Məhkəmə qərarları › İş №1(060)-691/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-691/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-691/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, guya o, 01 yanvar 2025-ci il tarixdə, saat 02:00 radələrində ünvan 1 ünvanda yerləşən “Cansu” şirniyyat evinin yaxınlığında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, onun ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib açıqca hörmətsizlik etməklə kənar şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə baş zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vurub, sonuncuya sol gözaltı nahiyənin yarası ilə müşayiət edilən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib sağlamlığına qəsdən yüngül zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, özünü qismən yəni CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart ayının əvvəllərinədək “Gilan Tex MMC”-də operator kimi işləmiş, həmin müddətdə o, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 və Məmməd Hüseynlini elə həmin MMC-dən tanımışdır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində Etibar, Şahvələd və Məmmədlə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “GATE 50” adlanan Puba Əlinin dəvəti ilə gəlib, orada yemək yeyib, spirtli içki qəbul etmişlər. Həmin vaxt Məmməd Hüseynli spirtli içki içmədiyi üçün ayıq olmuş, onlar isə içkinin təsirindən sərxoş vəziyyətdə olmuşlar. Yeyib içdikdən sonra həmin restorandan xx.xx.2025-ci il tarixdə saat təxminən 00:30 radələrində birlikdə çıxmış və Əli sərxoş olduğundan söyüş söyməyə başlamış, sonuncuya irad bildirdikdə aralarında mübahisə yaranmış, Əli onun çiyninə yumruq atmış, təpik ataraq onu yerə yıxmışdır. Həmin vaxt yanlarında olan Etibar onları aralamış, hər ikisinin ağzına sillə vurmuşdur. Əli nalayiq söyüşlər söydüyünə görə Şahvələd ona öz iradını bildirmiş, içkili olduğunu deyib söyüş söyməməyi tələb etmişdir. Həmin vaxt Əli anidən Şahvələdin belindən tutub yerə yıxmaq istədikdə, Şahvələd özünü müdafiə edərək onu əks fəndlə yerə yıxıb, sol göz nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. Bu mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Bundan sonra o, Şahvələdlə birlikdə həmin yerdən uzaqlaşaraq 42-ci məhəllədə yerləşən “Cansu” şirniyyat evinin yanına gəlmiş, saat təxminən 02:00 radələrində həmin yerə gəlmiş Əli onları yolun digər hissəsindən səsləmiş, onlar da Əlinin yaxınlığına gəlmişlər. Əli Şahvələdə kənara durmasını, özünün isə onunla söhbət edəcəyini bildirmişdir. Mübahisə zəmnində Əli ona “hərəkətini elə, nəsə et ki, səni vurum” deyib ona təpik zərbəsi atsa da o, zərbədən xəsarət almamış, o isə baş zərbəsi ilə Əlinin burun nahiyyəsinə vurmuşdur. Bu zaman onu Məmməd və Etibar kənara çəkmiş, Şahvələd isə Əlini oradan uzaqlaşdırıb, evə yola salmışdır. Hər iki mübahisə zamanı səs-küy olmadığı üçün kimsə onların yanına gəlməmişdir. Həmin vaxt orada Əli, Etibar, Şahvələd və Məmməd olmuşdur. Hazırda baş verən hadisələrə görə təəssüflənir və Əlinin hadisə vaxtı etdiyi hərəkətlərə görə reaksiya verdiyinə görə peşmanlıq hissi keçirir. Bütün bu olanlara baxmayaraq zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Nihat Mədətov ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün Yeni il gecəsini qeyd etmək üçün “GATE 50” adlanan Pubda 8-9 nəfər olmuşlar. Məclisə spirtli içkini məhz zərərçəkmş şəxs Əlinin özü gətirmişdir. Əlinin hansı miqdarda spirtli içki qəbul etdiyini xatırlamır. Məclis 02 saat davam etmiş, stolda əyləşərkən Əli daima ona “qaç mənə siqaret al, oradan dur mən oturacam” kimi sözlər demiş, o isə Əliyə məclisdə tanımadığı şəxslərin yanında belə tərzdə hərəkətlər etməməsini bildirmişdir. Məclis bitdikdən sonra ümumi olaraq hamı oradan birlikdə çıxmış, çıxarkən Şahvələdin ayağı büdrəmiş, bu zaman Əli onun qolundan tutmuşdur. Pilləkəndən düşərkən Əli ona badalaq atış, eyni zamanda Əlinin ona ana söyüşü söyməsinə cavab olaraq o da Əlinin beldən aşağı olan hissəsinə təpik atmış, təpik atandan sonra Etibar sillə ilə ona vuraraq sakit olmağını bildirmişdir. İlk mübahisə zamanı Əlinin üzünə xəsarət yetirməmiş, əksinə Əli onun başından yumruqla vurmuşdur. Qeyd edir ki, PUB-dan çıxdıqdan sonra baş verən mübahisədə səs-küy yaranmamışdır. Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində olan zaman Əli Şahvələdin mobil nömrəsinə zəng edərək onunla söhbət etmək istədiyini bildirib, onların olduqları həmin şirniyyat evinin yanına gəlmiş, yolun digər hissəsindən onları Əli səsləmiş, Şahvələdlə birlikdə Əliyə yaxınlaşmışlar. Əli ilə aralarında mübahisə baş verən zaman ətrafda Şahvələd, Etibar, Şahvələdin qardaşı və əmisi oğlundan başqa kimsə olmamışdır. O, 42-ci məhəllədə Əli ilə aralarında baş verən mübahisə zamanı sonuncunun burnuna kəllə ilə zərbə vurmuşdur. Şahvələdin Əliyə yumruqla zərbə vurmasını görmüş, zərbədən sonra Əlinin gözünün ətrafı şişmişdir. O, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, eyni zamanda əməli həmin maddəyə tövsif ediləcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli amnistya qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Nihat Mədətov ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən GATE 50 adlanan puba Əlinin yanına gəlmişlər və orada yemək yeyib, spirtli içki araq qəbul etmişlər. Hüseynli Məmməd spirtli içki içmədiyindən ayıq olmuş, onlar isə içkinin təsirindən sərxoş vəziyyətdə olmuşlar. Orada oturduqları müddətdə Sumqayıt şəhər sakini kimi tanıdıqları, pubda qonaq olan Fərid və Elmir də bayram günü ilə əlaqədar onlar əyləşdikləri stola gəlib 5-10 dəqiqə oturub bayramlaşmışlar. Onlar həmin pubdan xx.xx.2025-ci il tarixdə, təxminən saat 00:30 radələrində birlikdə çıxmışlar. Şahvələd onlardan təxminən 40-50 metr qabaqda piyada getmişdir. Onlar birlikdə piyada gedən zaman Əli sərxoş olduğundan söyüşlər söyməyə başlamış, sonuncuya irad bildirdikdə aralarında mübahisə olmuş, Əli çiyninə yumruq atmış, təpik fəndi ilə onu yerə yıxmışdır. O, yerdən durduqdan sonra həmin vaxt orada olan Etibar onları aralaşdırmış, onların hər ikisinin ağzına sillə ilə vurmuşdur. Əli əynində olan gödəkçəsini çıxarıb yerə tullamış, nalayiq söyüşlər söymüşdür. Bu zaman Şahvələd Əliyə yaxınlaşıb öz iradını bildirmiş, içkili olduğunu deyib söyüş söyməməyi tələb etmişdir. Sonra isə Əlini qucaqlayıb aparmağa başlamışdır. Əli anidən Şahvələdin belindən tutub yerə yıxmaq istəmiş, Şahvələd də idmanla məşğul olduğundan Əlini fəndindən çıxıb Əlini fəndlə yerə yıxmışdır. Əli yerdə olan zaman Şahvələdin Əlinin sol göz nahiyyəsinə zərbə vurduğunu görüb onları aralamağa başlamışlar. Əli gözünü tutmuş və Etibar Məmməd ilə Əlini yerdən qaldırmışdır. O isə Şahvələd ilə birlikdə oradan çıxıb getmişlər. Əli. Etibar və Hüseyn isə birlikdə qalmışlar. Həmin gün, təxminən saat 02:00 radələrində Sumqayıt şəhəri. 42-cı məhəllə ərazisində yerləşən “Can su” adlanan şirniyyat evinin yanında olan zaman Əli və Məmməd Hüseynli oraya gəlmişdir. Əli sol gözü xəsarət almış vəziyyətdə Şahvələdə demişdir ki, «sən kənarda dur, Nihadla söhbət edəcəm». Bu zaman onunla birlikdə kənara çəkilmişlər. Mübahisə zəmnində Əli ona «hərəkətini elə, nəsə etki səni vurum» deyib onun ayağına təpik atmış, o da kəllə ilə Əlinin burun nahiyyəsinə vurmuşdur. Bu zaman onu Məmməd və Etibar qucaqlayıb kənara çəkmişdir. Şahvələd isə Əlini oradan uzaqlaşdırmışdır. Əlini sakitləşdirib evə yola salmışdır. Şahid Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə, təxminən saat 00:40 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən GATE 50 adlanan pubın yaxınlığında, həmin gün təxminən saat 02:00 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Can su adlanan şirniyyat evinin qarşısında baş vermişdir. Həmin vaxt yəni 1-ci dəfə dava-dalaş zamanı təxminən 5-6 dəqiqə, 2-ci dəfə isə təxminən 1-2 dəqiqə davam etmiş, hər iki dəfə səs-küy olmadığı üçün kimlərsə onların yanlarına gəlmişlər. Orada o, Əli, Etibar, Şahvələd və Məmməd olmuşdur. Həmin vaxt Əli mübahisə zamanı anidən Şahvələdin belindən tutub yerə yıxmaq istəmiş, Şahvələd Əlini fəndlə yerə yıxmışdır. Əli yerdə olan zaman Şahvələdin baş nahiyyəsinə yumruqla vurmuş. Şahvələd də yumruqla Əlinin sol göz nahiyyəsinə zərbə vurmuş, bundan əlavə mübahisə zəminində Əli ona təpik atmış, o da kəllə ilə Əlinin burun nahiyyəsinə vurmuşdur. Hadisə vaxtı Əli ona təpik zərbəsi atsa da xəsarət almamışdır. Ona görə də məhkəmə tibbi ekspertizadan keçmək istəmir. Əli onu söyən zaman yumruqla sonuncunun sol çiyin nahiyyəsinə vurmamışdır. Lakin əli ilə Əlinin çiynindən geriyə itələyib demişdir ki, söyüş söyməsin. Əli yerdə olan zaman sonuncunu yumruqla və təpiklə heç kəs vurmamışdır. X3 sol gözündən vurmuşdur. O və Məmməd onları aralaşdırmağa çalışmışlar. Dava-dalaş zamanı 6-cı şəxs olmamışdır. Yəni orada konkret olaraq o, Şahvələd, Etibar, Məmməd və Əli olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 2024-cü ilin sentyabr ayından "xxxx" MMC-də operator işlədiyini, işlədiyi müddətdə elə həmin MMC-də onunla eyni vəzifədə işləyən Şahid2, Təqsirləndirilən şəxs, Şahid1 tanıdığını bildirmişdir. Belə ki, 31 dekabr 2024-cü il tarixdə axşam saatlarında iş yoldaşı Etibarla əlaqə saxlamış, Yeni ili birlikdə keçirməklə bağlı Etibar ona Bakı şəhərinə getməyi təklif etmiş, o, isə maraqsız olduğu üçün getmək istəmədiyini bildirmişdir. O, Etibara Yeni il gecəsini Sumqayıt şəhərində birlikdə keçirməyi təklif etmiş və Etibar onun təklifi ilə razılaşmışdır. Həmin gün təxminən saat 22 radələrində o, Etibara Sumqayıt şəhərində yerləşən “Gate 50” adlı Pubda olduğunu bildirmiş, saat 23 radələrində Etibar Məmməd, Şahvələd, Nihatla birlikdə həmin PUB-a gəlmişlər. Onlar birlikdə yemək yeyib, spirtli içki olan araq içib 01 yanvar 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində “PUB”-dan çıxarkən Nihatla aralarında sözlü mübahisə yaranmış, Nihat əli ilə onu sinəsindən geriyə itələmiş, o, da Pub-ın pilləkənindən düşərkən Nihatı əli ilə geriyə itələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona təpik atmış, o da sonuncuya yumruq zərbəsi atsa da, bu zərbələr nə Nihata, nə də ona dəymişdir. Bu zaman yaxılığında olan Şahvələd onu “PUB”-dan bir neçə metr kənara çəkmişdir. Həmin vaxt Şahvələd qəfildən onu fəndlə yerə yıxıb yumruqla onun sol göz nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra yoldaşları Şahvələdi oradan uzaqlaşdırmışlar. Mübahisə zamanı Şahvələd onu fəndlə yerə yıxdıqdan sonra sağ əlindən və həmçinin yumruqla sol göz nahiyəsindən vurduqdan sonra sol gözətrafı nahiyənin şişkinliyi-qançırı, göz qapaqlarının qançırı xəsarətləri almışdır. Bu hadisədən sonra Şahvələdlə Nihat həmin yerdən uzaqlaşaraq getmişlər. Bundan sonra o, Etibara “Şahvələdə zəng etməsini, onunla nə üçün dalaşdığını və hara getdiklərini soruşmasını” bildirmişdir. Onlar bir müddət sonra saat təxminən 00:40 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində “Cansu” şirniyyat evinin qarşısında yenidən görüşmüş, orada o, Şahvələd və Nihatla söhbəti davam etdirmiş, Şahvələd onu Nihata görə vurduğunu bildirmişdir. Bu zaman Nihat anidən kəllə ilə onun burun nahiyəsinə zərbə endirmişdir. Baş verən mübahisə təxmini 5-6 dəqiqə davam etmiş, daha sonra yoldaşları Nihatla onu aralamış və evə yola salmışlar. Hadisə yerində o, Etibar, Nihat, Şahvələd və Məmməd olmuşdur. Zərərçəkmiş şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Şahvələdin “Gate 50” Pubda yeyib içdikdən sonra sanitar qovşaqda niyə yatdığını bilməmişdir. Mübahisənin məhz Şahvələin içkili vəziyyətdə olduğu, səndələyərək yıxıla bilmə ehtimalının olduğunu üçün və bunu nəzərə alaraq sonuncuya onun və ya Nihadın köməklik göstərməsi üstündə baş verdiyini bildirmişdir. Mübahisə zamanı Nihat təpiklə onu sol tərəfindən vurmuş, o da Nihata söyüş söyərək ona yumruq atmışdır. Yeyib içərkən Nihatla aralarında mübahisə olmamışdır. Şahvələd onun üzərinə gəlmiş və Nihata söyüş söydüyü üçün ona fənd edərək yerə yıxmışdır. Bundan sonra Şahvələdlə Nihad oradan uzalaşaraq getmişlər. Bundan sonra o, Şahvələdin onu niyə vurduğunu aydınlaşdırmaq üçün Etibarın Şahvələdə zəng etməsini demişdir. “Trendyol” adlanan mağazanın yaxılığında olarkən o, Şahvələdlə söhbət edərək, onu niyə vurmasını soruşmuş, Şahvələd ona -“Nihat mənim qardaşımdır, ona görə hərəkət etmişəm”- sözlərini demişdir. Nihat onu vurduqdan sonra yerində dayanmış, həmin vaxt orada Şahvələd, Etibar, Şahvələdin qardaşı və əmisi oğlu olmuş, ətrafda başqa kimsə olmamışdır. Nihat baş zərbəsi ilə vurduqdan sonra onun burnundan qan açılmışdır. Bildirir ki, məhz Şahvələdlə söhbətini davam etdirmək üçün “Cansu” şirniyyat evinin yanına getmişdir. Şahvələd restoranın həyətində onun gözünə vurduqdan sonra Etibar ona gözündən qan axdığını bildirmiş və sağ gözü ilə sol gözünün fərqləndiyini hiss etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə ilə barışdığını, onun tərəfindən ona vurulmuş ziyanın ödənilməsini, Nihada qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Belə ki, onlar Bakıda olarkən Əli ona zəng vuraraq Yeni il bayramını birlikdə keçirtmək istədiyini demişdir. Əlinin təklifi ilə razılaşıb axşam radələrində Bakıdan Sumqayıt şəhərinə, Əlinin olduğu Puba gəlib birlikdə yeni ili qeyd edərək spirtli içki qəbul etmişlər. Məclis bitdikdən sonra restoranın həyətində Əli ilə Nihatın mübahisə etdiyini, Nihatın yerə yıxıldığını görmüşdür. Qeyd edir ki, Əli Nihata söyüş söymüş, mübahisə yaranmaması üçün Əlinin onlarla birlikdə olan dostuna hər birinin içkili olduğuna görə Əlini oradan uzaqlaşdırmasını xahiş etmişdir. Bu zaman Şahvələd nə baş verdiyini dəqiqləşdirmək üçün Əlini kənara çəkdiyini, Əlinin Şahvələdin belindən tutduğunu görmüşdür. Qeyd edir ki, Şahvələd Əlinin onun belindən tutduğunu görüb əks fəndlə Əlini yerə yıxaraq yumruqla sonuncunun gözündən vurmuş, nəticədə Əlinin gözünün altı şişmişdir. O, onları aralaşdırmaq üçün Şahvələdin gödəkçəsindən tutaraq kənara çəkmiş, Əliyə növbəti gün ayıq başla danışmalarını, hal-hazırda hər birinin içkili olduğunu demişdir. Bundan sonra Şahvələdlə Nihadı yola salmış, onlar oradan uzaqlaşaraq getmişdir. O, Əlinin dostunu çağıraraq sonuncunun qara rəngli “Prius” markalı avtomobilinə əyləşib sürücüyə Əlini evə aparmalarını xahiş etmiş, səhəri gün ayıq başla danışmaqlarını təklif etmişdir. Yolda gedərkən Əli dostuna avtomobili düz istiqamətdə, yəni Şahvələdin yanına sürməsini, bu dava dalaşın nə üçün baş verdiyini aydınlaşdırmaq istədiyini bildirmişdir. Yolda gedərkən onlar “Cansu” şirniyyat evinin yanında Şahvələdlə Nihadın getdiyini görüb avtomobili saxladaraq yerə düşmüşlər. Əli Nihadı yolun digər tərəfindən çağırıb ona “bayaq dostlarının yanında hərəkət edirdin, gücün çatır indi də elə” sözlərini demişdir. Nihat da Əliyə ətrafda PPX əməkdaşları olduğunu, problem yaranacağı təqdirdə hər birini PB-nə aparacaqlarını, aqressiv hərəkətlər etməməsini təklif etmişdir. Bu zaman Əli Nihadı onu vurmuş, Nihadın isə boyu balaca olduğundan tullanaraq başı ilə Əlinin burnuna vurduqdan sonra Əlinin burnundan qan açılmışdır. Onları aralaşdırdıqdan sonra çıxıb getmişlər. Məhkəmə iclasında Şahid2 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, ilk mübahisə retoranın pilləkənlərində Əlinin Nihatın sinəsindən vurması nəticəsində baş vermişdir. Arxaya baxdıqda Əlinin Nihatı itələməsini, Nihatın ona “patkat” atmasını görmüşdür. Şahid2 onu da bildirmişdir ki, o, Əli ilə avtomobilə əyləşib gedərkən artıq həmin yerdə Nihatla Şahvələd olmamış, onlar əvvəlcədən getmişlər. Şahvələd və Nihadın “Cansu” şirniyyat evinin yaxınlığında yaşadığını bilmişdir. “Cansu” şirniyyat evinin qarşısında mübahisə baş verən zaman ətrafda onlardan başqa kimsə olmamışdır. Sadəcə PPX avtomobili yoldan keçmiş, lakin orada səs-küy olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yeni ili qeyd etmək üçün Etibarla Bakı şəhərinə getmişdir. Bakıda olan zaman Əli Etibara zəng vuraraq, Yeni ili birlikdə keçirtmək istədiyini bildirmiş, onlar da həmin gün axşam radələrində Əlinin yanına - Puba gəlmişlər. Məclisdə olarkən hər şey qaydasında olmuş, sadəcə Əli ona çoxlu atmacalı sözlər demiş, bu isə Nihatın xoşuna gəlməmişdir. Həm də Etibar Əliyə bunu irad olaraq bildirmişdir. Məclisdən çıxıb pilləkələrdən düşərkən ayağı büdrəmiş və həmin zaman Əli ilə Nihat qoluna girib onu tutmağa çalışmış, lakin onları itələyərək özü gedəcəyini bildirmişdir. Bundan sonra Əli Nihatla mübahisə etməyə başlamışdır. Bir neçə metr Etibarla öndə hərəkətdə olarkən geriyə baxdıqda Nihatla Əlinin mübahisə etdiyini, Əlinin Nihatın başından yumruqla vurduğunu, nəticədə Nihatın yerə yıxıldığını görmüşdür. O, Əli və Nihata yaxınlaşıb belə hərəkətlər etməmələrini bildirdikdə, Əli onunla mübahisə etməyə başlamışdır. Əli ilə özünün arasındaki söz-söhbətdən sonra Nihatla birlikdə oradan çıxıb getmiş, Etibar isə Əli ilə orada qalmışdır. Nihatla piyada gedib “Cansu” şirniyyat evinin qarşısına çatdıqda Əli ilə Etibarın orada olduğunu görmüş, ilk öncə Əli Nihatla sözlə mübahisə etməyə başlamış, Nihat Əliyə içkili olduqlarına görə daha sonra ayıq başla söhbət etmələrini təklif etmişdir. Buna baxmayaraq Əli Nihata təpik atmış, Nihat isə başı zərbəsi ilə Əlinin burnuna vurmuşdur. Onlar Əli və Nihatı aralaşdırdıqdan sonra çıxıb getmişlər. Məhkəmə iclasında Şahid1 ona ünvanlanan suallara cavab bildirmişdir ki, onunla Əli arasında mübahisəyə səbəb Əlinin söyüş söyməsi olmuşdur. Belə ki, Əli Nihatla mübahisə etdikdən sonra Əlini sakitləşdirmək üçün kənara çəkmiş, lakin həmin vaxt Əli onun bel kəmərindən tutaraq onu yıxmaq istədiyini hiss etmiş, bundan sonra əksfəndlə Əlini yerə yıxıb, Əlinin gözünə yumruqla vurmuşdur. Restoranın bayırında olarkən Əli Nihatın başına yumruqla vurmuş, Nihat isə Əliyə təpik atmışdır. “Cansu” şirniyyat evinin qarşısında olarkən Əli onunla probleminin olmadığını, probleminin Nihatla olduğunu bildirmişdir. Şirniyyat evinin qarşısında olarkən Əli Nihata “hərəkitini elə”- deyib təpik atmış, Nihat isə bundan sonra baş zərbəsi ilə Əlini vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 1-2) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli qərara əsasən əsasən cinayət işi üzrə əməl CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, barəsində CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, digər istintaq hərəkəti protokolları, məhkəmətibbi ekspertizasının rəyi və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Şahid1 CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla nüəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. (i.v.103-110) Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 120-121) “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı həmin tarixdə, saat 18-19 radələrində ifadəsi alınmışdır. (i.v.129-131); Təqsirləndirilən şəxs barəsində 17 sentyabr 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.136-137); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.102) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 06/01 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gözətrafı nahiyənin şişkinliyi-qançırı, göz qapaqlarının qançırı, gözün travmatik konyuktiviti, sol gözdə görmə itiliyinin pozulması, gözaltı nahiyənin yarası, sağ əlin üstünün 1 ədəd, sağ əlin 3-cü barmağının 1 ədəd sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən yumruqla-təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYXna müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol gözətrafı nahiyənin şişkinliyi-qançırı, göz qapaqlarının qançırı, gözün travmatik konyuktiviti, sol gözdə görmə itiliyinin pozulması, ümumi əmək qabiliyyətinin 1 3- dən az olmaqla itirilməsinə səbəb olduğundan (10%) sağlamlığa az ağır zərərvurmaya aid edilir. Sol gözaltı nahiyənin yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sağ əlin üstünün 1 ədəd, sağ əlin 3-cıi barmağının 1 ədəd sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 33-37) Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı hadisələrin harada və hansı qaydada baş verdiyini hadisə yerlərində əyani göstərmiş, həmin vaxt ilk hadisənin ünvan 2 ünvanın qarşısında, ikinci hadisənin isə Sumqayıt şəhəri, Koroğlu prospekti 380 nömrali ünvanın qarşısında baş verməsi müəyyən olunmuşdur. (i.v. 81-86) İş materiallarında olan ərizədən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkəti protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 01 yanvar 2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində birbiri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə işin müəyyən edilmiş hallarına, iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 01 yanvar 2025-ci il tarixdə baş vermiş hadisə məhz təqsirləndirlən şəxs Nihad Mədətov və şahidlər Şahid2, Şahid1 göstərdikləri şəraitdə, şəxsi münasibətlər zəminində və məhz Zərərçəkmiş şəxs təhriki nəticəsində baş vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hadisə vaxtı ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hər hansı hərəkət etdiyi müəyyən olunmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, şəxsi münasibətlərin pozulması nəticəsində bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən hərəkətlər kimi təzahür etmişdir. İttiham aktında Nihat Mədətovun qarşı tərəfə xəsarət yetirməsi, zərərçəkmişin qanunsuz, aqressiv və təxribat xarakterli hərəkətləri nəticəsində baş vermişdir. Nihatın hərəkətləri müdafiə xarakterli olmuş, heç bir qəsd niyyəti, ictimai təhlükəli davranış və ya xuliqanlıq əlaməti daşımamışdır. CM-nin 221-ci maddəsi üzrə məsuliyyət yaranması üçün hərəkətlərdə xuliqanlıq niyyəti, ictimai qaydaya açıq hörmətsizlik və təhlükəli davranış olmalıdır. Mövcud sübutlarda bu əlamətlərin heç biri təsdiqini tapmır. Zərərçəkmişin izahatı hadisənin real gedişi ilə uyğun gəlmişdir. İttiham aktında Nihat Mədətovun xuliqanlıq niyyətinin mövcudluğu göstərilsə də, bu barədə heç bir fakt, sübut və ya şahid ifadəsi yoxdur. Hadisənin baş verməsinə səbəb olan ilkin qanunazid hərəkətlər istintaq tərəfindən obyektiv araşdırılmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Lakin işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından Nihat Mədətovun hərəkətlərində xuliqanlıq əməlinin hər hansı tövsifedici əlamətləri müəyyən edilməmiş, əksinə şəxsi münasibətlər zəminində, məhz zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisənin nəticəsində elə onun özünün sağlamlığına yüngül zərərvurulması ilə nəticələnən xəsarətin yetirildiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında alınan ifadələrdən hadisə zamanı ətrafda mübahisə tərəflərindən başqa kimsənin olmadığı, cəmiyyətə açıq hörmətsizik ifadə edən, ictimai qaydanı pozan hər hansı hərəkətin edilmədiyi müəyyən edilmişdir. Bundan başqa zərərçəkmiş şəxsin özünün də təsdiq etdiyi kimi o, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid1lə bir qədər öncə aralarında yaranmış mübahisənin nədən baş verdiyini aydınlaşdırmaq məqsədilə yanında olan iş yoldaşı Şahid2 onlara zəng etməyi, harada olmasını soruşmağı tələb etmiş, bundan sonra digər dostunun avtomobilinə əyləşib Şahvələdlə Nihadın olduğu yerə gedərək onları özlərinin olduğu yerə çağırıb əsassız olaraq mübahisə edib təqsirlənədirilən şəxsə təpik zərbəsi vurub, onu mübahisəyə təhrik etmiş, “bayaq dostlarının yanında hərəkət edirdin, gücün çatır indi də elə” sözlərini demişdir. Buna rəğmən təqsiləndirilən şəxs zərəçəkmiş şəxsə ətrafda PPX əməkdaşları olduğunu, problem yaranacağı təqdirdə hər birini Polis Bölməsinə aparacaqlarını, aqressiv hərəkətlər etməməsini təklif etmiş, lakin Zərərçəkmiş şəxs Nihat Məmmədliyə təpik atdıqdan sonra sonuncu onun burun nahiyyəsinə baş zərbəsi ilə vurmuşdur. Nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmuşdur. CM-nin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət- Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İndiki halda ittihamda təqsirləndirilən şəxsin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi CM-nin 221-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda əks etdirilməmişdir. Yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, həmçinin onların tərəfində çıxış edən qohumları və tanışları ilə) məhdudlaşmışdır. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerdə bir neçə şəxsin olması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Hazırkı iş üzrə əməl Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ilə öncədən aralarında olan münasibətin pozulması, bu səbəbdən başlamış münaqişədən törəyən şəxsi münasibətlərdən irəli gəlmiş, Təqsirləndirilən şəxs məqsədi məhz zərərçəkmiş şəxsin qanunazidd hərəkətlərinin qarşısını almaq üçün sonuncunun sağlamlığına xəsarət yetirmək, yəni cinayətkar qəsd məhz bu məqsədin realizə edilməsinə yönəlmiş, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin (hətta həmin şəxslər də hər bir tərəfin tanışlarıdır) müşahidə etməsi təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, istintaq orqanı şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq həmin əməli əsassız olaraq CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilənlərə əsasən məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi CM-nin 221.1-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun CM-in 221.1-ci maddəsi ittiham olunduğu cinayət əməli həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs Nihat Mədətovun müdafiəçisi ərizə təqdim edərək Nihat Mədətovun törətmiş olduğu əməli CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində amnistiya tətbiq edilməsini, onun cinayət məsuliyyətindən azad olunmasını, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və müdafiəçisinin təqsiləndirilən şəxs barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Nihat Mədətov barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmaqla cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (bir yüz altmış beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43, 318.1, 321.2.1, 341-349, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar