sonra digər müəllimlər də əl çantalarından pul kisələrinin olmadığını aşkar edəndə bilmişlər ki, oğurlanmışdır və polisə məlumat vermişlər. Onun 15 manat qiymətində çəhrayı rəngli dəri materiallı pul kisəsi və həmin pul kisəsinin içərisində 20 manat pulu, "Kapital bank" tələbə təqaüd kartı, "Leobank","Birkart" və anası Amalya Əliyevaya məxsus "Bir kart" kartı, tələbə bileti və şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Bank kartlarını mobil tətbiqdə blokladığı üçün kartlardan pulu oğurlanmamışdır. Ona ümumilikdə 35 manat maddi ziyan dəymişdir. Göstərdiyi əşyalardan başqa heç bir əşyası və pulu oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmamasını göstərərək, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102/64-də yaşayır. Təxminən 2 ay əvvəl Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən “Kumon" tədris mərkəzini idarə etməyə başlamış, özü əvvəllər də həmin tədris mərkəzində müəllim işləmişdir. Müsahibə əsasında işçi heyyəti yığıldıqdan sonra xx.xx.2023-cü il tarixdə tədris mərkəzin açılışı olmuş, tədbir saat 12-də başlanmış və tədris mərkəzinin girişdnə keçirilmişdir. Tədbir zamanı tədris mərkəzinin bütün işçiləri də çöldə olmuşlar. Tədbir zamanı ona verilən gül dəstəsini sinif olaqlarına aparıb qoyanda dəhlizdə eynəkli və sifətində qara tibbi maska olan bir qadın görmüş, həmin qadın tualetə keçmiş, o da heç bir haldan şübhələnməyərək və fikir vermədən gülləri sinif otağına qoyub geri qaytmışdır. Saat 13:30 radələrində tədbir bitmiş, müəlimlər sinif otaqlarına keçəndə məlum olmuşdu ki, bir neçə müəllimin əl çantalarından pul kisələri, həmçinin mobil telefonlar oğurlanmışdır. Sonra baş vermiş oğurluqla bağlı polisə məlumat vermişlər. Tədris mərkəzində quraşdırılmış görüntü müşahidə kameralarına baxanda tədris mərkəzinin arxa xidməti giriş qapısından bir qadının içəri daxil olduğu əks olunmuşdur. Tədris mərkəzinə H.Əliyev prospekti istiqamətindən bir girişi vardır, digər arxa giriş qapısı xidməti giriş üçündür və həmin qapının arxasına da "giriş digər tərəfdədir" xəbərdarlıq yazısını da yapışdırmışlar. Onun heç bir pulu və əşyası oğurlanmamışdır. Cinayət işinin 65-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 128-129-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 164-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2960 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 520,0 manat müəyyən olunmuşdur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir - Vyetnamda istehsal edilmiş “Samsung A32” markalı istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan və korpusunda çatlar olan 1 ədəd mobil telefon 2 ədəd mobil nömrə ilə birlikdə-ümumi qiyməti 260 manat, Çində istehsal edilmiş “Redmi Note 7” markalı istifadədə olmuş 1 ədəd mobil telefon 2 ədəd mobil nömrə ilə birlikdə-ümumi qiyməti 210 manat, üzərində “Dor” markalanma yazısı olan istifadədə olmuş, çəhrayı rəngli, süni dəridən hazırlanmış 1 ədəd pul kisəsi- qiyməti 5 manat, üzərində “Bilge Karga” markalanma yazısı olan istifadədə olmuş tünd göy rəngli, süni dəridən hazırlanmış 1 ədəd eynək qabı- qiyməti 5 manat, istifadədə olmuş 1 ədəd optik eynək- qiyməti 30 manat, markalanmasına dair heç bir məlumat olmayan hər birinin qiyməti 5 manat, 2 ədəd pul kisəsi-ümumi qiyməti 10 manat (nəzəri qaydada) təşkil edir. Cinayət işinin 165-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 11-ci səhifəsinə əlavə edilmiş bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər ünvan 4 ünvanında yerləşən “Kumon” tədris mərkəzində quraşdırılmış müşahidə kamerasında qeyd olunmuşdur. 18 saniyə davam edən video görüntüdə xx.xx.2023-cü il tarixdə saat 12:09:30-da bir nəfər ağ eynəkdə, qara geyimdə, üzü örtülü və qara rəngli baş geyimində olan şəxsin Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən “Kumon” tədris mərkəzinin yerləşdiyi binanın arxa tərəfində binanın blokuna daxil olub pilləkənlə 1-ci mərtəbəyə qalxaraq sol tərəfdə olan üzərində ağ kazığda "kənar şəxslərə giriş qadağandır" sözü yazılmış dəmir qapını açaraq daxil olduğu, 16 saniyə davam edən videogörüntüdə xx.xx.2023-cü il tarixdə saat 12:09:34-də bir nəfər ağ eynəkdə, qara geyimdə, üzü örtülü və qara rəngli baş geyimində olan şəxsin Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən “Kumon” tədris mərkəzinin yerləşdiyi binanın arxa tərəfində arxa qapıdan tədris mərkəzinin içərisinə daxil olduğunu və kiçik dəhlizdə otaqlara boylanaraq otaqların birinə içəriyə doğru hərəkət etməsi müşahidə olunmuşdur. Cinayət işinin 123-181-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “Samsung A32” markalı telefonun, Zərərçəkmiş şəxs2 məxsus “Redmi Note7” markalı mobil telefonun, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd optik eynək, 1 ədəd eynək qabı və bir ədəd pul kisəsinin maddi sübut qismində tanınması və özlərinə qaytarılması nəzərə alınmış, “Kumon” tədris mərkəzində quraşdırılmış müşahidə kamerasında qeyd olunmuş görüntüləri özündə əks edirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 151-152-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 1 il 8 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş; 2) Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 1 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Cinayət işinin 154-cü vərəqəsində olan 40 MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qedyin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə baışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələblərinin və şikayətlərinin olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 15 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Corat bağları, 1901C ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “Samsung A32” markalı telefonun, Zərərçəkmiş şəxs2 məxsus “Redmi Note7” markalı mobil telefonun, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd optik eynək, 1 ədəd eynək qabı və bir ədəd pul kisəsinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə digər maddi sübut olan “Kumon” tədris mərkəzində quraşdırılmış müşahidə kamerasında qeyd olunmuş görüntüləri özündə əks edirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Reional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzrəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Corat bağları, 1901C ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 məxsus “Samsung A32” markalı telefonun, Zərərçəkmiş şəxs2 məxsus “Redmi Note7” markalı mobil telefonun, Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd optik eynək, 1 ədəd eynək qabı və 1 ədəd pul kisəsinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış “Kumon” tədris mərkəzində quraşdırılmış müşahidə kamerasında qeyd olunmuş görüntüləri özündə əks edirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Müdafiəçi vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-690/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-690/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver