Məhkəmə qərarları › İş №1(060)-694/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-694/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-694/2021 20.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26.09.2021-ci il tarixdə, saat 01:15 radələrində ünvan 3 ünvanında ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı vətəndaş Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuraraq sonuncuya sağ gözaltı nahiyyənin, burun belinin qançırları, sağ gözün bayır bucağının, sağ üst göz qapağının 3 (üç) ədəd, boyunun orta 1/3-nin sol yan səthinin, sol saidin aşağı 1/3-nin ön səthinin sıyrıqları, üst dodağın sağ hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası və qancırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, ailə qurmaqlarına baxmayaraq aralarında rəsmi nikah bağlanılmayıb, buna baxmayaraq aralarında kəbin kəsdirmişdirlər. Birgə yaşadıqları müddət iki övladları- 07.06.2016-cı il təvəllüdlü X2 və 05.04.2017-ci il təvəllüdlü X1 dünyaya gəlmişlər. Təqsirləndirilən şəxs bildirdi ki, son vaxtlar işi ilə əlaqədar evə gecə saatlarında gəlir, hərdən isə ümumiyyətlə səhərə yaxın evə qayıdırmış. Hər dəfə yoldaşı Aysel ondan şübhələnərək nəyə görə evə gec gəldiyini soruşanda aralarında mübahisə baş verirdi. İsmayıl 26.09.2021-ci il tarixdə saat 00:10 radələrinde işdən çıxıb bir qədər araq içmiş və bir saat keçmiş sərxoş vəziyyətə evə gəlmişdir. O, evə gələrkən yoldaşı Aysel haradan gəldiyini və nəyə görə evə gec gəldiyini bildirəndə o, qonşularının yanında məhəllədə olduğunu demiş, Aysel isə yalan danışdığını və bütün gün ərzində “whatsapp” sosial şəbəkəsində kiminləsə əlaqə saxladığını deyib onu qısqandı və bu zəmində aralarında mübahisə düşdü və mübahisə zamanı o, Ayseli vuraraq onu döyməyə başlamışdır. Aysel ondan aralanıb telefonunu götürərək polisə zəng edib ondan şikayət edəndə o onun telefonunu götürüb yerə çırpmışdır. O, səhərə yaxın yatmış və yuxudan oyananda artıq Ayselin evdən getdiyini görmüşdür. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində gösdərdi ki, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, ailə qurmaqlarına baxmayaraq aralarında rəsmi nikah bağlanılmayıb, lakin kəbin kəsdirmişdirlər. Birgə yaşadıqları müddətdə iki övladı 07.06.2016-cı il təvəllüdlü X2 və 05.04.2017-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. Birgə yaşadıqları müddətdə yoldaşı İsmayıl heç bir səbəb olmadan bir neçə dəfə onu döymüş, lakin o, ailəsi dağılmasın deyə heç bir zaman İsmayıldan şikayət etməmişdir. Son vaxtlar İsmayıl səhər sübhdən evdən çıxıb gedir və evə gecə saatlarında qayıdır, bəzən isə ümumiyyətlə səhərə yaxın evə qayıdırmış. Hər dəfə ondan nəyə görə evə gec gəldiyini və harada olduğunu soruşanda onunla mübahisə edirmiş. 25.09.2021-ci il tarixdə saat 09:00 radələrində İsmayıl evdən çıxıb getmiş və 26.09.2021-ci il tarixdə saat 01:10 radələrində sərxoş vəziyyətə evə gəlmiş və ondan haradan gəldiyini və nəyə görə evə gec gəldiyini İsmayıla bildirəndə, İsmayıl "yaxşı edirəm, sənə hesabat verəcəm" sözlərini Ayselə bildirərək sonuncuyla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İsmayıl yumruq zərbələri ilə onun sifətindən, burnundan, başından və çənə nahiyəsindən vuraraq, döyməyə başlamışdır. Aysel İsmayıldan aralanıb telefonunu götürərək DİN-nin 102 Xidmətinin zəng mərkəzi sisteminə zəng edib özünü təqdim etmədən yoldaşı tərəfindən döyülməsi barədə məlumat verəndə İsmayıl ondan telefonunu almış və yerə çırpmışdır. Daha sonra İsmayıl onun ünvanına nalayiq ifadələr işlətmiş və ona söyüşlə cavab verəndə İsmayıl bir daha yumruq zərbəsi ilə onun sifətindən vurmuşdur. Bir qədər keçəndən sonra İsmayıl onu yataq otağına salmış və otaqdan çıxmağa imkan verməmişdir. Səhərə yaxın İsmayılın yatdığını görüb evdən çıxmışdır. Halhazırda onlar barışmışlar. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 27.09.2021-ci il tarixli, 1280 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ gözaltı nahiyənin, burun belinin qançırları, sağ gözün bayır bucağının, sağ üst göz qapağının 3 (üç) ədəd, boyunun orta 1\3-nin ön səthinin sıyrıqları, üst dodağın sağ hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyac olan yarası və qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 26.09.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirilməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və işə onun iştirakı olmadan baxılıb iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar