Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-693/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, xx xxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:25 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində Cavid Ticarət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin sol almacıq nahiyyəsinə qədər davam edən qançırı, sol gözün ağlı qişasına qansızma xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə qeyri-rəsmi nikaha daxil olmuşdur, onların birgə nikahlarından xx.xx.2018-ci ildə X3 oğlu adında oğlan övladları dünyaya gəlmişdir. Təxminən 3 il bundan əvvəl onların münasibətləri qaydasında getmədiyi üçün onlar ayrılmaq qərarına gəlmişlər. Onlar ayrıldıqdan sonra azyaşlı oğlanları keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşamağa başlamışdır. Onlar ayrıldıqdan sonra o, ara-sıra övladı ilə görüşüb ona baş çəkirmiş. Lakin o övladına aliment ödəmir, çünki Aygün özü bundan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:25 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində Cavid ticarət mərkəzinin qarşısında işdə olan zaman həmin vaxt Aygünün bir nəfər əvvəllər tanımadığı şəxs ilə əl-ələ gəzişdiyini görmüşdür. Aygünün evdə onun oğlunu saxlaya-saxlaya ictimai yerdə başqa bir şəxslə əl-ələ gəzdiyini gördüyü üçün əsəbiləşərək ona yaxınlaşmış və onların arasında olan münaqişə daha da dərinləşmişdir. O münaqişə vaxtı əsəbiləşərək Aygünün sifət nahiyyəsinə bir sillə vurmuşdur. Bundan sonra məlumat almışdır ki, Aygün onun barəsində polisə şikayət ərizəsi yazmışdır. Aygünə xəsarət yetirməmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs ilə 2017-ci ildə qeyri-rəsmi nikaha girmişdir. O təxminən 2 il onunla bir yerdə yaşamışdır. Bu münasibətindən xx.xx.2018-ci ildə QuliyevHüseyn Emin oğlu adında oğlan uşağı dünyaya gəlmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə münasibətləri elə əvvəldən pis olmuşdur. Belə ki, o mütəmadi olaraq spirtli içki qəbul edib yaşadıqları evə gəlmişdir. Bu səbəbdən onun bu hərəkəti onu narahat edirmiş. Təqsirləndirilən şəxs ilə dəfələrlə bu barədə profilaktiki söhbətlər aparsa da, Emin onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərinə davam etmişdir. O da bu səbəbdən 2019-cu ildə onunla münasibətlərinə son qoymaq qərarına gəlmişdir. Bundan sonra onların münasibətləri kəsilmişdir. Təqsirləndirilən şəxs ğlu arabir onun iş yerinə gələrək oradan çıxmağını gözləyirdi. Lakin o hər bir halda onunla görüşmək istəmirmiş. xx.xx.2022-ci il tarixdə xəstə olduğu üçün onu iş yerindən onu və iş yoldaşı Şahid müayinədən keçmək məqsədilə Sumqayıt şəhər 2 saylı ailə-sağlamlıq mərkəzinə göndərmişlər. Onlar hər ikisi oradan müayinədən keçmişlər. Daha sonra dərman almaq məqsədilə Sumqayıt şəhəri, 34-cü məhəllə, Cavid Ticarət Mərkəzinin qarşısına getmişlər. Orada təsadüfən Təqsirləndirilən şəxs ilə qarşılaşmışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:25 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq uşağı əlindən alacağını bildirmişdir. O Təqsirləndirilən şəxs buna nail ola bilməyəcəyini demişdir. Bu zaman Emin əsəbiləşərək onun üz nahiyyəsinə zərbə endirmişdir. Onun başı yaxınlıqdakı dönərxananın divarına dəymişdir. İş yoldaşı Şahid onu Eminin əlindən almışdır. Onlar taksiyə minərək oradan uzaqlaşmışlar. O daha sonra bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirdi ki, o təxminən 6 aydır ki, Bakı şəhərində yerləşən Polladium şirkətində kəsim operatoru vəzifəsində çalışır. O iş yoldaşı Zərərçəkmiş şəxs 2016-cı ildən tanıyır. Aralarında dostluq və işgüzar münasibətlər olmuşdur. xx.xx.2022-ci il tarixdə QuliyevaAygün Əliş qızı və o xəstə olduğu üçün iş yerindən onları müayinə olunmaq üçün Sumqayıt şəhəri 2 saylı ailə-sağlamlıq mərkəzinə göndərmişdirlər. Onlar hər ikisi oradan müayinədən keçmişlər. Daha sonra dərman almaq məqsədilə Sumqayıt şəhəri, 34-cü məhəllə, Cavid Ticarət Mərkəzinin qarşısına getmişlər. Orada təsadüfən Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə qarşılaşmışlar. O Emini birinci dəfədir ki, görürmüş. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:25 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq uşağını onun əlindən alacağını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs buna nail ola bilməyəcəyini demişdir. Bu zaman Emin əsəbiləşərək Zərərçəkmiş şəxs üz nahiyyəsinə sillə zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs başı yaxınlıqdakı dönərxananın divarına dəymişdir. O Aygünü Eminin əlindən almışdır. Onlar taksiyə minərk oradan uzaqlaşmışlar. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 1171 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol gözaltı nahiyyənin sol almacıq nahiyyəsinə qədər davam edən qançırı və sol gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar. Müyinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin öz özünə yetirilməsi az inandırıcıdır.(i.v 20-22) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3122 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 29) İş materiallarında olan Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının 436 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 30) İş materiallarında olan 1 saylı MKS-nin 853 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 32) İş materiallarında olan xx.xx.2022-ci il tarixli DİN-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 34) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı (xx.xx.2018-ci il təvəllüdlü X3 oğlu) uşağı vardır.(i.v 35) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 36-41) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.1 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 7 (yeddi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2vanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab (№ AZ 09AİİB******************** VÖEN: **********) Hökmdən elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-693/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-693/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver