Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-694/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi isteklak miqdarından artıq miqdarda təmiz çəkisi 14,543 qram narkotik təbiətli çətənə kannabis bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalıqları olan 01 ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 03:30-də Sumqayıt ŞPİ-nin PPXT-nın əməkdaşlarının ünvan 2 ünvanının qarşısında yerləşən avtodayanacaq istiqamətində xidmətdə olduğu zaman Ramil Əliyevin özünü şübhəli aparması səbəbindən saxlanılaraq 3-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli “Vinston” markalı siqaret qutusunun içərisində 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 14,543 qram narkotik təbiətli çətənə kannabis bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində cüzi miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalıqları olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində şəxsi istifadəsi üçün 100 manat məbləğə 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana alıb üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 03:30 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən avtodayanacağın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olubolmadığını soruşmuş, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirəndə polis əməkdaşları onu 3-cü PB-nə dəvət etmiş, polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra avtopatruala əyləşib bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində olan əşyaları təqdim etməyi təklif olunduqda əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı ağ rəngli “Vinston” markalı siqaret qutusunu, sağ cibindən “Samsung” markalı mobil telefonu, əynindəki göy rəngli idman şalvarının yuxarısına taxdığı 1 ədəd bıçaq qulpunu təqdim etmiş, daha sonra təhqiqatçı üzərinə şəxsi axtarış zamanı qara rəngli gödəkçənin sol cibindən 2 ədəd siqaret, sağ cibindən 01 ədəd elektron tərəzi, 01 ədəd kibrit qutusu, idman şalvarının sol cibindən 1 ədəd açar, 2 ədəd bank kartı, 1,90 qəpik pul, şalvarın sağ cibindən 1 ədəd dəsmal, 12 manat pul, gödəkçəsinin sol iç cibindən 1 ədəd saat, boş şokolad qutusu aşkar edilmişdir. “Vinston” markalı siqaret qutusunun içərisindən qara rəngli sellofandakı narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə marixuana olduğunu, həmin onu xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində ödəmə terminalı ilə 100 manat ödəməklə nömrəsini İnstaqramda təsadüfən tapdığı və adını bilmədiyi İran vətəndaşından özü istifadə etmək üçün aldığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, daha sonra zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Özünü ona görə qismən təqsirli bilir ki, o narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərində elektron tərəzini gəzdirməsində məqsəd qızıl-zinət əşyalarının çəkilməsi ilə bağlı olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 4-5 il bundan əvvələ kimi zərgərliklə məşğul olmuş, hətta dükanı da olmuşdur. Hazırda hər hansı yerdə fəaliyyət göstərmir, lakin ara-sıra müştəri olduqda bu fəaliyyəti ilə fərdi formada məşğul olur. Elektron tərəzinin onun üzərindən aşkar edilməsini mübahisələndirmir, yalnız onun narkotik vasitə ilə bağlı gəzdirilməsi ilə razılaşmır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cii ıl tarixdə, saat 03:30 radələrində 91-36 çağırışlı xidməti avtomobildə o, postaçı yoldaşı Şahid2 və Şahid1la Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisi üzrə gecə xidmətində olarkən orada yerləşən avtodayanacağın yaxınlığında avtopatrulda olarkən 1 nəfər şəxsin özünü şübhəli apardığını, hərəkətlərindən narkotik vasitənin təsiri altında olan şəxs kimi apardığını görüb sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə həmin şəxsi 3-cü PB-nə dəvət etmiş və 3-cü PB-də bu barədə məlumat vermişlər. Bundan sonra təhqiqatçı vəkilin iştirakı ilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı hüquq və vəzifələri izah edilmiş və buna dair bildiriş təqdim olunmuşdur. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı ağ rəngli “Vinston” markalı siqaret qutusunu, sağ cibimdən “Samsung” markalı mobil telefonu, əynindəki göy rəngli idman şalvarının yuxarısına taxdığı 1 ədəd bıçaq qulpunu təqdim etmişdir. Daha sonra baş təhqiqatçı üzərinə şəxsi axtarış zamanı qara rəngli gödəkçənin sol cibindən 2 ədəd siqaret, sağ cibindən 01 ədəd elektron tərəzi, 01 ədəd kibrit qutusu, idman şalvarının sol cibindən 1 ədəd açar, 2 ədəd bank kartı, 1,90 qəpik pul, şalvarın sağ cibindən 1 ədəd dəsmal, 12 manat pul, gödəkçəsinin sol iç cibindən 1 ədəd saat, boş şokolad qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki qara rəngli sellofandakı kütlənin narkotik vasitə marixuana olduğunu, onu xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu ərazisində ödəmə terminalı ilə 100 manat ödəməklə nömrəsini İnstaqramda təsadüfən tapdığı və adını bilmədiyi İran vətəndaşından özü istifadə etmək üçiin aldığını bildirmişdir. Narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 20,51 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə zərfə qoyulub qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin imzalanmışdır. Daha sonra zərf möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri Şahid2 və Şahid1 oğlu onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştiak etməyən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, tanıyır, onunla yaxın münasibəti var, evlərinə gedişgəlişi var, hətta anasını da tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadə etməsindən məlumatı olmuşdur. İş istintaqda olarkən Ramilin narkotik satışı ilə bağlı tutulmasını eşitmişdir. Ramil 15 ilə yaxındır ki, zərgərliklə məşğul olur, 3-4 il bundan əvvələ kimi Karvan ticarət mərkəzində zərgərlik üçün kiçik bir yeri olmuşdur. Daha sonra isə zərgərliklə fərdi məşğul olmuşdur. Bununla bağlı Ramilin elektron tərəzisinin olmasını bilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştiak etməyən Şahid6 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-80-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/599 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkiləri 9, 581 qram və 4, 962 qram, ümumi çəkisi 14,543 qram olan bitki mənşəli kütlələr tərkibinə görə eyn olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzidə cuzi miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın qalıqları vardır. Həmin qalıqlar cüzi miqdarda olduğu üçün, eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: Marixuananın təmiz çəkisi 14,543 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 14,443 qram qalıq qalmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 14,443 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elketron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işninə əlavə edilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsinə yaranan asllılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin 102-104-cü vərəqəlıərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 100-cü vərəqəsinə əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PBnın inzibati binasında xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nın baş təhqiqatçısı Pərviz Babayev Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra baş təhqiqatçı X9 Əmrahlının özünü şübhəli apardığı üçün 3-cü PB-nə gətirildiyini bildirir. Həmin vaxt PPXT-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim edilir. Baş təhqiqatçı Pərviz Babayev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ona təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəııin sol yan cibində saxladığı ağ rəngli “Vinston” markalı siqaret qutusunu, sağ cibimdən “Samsung” markalı mobil telefonu, əynindəki göy rəngli idman şalvarının yuxarısına taxdığı 1 ədəd bıçaq qulpunu təqdim edir. Daha sonra baş təhqiqatçı üzərinə şəxsi axtarış zamanı qara rəngli gödəkçənin sol cibindən 2 ədəd siqaret, sağ cibindən 01 ədəd elektron tərəzi, 01 ədəd kibrit qutusu, idman şalvarının sol cibindən 1 ədəd açar, 2 ədəd bank kartı, 1,90 qəpik pul, şalvarın sağ cibindən 1 ədəd dəsmal, 12 manat pul, gödəkçəsinin sol iç cibindən 1 ədəd saat, boş şokolad qutusu aşkar edir. “Vinston” markalı siqaret qutusunun içərisinə baxarkən içərisindəki qara rəngli sellofandakı kütlənin narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən edilir. Həmçinin müəyyən edilir ki, həmin kütlənin bir qədəri qutunun içərisinə dağılmışdır. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindəki qara rəngli sellofandakı kütlənin narkotik vasitə marixuana olduğunu, Binəqədi rayonu ərazisində ödəmə terminalı ilə 100 manat ödəməklə nömrəsini İran vətəndaşından özü istifadə etmək üçün aldığını bildirir. Narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir, ümumi çəkisinin 20,51 qram olduğu müəyyən edilir, həmin maddə zərfə qoyulub qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır və daha sonra möhürlənir. Həmçinin bir ədəd elektron tərəzini də həmin kütləni, yəni marixuananı çəkmək məqsədi ilə üzərində daşıdığını bildirir. Həmin elektron tərəzi də zərfə qoyulub qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır və daha sonra möhürlənir. “Samsung” markalı mobil telefon, 2 ədəd bank kartı və bıçaq qulpu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür, qalan bütün əşyalar Təqsirləndirilən şəxs qaytarılır və videoçəkiliş dayandırılır. Cinayət işinin 99-cu vərəqəsində olan Sumqayıt şəhər 3 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərindən aşkar edilmiş elektron tərəzini qızıl-zinət əşyaları çəkmək məqsədi ilə gəzdirməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində elektron tərəzini yalnız qızıl-zinət əşyalarını çəkmək məqsədi ilə üzərində gəzdirməsini bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində üzərində olan elektron tərəzi ilə həmin narkotik vasitəni çəkməsini bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs elektron tərəzini narkotik vasitəni çəkmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Göründüyü kimi bu hissədə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət yaranmışdır. Həmçinin qeyd edildiyi kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında elektron tərəzini yalnız qızıl-zinət əşyalarını çəkmək məqsədi ilə üzərində gəzdirməsini bildirsə də, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 7/599 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, bir ədəd elektron tərəzidə cuzi miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın qalıqları vardır. Digər tərəfdən təqsirləndirilən şəxs fərdi qaydada zərgərliklə məşğul olmasını bildirsə də, onun hal-hazırda bu fəaliyyətlə məşğul olmasını təsdiq edə biləcək yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı təqsirləndirilən şəxs öz ifadəsində qeyd etmiş, həmçinin onun üçün yaxın olan iki şəxs (anası və yaxın dostu olduğunu bildirən şəxs) bu barədə ifadə vemişlər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 2606 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 14,443 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elketron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 14,443 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-694/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-694/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver