Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-693/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs «X14» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan və «X14» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan 21 aprel 2023-cü ildə saat 21 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 27-ci kilometrində «X14» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobillə yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə Quba rayonu istiqamətində yolun orta zolağı ilə hərəkətdə olarkən manevr etməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etməməli, hərəkətin təhlükəsizliyini təmin etməli olduğu halda bunu etməyib «X14» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib avtomobili sağ zolağa manevr edərək eyni istiqamətdə yolun sağ zolağında dayanmış Şahid2 idarə etdiyi İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan MERCEDES BENZ 200E minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ baldırın bayır topuğunun qapalı yerini dəyişmiş sınığı və burunun sağ qaşüstü nahiyənin əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına və Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan açıq kəllə-beyin travması, baş-beyinin əzilməsi, alın sümüyünün kəllə çuxuruna keçən xətti sınığı, sol incik sümüyünün və sol iç topuğun qapalı yerdəyişən sınıqları, alın nahiyəsinin, sağ qaşın bayır küncünün və sağ qulaq seyvanının sıyrıqları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ yoxdur. Mercedes Benz 200E minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 aprel 2023-cü ildə sahibi X1 almışdır. Sürücülük vəsiqəsi olmadığı üçün mülkiyyətçi Ağaqulu Əmirov tərəfindən atası X8 avtomobilə görə etibarnamə verilmişdir. Atası həmin avtomobili idarə etməmişdir. Sürücülük vəsiqəsi olmadan özü həmin avtomobili idarə etmişdir. Atasının avtomobilin sürməsinə icazə vermişdir. 21 aprel 2023-cü ildə saat 21 radələrində iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə işdən, yəni Ceyranbatan qəsəbəsi ərazisində yerləşən avtoyuma sexindən çıxıb evə getmək üçün Asim onun idarə etdiyi MERCEDES BENZ 200 E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında, arxada əvvəllər iş yoldaşları olan Vüqar və Kənan oturaraq yola düşmüşlər. Təxminən 5 dəqiqədən sonra idarə etdiyi avtomobil Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 3 zolaqlı yolun orta zolağı ilə Sumqayıt şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən yaşadığı evə getmək üçün yolun sağına dönməli olduğuna görə orta zolaqdan yolun sağ zolağına manevr etmiş, bu anda qarşıda yolun sağ zolağında dayanmış İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobili görmüş, dərhal əyləcdən istifadə etmiş, lakin ara məsafəsi az olduğuna görə idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtobusun arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü, Asim və Kənan xəsarət almış və avtomobillər əzilmişdir. Ətrafda olan şəxslərin köməyi ilə onları avtomobildən çıxartmışlar. X13 hadisə yerinə gələrək onları Sumqayıt şəhər TTYXnə aparmışdır. İdarə etdiyi avtomobildə sərnişin qismində olan Vüqar isə xəsarət almamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. 21 aprel 2023-cü ildə saat 21 radələrində Əlişlə birlikdə işdən çıxıb evə getmək üçün Əlişin idarə etdiyi MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında, arxada isə əvvəllər iş yoldaşları olan Vüqar və Kənan oturaraq yola düşmüşlər. Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda olan nəqliyyat vasitəsi ilə toqquşduğu üçün xəsarət alıb huşunu itirmişdir. Ayıldıqda xəstəxanada olmuşdur. Sərnişin olduğu avtomobil qarşıda olan İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşduğunu sonradan bilmişdir. Sürət həddinin nə qədər olduğunu xatırlamır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşma çatmamış Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 21 aprel 2023-cü ildə saat 21 radələrində evə getmək üçün Əlişin idarə etdiyi MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sağda özü, solda digər tanışı Vüqar və qabaq sağ oturacaqda Əlişlə avtoyuma sexində işləyən Asim adlı tanışı oturaraq yola düşmüşlər. Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda olan nəqliyyat vasitəsi ilə toqquşduğu üçün xəsarət alıb bir an huşunu itirmişdir. Atası hadisə yerinə gəlib ona su verərək özünə gəldikdən sonra atası onu öz avtomobili ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək üçün «BCD» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Yol vərəqəsi əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-nin balansında olan İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 21 aprel 2023-cü ildə saat 21 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhər ərazisindən keçən 27-ci kilometrində idarə etdiyi İSUZU NOVO avtobus markalı 5OAE79O dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri istiqamətində 20-30 km/saat sürətlə yolun sağ zolağı ilə hərəkət etmişdir. Avtobusun hava sistemində nasazlıq hiss etdiyi üçün sərnişin götürməmişdir. Bu zaman yağış yağmış və yer yaş olmuşdur. Sarı qəza xəbərdaredici işıqları yandıraraq avtobusu yolun sağına çəkib dayandırmışdır. Bu zaman avtobusun arxa hissəsinə zərbə dəymişdir. Avtobusdan düşdükdən sonra görmüşdür ki, avtobusun arxa hissəsi ilə toqquşan MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobildir. Hadisə nəticəsində həmin avtomobilin sürücüsü və sərnişinləri xəsarət almışlar, həmçinin avtomobil və avtobus əzilərək maddi ziyan dəymişdir. Hadisə zamanı özü xəsarət almamışdır. Hadisə zamanı sərxoş olmamışdır. Xəsarət alanlar tanımadığı şəxslərin idarə etdiyi minik avtomobilləri ilə xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş yetkinlik yaşma çatmamış Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 21 aprel 2023-cü ildə saat 21 radələrində evə getmək üçün Əlişin idarə etdiyi MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında solda özü, sağda digər tanışı Kənan və qabaq sağ oturacaqda onunla və Əlişlə avtoyuma sexində işləyən Asim adlı tanışı oturaraq yola düşmüşlər. Təxminən 5 dəqiqədən sonra sərnişini olduğu avtomobil Bakı- Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhər ərazisindən keçən 27-ci kilometrində Sumqayıt şəhəri istiqamətində yolun sağ zolağında dayanmış avtobusla toqquşduğu üçün özündən başqa avtomobildə olan digər sərnişinlər və sürücü Əliş xəsarət almışlar. Xəsarət alanlar tanımadığı şəxslərin idarə etdiyi avtomobillərlə Sumqayıt şəhər TTY xəstəxanasına aparılmışdır. Avtomobildən düşdükdən sonra məlum olmuşdur ki, sərnişini olduğu avtomobil qarşıda dayanmış İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Özü xəsarət almadığı üçün hadisə yerindən öz evinə getmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 845 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi yardım üçün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hisəsində göstərilən xx.xx.2023-cü il tarixdə bədənində qeyd olunmuş xəsarətlər - sağ baldırın bayır topuğunun qapalı yerini dəyişmiş sınığı. Burunun sağ qaşüstü nahiyənin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hisəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müdddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 839 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun nahiyəsinin kəsilmiş yaraları, sol yanaq, alın nahiyəsinin sıyrıqları-iti kənarlı əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə salonunda olduğu minik avtomaşın avtobusla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 843 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - ağır kəllə-beyin travması, baş-beyinin əzilməsi, alın sümüyünün kəllə çuxuruna keçən xətti sınığı, sol incik sümüyünün və sol iç topuğun qapalı yerdəyişən sınıqları, alın nahiyəsinin, sağ qaşın bayır küncünün, sağ qulaq süyvanının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hisəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 8/1340 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən hərəkətlərində «X14» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən İsuzu markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid2 idarə etdiyi İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş, avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şxəs qismində, Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 yetkinlik yaşına çtamamış Şahid1 qanuni nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolu üzərində yerləşən “Socar” YDM-nin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə olan ********** nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti başçısının Minkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Abşeron rayon, Ceyranbatan qəsəbəsində müvəqqəti məskunlaşmışdır, ailə tərkibi-nənəsi 1937-ci il təvəllüdlü X5, atası- 1977-ci il təvəllüdlü X12, anası-1983-cü il təvəllüdlü X6, bacısı-2002-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İSUZU NOVO avtobus markalı 50AE790 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ziyan dəyməsi faktı Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil edilməmiş, sürücü Şahid2 əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, MERCEDES BENZ 200E minik markalı 90VT527 dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə ilə sahiblik hüquq olan X12 həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan Təqsirləndirilən şəxs verdiyinə və Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində zərər çəkmiş şəxslərə fiziki və maddi zərər vurduğuna görə X12 barəsində İXM-nin 335.3-cü maddəsi ilə inzibati tənbeh görülməsi, qərarın surəti X12 barəsində inzibati tənbeh görülməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin YPXA-ya göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X14» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “X14” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “X14 Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şəxslərin ondan şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılığını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-693/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 977 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-693/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-693/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver