Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-692/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.396 qram çəkidə narkotik vasitə olan heroin və eləcə də, 0,298 qram çəkidə psixoırop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 23 may 2022-ci il tarixdə, saat 21:45-də, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Təqsirləndirilən şəxs yaşadığı fərdi evinin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan şəffaf polietilen sellofanın içərisində saxladığı 01 büküm şəffaf polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə 1,392 qram çəkidə narkotik vasitə heroin, 01 büküm şəffaf polietilen sellofan kəsiyinə bükülmüş vəziyyətdə 0,298 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd 2 ml həcmli şprisdə quru maddəsinin çəkisi 0,004 qram olan 0,4 ml həcmində heroinin məhİulu və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə və psixatrop maddə istifadə edirdi. çisidir, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını və onu narkotik vasitələrin üzərində gəzdirilməsində və satıçında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmiş və üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını polis əməkdaşlarına bildirərək, onlarla birlikdə 2-ci polis bölməsinə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı ona izah olunmaqla hüquq və vəzifələri barədə bildiriş və eləcə də hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, siyahıda adı olan Səadət adlı vəkil tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkillə təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmışdır. O və polislər özlərini təqdim etmişlər. Təhhqiqatçı onun narkotik vastələrin istifadəsində, üzərində gəzdirilməsində və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildiyini və video çəklişlə üzərinə şəxsi axtarış keçiriləcəyini elan edib, ondan etirazının olub-olmamasını soruşduqda o, etirazı olmadığını bildirmişdir. Təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim edərək tanış olmasını xahiş etmiş, o, hüquq və vəzifələri barədə bildirişlə tanış olduğu ərəfədə üzünü təhqiqatçıya tutub, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirmişdir. O, hüquq və vəzifələri barədə bildirişlə tanış olduqdan sonra əməlində narkotik vasitələrin satışı faktının olmadığını bir daha qeyd edərək yazılı bildirişi təhqiqatçıya qaytarmışdır. Bundan sonra təhqiqatçı, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmiş, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən, şəffaf polietilen sellofan torbanı çıxartmış və həmin torbanın içərisində saxladığı 2 büküm şəffaf sellofana bükülmüş kütləni, 1 ədəd gümüşü rəngli elektron tərəzini və 1 ədəd içərisində qara rəngli məhlul olan şprisi çıxardıb masanın üzərinə qoymuşdur. O, sellofan torbanın içərisindəki 2 ədəd bükümün narkotik vasitə bükümləri olduğunu, tərəzini zibilxanadan tapdığını, şprisin içərisindəki məhlulun isə qolundakı yaraya vurmaq üçün istifadə etdiyini və eləcə də, narkotik vasitə bükümlərini Corat qəsəbəsində, tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, lakin üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Onun təqdim etdiyi 2 ədəd şəffaf sellofana bükülmüş naqrkotik vasitə bükümləri təhqiqatçı tərəfindən açıldıqda birinci açılan bükümün içərisində qəhvəyi rəngli toz halında, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, ikinci açılan bükümün içərisində isə ağ rəngli kristal dənəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. O, təhqiqatçının suallarını cavablandıraraq birinci açılan bükümün içərisindəki qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, ikinci açılan bükümün içərisindəki ağ rəngli kristal dənəciklərdən ibarət kütlənin isə “şüşə” olduğunu bildirmişdir. Təhqiqatçı onun təqdim etdiyi 1 ədəd narkotik vasitəyə bənzər kütlə bükümünü və 1 ədəd psixotrop maddəyə bənzər kütlə bükümünü büküldükləri şəffaf sellofan kəsikləri ilə birlikdə, növbə ilə elektron tərəzi vasitəsi çəkilərini ölçmüş, çəkis ölçülən 1 ədəd, qəhvəyi rəngli, toz halında olan, narkotik vasitə heroinə bənzər kütlə bükümünün çəkisi 1,51 qram və 1 ədəd kristal dənəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə bükümünün çəkisi 0,35 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, sözügedən 1 ədəd, qəhvəyi rəngli, toz halında olan, narkotik vasitə heroinə bənzər kütlə bükümünü, 1 ədəd psixotrop maddəyə bənzər kütlə bükümünü və 1 ədəd içərisində qara rəngli məhlul olan şprisi eyni zərfə və eləcədə onun üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzini digər bir zərfə qoymuşdur. Hər iki zərf o və vəkil tərəfindən imzalanmışdır. Qablaşdırma yekunlaşdıqdan sonra o, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümlərdən birinin “kakos”, digərinin isə “şüşə” olduğunu, Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün, tutulduğu gün, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında, “kakos” adlandırdığı narkotik vasitə bükümünü 15 manata “şüşə” adlandırdığı psixotrop maddə bükümünü isə 5 manata aldığını, 12 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təhqiqatçı, ondan narkotik vasitələrin satışı ilə məşğul olmadığı təqdirdə nə üçün üzərində elektron tərəzi gəzdirdiyini soruşduqda o, zibillikdən metal və “plasmas” tullantılar yığdığını, həmin tərəzini də zibillikdən tapdığını, tərəzinin işlək vəziyyətdə olmadığını bildirmişdir. O metal və polietilen tullantılar yığıb satmaqla özünü dolandırırdı. O saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilməmiş, şikayəti olmamış, üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər və psixatrop maddəyə bənzər kütlə bükümlərini öz istifadəsi üçün əldə etmiş, heç vaxt narkotikin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o, əlavə edilmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində pusqu qurulmuş, onlar saat 21:45-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, Kimyaçılar qəsəbəsi ərazisində sonuncunun yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi və alqı-satqısı ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsi axtarış istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olacağını bildirib, etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını qeyd edərək, onlarla birlikdə polis bölməsinə getməyə etiraz etməmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı Mətləb Abbasov hansı səbəbdən saxlanılmasını Təqsirləndirilən şəxs bir daha izah etməklə yanaşı hüquq və vəzifələri barədə bildiriş və eləcə də, hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının, vəkil siyahısında adı olan Vəliyeva Səadət tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Vəliyeva Səadət təmin olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış başlanılmışdır. Video çəkiliş başlandıqda öncə təhqiqatçı Mətləb Abbasov özünü təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs və onu saxlayıb polis bölməsinə gətirən polis əməkdaşları da özlərini təqdim etmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vastələrin istifadəsində, üzərində gəzdirilməsində və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildiyini və video çəklişlə üzərinə şəxsi axtarış keçiriləcəyini elan edib, şübhəli şəxs Təqsirləndirilən şəxs etirazının olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təhqiqatçı, hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişlə tanış olduğu ərəfədə üzünü təhqiqatçıya tutub, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişlə tanış olduqdan sonra əməlində narkotik vasitələrin satışı faktının olmadığını bir daha qeyd edərək yazılı bildirişi təhqiqatçıya qaytarmışdır. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən, şəffaf polietilen sellofan torbanı çıxartmış və həmin torbanın içərisində saxlamış olduğu 2 büküm şəffaf sellofana bükülmüş kütləni, 1 ədəd gümüşü rəngli elektron tərəzini və 1 ədəd içərisində qara rəngli məhlul olan şprisi çıxardıb təqdim edərək, masanın üzərinə qoymaqla yanaşı selofan torbanın içərisindəki 2 ədəd bükümün narkotik vasitə bükümləri olduğunu, tərəzini zibilxanadan tapdığını, şprisin içərisindəki məhlulu isə qolundakı yaraya vurmaq üçün istifadə etdiyini və eləcə də, narkotik vasitə bükümlərini Corat qəsəbəsində, tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirsə də, sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olduğunu bildirərək təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümlər təhqiqatçı tərəfindən açıldıqda birinci açılan bükümün içərisində qəhvəyi rəngli toz halında, narkotik vasitəyə bənzər kütlə, ikinci açılan bükümün içərisində isə ağ rəngli kristal dənəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq birinci açılan bükümün içərisindəki qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, ikinci açılan bükümün içərisindəki ağ rəngli kristal dənəciklərdən ibarət kütlənin isə “şüşə” olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd narkotik vasitəyə bənzər kütlə bükümünü və 1 ədəd psixotrop maddəyə bənzər kütlə bükümünü büküldükləri şəffaf sellofan kəsikləri ilə birlikdə, növbə ilə elektron tərəzidə çəkilərini ölçdükdə çəkis ölçülən 1 ədəd, qəhvəyi rəngli, toz halında olan, narkotik vasitə heroinə bənzər kütlə bükümünün çəkisi 1.51 qram və 1 ədəd kristal dənəciklərdən ibarət, psixotrop maddəyə bənzər kütlə bükümünün çəkisi 0,35 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, sözügedən 1 ədəd, qəhvəyi rəngli, toz halında olan, narkotik vasitə heroinə bənzər kütlə bükümünü, lədəd psixotrop maddəyə bənzər kütlə bükümünü və 1 ədəd içərisində qara rəngli məhlul olan şprisi eyni zərfə və eləcədə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzini digər bir zərfə qoyaraq qablaşdırmışdır. Hər iki zərf Təqsirləndirilən şəxs və müdafiəçi Səadət Vəliyeva tərəfindən imzalanmışdır. Qablaşdırma yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş bükümlərdən birinin “kakos”, yəni narkotik vasitə olan heroin, digərinin isə “şüşə” yəni psixatrop maddə olan metamfetamin olduğunu, Corat qəsəbəsində tanımadığı şəxsdən, öz istifadəsi üçün, tutulduğu günün günorta saatlarında, “kakos” adlandırdığı narkotik vasitə bükümünü 15 manata “şüşə” adlandırdığı psixotrop maddə bükümünü isə 5 manat aldığını, 12 il müddətdir ki narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığı təqdirdə nə üçün üzərində elektron tərəzi gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs zibillikdən metal və “plasmas” tullantılar yığdığını həmin tərəzini də zibillikdən tapdığını, tərəzinin işlək vəziyyətdə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də, müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir zor tətbiq edilmədiyini, heç bir şikayəti olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər və psixatrop maddəyə bənzər kütlə bükümlərini öz istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin alqı-satqısı ilə məşğul olması barədə 2-ci polis bölməsinə əvvəllər əməliyyat məlumatı daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, eyni zamanda əldə etməkdə vasitəçilik etməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında Şahid3 Səyyad oğlu Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 23 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 Səyyad oğlunun ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2931 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160”dairəvi möhür əksi olan iki ədəd zərfdə - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd 2 ml həcmli şprisdə 0,4ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi-0,004 qramdır. Bir ədəd bükümdə təmiz çəkisi 1,392 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,298 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri soyadları və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’Mn siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (heroinin təmiz çəkisi-1,92 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,352 qramdır. Metamfetaminin təmiz çəkisi-0,296 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,248 qram. Heroin məhlulu-0,4 ml, tədqiqata sərf edildi-0,2 ml, qalıq-0,2 ml). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3124 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli axtarış qərarına əsasən tutulduğu 04 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,352 qram çəkidə narkotik vasitə heroin, qalıq qalmış 0,248 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq qalmış 0,2 ml olan heroin məhlulu və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə məhkəmə qərarını icra edərək, 29 avqust 2022-ci il tarixli 1330 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 04 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,352 qram çəkidə narkotik vasitə heroin, qalıq qalmış 0,248 qram çəkidə psixotrop maddə metamfetamin, qalıq qalmış 0,2 ml olan heroin məhlulu və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 65 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-692/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-692/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver