Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-692/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi ərazisində bacısı evində olan zaman qardaşı Təqsirləndirilən şəxs həmin ünvana gəlmiş, aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs başına qəsdlə yumruqla vuraraq Zərərçəkmiş şəxs - Sol qaş nahiyyəsinin yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Nahidə uzun müddətdir Rusiya Federasiyasında yaşayır. X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün xx.xx.2023-cü il tarixdə bacısı Nahidə qardaşının 40 mərasiminə gəlmişdi. Nahidə atası evinə gəlmək əvəzinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan bacısı Sədaqətin evinə gəlmişdir. O, Nahidəni qardaşının yas mərasimində görmüş, lakin Nahidə onunla görüşməmiş, onu danışdırmamış və atası evinə gəlməmiş, bacısı Sədaqətlə Gəncə şəhərində yaşayan bacısı İlhaməgilə qonaq getmişdir. xx.xx.2023-cü il tarixdə atası ona Nahidəyə evə gəlməsini, evi təmizləməsini və paltarlarını ütüləməsini bildirdiyi üçün təxminən saat 11 radələrində Kimyaçılar qəsəbəsində yaşayan bacısı Sədaqətin evinə getmişdir. Görmüşdür ki, digər bacısı evdə yoxdur, Nahidə evdə tək olmuş, Nahidəyə atasının onu çağırdığını, evi təmizləməsini və paltarlarını ütüləməsini istədiyini bildirmişdir. Nahidə atası evinə getməkdən imtina etdiyi üçün o, əsəbləşmiş onu tənbeh etmişdir. Nahidə isə ona qarğış etdiyi üçün yumruqla onun başına bir neçə dəfə vuraraq onu tənbeh etmişdir. Sonra isə əsəbindən təpiklə bədəninə bir neçə dəfə vurmuşdur. Sonra oradan çıxıb getmişdir. Bundan sonra eşitmişdir ki, Nahidə xəstəxanaya gedib və barəsində 2-ci polis bölməsinə şikayət etmişdir. Həmin vaxt yanlarında kənar adam olmamış və heç kim aralarında baş verənləri görməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Kazlrn oğlu onun qardaşıdır. Qardaşı ilə uşaq yaşlarından normal münasibəti olmayıb. Belə ki, qardaşı heç yerdə işləmir, daim zəng edərək ondan pul istəyir. xx.xx.2023-cü il tarixdə o, böyük qardaşı Faiqin vəfat etməsi ilə əlaqədar Azərbayacana gəlmişdir. O, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində bacısı Sədaqətin evində qalmış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kimyaçılar qəsəbəsində, bacısı evində olan zaman evdə heç kim olmamış, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs bacısı Sədaqətin yaşadığı evə gəlmiş və ona onunla atası evinə getməyini tələb etmişdir. O, Fərəməzin sərxoş vəziyyətdə olduğunu görüb onunla getməkdən imtina etmişdir. Ona görə Fərəməz ona əsəbləşmiş və yumruqla bir neçə dəfə başına, sifətinə, təpiklə isə yanlarına vuraraq onu döyüb çıxıb getmişdir. Bundan sonra o, bacısının qızı Təranənin yaşadığı evə getmişdir. Təranəyə Fərəməzin onu döyməsini bildirmiş və qaşı çapıldığı üçün Təranə ilə TTYX-na getmişdir. Həkimlər onu müayinə etmiş, qaşının üst nahiyyyəsinə 3 tikiş qoymuşlar və ona yardım etmişlər, sonra evə qayıtmış və bu barədə Suqmayıt şəhər Pİnin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. O, Fərəməzi söydüyü üçün Fərəməz də onu vurmuşdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırması zamanı şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhər TTYX-na müraciəti və 2-ci PB-nə ünvanladığ ərizə ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. O, uzun müddətdir, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. xx.xx.2023-cü il tarixdə xalası dayısı Faiqin vəfatı ilə əlaqədar Azərbayacana gəlmişdir və Kimyaçılar qəsəbəsində xalası Sədaqətin evində qalırmış. xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində o, evdə olan zaman xalası onlara gəlmiş, o, xalasının alın nahiyyəsinin qanadığını, başından qan axdığını görüb onun yıxıldığını düşünmüş və nə baş verdiyini soruşanda xalası evdə olan zaman qardaşı Fərəməzin ora gələrək atası evinə getməsini tələb etdiyini, onunla getmədiyi üçün əsəbləşərək yumruqla bir neçə dəfə başına, sifətinə, təpiklə isə yanına vuraraq onu döydüyünü bildirmişdir. O, xalasının sağ qaşının üst nahiyyəsinin çapıldığını görmüşdür. Xalası bildirmişdir ki, başı və sifəti ağrıyır və onu həkimə aparmağını xahiş etdiyi üçün xalası ilə Sumqayıt şəhər TTYX-na getmişdir. Həkimlər xalasını müayinə etmiş, qaşının üst tərəfinə 3 cərrahi tikiş qoymuşlar, sonra onlar oradan çıxıb evə qayıtmış və xalası dayısının onu döyməsi barədə Suqmayıt şəhər Pİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan A/2072 saylı, xx.xx.2023cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1037 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol qaş nahiyəsinin yarası” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 25.06.23-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığm qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2437 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 524 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqonduda Bazardüzü küçəsi ünvanında qeydiyyatsız kirayənişin kimi yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” PHŞ 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 251 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəsatəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiiyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmüə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hazırda qardaşı Fərəməzi bağışlamışdır, onunla barışmışdır və barəsində heç bir şikayət və tələbi yoxdur,Fərəməzin cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Nəzər alınmasını və müraciəti əsasında qardaşı Təqsirləndirilən şəxs barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-692/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 925 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-692/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-692/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver